Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1752/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7000/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, İddiaçı MMC barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7000/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə İPM-in 8.1.2-ci maddəsini tətbiq etmək əvəzinə cavabdeh orqanın birdən çox ərazini əhatə etməməsi qənaətinə gələrək İMP-nin 8.1.4-cü maddəsini tətbiq etmişdir. Belə ki, hazırda işdən görünür ki, hazırkı iddia mübahisələndirilmə haqqında iddia tələbinə aiddir.Mübahisələndirilən qərardan və məhkəməyə təqdim edilən təsis sənədlərindən görünür ki, iddiçının hüquqi ünvanı, yəni olduğu yer kimi ünvan 1ərilmişdir. Belə olan halda, sual yaranır ki, cavabdeh 6 saylı ƏVBİ-nin əgər səlahiyyəti məhkəmənin qeyd etdiyi kimi yalnız Lənkəran şəhəri, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonlarını əhatə edirsə, necə olur ki, cavabdeh Bakı şəhərində olan iddiaçı barəsində hazırda mübahisələndirilən qərar qəbul edir. Buradan görünür ki, cavabdeh 6 saylı ƏVBİ elə Bakı şəhərində olduğu yeri olan iddiaçı barəsində qərar qəbul etməklə öz səlahiyyətinin həmçinin Bakı şəhərinin də əhatə etməsini özü təsdiq etmişdir. iddiaçı hüquqi şəxs Bakı şəhərində olduğu yeri, lakin sahibkarlıq fəaliyyəti Lənkaran şəhərində apardığı üçün vergi uçotunda isə 6 saylı ƏVBİdə ola bilər. Başqa sözlə desək, vergi ödəyicilərin olduğu yer ilə vergi orqanında vergi uçotunda olduğu yerlər fərqlənə bilər. iş üzrə də, iddiaçı ilkin olaraq öz sahibkarlıq fəlahiyyətini Cəlilabad rayonunda apardığı üçün orada qeydiyyatdan keçib 6 saylı ƏVBİ-də vergi uçotuna düşmüş, daha sonra öz hüquqi ünvanını ünvan 2sində qərar qəbul etmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti 6 saylı ƏVBİ-nin ərazi yurisdiksiyasına aid edilən rayonda olduğu üçün o həmin idarədə vergi uçotundadır. Lakin onun hüquqi ünvanı dəyişdirilmiş və yeni ünvan Bakı şəhərində olduğu və qanunda olduğu yer dedikdə hüquqi ünvan başa düşüldüyü üçün İMP-nin 8.1.2-ci maddəsinin tələbini nəzərə alınaraq həmin işə də Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmələr tərəfindən ərazi aidiyyəti müəyyən edilərkən ilkin olaraq iddiaçının yaşayış və yaxud olduğu ünvan nəzərə alınmalı və əgər inzibati orqan öz səlahiyyəti dairəsindən çıxaraq iddiaçının olduğu ünvanı onun səlahiyyət dairəsinə aid olmasa da onun barəsində qərar qəbul edirsə, bu halda həmin məhkəmə işinə iddiaçının olduğu yer (ünvan) üzrə baxılmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı S.S.D” MMC-nın qeyd olunan iddia tələbindən göründüyü kimi, mübahisləndirmə haqqında iddia vasitəsilə cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində kameral vergi yoxlamasının nəticəsi üzə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan 8.1.2-ci maddəsinin 2-ci cümləsindən göründüyü kimi, inzibati akt, səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, mübahisələndirmə haqqında iddialara birinci növbədə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır (eyni qayda məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur). İddia tələbindən göründüyü kimi, iddiaçı barəsində əlverişsiz inzibati aktı qəbul edən orqan - Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsidir. İşə əlavə olunmuş Dövlət Vergi Xidmətinin (İnternet Vergi İdarəsi) iddiaçı barəsində İddiaçı MMC barədə rəsmi məlumatından görünür ki, ********** VÖEN-lə 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır. İş materiallarına əsasən də müəyyən edilir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanı ünvan 4 Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli **********003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 1.8.2-ci yarımbəndindən görünür ki, 6 saylı Ərazi Vergilər Departamentinin yurisdiksiyasına Lənkəran şəhəri, Astara rayonu, Biləsuvar rayonu, Yardımlı rayonu, Lerik rayonu, Masallı rayonu və Cəlilabad rayonu aiddir. Göründüyü kimi, iddiaçı barəsində inzibati akt qəbul edən inzibati orqan - hüquqi ünvanı ünvan 5 yurisdiksiyasına - Lənkəran şəhəri, Astara rayonu, Biləsuvar rayonu, Yardımlı rayonu, Lerik rayonu, Masallı rayonu və Cəlilabad rayonu aiddir. Yəni Bakı şəhəri buraya aid edilmir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakı kimi göstərilmişdir: “8.1. Ağcabədi rayonu; 18.2. Astara rayonu; 18.3. Beyləqan rayonu; 18.4. Biləsuvar rayonu; 18.5. Cəbrayıl rayonu; 18.6. Cəlilabad rayonu; 18.7. Füzuli rayonu; 18.8. Hacıqabul rayonu; 18.9. Xocavənd rayonu; 18.10. İmişli rayonu; 18.11. Kürdəmir rayonu; 18.12. Laçın rayonu; 18.13. Lerik rayonu; 18.14. Lənkəran rayonu; 18.15. Masallı rayonu; 18.16. Neftçala rayonu; 18.17. Saatlı rayonu; 18.18. Sabirabad rayonu; 18.19. Salyan rayonu; 18.20. Şirvan şəhəri; 18.21. Yardımlı rayonu. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri birdən çox (o cümlədən, Bak İnzibati Məhkəməsinə) aid deyil, yalnız - Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasının ərazisini əhatə edir. Başqa sözlə, iddiaçının istinad etdiyi İPM-in 8.1.2-ci maddəsinin 2-ci cümləsinin təbiqi istisna edilir. Belə olan halda, hazırkı iddianın ərazi adiyyətinə İPM-in 8.1.1 və 8.1.3-1-ci maddələrinin də tətbiqi üçün əsaslar yoxdur. İPM-in 8.1.4-cü maddəsi nəzərdə tutur ki, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə də qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbi üzrə işə, həm 8.1.2-ci maddəsinin 1-ci cümləsinin tələbi, həm də 8.1.4-cü maddəsi baxımından, mübahisə edilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın, yəni 6 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi yerin məhkəməsi olan Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı ilə işin ərazi adiyyəti üzrə X1 səlahiyyətinə aid olması qənaətinə gəlinməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7000/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7000/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1752/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1752/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver