Məhkəmə qərarları › İş №2-1(103)-1753/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1753/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1753/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı ərizəsi üzrə Bakı İnzibati Kollegiyasının 2-1(103)-4544/17 saylı, 31 mart 2021-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 4544/2017 saylı qərarı ilə İddiaçı oğluna 52 yaşından güzəştli şərtlərlə yaşa görə orta əmək haqqı üzrə pensiyanın təyin olunması, 2006-cı ildən sonrakı dövrlər üçün isə əmək pensiyasına bütün əlavələr, o cümlədən, istehlak qiyməti indeksinin illik səviyyələrinə uyğun olaraq, indeksləşdirməklə yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(103)-361/2018 №-li qərarı ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır . Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2-1(102)- 1143/2019 №-li qərarı ilə də Bakı Apelyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır Həmin qərar 03.07.2018-ci il tarixində icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə göndərilmişdir. 15.12.2020-ci il tarixində ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4544/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının təqdim etdiyi 20.05.2015-ci il tarixli 01/HA/117 saylı əmək haqqı arayışının yoxlanılması ilə bağlı Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsinə sorğu göndərilmiş və sözügedən qurumun 88/03/23-11947 saylı 04.11.2017-ci il tarixli məktubu ilə məlum olmuşdur ki, nübar» İstehsalat Kommersiya («İK») kiçik müəssisəsində fəaliyyəti olmamış, vətəndaş əmək haqqı almamış və ondan vergi və sosial sığorta ödənişləri ödənilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(103)-361/2018 №-li qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarında iş üzrə apellyasiya şikayətinin əsasını təşkil ecdən vətəndaşın təqdim etdiyi arayışını həqiqiliyinə əsaslı şübhələrin olması məsələsi ümumiyyətlə araşdırılmamış. Qeyd olunan məsələyə heç bir hüquqi qiymət verilməmiş, iş üzrə apellyasiya şikayətində qeyd olunmayan məqamlar barədə məhkəmənin mövqeyi bildirilməklə qərar qəbul edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinin araşdırılması məsələsi qaldırılsa da,, buna aydınlıq gətirilməmiş, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətndən istifadə edilmiş. Ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. İddiaçı pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanması üçün təqdim etdyi və həqiqiliyinə əsaslı şübhələr olan əmək haqqı barədə arayışda 2003, 2004, 2005-ci illər üzrə onun orta aylıq əmək haqqı 850 manat təşkil etdiyi halda, eyni müəssisədə 2006. 2007, 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar üzrə hesabat məlumatlarında aylıq əmək haqqı 2006-cı il üzrə üzrə hər ay 30 manat, 2007-ci ilin yanvar ayı üzrə 40 manat, digər , digər aylar üzrə 50 manat, 2008-ci ilin yanvar-avqust ayları üzrə 60 manat, manat sentyabr-dekabr ayları üzrə isə 75 manat (həmin dövrlərdə ölkə zrə minimum aylıq əmək haqqının məbləğinə uyğun olaraq) təşkil etmişdir. Göründüyü kimi,, vətəndaşın 3 il ərzində hər ay 850 manata yaxın əmək haqqı aldığı iş yerində əmək haqqının birdən-birə 30 manata düşməsi də onun təqdim etdiyi sənədlərin , xüsusilə də «Nübar» İK kiçik müəssisəsinin əmək haqqı arayışının saxta olduğunu sübut edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı İbrahim oğlunun iddiasına dair saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4544/2017 saylı qərarıın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad məhkəmədən çıxarılması xahiş olunmuşdur.» Bakı İnzibati Kollegiyasının 2-1(103)-4544/17 saylı, 31 mart 2021-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərzəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadı ləğv edib, iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Daha sonra yeni açılmış hallarla bağlı ərizədə göstərilənlərə istinad olunur və sonda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı («Mərkəzi Filial») yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnaməyə əsasən 2əmək pensiyaları haqqında» Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyadarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçilməsi idarənin səlahiyyətlərinə aid edilmişdir(Əmrin surəti əlavə olunur).Eyni zamanda DSMF-nin 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin mərkəzi Filiala təhvil verilməsi nəzərədə tutulmuşdur (Daha sonra İPM-in 100-cü maddəsinə istinad olunapraq ərizənin şikayətin təmin edilməsi məhkəmədən xahiş edilir). Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi T.Kərimov apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında ərizənin rədd edərkən aşaığıdakıları qeyd etmişdir: «…Yeni açılimış hallar üzrə ərizəsinin predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil edir. Lakin bu halda məhkəmə səhvləri araşdırılmır. Yeni vçılmış hallara əsasən əvvəllər qəbul olunmuş əsassızlığı yeni halların açılmasından asılı olur. Cavabdehin ərizəsində göstərilmiş «Nübar» İstehsalat Kommersiya kiçik müəssisəsinin fəaliyyətinin olmaması , iddiaçının əmək haqqı almaması və əmək haqqından vergi və sosial sığorta ödənişləri ödənilməməsi kimi halları məhkəmə yeni açılmış hallar kimi, qiymətləndirmir. Belə ki, cavabdeh tərəfindən ilkin inzibati məhkəmə icraatı zamanı iddiaçının hüququ barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktları göstərilməmiş. Məhkəməyə heç bir sübut təqdim edilməmişdir...» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin («İPM») 100cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Prosessual hüquq normasının mənasından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, 1-si, sonradan yeni sübutlar və ya hallar aşkarlansın; 2-si isə həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməsin. Başqa sözlə, qanunun imperativ tələbinə görə yeni açılmış hallar, yalnız və yalnız işdə mövcud olmayan, sonradan aşkar edilən sübutlarla və hallarla əhatə oluna bilər. İş üzrə cavabdeh (prosesessual hüquq varisi) inzibati orqanın ərizəsində istinad etdiyi yeni açılmış hallar üç pillləli məhkəmə instansiyalarının araşdırma predmetini təşkil edən məsələlərdir. Ərizəçi, məhkəmələr tərəfindən işə baxılarkən onun etiraz və şikayətlərinə hərtərəfli araşdırma aparılmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədən, formal olaraq baxıldığını qeyd edərək, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərarlar qəbul edildiyini mübahisələndirir. Halbuki, İPM-in 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, ərizəçinin istinad etdiyi həmin halların yeni açılmış hallar kimi qiymətlənlirilməsi istisna edilir. Yəni, İPM-in 100-cü maddəsində nəzərdə tutulan əsasları özündə əks etdirən halların mövcudluğu sübuta yetirilmir. İPM-in 106.2-ci maddəsinin məzmunundan da aydın görünür ki, o halda, məhkəmə icraatın təzələnməsi haqqında qərardad qəbul edir ki, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilsin. İddiaçının ərizəsində isə göstərilənlər belə hallara yozula bilməz. Belə olan halda, İPM-in 106.3-cü maddəsinin tələbinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin rədd olunması qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin məhkəmə tərəfindən qərardad qəbul olunarkən, maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Kollegiyasının 2-1(103)-4544/17 saylı, 31 mart 2021-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Kollegiyasının 2-1(103)-4544/17 saylı, 31 mart 2021-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar