Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1753/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Abbasovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (direktor) X2, iddiaçının nümayəndəsi-vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2- 1(112)-1523/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə (bundan sonra mətndə Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə 0688-22 UQQ AL №-li qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-2634/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərar ləğv edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2- 1(102)-1253/2024 nömrəli qərarı icra olunması üçün Azərbaycan Akkreditasiya Mərkəzinə göndərilmişdir.
7. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)- 1253/2024 saylı Qərarının icra edilməsinə dair müraciətinə “Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsdə (bundan sonra-AzAK) aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən məhkəmə qərarının icra edilməsi məqsədilə AzAK tərəfindən “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının bərpası haqqında” xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli Qərar qəbul edilmiş və akkreditasiya attestatının ləğv edilmə tarixləri nəzərə alınmaqla, İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya attestatı 2 il 1 ay 18 gün müddətinə (xx.xx.2026) bərpa edilmişdir.
8. “Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsnin xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli Qərarından müəyyən olunur ki, qeyd olunan qərarla “AZSERTCENTER" MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanına verilmiş xx.xx.2024-cü il tarixli AZ 02.0567 01.21 saylı akkreditasiya attestatının ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 0688-22 UQQ AL nömrəli Qərarın ləğv edilməsi və Qurumun akkreditasiya attestatının 23.10 2024-cü il tarixindən bərpa edilməsi, ləğv olunma müddəti nəzərə alınmaqla, “AZSERTCENTER" MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya attestatının qüvvədə olma müddətinin xx.xx.2024-cü il tarixindən 09 12.2026-cı il tarixinədək (2 il 1 ay 18 gün) müəyyən edilməsi, İddiaçı MMC-yə fəaliyyətini 14 07.2021-ci il tarixində AzAK tərəfindən təsdiq olunmuş akkreditasiya attestatına əlavə olaraq verilmiş akkreditasiya sahəsi əsasında davam etdirməsinin diqqətinə çatdırılması qərara alınmışdır.
9. İddiaçı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, həmin qərarın icra üsuluna dair izah verilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024- cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarının icra üsuluna dair izah verilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
11. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1253/2024 nömrəli qərarının qanunamüvafiq şəkildə tam icrası məqsədilə xx.xx.2021-ci il tarixli, AR/052 nömrəli məktubla rəsmi qaydada ona ünvanlanmış 16 (on altı) səhifədən ibarət “Akkreditasiya sahəsi” layihəsinin təsdiq olunması üçün cavabdehə müddət müəyyən edilməsini, qərar tam icra edilməyəcəyi təqdirdə isə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq göndərilməsini xahiş etmişdir.
12. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1253/2024 nömrəli qərarı (bundan sonra-“AR Ali Məhkəməsinin Qərarı”) ilə AZSERTCENTER” MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzinə qarşı iddia tələbi təmin edilərək, sonuncu tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərar ləğv edilmişdir. Daha sonra cavabdeh quruma xx.xx.2024-cü il tarixli 2-1(112)-1523/2023 nömrəli göstəriş ünvanlanaraq AR Ali Məhkəməsinin Qərarını icra edərək nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Məlumat üçün bildirək ki, cavabdeh qurum istinad olunan göstərişin qismən icrası məqsədi ilə özünün xx.xx.2024-cü il tarixli Qərarını qəbul etmiş və Akkreditasiya Attestatımızın müddətini xx.xx.2026-cı il tarixinədək uzadaraq öz rəsmi internet səhifəsinə yerləşdirmişdir. Lakin buna baxmayaraq, digər hissədə qərarı icra etməyərək 07 aprel 2021- ci il tarixli, AR/052 nömrəli məktubla rəsmi qaydada ona ünvanlanmış 16 (on altı) səhifədən ibarət “Akkreditasiya sahəsi” layihəsini deyil, təqdim olunmuş layihədən müəyyən sahələri çıxartmaqla və öz mülahizəsinə görə bəzi sahələri əlavə etməklə digər bir “Akkreditasiya sahəsi”-ni təsdiq edərək Akkreditasiya Attestatımızın əlavəsi kimi öz internet səhifəsində yerləşdirmişdir. Cavabdehin qanunzidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə tərəflərindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edilərək, müvafiq Qərardan irəli gələn hüquqi nəticələrə, eləcə də həmin Qərarın icra üsullarına dair izah (şərh) verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli qərardadında qanunvericiliyə istinad edərək göstərmişdir ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun və “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın normalarının akkreditasiya sahəsinə münasibətdə verilir. Başqa sözlə, cavabdeh tərəfindən akkreditasiya attestatının verildiyi halda, uyğunluğu qiymətləndirən qurumun təqdim etdiyi akkreditasiya sahəsi də təsdiq olunmalıdır, yəni akkreditasiya sahəsinin təsdiqi akkreditasiya attestatının verilməsi barədə qərara bağlıdır və ondan irəli gəlir. Belə ki, akkreditasiya attestatı məhz təqdim olunmuş sahələr üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən sənəddir. İstinad olunan “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 6.1-ci bəndinin mahiyyətinə görə, akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi onun müraciəti əsasında dəyişdirilə bilər. İstinad olunan qanunvericilikdə akkreditasiya orqanının öz mülahizəsinə görə akkreditasiya sahəsində dəyişiklik etmək səlahiyyəti nəzərdə tutulmamışdır”. Bundan başqa, qərardad ilə məhkəmənin gəldiyi yekun nəticə onda ibarət olmuşdur ki, “məhkəmə qərarında aydın olmayan hər hansı bir hal mövcud olmadığından sözügedən qərarın icrası cavabdeh tərəfindən qanunamüvafiq şəkildə təmin edilməlidir.” Göründüyü kimi, istinad olunan qərardad ilə ortaya çıxan hüquqi nəticə ondan ibarətdir ki, cavabdehin öz mülahizəsinə görə akkreditasiya sahəsində dəyişiklik etmək səlahiyyəti yox idi və o məhz tərəflərindən təqdim edilmiş akkreditasiya sahəsi layihəsini təsdiq etməli idi. Buna görə də məhkəmə qərarı qanunamüvafiq şəkildə, yəni istinad olunan normalara uyğun formada tam təmin edilməlidir.
13. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(112)-1523/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarı icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə göndərilmişdir.
14. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin bu yanaşması ilə həm qanunçuluq, həm də ədalətlilik prinsiplərinin tələbləri kobud şəkildə pozulmuşdur. Faktiki olaraq məhkəmənin bu qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan işin predmeti üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan icra hərəkətlərinin aparılması istənilməkdədir. Hesab edirik ki, bu hal məhkəmə sistemində “yeni president” yaratmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, "xxxx" MMC inzibati qaydada qəbul edilmiş qərarı alsa da, qərarı məhkəmə qaydasında mübahisələndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə verilən ərizənin əsasını təşkil edən xx.xx.2024-cü il tarixli qərarda qurumun fəaliyyətinin xx.xx.2021-ci il tarixində AzAK tərəfindən təsdiq olunmuş akkreditasiya attestatına əlavə olaraq verilmiş akkreditasiya sahəsi əsasında davam etdirməsi göstərilmişdir. Hazırkı vəziyyətdə hüquqdan sui-istifadə edən "xxxx" MMC “narazı” olduğu qərarı mübahisələndirmək əvəzinə ərizə ilə müraciət edərək ona hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(103)- 4/2025 saylı iş üzrə (İddiaçı MMC-nin “düzgün akkreditasiya sahəsinin təsdiq edilməsi” tələbi) birbaşa mübahisə predmetini təşkil edən akkreditasiya sahəsinin verilməli olduğunu iddia etmiş, məhkəmə isə heç bir əsası olmayan ərizəsini təmin etmişdir. Onun iddia etdiyi akkreditasiya sahəsi digər bir məhkəmədə hazırda mübahisə predmeti olan sahə olmasına, həmin işlə bağlı yekun məhkəmə qərarının olmamasına baxmayaraq birinci instansiya məhkəməsi Ali Məhkəməsinin 2-1(102)-1253/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı istinadən icra hərəkətlərinin davam etdirilməsin, digər bir ifadə ilə Bakı Apellyasiya Məhkəməsində mübahisə predmeti olan akkreditasiya sahəsinin bərpa edilməsini hazırkı mübahisəli qərardadı ilə istəyir. Bu tamamilə qəbuledilməz və bu sahədə formalaşmış məhkəmə təcrübəsinə zid yanaşmadır. Hesab edirik ki, məhkəmənin bu yanaşması artıq məhkəmə təcrübəsində mənfi presidentin yaranmasına gətirib çıxara bilər ki, bu hal özü yolverilməzdir.
16. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin apellyasiya şikayətində “Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında inzibati iş olmasına, mübahisələndirilən məsələlərin həmin işin nəticəsinə uyğun həyata keçirilməsinin zəruri olmasına” dair mövqeyinə gəldikdə isə hesab edirik ki, bu mövqe tam əsassız və yanlışdır. İlk öncə onu nəzərə almaq lazımdır ki, göstərildiyi kimi AR Ali Məhkəməsi öz qərarında cavabdehin müvafiq hərəkətlərinin qanunsuz olmasını diqqətə çatdırmış, akkreditasiya sahəsi sənədinin attestatın əlavəsi olduğunu bildirmiş, həmin sənədə öz mülahizəsinə uyğun şəkildə dəyişiklər edilməsinin mümkünsüzlüyünü qeyd etmişdir. Dolayısı ilə cavabdeh ali məhkəmə orqanının şərhindən irəli gələrək hərəkətlərinin qanunsuz olduğunu artıq bilir. Nəzərə alsaq ki, cavabdeh öz fəaliyyətində qanunvericiliyin tələblərini rəhbər tutan, müvafiq sahədə bu tələblərin icrasına nəzərət etmək vəzifələri, hüquqi savadlılığı, korporativ idarəetmə tələbləri olan, yəni dövlətin müvafiq funksiyalarını həyata keçirən publik hüquqi şəxsdir. Belə vəziyyətdə normal halda AR Ali Məhkəməsinin məsələyə dair mövqeyi artıq onun üçün yetərli olmalıdır və o, öz statusu etibariylə qanunvericiliyin düzgün tətbiqinə maraqlı bir tərəf kimi bundan nəticə çıxararaq müvafiq hərəkətlər etməlidir. Yəni, dövlət qurumuna qanunvericilik normaların tələblərini təkrarən izah edəcək əlavə bir məhkəmə qərarı gözlənilməməlidir.
TƏRƏFLƏRİN İZAHATLARİ:
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi M.Yusubov və iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2- 1(112)-1523/2023 saylı qərardadı ləğv edilməli, ərizə mümkün hesab edilməməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPMdə təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.
22. Bununla yanaşı “X3 İşlər Üzrə Məhkəmə Qərarlarının İcrasının Təmin Edilməsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 5-ci bəndində qeyd edilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVİİİ-İ fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiyyəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71-ci maddəsində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. İPM-in 2.2.6-cı maddəsində təsbit olunmuş qanunauyğunluq haqqında iddialar üzrə isə məhkəmənin yerinə yetirməli olduğu icra hərəkətlərinin nədən ibarət olduğu İPM-in 123.3-cü maddəsində müəyyən olunmuşdur.”
23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərar ləğv edilmişdir, yəni həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır. Çünki sözügedən məhkəmə qərarı birbaşa hüquqi nəticələr yaradır, yəni məhkəmənin qərarı inzibati aktın hüquqi qüvvəsini aradan qaldırır və inzibati aktın qəbul olunduğu andan onun əhəmiyyətsizliyini təsdiq edir.
24. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1253/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı AzAK tərəfindən tam icra edilmişdir. Belə ki, qurumun akkreditasiya attestatı bərpa edilmiş, Ali Məhkəmənin adıçəkilən qərarı ilə ləğv edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli 0688-22 UQQ AL qərarı qəbul edilən zaman "xxxx" MMC-nin akkreditasiya attestatına əlavə kimi olan akkreditasiya sahəsi cavabdeh tərəfindən bərpa edilmişdir. Yəni, iddiaçı qurumun akkreditasiya attestatı bərpa edilmiş və faktiki olaraq cavabdehin ləğv edilmiş qərarından əvvəlki vəziyyət bərpa olunmuşdur. Qeyd olunanlarla bağlı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli qərar qəbul edilmişdir.
25. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi ərizənin mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərardad qəbul etmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(112)-1523/2023 saylı qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(112)-1523/2023 saylı qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev