Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1755/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-43/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 68 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara zəbt olunmuş mənzillər boşaldıqdan sonra verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 68-in ona, yəni İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Mənzilində uzun illər məskunlaşmış məcburi köçkünlərə görə, istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Orada məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra, o, mənzilinə köçmüş, bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də müraciətinə cavab verilməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 7 yataqxana binasının 68 saylı otağında 1992- ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6 ailə üzvləri ilə birlikdə məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018- ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra iddiaçı Bakı "xxxx" zavodunun xx.xx.2005-ci il tarixli 0209 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 68 saylı otaq onun istifadəsinə verilmiş və iddiaçı həmin otaqda yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 7 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 68 saylı otağa dair İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 0209 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-797/2019 saylı 01 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5928/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 68 saylı mənzilinə dair cavabdeh İddiaçı qanunsuz olaraq əldə etdiyi 25 may 2005-ci il tarixli 0209 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(103)- 14040/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5928/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2247/2020 nömrəli qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-14040/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1192/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və iş üzə icraat sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-81/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 2-1(112)-81/2021 saylı iş üzrə icraatın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 437/2021 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4991/2021 №li xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-437/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-43/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-43/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-43/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı “Asan xidmət-2” tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Ağsu rayonu, Nurani kəndində doğulmuş İddiaçı Cəmiyyəddin oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı Bakı "xxxx" İB tərəfindən 25 may 2005-ci il tarixdə verilmiş 0209 saylı order əsasında Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 4-cü mərtəbə, sahəsi 18 kv. metrlik, 68 nömrəli mənzil İddiaçı verilmişdir. Orderdə mənzilin verilməsinin əsası kimi "xxxx" İB-nin müdriyyəti ilə HİK-nin 48 saylı protokolu ilə rəsmləşdirilmiş 23 may 2005-ci il tarixli birgə qərarının olması göstərilmişdir. Bakı şəhəri, ünvan 7 yataqxana binasının 68 saylı mənzilində 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün-X6 4 nəfər ailə üzvü ilə birlikdə məskunlaşmış və 2018ci il iyul ayında onlar məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 23 may 2005-ci il tarixli, 48 saylı protokolu əsasında Birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində, 18 kv. metr sahəsi olan 1 otaqlı, 68 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi və pasport qeydiyyatına alınması, göstərilən ünvanda 68 nömrəli otaqda yaşayan məcburi köçkün ailəsinə ölkə Prezidentinin göstərişi ilə mənzil verilərsə və ya torpaqlar alınarsa boşalacaq mənzilin qeyd-şərtsiz İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MM-nin birgə növbəti işlasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə, qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə, şikayətləri nəzərə alınmaqla mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə, qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 4A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə, qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınmaları qərara alınmışdır. Eyni zamanda, həmin şəxslərə məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi, razılıq əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan, yataqxanada yaşayan fəhlə, qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi və Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın, məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeydşərtsiz həmin mənzillərə order verilmiş fəhlə, qulluqçulara verilməsi qərara alınmışdır. X3 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə xx.xx.2007-ci il tarixli Akt əsasında "xxxx" İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turzim, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncamla ünvan 7 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş xx.xx.2013-cü il tarixli təhvil-qəbul aktı əsasında ünvan 7 ünvanda yerləşən yataqxana binası ünvan 9 Təsərrüfatı Birliyinin balansına verilmişdir. İT seriyalı ******* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı Cəmiyyəddin oğlu xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək Bakı "xxxx" zavodunda işləmişdir. Departament tərəfindən “Üfüq” İB "xxxx" zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə xx.xx.2019-cu il tarixli, 48 saylı müraciətinə cavab olaraq, “Üfüq” İB "xxxx" zavodu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02/47 məktubda Bakı şəhəri, ünvan 7 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə mübahisəli mənzilə dair order verilmiş sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xx.xx.2007-ci il tarixdən xitam verildiyini, “Üfüq” İB tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyi, qanunverciliyin yuxarıda qeyd olunan (Mənzil Məcəlləsinin 108-ci maddəsi) tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-43/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1755/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1755/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver