Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1756/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “pensiya məbləğinin azaldılmasının qanunsuz hesab edilməsi və s.” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 20.06.2012-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını və pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik onun hesabına köçürülməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona ƏƏSMN-nın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 20 iyun 2017-ci il tarixdən 57 yaşından İİ siyahı ilə pensiya təyin edilmişdir. 2019-cu ilin may ayında ərizə ilə ƏƏSMN-nın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmiş, müraciəti əsasında ona 52 yaşdan 20 iyun 2012-ci il tarixdən pensiya təyin edilərək, 01 iyun 2019-cu il tarixdən 404,59 manat əsas pensiyasını və əlavə olaraq keçmişdə toplanan məbləğdən 404,59 manat əlavə olunmaqla ayda 809,18 manat ödənilmiş, lakin 2020-ci ilin may ayından pensiya ödənişi ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən dayandırılaraq ƏƏSMN-nın yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona pensiya ödənilərkən pensiyasının məbləği 809,18 manat deyil, 324 manat ödənilmiş, 31 may 2020-ci tarixdə rəsmi olaraq ƏƏSMN-nın yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, müraciətində, onun işlədiyi “ 28 may NQÇİ”-də dəniz şəraitində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 1100000a-19861 koduna uyğun olaraq güzəştli şərtlərlə birinci siyahı ilə 52 yaşından yəni, 20.06.2012-ci il tarixdən pensiyası bərpa edilərək hesabına köçürülməsi qeyd edilmişdir. Həmin müraciətinə 02 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin məktubda qeyd edilmişdir ki, ƏƏSMN-nın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair vermiş 27.12.2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-nin və Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20.06.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatı X4 Azərbaycan Respublikası Qanununa əsasən 01.06.2017-ci il tarixdən həm İ, həm də ki İİ siyahı üzrə yaş həddi 60 yaşına çatdırıldığından və SOCAR-ın təqdim etdiyi arayış 27.12.2017-ci il tarixinə təsadüf etdiyi üçün yanlışlıqla Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarına istinad olumuşdur. Onun işlədiyi vəzifə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 1100000a-19861 nömrəli koduna uyğun olduğundan və onun pensiya yaşı 01.07.2017-ci il tarixindən əvvəl tamam olduğundan pensiya hüququ 20.06.2012-ci il tarixdən yaranır. Bununla da, hesab edir ki, ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 2019cu ilin may ayındakı ərizəsinə əsasən, 20.06.2012-ci il tarixdən birinci siyahı ilə təyin olunmuş pensiya qanunamüvafiqdir və pensiyasının ödənişi bərpa edilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 321 saylı qərarının 1100000a-19861 nömrəli koduna uyğun olduğunu nəzərə alaraq ƏƏSMN-nin DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə 2019-cu ilin may ayında təqdim etdiyi ərizəsinə əsasən ona 20.06.2012-ci il tarixdən birinci siyahı ilə 52 yaşından təyin olunaraq, 2019-cu ilin iyun ayından etibarən 2020-ci ilin may ayınadək hər ay ödənilərək qeyri-qanuni dayandırılan pensiyasının (əlavə bölünən məbləğ daxil olmaqla) bərpa edilərək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən əmək pensiya məbləğinin 422,30 manatdan 404,59 manata azaldılmasının və artıq ödənilmiş 2.831,85 manat pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsinin qanunsuz hesab edilməklə dayandırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair verilmiş 27 dekabr 2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994- 27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20 iyun 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən 52 yaşdan 20 iyun 2012-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq yenidən hesablanmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı əmək pensiya məbləğinin 422,30 manatdan 404,59 manata azaldılmasının və artıq ödənilmiş 2.831,85 manat pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsinin qanunsuz hesab edilməklə dayandırılması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, işin mübahisələndirilən halı (iddiaçının xüsusi iş stajı ilə bağlı işlədiyi peşənin dənizdə və ya quruda həyata keçirilməsindən asılı olaraq hansı “Siyahı”ya aid edilməsi) ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşə nəzərdə tutulmuşdur: X fəsil- Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 1100000a-19861 ilə qeyd olunmuş bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna əsasən iddiaçının işəgötürəni tərəfindən də verilmiş arayışdan müəyyən edilir ki, İddiaçı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsini həyata keçirdiyi yer, yəni SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonu Çilov adasında yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuş, bu zaman cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın yenidən hesablanması nəticəsində təyin olunmuş 422,30 manat məbləğində pensiyanın 404,59 manatadək azaldılması, həmçinin iddiaçıya artıq ödənilmiş 2.831,85 manat məbləğində pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qanunvericiliyin qeyd olunan tələblərinə tamamilə zidd olmaqla yanaşı, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan HЭ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 06.05.1979-cu ildən 12.06.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyətinə 15.09.1982-ci ildən başlamış və hal-hazırda da işləyir. İş materiallarında olan SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/43 nömrəli 27.12.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25.08.1994-cü ildən 27.12.2017ci il tarixə kimi “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunun 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışmışdır, onun həmin dövr üzrə ümumi o, cümlədən güzəştli şərtlərlə iş stajı 23 il 04 ay 02 gün təşkil edir. İş materiallarında olan İddiaçı pensiya işinə dair sənədlərin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/43 nömrəli 27.12.2017-ci il tarixli arayış nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrın və göstəricilərin siyahısı”na uyğun olaraq DSMF Xəzər rayon şöbəsinin 23.01.2018-ci il tarixli qərarı ilə İddiaçı 20.06.2017-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə ömürlük 318,71 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. DSMF Xəzər rayon şöbəsinin 24 may 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının 52 yaşdan, yəni 20 iyun 2012-ci il tarixdən yenidən hesablanması qərara alınmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın yenidən hesablanması nəticəsində təyin olunmuş 422,30 manat məbləğində pensiyanın 404,59 manatadək azaldılması, həmçinin iddiaçıya artıq ödənilmiş 2.831,85 manat məbləğində pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02.07.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi müraciətçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair verilmiş 27 dekabr 2017ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20 iyun 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi, lakin ona təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması üçün 17 may 2019-cu il tarixli ərizəsinə əsasən sözügedən şöbə tərəfindən əmək pensiyası 20 iyun 2012-il tarixindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq, yenidən hesablandığı, bununla əlaqədar əmək pensiyasının məbləği 422,30 manatdan 404,59 manata azaldıldığı, həmçinin ona artıq ödənilmiş 2.831,85 manat pul vəsaiti 01.05.2020-ci il tarixindən etibarən hissə-hissə (hər ay 80,91) əmək pensiyasından çıxılmağa başlandığı göstərilmişdir. İş materiallarında olan SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 01- 03/319 nömrəli 26.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı SOCAR-ın “Azneft” İBnin “28 May” Neft və Qazçıxarma İdarəsinin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonu Çilov adasında yerləşir. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 01-03/261 nömrəli 13.07.2021-ci il tarixli məktubdan görünür ki, “28 May Neft və Qazçıxarma idarəsinin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda 5-ci dərəcəli elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru İddiaçı işlədiyi 1994-cu ildən 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı'na uyğun olaraq Neft, qaz və qazkondensatı hasilatı obyektlərində (Çilov adasında yerləşən “Çilov” Neft və qazçıxarma sahəsinin neft mədənləri, dəniz meydançaları və Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsi) bilavasitə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi ( kod 1100000a-19861) çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X4” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının müraciəti əsasında SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/43 nömrəli 27.12.2017-ci il tarixli arayış nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrın və göstəricilərin siyahısı”na uyğun olaraq DSMF Xəzər rayon şöbəsinin 23.01.2018-ci il tarixli qərarı ilə İddiaçı 20.06.2017-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə ömürlük 318,71 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. DSMF Xəzər rayon şöbəsinin 24 may 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının 52 yaşdan, yəni 20 iyun 2012-ci il tarixdən yenidən hesablanması qərara alınmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın yenidən hesablanması nəticəsində təyin olunmuş 422,30 manat məbləğində pensiyanın 404,59 manatadək azaldılması, həmçinin iddiaçıya artıq ödənilmiş 2.831,85 manat məbləğində pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı işlədiyi vəzifənin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 1100000a-19861 nömrəli koduna uyğunluğunu nəzərə alıb onun pensiyasını 1-ci siyahı ilə ödənilməsinin bərpa edilməsini cavabdeh orqandan xahiş etsə də cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının şöbəyə təqdim etdiyi SOCAR-ın ona dair verilmiş 27 dekabr 2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20 iyun 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi, lakin ona təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması üçün 17 may 2019-cu il tarixli ərizəsinə əsasən sözügedən şöbə tərəfindən əmək pensiyası 20 iyun 2012-il tarixindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq, yenidən hesablandığı, bununla əlaqədar əmək pensiyasının məbləği 422,30 manatdan 404,59 manata azaldıldığı, həmçinin ona artıq ödənilmiş 2.831,85 manat pul vəsaiti 01.05.2020-ci il tarixindən etibarən hissə-hissə (hər ay 80,91) əmək pensiyasından çıxılmağa başlandığı göstərilmişdir. Göründüyü kimi iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 01.01.2006-cı il tarixədək tələb olunan ümumi və xüsusi iş stajının mövcud olması işin mübahisələndirilməyən hallarındandır. İşin mübahisələndirilən halı iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi üçün onun elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi peşənin 1 №-li siyahısı üzrə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 1100000a-19861 ilə qeyd olunmuş bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsinə aid olub-olmaması ilə bağlıdır ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşənin qeyd olunan 1 nömrəli siyahı üzrə peşəyə aid olub-olmaması, habelə qeyd olunan peşədə işlədiyi dövrdə dənizdə (platformalarda) işləyib-işləməməsini müəyyən etmək üçün “Azneft” İB-nin “28 may” Neft və Qazçıxarma İdarəsinə sorğu verilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, “28 May Neft və Qazçıxarma idarəsinin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda 5-ci dərəcəli elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru İddiaçı işlədiyi 1994-cu ildən 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı'na uyğun olaraq Neft, qaz və qazkondensatı hasilatı obyektlərində (Çilov adasında yerləşən “Çilov” Neft və qazçıxarma sahəsinin neft mədənləri, dəniz meydançaları və Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsi) bilavasitə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi ( kod 1100000a-19861) çalışmışdır. “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «X4» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının işlədiyi peşə 1 nömrəli siyahıda nəzərdə tutulmuş peşələrə aid olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “X4” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İnzibati Məhkəməsinin 2-1(112)-1344/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1756/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1756/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver