Məhkəmə qərarları › İş №2-1(103)-1756/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1756/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1756/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(112)-13406/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X12, X8, X4, X9 və X5 adlı şəxslərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və işə həmin məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin iddiaçılar tərəfindən göstərilən faktiki və hüquqi dəlillərini nəzərə almamış, həmin dəlillərə münasibət bildirməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin bu mövqeyi ümumi xarakter daşıyır və iddia tələbinin qanuni əsasına dəlalət edən faktiki dəlilləri ilə uzlaşmır, göstərilən dəlillərin rədd edilməsinə dair əsas müəyyən etmir. İddiaçıların vərəsəsi olduğu mərhumun qoyduğu mirasa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması istiqamətində əsaslı və qanuni gözləntiləri mövcuddur və belə gözləntinin əhatə etdiyi tələblər də Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyət anlayışına daxildir. Lakin məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddia tələbi ilə bağlı göstərilən dəlillərə sağlam və dolğun münasibət bildirmədən yalnız məhdud çərçivəli yanaşma ilə kifayətlənərək nəticədə qanunsuz, düzgün olmayan və əsassız qərardad qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia tələbində qeyd edilən ünvana dair subyektiv hüquqlarını təsdiq edən sənədləri (çıxarış və ya vərəsəlik şəhadətnaməsini) məhkəməyə təqdim etməmişlər. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin iddiaçıların vərəsəsi olduğu mərhum X6 məxsusluğu hazırda mübahisə predmeti olduğundan hazırki iddia üzrə iddiaçıların sözügedən ünvana dair subyektiv hüquqlarını təsdiq edən sənədlər yoxdur. Belə olan halda cavabdehin iddiaçıların hüquqlarını və qanunla qorunan maraqlarını pozması və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilməməsi halı da mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün qənaətə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 3 ünvanına dair X2 adına 1978-ci ilin sentyabr ayında Texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 502 nömrəli arayışdan görünür ki, İddiaçı2 və İddiaçı1 ərizə ilə Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş X1 miras qalmış və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər, bununla əlaqədar Bakı şəhəri 10 saylı Notariat ofisində xx.xx.2016-cı il tarixdə V-101 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X1 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı Notariat ofisinə mərhumun arvadı İddiaçı2 və qızı İddiaçı1 tərəfindən müraciət olunmuş, mərhum X2 xx.xx.2015-ci ildə vəfatı ilə əlaqədar vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, X1 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestindən çıxarışın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qeyd olunan ünvana dair X2 adına 1978-ci ilin sentyabr ayında Texniki pasport tərtib edilmişdir, X2 xx.xx.2015-ci ildə vəfatı ilə əlaqədar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri 10 saylı Notariat ofisinə ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək X1 miras qalmış həmin yerləşən fərdi yaşayış evinə dair dövlət reyestindən çıxarışın verilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və həmin hallara qiymət verilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar