Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1756/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X2, X20, X8, X3, X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21, X6, X1 və X28 üçüncü şəxs qismində cəlb edilməklə) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər qismində X2, X20, X8, X3, X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21, X6, X1 və X28 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Baki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 onun mülkiyyətindədir. Üçüncü şəxslər həmin ünvanda qeydiyyatdadırlar və göstərilən evdə yaşamırlar. Üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarı (hakim B.M.Cəlalov) ilə iddia rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 və ünvan 2 ünvanlar təşkil edir. Üçünçü şəxslərin evdə formal da olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını kobud surətdə pozur və həmin əmlak üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə maneə olur. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ərizə ünvanlamış, lakin ərizəsinə müsbət cavab verilməmişdir. Qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi ev 1-dən üçünçü şəxslər X2, X22, X8, X3 , X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21 və onların yetkinlik yaşına çatmayan uşaqları X6, X1 və X14 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair iddiasının təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-397/2024 saylı qərarı ilə (sədrlik edən və məruzəçi R.Ə.Səmədov, hakimlər X.A.Cəmilova və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilmiş, üçüncü şəxslər X2, X20, X8, X3, X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21, X6, X1 və X14 iş üzrə İddiaçı məxsus ünvan 6da yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 397/2024 saylı qərarının ləğv edilməsi, yeni qərar qəbul edərək iddianın rədd edilməsi, işdə yeni araşdırma tələb edildiyi halda, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-2/2025 saylı qərarı ilə (sədrlik edən və məruzəçi A.Ə.Hüseyn, R.S. Nəbizadə və S.Ə. Kərimov ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 397/2024 saylı qərarı üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının İddiaçı məxsus ünvan 6da yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-2/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 47 saylı ev “A” və “B” literli tikililərdən ibarətdir. Həmin ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat qızı öldükdən sonra isə ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər evin “B” tikilisində yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərini araşdırıb qeyd etmişdir ki, apellyasiya icraatı zamanı hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş işlər üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüququ artıq mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (İş № 2(102)-3540/2022) görünür ki, həmin işlərə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin “B” literli tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdə də, həmin tikilinin Meyransa Osat qızının ölümündən sonra sonuncunun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında mərhumun vərəsəsi olan iddiaçının mülkiyyətinə keçməsi və reyestrdə onun adına qeydə alınması düzgün olmamışdır. Çünki həmin tikili xx.xx.1967-ci il tarixdən etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmırdı. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər yuxarıda qeyd edilən iş üzrə tərəf olmuşlar və MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, mübahisəli evin “B” literli tikilisinin onun mülkiyyətində olmasına və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsaslanaraq həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Qeyd edilən səbəbdən həmin tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməsə də, tələbi həmin əsasla deyil, tələbin əsassız olması və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə zidd olması əsası ilə təmin etməmişdir.
35. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına münasibətdə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüququnun olmadığı müəyyən edilmişdir.
36. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3540/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, həmçinin Ramana qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 1 ünvanına dair Meyransa Osat qızının adına tərtib olunmuş texniki pasportla (2-ci cild i.v.44-45, 140-147) Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsi 47 nömrəli yaşayış evinə dair texniki pasportu müqayisə etdikdə, yeni texniki pasportda əlavə tikililərin qeydə alınması, evin “A” və “B” tikililərindən ibarət olması müəyyən olunmuşdur.
37. Qeyd edilməlidir ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda ünvan 6da yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması qeyd olunsa da, hazırkı işin materialları ilə fərdi yaşayış evinin hansı tikililərdən ibarət olması, üçüncü şəxsin məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olub-olmaması müəyyən edilmir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli üçün həmin fərdi yaşayış evinə dair texniki pasport və digər sənədlər (evlərin sxemi və s.) əldə edilməli, üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının fərdi yaşayış evinin “B” literli tikilisində yaşayıb-yaşaması, o cümlədən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olub-olmaması, qeydiyyatda olduğu halda istifadə hüququna malik olubolmaması müəyyən edilməlidir”. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Rüstəmova Aida Xudakərim qızı nənəsinin evində həmişə kirayədə yaşayıb. Həmin ərazidə əvvəl 1 otaqlı ev olub, daha sonra əmisi 2-ci otağı tikdirib. Məqsədi isə evi çox sayda insana kirayə vermək idi. 1967-2014-cü illərdə o, evi kirayə verirdi. 2014-cü ildə isə o, vəfat etmişdir. Əmisi vəfat etdikdən sonra ev üzrə vərəsəlik hüququ ona keçmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı izahatında məhkəməyə bildirdi ki, mübahisəli evdə 1999-cu ildən etibarən keçən ilin 2 fevral tarixinədək qeydiyyatda olub. Lakin onun xəbəri olmadan qanunsuz şəkildə ləğv olunmuş çıxarış əsasında o və digər üçüncü şəxslər qeydiyyatdan çıxarılmışlar. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin çıxarış ləğv olunmuşdur. O, həmişə sözügedən evdə yaşamış, hazırda da yaşayır. Həmin ərazidə “A” və “B” tikililəri mövcuddur, fərqli evlərdir. 1967-ci ildə “B” tikilisi bağışlanılma yolu ilə Mirzə Əli adlı şəxsə verilmişdir. O, rəhmətə getdikdən sonra isə ev gəlini Rənaya qalmışdır. Rəna tərəfindən isə ona etibarnamə əsasında satılmışdır. Yəni evi 1997-ci ildə qeydiyyata düşmə yolu ilə almışlar. Hazırda “B” tikilisində ondan başqa qızı Qasımova (Əhmədova) Püstə yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə qismən düzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3540/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 4. İddiaçılar X13 və Rüstəmova Aida Xudakərim qızı cavabdehlər Bakı şəhəri 39 saylı notariat kontoruna və İddiaçı qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən İddiaçı adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Meyransa Osat qızından miras qalmış ünvan 4 ünvanına dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bir sıra məsələlər nəzərə alınmamış, şəhadətnamə qanun pozuntusu ilə verilmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 1/3 hissəsi 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən evin mülkiyyətçisi Meyransa Osat qızı tərəfindən X23 bağışlanmışdır.
6. X31 vəfat etdikdən sonra gəlini X20 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək qayınatasına məxsus Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsində yerləşən 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 30 iyul 1997-ci il tarixdə mərhum X23 məxsus olmuş tikilinin hüquqi qeydiyyata alınması və X15 lazımi sənədlərin təqdim olunması barədə sərəncam verilmişdir. Cavabdeh İddiaçı mübahisə predmeti olan evə vərəsəlik haqqında şəhadətnamə verilərkən bütün əmlak mirasa daxil edilmiş və 1/3 hissədə X23 bağışlanmış əmlak mirasdan çıxılmamışdır. Halbuki həmin evdə əlavə tikililər də inşa edilmiş və ev hal-hazırda “A” və “B” hissələrindən ibarətdir. Notarius tərəfindən miras açıldığı məqamadək naturada olan və sonradan əlavə edilən tikililər müəyyən edilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi andan etibarsız hesab olunmalıdır.
7. İddiaçı da məhkəməyə qarşılıqlı iddia verərək Bakı şəhəri 4 saylı Notariat kontorunda 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, nənəsi Meyransa Osat qızı ilə X31 arasında 30 sentyabr 1967-ci ildə bağlanmış bağışlama müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, həmin yaşayış evi 1963-cü ildən onların istifadəsində olmuş, o həmin mənzildə doğulmuş, nənəsi Meyransa Osat qızının adına texniki pasport tərtib edilmişdir. Nənəsinin vəfatından sonra əmlakın qanun üzrə yeganə vərəsəsi olaraq notariat kontoruna müraciət etmiş və vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Daha sonra həmin evə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Hazırda fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir və onun üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur. ... 10. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1144/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin olunmamışdır. ... 16. İddiaçılar X13 və Rüstəmova Aida Xudakərim qızı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək ünvan 4 ünvanına dair xx.xx.2016-cı il tarixdə Meyransa Osat qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın və həmin ünvana dair 24 sentyabr 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. ... 20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-952/2018 saylı, 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək 19 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. ... 29. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə R.Mehdiyeva və A.rüstəmovanın apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək, Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən İddiaçı adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qətnamənin apellyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5774/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
41. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - işin müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən 04 oktyabr 1967-ci il tarixdə ölmüş Meyransa Osat qızının vərəsəsi kimi İddiaçı miras əmlakdan tam irs alması barədə 07 sentyabr 2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməsi ilə ilkin iddia tələbini təmin edərək həmin şəhadətnaməni bütövlükdə etibarsız hesab etmişdir. Həmin qətnamə ilə apellyasiya instansiyası məhkəməsi eyni zamanda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Halbuki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı verilmiş Reyestrdən Çıxarış qismən, yalnız “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. ... 42. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-827/2021 nömrəli 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə birinci mülki iş üzrə X13 və Rüstəmova Aida Xudakərim qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 1144/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddiaçılar X13 və Rüstəmova Aida Xudakərim qızının cavabdehlər İddiaçı və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar X13 və Rüstəmova Aida Xudakərim qızının cavabdehlər İddiaçı və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiası rədd olunmuş, ikinci mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-952/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ... 60. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halllarından görünür ki, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixdə reyestr qeydiyyatı aparılıb və həmin qeydiyyatı təsdiq edən reyestr çıxarışı verilib, bundan 1 ay 5 gün sonra – xx.xx.2016-cı ildə İddiaçı adına həmin ev üzərində mülkiyyət hüququna dair reyestr qeydiyyatı aparılıb. Evin “B” tikilisi Meyransa Osat qızının sağlığında – xx.xx.1967-ci il tarixdə onun özü tərəfindən bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə görə “B” tikilisinin Meyransa Osat qızının ölümündən sonra onun mülkiyyəti kimi yenidən qeydə alınması, daha sonra qanun üzrə vərəsəlik qaydasında Meyransa Osat qızının vərəsəsi İddiaçı mülkiyyəti kimi qeydə alınması bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə ziddir. “B” tikilisi xx.xx.1967-ci il tarixdə etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb”. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-232/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona mülkiyyətində olan və Bakı şəhəri, V.Vəliyev küçəsində yerləşən 47 saylı evə cavabdehlərin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və evin “B” literli tikilisinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ev “A” və “B” tikililərdən ibarətdir. Ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat qızı öldükdən sonra ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2016-cı il tarixdə “Çıxarış” verilmişdir. İddiaçı ilə cavabdehlər arasında qohumluq əlaqəsi yoxdur, iddiaçı cavabdehləri ümumiyyətlə tanımır. Buna baxmayaraq cavabdehlər evin “B” tikilisini zəbt edərək orada yaşayırlar. Nə iddiaçı, nə də ki onun nənəsi cavabdehləri həmin tikiliyə buraxmamışlar.
4. Cavabdehlər Rəna Mehdiyeva və Aidə Rüstəmova iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, mübahisəli evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi – Meyransa Osat qızı evin “B” tikilisini ümumi qohumları olan X23 xx.xx.1967-ci il tarixdə bağışlamışdır. Buna görə də, iddia əsassız hesab edilərək rədd edilməlidir. ... işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 47 saylı ev “A” və “B” literli tikililərdən ibarətdir. Həmin ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat qızı öldükdən sonra isə ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər evin “B” tikilisində yaşayırlar. ... 38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərini araşdırıb qeyd etmişdir ki, apellyasiya icraatı zamanı hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş işlər üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüququ artıq mövcud deyil.
39. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022ci il tarixli qərarından (İş № 2(102)-3540/2022) görünür ki, həmin işlərə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin “B” literli tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdə də, həmin tikilinin Meyransa Osat qızının ölümündən sonra sonuncunun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında mərhumun vərəsəsi olan iddiaçının mülkiyyətinə keçməsi və reyestrdə onun adına qeydə alınması düzgün olmamışdır. Çünki həmin tikili xx.xx.1967-ci il tarixdən etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmırdı. ... 41. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, mübahisəli evin “B” literli tikilisinin onun mülkiyyətində olmasına və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsaslanaraq həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Qeyd edilən səbəbdən həmin tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməsə də, tələbi həmin əsasla deyil, tələbin əsassız olması və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə zidd olması əsası ilə təmin etməmişdir”. Göründüyü kimi, üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının mübahisəli evin “B” literli tikilisində yaşaması və məhz (*hazırkı iş çərçivəsində qeydiyyatdan çıxarılanadək) həmin evdə qeydiyyatda olması mübahisələndirilməyən, həmçinin digər icraatlar çərçivəsində təsdiqini tapmış haldır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında ifadə etdiyi göstərişlər nəzərə alınaraq xx.xx.2025-ci il tarixdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış və ünvan 6a dair texniki sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanda “A” və “B” tikililəri mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 12 oktyabr 2015-ci il tarixli, 05 nömrəli Qərarında qeyd edilmişdir ki, “... Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının yaşadığı “B” literli tikiliyı münasibətdə subyektiv hüquqa malik deyil. Belə ki, “B” literli tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmiş, bu əsasla da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli, 2(008)-952/2018 saylı, qətnaməsi ilə 19 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. Ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə isə “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva etdiyindən iddiaçı üçüncü şəxsin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etmiş, lakin həmin ünvanda yerləşən “B” literli tikiliyı ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 2/2025 saylı qərarına göstərilənləri əsas götürərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-10558/2023 saylı qərarı qismən - üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına münasibətdə ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X2, X20, X8, X3, X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21, X6, X1 və X28 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası Rüstəmova Aida Xudakərim qızına münasibətdə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarı qismən - üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına aid hissədə ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X2, X20, X8, X3, X13, X10, Rüstəmova Aida Xudakərim qızı, X5, X9, X21, X6, X1 və X28 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına münasibətdə mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov