Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1757/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3797/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Bakı Şəhəri Xətai Rayon Xidmət Nümayəndəliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyə görə əmək pensiyasını təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM 33.1) . İşin faktiki hallarına görə iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, **********0 №-li rəsmi məktubu ilə ərizəsi təmin olunmamış və bu imtina onunla izah edilmişdir ki, qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ona minimum pensiya təminatına imkan vermir. İddiaçı hesab edir, imtina əsassızdır. Belə ki, onun 61 yaşının olduğunu nəzərə alınsa, ona əlilliyinə görə pensiya təyin olunması üçün 10 il 8 ay iş stajının tələb olunur (61-15)x4ay=184:12 ay=16 il. Onun isə ümumilikdə 23 ildən artıq iş stajı vardır ki, bu barədə ona məxsus əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının sığorta stajı 23 il 9 ay olmaqla qanunvericiliklə tələb olunan sığorta stajını (15 il 4 ay) ödəyir, lakin buna baxmayaraq iddiaçının fərdi hesabının sıqorta hissəsində qeydə alınmış 20840.77 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalını (26496 manat) ödəmədiyindən və həmin məbləğ də minimum pensiya təminatına imkan vermədiyindən onun əlilliyə görə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə müəyyən olunan İİ dərəcə əliliyə görə əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3797/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, ona əllillik pensipays təyin olunması üçün 16 il iş stajı tələb olunduğu halda onun 23 ildən çox stajı var. Məhkəmə tərəfindən demək olara ki, heç bir araşdırma aparmadan, cavabdehin etirazınının dəlilərinə əsaslanmaqla qərar qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (“PHŞ”) Bakı Şəhəri Xətai Rayon Xidmət Nümayəndəliyi, əsl cavabdeh - həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Məhkəmə kollegiyasının həmin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev iddiaçıya İİ dərəcə əlilliyə görə pensiya təyin olunması üçün fərdi hesabının sığorta hissəsində qanunla tələb olunan pensiya kapitalının mövcud olmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. DSMF-nin işə ələavə olunmuş “Elektron baza sistemi”ndən çıxarışa (i.v.52) əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, 12.1-ci maddəsinin iddiaçıya İİ dərəcə əlillik tyin edildiyi vaxt qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, İİ dərəcə əlilliyi olan iddiaçıya əlillik pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin ödənilməsi tələb olunur:
1. Əlilliyi müəyyən olunan dgünədək əmək qabiliyyətli yaş dövrüünün hər ilin 4 ay sığorta stajı olmaqla sosial sığorta stajı;
2. fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalıına malik olması. Qanunun 12.1-ci maddəsi ilə müəyyən olunan 1-ci şərt iddiaçı tərəfindən ödənilir. Belə ki, iddiaçının işdə olan şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1960-cı ildə anadan olmuşdur. Belə olan halda, xx.xx.2021-ci il tarixində İİ dərəcə əlillik təyin edilən anda onun 61 yaşı olmuşdur. Onun 15 yaşından başlanan 46 il əmək qabiliyyətli yaş dövrü üçün 184 ay , yəni 15 il 4 ay sığorta stajı tələb olunur. İş materiallarına əlavə olunmuş İT-İ ******* №-li, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən onun müxtəlif müəssisələrdə aşağıdakı dövrlər üzrə sığorta stajı müəyyən olunur: -xx.xx.1978-xx.xx.1978 - 4 ay; - xx.xx.1979 - xx.xx.1979 – 1 ay 18 gün; -xx.xx.1979 - xx.xx.1980 – 7 ay 25 gün; - xx.xx.1982 - xx.xx.1982 – 22 gün; -xx.xx.1982 - xx.xx.1983 - 6 ay 9 gün; -xx.xx.1983 - xx.xx.1983 – 8 ay 5 gün;
-xx.xx.1984 - xx.xx.1984 – 3 ay; -xx.xx.1984 - xx.xx.1985 – 1 il 6 gün; -xx.xx.1985 - xx.xx.1985- 3 ay 3 gün; -xx.xx.1986 - xx.xx.1987- 1 il 7 ay 11 gün; -2.10.1985 - xx.xx.1987 – 2 il 3 gün; -xx.xx.1987 - xx.xx.1988 – 8 ay 3 gün; -xx.xx.1989 - xx.xx.1991- 1 il 10 ay 5 gün; -xx.xx.1992 - xx.xx.1999 – 6 il 7 ay 1 gün; -xx.xx.1999 - xx.xx.2006-cı – 6 il 10 ay 3 gün; -xx.xx.2007-xx.xx.2013 – 6 il.
Bundan əlavə iddiaçının işə əlavə olunmuş BT 607684 saylı diplomunun surətinə əsasən müəyyən olunur ki, o, xx.xx.1975 - xx.xx.1979-cu ilədək Bakı Neft Tenikumunda təhsil almışdır (3 il 10 ay 8 gün). İddiaçının təhsil aldığı dövrdə, xx.xx.1956-cı ildən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndi nəzərdə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malik idilər. Belə olan halda, orta ixtisas təhsilalma dövru onun sığorta stajı kimi nəzərə alınmalıdır. Lakin iddiaçının xx.xx.1978-xx.xx.1978-də (4 ay) və xx.xx.1979-xx.xx.1979-də (1 ay 18 gün) əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər onun orta ixtisas təhsilalma dövrü ilə üst-üstə düşdüyünə görə həmin əmək fəaliyyəti dövrü (cəmi 5 ay 18 gün) təkrarən sığorta stajı kimi nəzərə alına bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Eyni zamanda, iddiaçının HZ ******* nömrəli hərbi biletinin surətinə əsasən xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 3 gün) . Beləliklə də iddiaçının qeyd olunan iş stajları ümumiləşdirildikdə, onun 27 il 10 ay 10 gün sığorta stajı toplanır. Bşqa sözlə, onun tələb olunan (15 il 4ay) sığorta stajından da artıq stajı vardır. Lakin buna baxmayaraq ona əlillik pensiyası təyin olunması üçün tələb olunan pensiya kapitalı yığılmır. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan tələbi baxımından iddiaçının 27 il 10 ay 10 gün sığorta stajı üzrə xx.xx.2006-cı il tarixinə hesablanan sığorta kapitalı 8602 manat təşkil edir.(27 il x306 manat)+(10ay x (306 manat :12 ay) +(306:12):30 gün x10gün) İddiaçının xx.xx.2006-cı il tarixinə qeydə alınan həmin 8602 manat pensiya kapitalı onun əllilik dərəcəsi aldığı və cavabdehə pensiya təyinatı üçün müraciət etdiyi vaxt (2021ci ildə) qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının həmin vaxt qüvvədə olan xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, 2021-ci ilə qədər indeksləşdirildikdə pensiya kapitalında aşağıdakı kimi artım yaranır (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən hər ilin sonuna olan faizlər işə əlavə olunur) :
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə İllər indeksinin illik alınmaqla ilin əvvəlinə pensiya səviyyəsi (ilin kapitalı (manatla) sonuna olan %)
xx.xx.2006 8,3 8602 9.315,96 xx.xx.2007 16,7 8602 + (8602 x 8,3%) 10871,72 xx.xx.2008 20,8 9.315,96 +(9.315,96x16,7%) 13.133,03 xx.xx.2009 1,5 10871,72 +(9.315,96 x20,8%) 13.330,02 xx.xx.2010 5,7 13.133,03 +(10871,72 x1,5%) 14.089,83 xx.xx.2011 7,9 13.330,02+(13.133,03 x5,7%) 15202,92 xx.xx.2012 1,1 14.089,83+(14.089,83x7,9%) 15.370,16 xx.xx.2013 2,4 15202,92+(14.089,83 x 1,1%) 15.739,04 xx.xx.2014 1,4 15.370,16+(15202,92 x 2,4%) 15.959,38 xx.xx.2015 4,0 15.739,04+(15.370,16x1,4%) 16.597,75 xx.xx.2016 12,4 15.959,38 +(15.739,04x4,0) 18655,87 16.597,75+(15.959,38 xx.xx.2017 12,9 x12,4) 21.062,47 xx.xx.2018 2,3 18.655,87+(16.597,75x12,9%) 21.546,90 21.062,47 xx.xx.2019 2,6 +(18.655,87x2,3%) 22.107,11 xx.xx.2020 2,8 21.546,90+(21.062,47 x2,6%) 22.726,10 xx.xx.2021 cəmi: 22.107,11+(21.546,90x2,8%)
Göründüyü kimi İddiaçının 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq topladığı 8602 manat pensiya kapitalı indeksləşdirildikdə onun 2021-ci ilin əvvəlinə olan pensiya kapitalı 22.726,10 manat təşkil edir (İddiaçıya əlillik təyin olunduğu (iyun 2021) və cavabdehə müraciət etdiyi (noyabr 2021) vaxt nəzərə alınmaqda il tamamlanmadığından 2021-ci il üçün indeksləşmə aparılmaışdır). Bundan əlavə, iş materiallarının 47-ci vərəqindən görünür ki, iddiaçının 2007-2013cü illərdə də əmək fəaliyyəti üzrə fərdi hesabının sığorta hissəsində 2.889,82 manat məbləğində pensiya kapitalı yığılmışdır. Belə olan halda, iddiaçının fərdi hesabının sığorta hissəsində ümumilikdə 25.615,92 (22.726,10 +2.889,82) manat pensiya kapitalı yığılmış olur. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinin 6 yanvar 2021-ci il tarixdən qüvvədə olan redekasiyasına görə əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasının sığorta hissəsi (SH) - fərdi hesabın sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin sığorta davamiyyəti əmlalına hasilinə olan nisbətidir . Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK / (TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi xx.xx.2021-ci il tarixində əlil olan 61 yaşında iddiaçının 27 il 10 ay 10 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində 25.615,92 manat sığorta kapitalı vardır. Qanunun qeyd olunan 12.1-ci maddəsinin tələbi baxımından, iddiaçıya qeyd olunduğu kimi əmək qabiliyyətli yaş dövrü üçün 184 ay sığorta stajı tələb olunur. Qanunun 13.2-ci maddəsində nəzərdə tutulan qaydada əlilliyə görə pensiyanın hesablanması üçün ilk öncə tələb olunan sığorta stajı aylarının sayı 200-ə bölünüərək sığorta davamiyyəti əmsalı tapılır. Yəni, 184 : 200 = 0,92. Daha sonra, həmin əmsal gözlənilən pensiya ödənişi müddətinə vurulur: Yəni 0,92 x 144=132,48. Bundan sonra iddiaçının topladığı pensiya kapitalı sözügedən kəmiyətə bölünərək iddiaçının aylıq pensiya məbləği müəyyən olunur. Yəni, 25.615,92: 132,48 = 193,35manat. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin 2019-cu ilin oktyabr ayının 1-dən 2022-ci ilin yanvarın 1-dək olan redaksiyasına görə əmək pensiyasının məbləği 200 manat məbləğində müəyyən edilmişdir. (xx.xx.2022-ci il tarixdən həmin məbləğ 240 manat təşkil etmişdir). Beləliklə işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının topladığı 25.615,92 manat məbləğində pensiya kapitalı onun aylıq minimum pensiya təminatını ödəmir. Qeyd edilməlidir ki, cavabdehin iddia ərizəsinə etirazında da qeyd etdiyi kimi, iddiaçının pensiya kapitalı 26.496 manat həddinə çatdığı halda yalnız, sözügedən hesablama qaydası ilə, yəni, 26.496 manat sığorta davamiyyəti əmsalı ilə pensiya ödənişi müddətinin hasili olan 132,48-ə bölündükdə, ona çatacaq aylıq pensiyanın məbləği 200 manat təşkil etmiş olur. Beləliklə də məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, cavabdeh orqan tərəfinjdən iddiaçıya ünvanladığı imtina məktubunda, iddia ərizəsinə etirazında və birinci instansiya məhkəməsinə təqdim etdiyi 15 fevral 2022-ci il tarixli məktubunda iddiaçının sığorta stajının, habelə, onun 2006-cı ilə qədər pensiya kapitalının 2017-2020-ci illər üzrə indeksləşdirilmə faizlərində səhvələrə yol verilsə də, hər bir halda, hərtərəfli məhkəmə tədqiqatının aparılması ilə tam dəqiqliyi ilə aşkar olunur ki, onun 2021-ci ilin əvvəlinə olan pensiya kapitalı 25.615,92 manat, həmin məbləğdən Əmək pensiyaları haqqında Qanunun 13.2-13.3-cü maddələrinə müvafiq olaraq hesablanan aylıq pensiya məbləği isə 193,35 manat təşkil edir ki, bu da onun qanunvericiliklə müəyyən olunan minmium pensiya təminatına (200) imkan vermir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya İİ əlillik dərəcəsinə görə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu isə onu göstərir ki, cavabdeh tərəfindən ona əlillik pensiyası təyin edilməsindən imtina olunması qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin heç bir araşdırma aparmadan əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3797/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3797/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Xəyalə Cəmilova