Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1757/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı "cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2029/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə məcburetmə haqqında iddia ərizəsi və sonradan isə ona əlavələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1973-xx.xx.1974-cü il tarixədək Bakı Texniki Məktəbində əyani təhsil almış, 1971-1998-ci illərdə Ucar rayonu Lək kənd sabiq “Sovet Azərbaycanı” kolxozunda kolxozçu kimi işləmiş, 19 sentyabr 1974-cü il tarixdən 25 aprel 1975-ci ilədək Ucar Tikinti-Quraşdırma QSC-də fəhlə kimi işləmişdir. Əmək kitabçası, arxiv arayışı və Ucar Tikinti Quraşdırma QSC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən işlədiyi illər üzrə stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. Hazırda 66 yaşı var. Mövcud qanunverciliyə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququ yaranır. O, sənədlərini cavabdehə təqdim edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin müraciətinə 35 gün keçməsinə baxmayaraq cavab verilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 30 sentyabr 2021-ci il tarixli məktubunda, habelə onun məhkəməyə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, iddiaçının sığorta stajının 25 ildən az, 2006-cı ilədək hesablanmış pensiya kapitalının isə tələb olunan 28800 manatdan az (17028,86 manat) təşkil etdiyini, 2006-cı ildən isə onun fərdi hesabında pensiya kapitalının qeydə alınmadığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddia ərizəsində göstərdiyi kimi cavabdeh orqan onun ümumi iş stajının hesablanmasında səhv edərək ümumi stajını 13 il 9 ay olaraq qəbul etmiş və mənə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə isə iş illərimi 22 il 2 ay 17 gün olaraq hesablamış, əmək fəaliyyətimi, hərbi xidmət dövrüm və texniki peşə təhsilimin sığorta stajıma daxil edilməsində səhvə yol verərək iş illərimi az hesablamış, iş stajımın 25 ili keçməsini diqqətə almamışdır. Adi riyazi hesablama aparılarsa aydın olar ki, tələb edilən iş stajı 25 ili keçir, lakin nədənsə hakim hesablamanı vətəndaşın xeyrinə yox, cavabdeh orqanın vəkili kimi çıxış edərək cavabdehin xeyrinə aparmış, iddia tələbimi təmin etməməklə səhvə yol vermişdir ki, bunu da qərəzli hesab edir. Məhkəmə onun xx.xx.1974-xx.xx.1975-ci illərdə "xxxx" QSC də (keçmiş 7 saylı X1) fəhlə işlədiyim7 ay 6 günlük iş stajımı (bu barədə xx.xx.2021-ci il tarixli Ucar Tikinti Quraşdırma İdarəsindən verilən Arayış işdə vardır) və cavabdeh orqanın belə qəbul etdiyi və məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 saylı etirazında qeyd etdiyi xx.xx.1978-xx.xx.1983-cü illərdə X4 Ordenli S.M.Kirov adına Maşınqayırma Zavodundan işlədiyi 4 il 2 ay 24 günlük iş stajımı (əmək kitabçamda bu barədə qeyd mövcuddur) ümumi iş illərimə daxil etməmiş, iş stajımı 22 il 2 ay 17 gün olaraq müəyyən etmişdir. Halbuki həmin illəri də iş stajına daxil edildiyi halda, onda adi riyazi hesablama ilədə müəyyən olunardı ki, 22 il 2 ay 17 gün + 4 il 2 ay 24 gün + 7 ay 6 gün = 27 il 17 gün ümumi iş stajım vardır və iddia tələbim təmin olunmalıdır. (xx.xx.2022-ci ildə əmək kitabçamın tərcümə və notarial təsdiq edilmiş surətini məhkəməyə şəxsən təqdimetmişdir) Məhkəmə əmək kitabçasına nəzərə yetiribsə onda niyə diqqət etmir ki, niyə əmək kitabçasında 1978-ci ilə kimi kolxozda olan iş illəri 1978- 1983-cü illərdə Maşınqayırma Zavoduna keçir və sonra yenidən 1984-cü ildən kolxozla davam edir? Kolxozda işlədiyim bütün illər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) mənim iş stajımın hesablanmasında nəzərə alınmalı idi. Lakin birinci instansiya məhkəməsi öz riyazi hesablamanın aparılmasında səhvə yol vermiş qərarında qeyd edir ki, “iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu,“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir”. Halbuki, qərar qəbul edilərkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinin əksinə qərar çıxarmışdır…» Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının 25 il sığorta sitajının, həm də tələb olunan pensiya kapitalıının mövcud olmadığını bildirərək «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən pensiya hüqüqunun yaranmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən,birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, məhkəmənin qərarı ilə razılaşmayaraq hesab edir ki, xx.xx.1978-xx.xx.1983cü illərdə “.Kirov” adına maşınqayırma zavodundan işlədiyi 4 il 2 ay 24 günlük iş stajı onun ümumi iş illərinə daxil edilməmişdir. Halbuki, həmin illər stajına hesablandıqda onun 25 ildən də çox stajı toplanır. Lakin, iş materialları üzrə araşdırma aparıldıqda iddiaçının qeyd olunan dəlilləri öz təsdiqini tapmır. Yəni,qanunvericiliyə uyğun olan 25 il sığorta stajının mövcudluğu müəyyən olunmur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının işə əlavə olunmuş Bakı şəhər 6 №-li Texniki peşə məktəbi tərəfindən verilmiş 11 iyul 1974-cü il 893 №-li “Attestat”ına, 5 may 1975-ci il tarixli ******* №-li hərbi biletinə, 10 iyul 1974-cü il tarixli kolxozçunun əmək kitabçasına və Ucar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il 35 №-li arxiv arayışına, Ucar Tikinti- Quraşdırma QSC-nin 02 №-li 02 mart 2021-ci il tarixli arayışına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur. Ucar rayonu Lək kənd sabiq “Sovet Azərbaycanı” kolxozunda illər üzrə adam günlərinin sayı : 1971- 82; 1983- 338; 1988- 198; 1993-149; 1972—124; 1984-366; 1989-139; 1994-138; 1973- 164; 1985- 365; 1990-115; 1995- 147; 1977- 53; 1986- 365; 1991-137; 1997- 151; 1978- 66; 1987- 365; 1992- 150; 1998—89. Arxiv arayışına əsasən Ucar rayonu, Lək kənd sabiq “Sovet Azərbaycanı” kolxozunda illik minimum adam günləri norması 1966 – 1985-ci illər üçün 210 adam günü, 1986 – 1997-ci illər üçün 200 adam günü təşkil etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı 1983–1987-ci illərdə minimum adam günü norması tam yerinə yetirmiş, deməli həmin dövr 5 il sığorta stajı kimi qəbul edilməlidir. Digər illər üzrə, o cümlədən, 1971-1978-ci və 1988-1998-ci illər üzrə onun qeyd olunan kolxoz stajı araşdırıldıqda illik günlərinin sayı minimum adam günləri sayından, yəni, müvafiq olaraq 2010 və 200 adam günü həddindən aşağıdır. 1971-1978-ci illərdə iddiaçının adam günlərinin sayı toplandıqda 5868 adam günü mövcud olur ki, həmin günlərin sığorta stajına çevrilməsi aparıldıqda 2 il 3 ay 28 gün (82 + 124 + 164 + 53 + 66) gün x 12 ay)= 5.868:210 = 27,.94 ay), 1988-1998-ci illər üzrə isə 18.768 günü toplanır ki, həmin adam günləri staja çevrildikdə 7 il 9ay 25 gün (198+139+115+137_150+149+138+147+151+89)x12=18768:200 = 93,84 ay) Beləliklə də qeyd olunan dövrlər üzrə iddiaçının stajı toplandıqda, onun kolxoz stajı ümumilikdə 15 il 1 ay 23 gün (2 il 3 ay 28gün+5+7 il 9 ay 25 gün) təşkil edir. Bundan başqa, onun aşağıdakı kimi stajı vardır: 01 09. 1973-xx.xx.1974: Texniki-peşə məktəbində təhsil müddəti - 10 ay 3 gün; 19.091974-xx.xx.1875: 7 saylı Mexanikləşldirilmiş səyyar dəstədə fəhlə-7ay 6 gün; xx.xx.1975-xx.xx.1977: müddətli hərbi həqiqi xidmət dövrü - 2 il 7 gün; xx.xx.1978-xx.xx.1983 “Kirov” adına Maşınqayırma zavodunda xarrat- 4 il 2 ay 24gün. İddiaçının “Kirov” adına Maşınqayırma zavodunda xx.xx.1978-xx.xx.1983-cü illərdə işlədiyi dövr onun həmin illərdə kolxozda işlədyi dövrlə üst-üstə düşdüyündən ikiqat hesablana bilməz, ikisindən biri nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Həmin qayda ilə iddiaçının zavod stajını nəzərə alıb, onun həmin dövr üzrə kolxoz stajı (2 il 3 ay 28 gün)çıxıldıqda, onun ümumi stajı cəmi, 20 il 5 ay 24 gün (15il 1 ay 23gün - 2 il 3 ay 28gün) =12 il 9 ay 24gün+ 10 ay 3 gün+ 7 ay 6 gün+ 2 il 7gün+ 4 il 2 ay 24 gün) təşkil edir. Hətta iddiaçının həm zavod stajının, həm də kolxoz stajının üst-üstə düşən hissəsi ikiqat nəzərə alınsa belə, onun cəmi, sığorta stajı 25 ildən az, yəni, 22 il 9 ay 22 gün təşkil edir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının sğorta stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan 65 yaşından pensiya hüququ yaranmır. Göründüyü kimi, onun apellyasiya şikayətinin 25 ildən çox (27 il 17 gün) iş stajının mövcud olduğunu mübahisələnirilən dəlilləri öz təsdiqini tapmır. Eyni zamanda, iddiaçının pensiya kapitalına görə də yaşa görə pensiya hüququ yaranmır. Belə ki, cavabdeh orqanın həm iddiaçıya ünvanladığ imtina məktubunda, həm də iddia ərizəsi ilə bağı məhkəməyə ünvanladığı etirazında bildirir ki, iddiaçının əmək fəaliyyəti 2006-cı il tarixinə qədər olan dövrə düşür və onun 2006-cı il tarixdən sonrakı müddətdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixinədək olan 20 il 2 ay 17 gün sığorta stajına uyğun hesablanan pensiya kapitalı 17.028,86 manat təşkil edir ki, bu da tələb edilən 28800 manat pensiya kapitalından azdır(xx.xx.2020-ci il tarixdən nminimum pensiya məbləği 200 manat müəyyən edilmişdir). Başqa sözlə, iddiaçının əmək pensiyasının minimumum məbləğinin ödənilməsinə imkan verən pensiya kapitalı mövcud deyildir. İddiaçının əmək kitabçasından da görünür ki, 2006-cı ildən əmk fəaliyyyəti mövcud olmamış və bu işin mübahisələndirilməyən halıdır.Onun 2006-cı ilə qədər əmək fəaliyyəti üzrə toplanmış 20 il 5 ay 24 gün sığorta stajına görə hesablanan pensiya kapitalı isə qanunveriliklə aşağıdakı kimi müəyyən olunur. “Əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının qeyd edilən 20 il 5 ay 24 gün stajı üzrə xx.xx.2006-cı il tarixinə hesablanan pensiya kapitalı 6273 (20 il x 306 manat)+( 306 manat :12 ay) x 6 ay) manat təşkil edir (24 gün 1 ay götürülmüşdür). Həmin pensiya kapitalı(6273 manat) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 2021-ci ilə qədər indeksləşdirildikdə, iddiaçının pensiya kapitalında aşağıdakı artım yaranır (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən hər ilin sonuna olan indeks faizləri işə əlavə olunur) : İstehlak qiymətləri İllər indeksinin illik İndeksləşdirmə nəzərə alınmaqla ilin səviyyəsi (ilin əvvəlinə pensiya kapitalı (manatla) sonuna olan %) 6273 2006 8,3 (2006-cı ilin pensiya kapitalı) 6794 2007 16,7 6273+521(yəni, 6273 x8,3%) 7929 2008 20,8 6794 +1135 (6794 x16,7%) 9584 2009 1,5 7929 +1655 (7929x20,8%) 9728 2010 5,7 9584+ 144 (9594 x1,5%) 10282 2011 7,9 9728+ 554 (9728x5,7%) 11994 2012 1,1 10282+ 812 (10282 x7,9%) 11216 2013 2,4 11094+ 122(11094x 1,1%) 11485 2014 1,4 11216 + 269(11216 x 2,4%) 11646 2015 4,0 11485 + 161(11485 x1,4%) 12112 2016 12,4 11646 + 466(11646 x4,0) 13614 2017 12,9 12112+ 1502(12112 x12,4) 15370 2018 2,3 13614+1756 (13614x12,9%) 15724 2019 2,6 15370+ 354 (15370x2,3%) 16133 2020 2,8 15724+ 409(15724 x2,6%) 16585 16133 +452(16133x2,8%) Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2020-ci ilin hətta sonuna indeksləşdirmə həyata keçirildikdə onun pensiya kapitalı 16585 manat təşkil edir. İddiaçının 65 yaşının tamam olduğu 2020-ci ilə münasibətdə tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edirdi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin 2019cu ilin oktyabr ayının 1-dən 2022-ci ilin yanvarın 1-dək olan redaksiyasına görə əmək pensiyasının məbləği 200 manat məbləğində müəyyən edilmişdir.Həmin Qanunun 45-ci maddəsinə müvafiq olaraq, 200 manat minimum pensiya məbləğinin gözlənilən pensiya müddətinə (144ay (12 il)) olan hasili 28800 manat təşkil edir. Qeyd olunan hesablamadan göründüyü kimi, konkret halda iddiaçının pensiya kapitalı 16585 manatdır təşkil edirki, bu da ona minimum pensiya məbləğinin ödənilməsinə imkan vermir. Hətta onun üst-üstə düşən həm zavod stajı, həm də kolxoz stajı ikiqat nəzərə alınıb 22 il 9 ay 22 gün stajına görə də pensiya kapitalı hesablansa belə, tələb olunan 28800 manat pensiya kapitalının toplanmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması, onun əmək fəaliyyətinə və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qanunauyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun sığorta stajının düzgün hesablanmadığını, qanunvericiliyə zidd qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2029/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2029/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1757/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1757/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver