Məhkəmə qərarları › İş №2-1(103)-1758/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1758/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1758/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1315/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh2 qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Təndir” restoranı) yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbində dəqiqləşmə apararaq, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında 5 mərtəbəli binaya bitişik və eyni zamanda yeraltı orta təzyiqli D219 ınnm-lık qaz xəttinin mühafizə zonasının üzərində lahiyədən kənar qanunsuz inşa edilmiş (“Təndir” restoranı) qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci ərazi X10 idarəsi rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək ünvan 3 ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində sızmanın olduğu müəyyən olunmuş və bu da gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şəraitin yaratmasını qeyd etmişdirlər. Qeyd olunanlara əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi və 2ci ərazi X10 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bundan sonra İddiaçı nümayəndələri, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X10 İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin mərkəzi rayon üzrə TİX-n, X8 və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ünvandakı qeyri- yaşayış obyektlərinə baxış keçirilmiş, ünvan 5ında, 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrində (zirzəmi və yarımzirzəmilərdə) obyektlərin altından keçən qaz xəttində sızma olduğu müəyyən edilərək yerində aktlaşdırılmışdır. Tərtib olunmuş aktların bir nüsxəsi qaz xəttinin həmin ünvanda yerləşən obyektlərin daxilindən kənarlaşdırılması üçün tədbir görülməsi məqsədilə qeyd olunan obyektlərin nümayəndələrinə təqdim olunmuşdur. Eyni zamanda ünvan 3 ünvanda 5 mərtəbəli yaşayış binasına bitişik Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsi və yarımzirzəmi mövcuddur. Tərtib olunmuş akt üzrə Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Təndir” restoranına xəbərdarlıq (pretenziya) məktubu göndərilərək obyekt tərəfindən baş vermiş qaz xəttində sızmaya dair sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə tədbir görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Bakı Regional Qaz İstismar Departamentindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında sakinlər tərəfindən qoruq zonası pozulmuş d219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin prinsipal sxeminə əsasən Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyriyaşayış sahəsində fəaliyyət göstərən “Təndir” restoranı D219 mm-lik qaz xəttinin mühafizə zonasının 1,5 metr məsafəsində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mmlik qaz xəttinin mühafizə zonasının 1,5 metr məsafəsində yerləşir. Həmin ünvanda “Təndir” restoranı fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1315/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün İnzibati Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi İddiaçıin iddia ərizəsini hərtərəfli araşdırmamış, eyni zamanda qərardad qəbul edərkən maddi və prosesual qanunvericiliyinin tələblərini pozmuş və səhv nəticəyə gəlmişdir. Bununla da qeyd edilən qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehə iclasın vaxtı barədə göndərilən bildirişin olduğu zərf “ünvan tam deyil” qeydi ilə poçt vasitəsilə məhkəməyə geri qaytarılmışdır. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıqdan müəyyən olunur ki, ünvan 6a baxış keçirilən zaman müəyyən olundu ki, istifadəsində olan qeyri-yaşayış sahəsində Bakı Regional qaz istismarı Departamentinin balansında olan qaz kəmərinin mühafizə zonası pozularaq qapalı şəraitə salınmış, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” haqqında 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının və "X4 İstismar” qaydalarının tələbləri pozulmuş və qaz kəmərinə nəzarət edilməsi, həmçinin vaxtli-vaxtında xidmət göstərilməsi məhdudlaşdırılmış və nəticədə bədbəxt hadisələrin (partlayış, yanğın) baş verməsinə potensial zəmin yaradılmışdır. Göstərilənləri nəzərə alaraq gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisələrin qarşısını almaq, qaz kəmərinin istismarına normal şərait yaradılması və zədələnmə hallarının qarşısının alınması məqsədilə 10 (on) iş günü müddətində sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi ondan tələb olunur. Əks təqdirdə baş verə biləcək bədbəxt hadisələrin məsuliyyət onun üzərində qalacaqdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 2-ci ərazi X10 İdarəsinin İddiaçınə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 və X7 tərəfindən, Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik reaksiya idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37/03604 saylı, xx.xx.2022-ci il tarixli, 37/03688 saylı X10 Xidmətində qeydiyyata alınmış müraciətlər əməkdaşlar tərəfindən araşdırılmışdır. Araşdırma zamanı ünvan 5ında, 5 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin birinci mərtəbəsində Bakı Regional Qaz İstismar Departamentinin Mərkəz TlX-nin rəis müavini X9 ilə birlikdə əməkdaşları tərəfindən yanğın texniki müayinə keçirilmişdir. Müayinə zamanı qeyd olunun ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xətti keçdiyi və sızmanın olduğu müəyyən olunmuşdur. Buda gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şərait yaradır. Tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə əsasında həyata keçirilməsi, tikintiquraşdırma işləri təsdiq edilmiş layihəyə uyğun aparılması, (“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24 maddəsi, Az.DTN 1.6-1 Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları) eləcə də yanğın və partlayışa qarşı tələblər nəzərə alınmaqla nəzarətdə saxlanılması məqsədi ilə müvafiq sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirlərinin, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlərin icra edilməsində yerli icra hakimiyyətləri səlahiyyətli olmadığından qeyd edilən iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. Həmin Fərmanın 4.11.10-cu bəndinə əsasən tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 4.10-cu bəndində həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında Cavabdeh2 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Təndir” restoranı) yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Buna görə də məhkəmə kollegiyası işin hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırki işdə qəbul edilmiş qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1315/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1315/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar