Məhkəmə qərarları › İş №2-1(103)-1758/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1758/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1758/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5586/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “İddiaçı MMC barəsində qəbul edilmiş 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən, yəni mənfəət vergisi üzrə 117 514,19 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 58 757,11 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə 385 365,58 manat azaldılması və Vergi Məcəlləsinin 58.1 - ci maddəsinə əsasən tətbiq edilmiş 192 682,81 manat maliyyə sanksiyası, ödəmə mənbəyində vergi üzrə 45 827,26 azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 22 913,63 manat maliyyə sanksiyası, maliyyə sankiyası üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 21 997,90 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar prosessual və mahiyyəti üzrə əsassızdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərini pozmuş və əsassız olaraq iddiaçı barəsində qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh səyyar vergi yoxlaması aktının məzmununda etiraz vermişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5586/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı (hakim: O.Həsənov) ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən, ÖMV üzrə hesablanmış 21.234,36 manat vergi və VM-nin 58.1ci maddəsinə əsasən tətbiq edilmiş 50% miqdarında maliyyə sanksiyası hissəsində istisna olmaqla, digər mübahisələndirilən hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin tam təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-1(112)-5586/2024 saylı qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanı qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, eləcə də, yoxlamaya ilkin sənədlər qismən təqdim edildiyinə görə vergi ödəyicisinin göstərdiyi xidmətlərin dəyərinin müəyyən edilməsi və icarəyə götürülmüş nəqliyyat vasitələrinin icarə haqlarının müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli Qərarla ekspert dəvət etmişdir. Lakin vergi ödəyicisi tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə tam təqdim edilə bilməmişdir. Bu səbəbdən də xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamış və ekspert tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina səbəbi bildirilmişdir. Belə ki, məktubda bildirilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə icarəyə götürülmüş daşınmaz əmlaklar üzrə icarə haqqının real bazar qiymətlərinin müəyyən edilməsi üçün bir rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığından ekspertizanın keçirilməsi imkan xaricindədir (şikayətə əlavə olunur). Göründüyü kimi, ekspertin rəy verməməsinə səbəb vergi ödəyicisinin sənədlərinin natamam olması olmuşdur. Bu səbəbdən göstərilən halı vergi orqanınının pozuntusu kimi qiymətləndirmək qanuni deyildir. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, direktorun səhhətində yaranmış problemlə əlaqədar olaraq səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin müraciətlərini nəzərə almaqla, səyyar vergi yoxlamasının aparılmasını dayandırmışdır. Məhkəmə tərəfindən göstərilən faktlar nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bildirirlər ki, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışın başlanğıc hissəsində göstərilən müddətlər ilkin olaraq səyyar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulan müddətlərdir. Lakin məlumdur ki, yoxlama Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla, dayandırıla və müddəti artırıla bilər. İş materiallarında mövcud olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışa səyyar vergi yoxlaması müddətinin artırılması (2 dəfə) və dayandırılması (13 dəfə) ilə bağlı bütün məlumatlar daxil edilmişdir. Göründüyü kimi, məhkəmə bu halı ümumiyyətlə araşdırmamışdır. Məhkəmə iş üzrə araşdırma aparmadığı və iş materialları ilə tanış olmadığı üçün əsassız dəlillər irəli sürmüşdür. Sənədlər yoxlamaya qismən təqdim edildiyindən “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********538700 nömrəli və xx.xx.2022-ci il tarixli **********577400 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Həmin məktublarda da hesablama üçün əhəmiyyətli olan təqdim edilməli sənədlərin siyahısı göstərilmişdir. Lakin sənədlər natamam olduğundan “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin bildirirlər ki, sənədlər yoxlamaya qismən təqdim edildikdə, “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt deyil, “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt tərtib olunur. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, habelə, vergi orqanına göndərilmiş xx.xx.2022-ci il tarixli **********107200, xx.xx.2023-cü il tarixli **********052300, xx.xx.2023-cü il tarixli **********508200, xx.xx.2023-cü il tarixli **********002500, xx.xx.2023-cü tarixli **********493800, xx.xx.2023-cü il tarixli **********514600, xx.xx.2023-cü il tarixli **********408200 və s. nömrəli məktublar ilə elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174522 nömrəli Protokol tərtib edilmişdir. Qərarda qeyd edilən sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Analoji ödəyicilər kimi "xxxx" MMCnin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin, həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilmədi. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinn 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Hesablama ilə bağlı qeyd edirlər ki, müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında yoxlanılan dövr üzrə xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mənfəət vergisi şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmişdir. Bildirirlər ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadınqa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Bildirirlər ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Bildirirlər ki, mübahisələndiirilən qərarın qəbul edildiyi tarixdə Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına görə (Vergi Məcəlləsinin 67.17-ci maddəsi) bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi prosedur xarakterli norma olmaqla yanaşı, həmin normanın tətbiqi müstəsna olaraq vergi orqanlarının səlahiyyətindədir. Məlum olduğu kimi prosedur xarakterli məsələlərə münasibətdə məhz tətbiq edildiyi zaman qüvvədə olan hüquq norması tətbiq olunur. Başqa sözlə, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən vergi yoxlamasının həyata keçirildiyi dövrdə Vergi Məcəlləsinin 67.17-ci maddəsi mövcud olduğu üçün həmin maddənin tətbiqi tam qanunauyğun olmuşdur. Sonda əlavə olaraq qeyd etmək istəyirlər ki, məhkəmənin belə bir mövqeyindən o məna hasil olur ki, vergi qanunvericiliyinə hər hansı bir dəyişiklik olarsa vergi orqanı qanunun qüvvəyə mindiyi andan deyil, bir neçə ildən sonra həmin normanı tətbiq etməyə başlamalıdır. Bu isə səsləndiyi kimi gülünc, absurd dəlil olmaqla yanaşı bəhanədən başqa bir şey deyildir. Həmçinin, yuxarıda qeyd olunan maddələrin müddəaların təhlilinə görə vergi orqanı Məcəllənin 83.2-ci maddəsi ilə ona verilmiş hüquqlar çərçivəsində maddədə göstərilən mənbələrin birinə və ya bir neçəsinə istinad edə bilər. Həmin maddədə hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır, çünki maddədə istifadə edilən “hüququ vardır” ifadəsi belə bir seçimi vergi orqanının ixtiyarına vermişdir. Odur ki, məhkəmənin yuxarıda qeyd olunan dəlilləri əsassızdır. İstər səyyar vergi yoxlaması aktında, istərsə də məhkəməyə təqdimedilmiş etirazda ƏDV üzrə hesablamalara kifayət qədər ətraflı və əsaslandırılmaqla izah verilmişdir. Belə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, onlayn kassa məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlərə, yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən yoxlama ilə hesablamaya və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 158-ci, 159-cu, 164-cü, 165-ci, 166-cıvə 175-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalıƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV tutulan dövriyyənin düzgün müəyyən olunmaması, əvəzləşdirilən ƏDV-nin düzgün müəyyən edilməməsi və eyni zamanda ƏDV-yə “0” dərəcə ilə cəlb olunan və ƏDV-dən “azad” əməliyyatların düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin -198 094,01 manat azaldılması və 74 193,56 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 272 287,57 manat olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 9 366,90 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış 9 366,90 manat vergi məbləğinin 50% miqdarında 4683,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin Qanunun 3.4.4-cü maddəsinə əsasən əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqlan (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər) kompensasiyalar və təzminatlar nağdsız qaydada həyata keçirilməli olduğu halda, cəmiyyət tərəfindən 2019-2022-ci illər ərzində 30000,00 manat aylıq güzəşt limitindən əlavə 219 979,00 manat məbləğində daşıma və digər xidmətlərə görə nağd qaydada ödənişlər aparılmışdır (müvafiq cədvəllər iş materiallarında mövcuddur). Beləliklə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4-cü maddəsinin tələblərinin pozulmasına görə, Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinə əsasən 219 979,00 manat məbləğə 10 faiz miqdarında 21 997,90 manat maliyyə sanksyası tətbiq edilmişdir. Ekspert icarə haqları üzrə ÖMV hesablanması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, "xxxx" MMC ilə fiziki şəxslər arasında bağlanılmış müqavilələrdə qeyd edilmiş ödəniş şərtlərinə əsasən ödənişlərin hər ay edilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Belə ki, X4 ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 3cü bəndinə əsasən icarə haqqı hər ay üçün 3500,00 manat məbləğində olmaqla ödənilməli olduğu şərti göstərilməsinə baxmayaraq vergi ödəyicisi vergidən yayınma məqsədi ilə ödənişləri nəğd formada etməklə icarə məbləğindən ödəmə mənbəyində vergi tutmamışdır. Bundan başqa fərdi sahibkar X10 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli icarə məbləği 3000,00 manat olan icarə müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, icarə haqqı hər aya görə əvvəlcədən ödənilməklə müvafiq ayın 5-dən geç olmamaq şərti ilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir şərtləri göstərilmişdir. Eyni qaydada fərdi sahibkar X2 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, icarə məbləği 2500,00 manat olan icarə müqaviləsinin 2-ci bəndində göstərilir ki, “İcarəçi” icarəyə götürdüyü qeyri-yaşayış sahəsi üçün hər ayın 1-dən geç olmayaraq 2500 manat məbləğində icarə haqqı ödəyir şərtləri göstərilmişdir. Bundan başqa fərdi sahibkar X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, icarə məbləği 1700,00 manata olan icarə müqaviləsinin 6-cı bədində göstərilir ki, aylıq icarə haqqı müqavilənin bağlandığı tarixdən hesablanmaqla ayda 1700,00 manat müəyyən edilir, həmin müqavilənin 8-ci bəndində isə icarə haqqının ödəniş şərti nəğ! olaraq göstərilmişdir. Digər müqavilə isə vergi ödəyicisi ilə ilə qarşılıqlı surətdə asılı olan X1 ilə bağlanmış icarə müqaviləsidir. Belə ki, X1 müəssisənin həm təsisçisi həm də direktoru olan X5 atasıdır. Belə ki, Vergi Məcəlləsinin 18.2.5-ci bəndinə əsasən bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin ailə üzvləri bu Məcəllənin 13.2.7.2-ci bəndində valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələrin ailə üzvü olduğu göstərilmişdir. Bundan başqa notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqavilənin 5-ci bəndinə əsasən hər aylıq 200,00 manat icarə haqqı ödəyir şərti göstərilmişdir. Bütün icarə müqavilələrinin şərtlərinə əsaslanmaqla və kassa sənədləri üzrə mədaxil və məxaric sənədləri yoxlamaya təqdim etmədiyindən ödənişləri müəyyən etmək mümkün olmadığı üçün yoxlama ilə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri nəzərə alınmaqla icarə haqqı üzrə ödəmə mənbəyində gəlir vergisi hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmçinin, bu Məcəllənin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Bəyannamə məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə (İİİ rüb 2019- İİ rüb 2022) 29 272,61 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Həmçinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin icarə müqavilələrinə əsasən yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabatda göstərilməli olan öhdəliklərin göstərilməməsi səbəbindən 45 008,61 manat vergi hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış 29 272,61 manat vergi məbləği nəzərə alınmaqla əlavə olaraq 15 736,00 manat (29 272,61 - 45 008,61) verginin hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması ilə ümumilkdə 46337,26 (9366,90 + 15736,00 + 20724,36 + 510,00) manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayn-ayn aylar üzrə 46337,26 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 23168,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edirlər ki, məhkəmə ayrı-ayrı tədiyyələr üzrə mövcud olan yayındırılmış vergi məbləğlərini əsaslandırarkən ekspert rəyinə istinad etmişdir. Həmin hesablamaların düzgün olmamasına isə həm məhkəməyə ekspert rəyi üzrə təqdim edilmiş mülahizədə, həm də apellyasiya şikayətində kifayət qədər əsaslandırır. Göstərilənlərə əsasən, hesab edirlər ki, məhkəmənin mötəbər sübut hesab etdiyi eskpert rəyi əsassızdır. Məhkəmə qərarının əsası kimi istinad olunan dəlillər işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar əsassızdır və ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, 15 dekabr 2023-cü il tarixli inzibati akt xx.xx.2024-cü il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3-ci maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********163024 saylı qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 23 oktyabr 2023-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya: -MV üzrə 2019-cu il üzrə 31 178,31 manat, 2020-ci il üzrə 28 370,33 manat, 2021-ci il üzrə 57 965,55 manat, cəmi 117 514,19 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 58 757,11 manat maliyyə sanksiyası tətbiq edilmiş; -ƏDV üzrə 2019-cu il üzrə 20 845,99 manat, 2020-ci il üzrə 95 687,19 manat, 2021ci il üzrə 116 520,17 manat, 2022-ci il üzrə 152 312,23 manat, cəmi 385 365,58 manat azaldılması, 113 078,03 manat artıq hesablanması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 192 682,81 manat maliyyə sanksiyası tətbiq edilmiş; -ÖMV üzrə 2019-cu il üzrə 9 446,16 manat, 2020-ci il üzrə 20 925,10 manat, 2021-ci il üzrə 11 759,54 manat, 2022-ci il üzrə 4 206,46 manat, cəmi 46 337,26 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23 168,63 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 21 997,90 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 8 627,52 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki tələbində qeyd olunan qərarın qismən, yəni mənfəət vergisi üzrə 117.514,19 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 58.757,11 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə 385.365,58 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 192.682,81 manat maliyyə sanksiyası, ödəmə mənbəyində vergi üzrə 45.827,26 azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 22.913,63 manat maliyyə sanksiyası və maliyyə sankiyası üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 21 997,90 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək mübahisələndirilən qərar ÖMV üzrə hesablanmış 21.234,36 manat vergi və VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 50% miqdarında maliyyə sanksiyası hissəsində istisna olmaqla, digər mübahisələndirilən hissələrdə ləğv edilmişdir. Hazırda cavabdeh apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin qərarını apellyasiya baxışının predmetini təşkil edən hissədə əsaslı hesab edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, eləcə də, yoxlamaya ilkin sənədlər qismən təqdim edildiyinə görə vergi ödəyicisinin göstərdiyi xidmətlərin dəyərinin müəyyən edilməsi və icarəyə götürülmüş nəqliyyat vasitələrinin icarə haqlarının müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli Qərarla ekspert dəvət etmişdir, lakin vergi ödəyicisi tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə tam təqdim edilə bilməmişdir, bu səbəbdən də xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamış və ekspert tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina səbəbi bildirilmişdir, belə ki, məktubda bildirilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə icarəyə götürülmüş daşınmaz əmlaklar üzrə icarə haqqının real bazar qiymətlərinin müəyyən edilməsi üçün bir rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığından ekspertizanın keçirilməsi imkanımız xaricindədir, göründüyü kimi, ekspertin rəy verməməsinə səbəb vergi ödəyicisinin sənədlərinin natamam olması olmuşdur, bu səbəbdən göstərilən halı vergi orqanınının pozuntusu kimi qiymətləndirmək qanuni deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, yoxlama aktından görünür ki, 11 yanvar 2023-cü il tarixdən 34 gün müddətinə, 12 fevral 2023-cü il tarixdən 22 gün müddətinə, 9 mart 2023-cü il tarixdən 9 gün müddətinə, 17 mart 2023-cü il tarixdən 18 gün müddətinə, 28 aprel 2023-cü il tarixdən 18 gün müddətinə, 15 may 2023-cü il tarixdən 16 gün müddətinə, 30 may 2023-cü il tarixdən 18 gün müddətinə, 16 iyun 2023-cü il tarixdən 21 gün müddətinə, 6 iyul 2023-cü il tarixdən 16 gün müddətinə, 21 iyul 2023-cü il tarixdən 18 gün müddətinə, ümumilikdə 190 gün müddətinə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertizanın keçirilməsi əsası ilə, 3 aprel 2023-cü il tarixdən 11 gün müddətinə, 13 aprel 2023-cü il tarixdən 16 gün müddətinə, 7 avqust 2023-cü il tarixdən 31 gün müddətinə, ümumilikdə 58 gün müddətinə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi əsası ilə, ümumilikdə 248 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı yoxlama ilə vergi orqanı 190 gün müddətinə yoxlamanı ekspertizanın təyin edilməsi əsası ilə və 58 gün müddətinə isə cəmiyyətin rəhbərinin əmək qabiliyyətinin itirməsi əsası ilə dayandırmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən dayandırılır. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmayan müddətə dayandırılır (təxirə salınır). Qeyd edilən normada qanunverici yoxlamanın dayandırılması anının başa çatmasını mütəxəssisin və ya ekspertin rəyinin təqdim edilməsi anı ilə müəyyən etmişdir. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd edilir ki, ““Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167073 nömrəli qərara əsasən ekspert qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaklar üzrə icarə haqqının real bazar qiymətini müəyyənləşdirmək sualı qoyulmuşdur. Vergi ödəyicisi tərəfindən ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlər ekspertə tam təqdim edilə bilməmişdir. Bununla bağlı olaraq xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamış və ekspert tərəfindən xx.xx.2023-cü il tarixli **********955600 nömrəli məktubla imtina səbəbi bildirilmişdir. Ekspertizanın müəyyən edilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli **********955600 nömrəli məktub vergi ödəyicisinə xx.xx.2023-cü il tarixində **********540600 nömrəli məktubla təqdim edilmişdir.” Səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh vergi orqanı 6 yanvar 2023-cü il tarixdə ekspertizanın təyin edilməsi haqqında qərar qəbul etmiş, lakin ekspertiza keçirilməsinin mümkün olmamasına dair məktub yalnız 9 aydan çox müddət keçdikdən sonra 13 oktyabr 2023-cü il tarixdə vergi orqanına təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertizanın bu qədər uzun müddət ərzində aparılması inandırıcı deyil və cavabdeh buna şəraət yaratmaqla yoxlama müddətinin lüzumsuz olaraq dayandırılmasına əsaslar yaratmışdır. İcarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi üçün hər hansı bir sənədə lüzum yoxdur və həmin ekspertiza müqayisəli şəkildə həmin ərazidə mövcud olan digər eyni daşınmaz əmlaklar üzrə, eyni zamanda internet və sosial şəbəkələrdə olan daşınmaz əmlakların elanları üzrə və digər üsullarla müəyyən edilir ki, bunun üçün də yalnız icarə müqavilələrin təqdim edilməsi kifayətdir. İddiaçı isə yoxlama zamanı vergi orqanına mövcud olan təsərrüfat subyektləri üzrə bütün icarə müqavilələrini təqdim etmişdir. Bundan başqa, yoxlama aktının 1.9.4-cü bəndində vergi orqanı qeyd etmişdir ki, iddiaçı zəruri olan sənədləri ekspertə tam təqdim edə bilməmiş, eyni zamanda ekspert də məktubunda hansısa sənədlərin təqdim edilmədiyini vurğulamış, lakin həmin sənədlərin nədən ibarət olması yoxlama aktında və məktubda açıqlanmamış və iddiaçı tərəfindən məhz hansı sənədlərin ekspertə təqdim edilmədiyi göstərilməmişdir. Cavabdeh inzibati orqan həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması dayandırılır. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, direktorun səhhətində yaranmış problemlə əlaqədar olaraq səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin müraciətlərini nəzərə almaqla, səyyar vergi yoxlamasının aparılmasını dayandırmışdır. Məhkəmə tərəfindən göstərilən faktlar nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, AR Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində yoxlamanın dayandırılmasının əsaslarından biri kimi səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə bu hal üzrə yoxlamanın dayandırmasının başa çatma müddəti kimi əmək qabiliyyətinin bərpa edilən ana kimi müəyyən edilmişdir Cavabdeh inzibati orqan 3 aprel 2023-cü il tarixdən 11 gün müddətinə, 13 aprel 2023-cü il tarixdən 16 gün müddətinə, 7 avqust 2023-cü il tarixdən 31 gün müddətinə VMnin 38.7.2-ci maddəsinə istinad edərək yoxlama müddətini dayandırmışdır. Bu halda Vergi Məcəlləsinin 38.7.2-cu maddəsinin hazırki işə tədbiqi onu ehtiva edir ki, yoxlama materillarında vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi müəyyən olunmalıdır. Lakin yoxlama zamanı iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə və daha sonra bərpa edilməsinə dair heç bir tibbi sənəd mövcud deyil. Bu isə cavabdeh vergi orqanı tərəfindən yoxlamanın qanuni əsas olmadan dayandırılmasına və bununla da dayandırmaya aid olan vergi qanunvericiliyinin normaların kobud şəkildə pozulmasına dəlalət edir. Oxşar mövqe həmçinin oxşar iş üzrə AR Ali Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1620/2020 nömrəli qərarında da öz əksini tapmışdır. Cavabdeh inzibati orqan həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, çıxarışın başlanğıc hissəsində göstərilən müddətlər ilkin olaraq səyyar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulan müddətlərdir. Lakin məlumdur ki, yoxlama Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla, dayandırıla və müddəti artırıla bilər. İş materiallarında mövcud olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışa səyyar vergi yoxlaması müddətinin artırılması (2 dəfə) və dayandırılması (13 dəfə) ilə bağlı bütün məlumatlar daxil edilmişdir. Göründüyü kimi, məhkəmə bu halı ümumiyyətlə araşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2022 tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti 13 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış və yalnız yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra xx.xx.2023-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2022 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə birinci qərar ümumiyyətlə düzgün tarixdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cu il tarixədək (44 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti xx.xx.2022-ci il tarixli qərarla 30 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra xx.xx.2022-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 15 dekabr 2023-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yoxlama zamanı cavabdeh vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. AR Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Səyyar vergi yoxlaması aktından görünür ki, aktın 1.9.1-ci bəndində qeyd edir ki, “Vergi ödəyicinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163064 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamə əsasında tələb edilmiş sənədlər cəmiyyət tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir. Eyni zamanda, bununla bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən tələb edilən sənədlər qismən təqdim edildiyi üçün xx.xx.2022-ci il tarixində sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı öz tərtib etdiyi yoxlama aktında iddiaçı tərəfindən sənədlərin bir qisminin təqdim edilməsini qeyd edərək qismən təqdim edilməsi haqqında akt tərtib edir, lakin hansı sənədlərin təqdim edilmədiyini ümumiyyətlə açıqlamır. Daha sonra, yoxlama aktının 1.9.1-ci bəndində göstərilmişdir ki, “Vergi orqanı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********165158 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, habelə vergi orqanına göndərilmiş xx.xx.2022-ci il tarixli **********107200 nömrəli, xx.xx.2023-cü il tarixli **********052300 nömrəli, xx.xx.2023-cü il tarixli **********508200 nömrəli, xx.xx.2023-cü il tarixli **********002500 nömrəli, xx.xx.2023-cü il tarixli **********493800 nömrəli, xx.xx.2023-cü il tarixli **********514600 nömrəli, xx.xx.2023-cü il tarixli **********408200 və s. nömrəli məktublar ilə elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174522 nömrəli Protokol tərtib edilmişdir. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama aktında ilk öncə iddiaçı tərəfindən sənədlərin qismən təqdim edildiyini qeyd etsə də, daha sonra kağız daşıyıcıda və elektron qaydada məktublarla sənədlərin təqdim edildiyini göstərmişdir. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı sənədlərin iddiaçı tərəfindən qismən təqdim edildiyini iddia etsə də, hansı səbəbdən 28 noyabr 2022-ci il tarixdə qərar qəbul edilərək 21 iyul 2023-cü il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun tərtib edildiyini əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı 28 noyabr 2022-ci il tarixdə qəbul etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolu 21 iyul 2023-cü il tarixdə, yəni təxminən 8 ay müddət keçdikdən sonra qəbul edilməsini belə əsaslandıra bilməmiş, bununla bağlı konkret arqument gətirə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin göstərmişdir ki, məhkəmə iş üzrə araşdırma aparmadığı və iş materialları ilə tanış olmadığı üçün əsassız dəlillər irəli sürmüşdür. Belə ki, hesablama əsasları barədə ətraflı məlumat həm səyyar vergi yoxlaması aktında, həm də məsuliyyət qərarında mövcuddur. Həmin hesablamanın əsasları və mənbəyi barədə tam məlumat verilməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini araşdırmadan müraciət etməsi və iddiaçının prosessual sənədlərində ifadə olunan məlumatları dəlil olaraq qərarına köçürməsi həmin qərarın əsassızlığına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli 5 saylı Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsi imperativ xarakter daşıdığından həmin maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda, yəni vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmişdir. İş üzrə səyyar vergi yoxlama materiallarına əsasən müəyyən edilir ki, iddiaçı yoxlama ilə əhatə olunan 2019-2021-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: Göstəricilər illər üzrə 2019-cu il üzrə 2020-ci il üzrə 2021-ci il üzrə Gəlirlər 2 336 739,05 2 749 618,53 4 054 920,26 Xərclər 2 110 307,37 2 381 415,03 3 666 273,45 Mənfəət 226 431,68 368 203,50 388 646,81 Mənfəət vergisi 45 286,34 73 640,70 77 729,36 İş materiallarında olan səyyar vergi yoxlaması aktında vergi orqanı göstərmişdir ki, “Vergi ödəyicisinin xərclərinin əsas hissəsini alınmış malların maya dəyəri təşkil etmişdir. Həmin malların maya dəyərinin illər üzrə silinməsi barədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş məlumatlarda ziddiyətli fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş “Malların hərəkəti” barədə məlumatda malların adlarını qruplaşdırmaqla göstərmiş, lakin malların ölçüləri və qiymətləri müxtəlif olmuşdur. Vergi ödəyicisinin alışında hər bir mal qrupu üzrə malların adları üzrə göstəricilər aydın şəkildə görünsə də, vergi ödəyicisi malların uçotunu ümumi şəkildə aparmış, alınmış və təqdim edilmiş malların adları uçot sənədlərində (malların hərəkəti cədvəli) və satış sənədlərində (NKA çeki, elektron qaimə-faktura) ümumi şəkildə qeyd edilmiş, faktiki olaraq hər təqdim olunan malın maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Nəticədə vergi ödəyicisinin mənfəət vergisi bəyannamələrində “Malın dəyəri” xərc sətrində əks etdirdiyi rəqəmlərin düzgünlüyü müəyyən edilə bilməmişdir. Elə buna görə də, vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı olaraq 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səfiyyəsi 20% götürülərək hesablandı.” Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iş üzrə faktiki halları tam araşdırmadan və mövcud məsələyə vergi qanunvericiliyi baxımından düzgün qiymət vermədən əlavə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əsas fəaliyyəti elektrik-məişət mallarının və şüşə qab-qaçaqlarının topdan satış fəaliyyəti ilə yanaşı həmçinin pərakəndə satış fəaliyyətindən ibarət olmuşdur. İddiaçının dövriyyəsinin bir hissəsi malların topdan satışından formalaşdığı halda, digər bir hissəsi isə nəzarət kassa-aparatına mədaxil olunmaqla malların pərakəndə satışı təşkil etmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanı yalnız malların uçotunun ümumi apardığını, hər təqdim edilən malın maya dəyərinin müəyyən edilməsinin mümkün olmadığını əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.1-1-ci maddəsinə görə iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.4-cü bəndində görə İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Eyni müddəalar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda da öz əksini tapmışdır. Sadalanan normalardan göründüyü kimi, ümumiyyətlə vergi ödəyicisinin mallar üzrə silgi hesabatların aparılması, hər bir mal üzrə uçotun ayrı-ayrılıqda aparılması vəzifəsi qanunvericilikdə öz əksini tapmamışdır. Topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi isə idxal edilən malları uçota alarkən malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı da qeyd edilən tələblərə riayət etmiş və təqdim edilməsi üçün idxal etdiyi bütün malların uçotunu idxal sənədləri əsasında aparmış, bütün malların gömrük kodları üzrə uçotunu, malların hərəkət cədvəlini və buna dair sənədləri vergi orqanına təqdim etmişdir. Cavabdeh vergi orqanı isə birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tətbiq edilməsi, yəni iddiaçının bütün xərclərinin nəzərə almayaraq gəlirə münasibətdə 20% şərti rentabellik səviyyəsinə əsasən vergilərin hesablanması üçün formal olaraq malların güya maya dəyərinin müəyyən edilməməsi əsaslarını gətirmişdir. Halbuki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı vergi orqanın iddia etdiyi kimi malların hərəkət hesabatların və malların ayrı-ayrılıqda uçotunu aparmamışdırsa, bu hal birbaşa Vergi Məcəlləsinin tələblərinə əsasən malların inventarizasiyasını aparmaq üçün əsas idi. Lakin səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndindən görünür ki, vergi orqanı yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyasını keçirməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə inventarizasiya səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Məhkəmə kollegiyası qeyd olunan qanun normasını əsas götürərək qeyd edir ki, əgər vergi ödəyicisi tərəfindən hər hansı hesabat sənədləri, hazırkı halda malların ayrı-ayrılıqda uçotu aparılmamışdırsa, belə olan təqdirdə vergi orqanı vergi ödəyicisinin əmlakının inventarizasiyasını mütləq şəkildə aparılmalıdır. Sözügedən normada əmlakın inventarizasiyasının aparılması imperativ qaydada müəyyən edilmişdir. Cavabdeh vergi orqanı isə iddiaçının kifayət qədər mal qalığının olmasına baxmayaraq iddiaçıya aid təsərrüfat subyektləri olan anbarlara baxış keçirsə də, həmin malların inventarizasiyasını aparmamışdır. Halbuki, yoxlanılan dövr ərzində idxal edilən malların, satılan malların həcmini (sayını) və yerdə qalan mal qalığını müəyyən etmədən hər bir mal üzrə maya dəyərinin müəyyən edilməsi özü-özlüyündə qanunvericiliyinin tələblərinə uyğun deyil. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, analoji ödəyicilər kimi "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilmədi. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinn 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh vergi orqanı birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, qanunvericilik normaların tələblərindən görünür ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Yuxarıda qeyd edilən normalardan görünür ki, analoji vergi ödəyicilərinin meyarı kimi istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən başqa digər vergi ödəyicilər üçün VM-nin 67.2.2-ci və 67.2.3-cü maddələrində nəzərdə tutulan iki meyar müəyyən edilmişdir ki, bunlar da eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi və fəaliyyət göstərilən ərazidir. Vergi orqanı isə analoji vergi ödəyicilərinin məlumatlarından istifadə edilməməsi üçün qanunla meyar kimi nəzərdə tutulmayan əldə etdiyi və təqdim etdiyi mal, iş və xidmətlərin dəyəri, işçi sayı və digər iqtisadi göstəriciləri əsas kimi gətirmişdir. Halbuki, sözügedən analoji vergi ödəyicilər iddiaçı ilə eyni xüsusiyyətli və eyni cinsli malların, yəni elektron-məişət və şüşə qab-qacaq malların təqdim edilməsindən məşğuldular və fəaliyyət göstərdiyi ərazi də Bakı şəhəridir. Başqa sözlə desək, vergi orqanı 67-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, qanunla nəzərdə tutulmuş meyarlardan kənara çıxaraq və formal bəhanə gətirərək əsassız və qanunsuz olaraq analoji vergi ödəyicilərin məlumatlarından istifadə etməmişdir ki, bununla da VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etməmiş və kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, diqqətə çatdırılır ki, oxşar ilər üzrə məhkəmələrdə baxılan vergi mübahisələri zamanı VM-nin 67-ci maddəsinin tətbiqinə dair hüquqi qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi belə formalaşmışdır. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-2643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.”. Həmçinin oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-22/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.” Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edildiyi tarixdə Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına görə (Vergi Məcəlləsinin 67.17-ci maddəsi) bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi prosedur xarakterli norma olmaqla yanaşı, həmin normanın tətbiqi müstəsna olaraq vergi orqanlarının səlahiyyətindədir. Məlum olduğu kimi prosedur xarakterli məsələlərə münasibətdə məhz tətbiq edildiyi zaman qüvvədə olan hüquq norması tətbiq olunur. Başqa sözlə, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən səyyar vergi yoxlamasının həyata keçirildiyi dövrdə Vergi Məcəlləsinin 67.17-ci maddəsi mövcud olduğu üçün həmin maddənin tətbiqi tam qanunauyğun olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda yoxlama ilə yoxlanılan dövr 2019-2021-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası Səyyar vergi yoxlaması nəticəsində hesablanmış ƏDV ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, vergi orqanı burada da eyni pozisiya üzrə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “yoxlama təqdim edilmiş sənədlərə əsasən ......müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən VM-nin 158-ci, 159-cu, 164-cü, 165-ci, 166-ci və 175-ci maddələrin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDVnin azaldılmasının səbəbi ƏDV dövriyyələrinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. VM-nin 58.1-ci maddəsinə əsasən ƏDVnin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272 287,55 manat azaldılmasına və vergiyə cəlb olunan dövriyyənin ayrı-ayrı aylar üzrə 385 365,58 manat düzgün müəyyən olunmamasına görə vergi ödəyicisinə aylar üzrə azaldılmış məbləğin 50% miqdarında, yəni 192 682,79 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.” Göründüyü kimi, yoxlama aktının ƏDV-yə aid hissədə hesablamanın əsas mahiyyəti iddiaçı tərəfindən ƏDV dövriyyəsinin düzgün müəyyən edilməməsi qeyd edilsə də, bu düzgün müəyyən edilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Vergi orqanı tərəfindən ƏDV üzrə 385 365,58 manat azaldılmasının və 113 078,03 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 51 141,70 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə (192 682,79 - (385 365,58 – 113 078,03 – 51 141,70) x 50%)) 82 109,87 manat hissədə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1079/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Göründüyü kimi, iddiaçının ƏDV öhdəliyi (yəni yayındıırlmış məbləğ) ümumilikdə 27684,77 manat olduğu halda, maliyyə sanksiyası 127976,57 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən ƏDV-nin azaldılması və artıq hesablanmasının əsası Vergi Məcəlləsinin 166.1ci maddəsi ilə nəzərdə tutulmuş vergi tutulan əməliyyatlarının vaxtının düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuş və bu hal pozuntu hesab edilməklə maliyyə sanksiyası azaldılmış məbləğə, yəni 255.953,13 manata münasibətdə hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının artıq ödəməsi olduğuna görə ona 127976,57 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinin yuxarıda sadalanan maddələrinə uyğun olmamışdır. Belə ki, əgər yoxlama dövrü üzrə dövlət büdcəsinə çatası ƏDV-nin 255953,13 manat azaldılması və 228268,18 manat artıq hesablanması müəyyən edilmişdirsə, vergi öhdəliyi 27.684,77 manat olmuş və maliyyə sanksiyası da həmin məbləğə münasibətdə tətbiq edilməli idi.” Məhkəmə kollegiyası ödəmə mənbəyində vergilərlə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçinin iddiaçıya yoxlanılan dövr ərzində verdiyi borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi Vergi Məcəlləsinin 123cü maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının qeyd olunan mövqeyi vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. İş üzrə mövcud olan sənədlərdən görünür ki, iddiaçının təsisçisi iddiaçıya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu iddiaçıya maddi dəstək üçün vermiş və verdiyi borclara görə iddiaçı ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının təsisçisinin verdiyi borca görə iddiaçı tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə kollegiyası borc münasibətləri vergi qanunvericiliyində nəzərdə tutulmadığı üçün mülki qanunvericiliyinin bəzi normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Eyni Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normalardan da görünür ki, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzam olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, iddiaçının təsisçisi ilə iddiaçı arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərərindən təsisçiyə iddiaçı tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “42. Nəzərə almaq lazımdır ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır.”. Məhkəmə kollegiyası cavabdehin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4-cü maddəsinin tələblərinin pozulmasına görə, Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinə əsasən 219 979,00 manat məbləğə 10 faiz miqdarında 21 997,90 manat maliyyə sanksiyası tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı yoxlama zamanı kassa əməliyyatları təsdiq edən cədvəlləri, sənədləri və bank hesablarından çıxarışları vergi orqanına təqdim etmiş və həmin məlumatlarda cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmiş, aylıq 30 000,00 manat limitdə cəmiyyət tərəfindən kənarlaşmaya yol verilməmişdir. Yoxlama aktından görünür ki, cavabdeh vergi orqanı yoxlama zamanı aylıq limitdən artıq ödənişlərin aparılmasını göstərmiş, lakin həmin ödənişlərin hansı tarixlərdə və hansı əməliyyatlar üzrə aparılmasını ümumiyyətlə açıqlanmamış, pozuntu hallarının mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icarə müqavilələrinə münasibətdə hesablanmış 15 736,00 manat vergi və VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 50% miqdarında, yəni 7.868,00 manat maliyyə sanksiyası ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, yoxlama aktından və iş üzrə mövcud olan yoxlama materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı iddiaçı tərəfindən faktiki ödənilən icarə haqqlarını deyil, yoxlanılan dövr ərzində bütün aylar üçün icarə müqavilələrində müəyyən edilmiş icarə haqqı məbləğlərini əsas götürməklə əlavə ÖMV hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 5-ci maddəsindən aydın görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. İddiaçı da məhz qeyd edilən normaların tələblərinə uyğun olaraq yoxlanılan dövr, yəni İİİ rüb 2019 – İİ rüb 2022 dövr ərzində faktiki ödədiyi icarə haqlarına görə ÖMV hesablayıb dövlət büdcəsinə bəyan etmişdir. Cavabdeh vergi orqanı isə 2020-2021-ci illərdə pandemiya dövründə bütün təsərrüfat subyektlərinin fəaliyyət göstərmədiyini və bu səbəbdən bəzi aylar üzrə icarə haqqlarının tam və ya qismən ödənilmədiyini və digər qarşılıqlı razılıq əsasında icarə haqqlarının ödənilməməsi səbəblərini nəzərə almamış və bütün dövrlərə icarə müqavilələrdə olan icarə haqqı məbləğlərini əsas götürməklə vergiləri hesablamışdır. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı təsisçiyə ödənilən borca görə əlavə faiz məbləğlərinin və fiziki şəxslərə ödənilən icarə haqqlarından əlavə icarə haqqlarının ödənilməsini ehtimallar əsasında irəli sürsə də, həmin məbləğləri iddiaçının illər üzrə mənfəət vergisi bəyannamələrində xərc kimi nəzərə almamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə İddiaçı MMC üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 15 dekabr 2023-cü il tarixli **********179198 qərar ilə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə hesablanmış vergilərin düzgünlüyü müəyyən edilməmiş, ümumilikdə 21.234,36 manat (20.724,36+510) məbləğində ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. İş üzrə əldə edilmiş ekspert rəyi ilə iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi və ƏDV öz təsdiqini tapmamışdır. Eyni zamanda, ÖMV üzrə ümumilikdə 21.234,36 manat istisna olmaqla, qalan hissədə də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5586/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar