Məhkəmə qərarları › İş №2-1(103)-1759/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1759/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1759/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0.06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bir milyon manat) real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2-1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbi barədə 2-1(112)-12381/2021 saylı inzibati işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə 2-1(112)-203/2021 saylı iş üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, 2-1(112)-12381/2021 nömrəli inzibati iş üzrə icraatın dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-İi il tarixli 2-1(112)- 12381/2021 nömrəli qərardadını ləğv edib 2-1(112)-12381/2021 nömrəli inzibati iş üzrə məhkəmə baxışının davam etdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “ digər mübahisə üzrə nəticədən - “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsindən və ya iddiaçının həmin məzmunda tələbinin rədd edilməsindən hazırkı mübahisənin taleyinin asılılığını təsdiq edən halları qərardadda göstərilməmişdir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İPM-nin 7.1-ci maddəsinə əsasən Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Normanın məzmunundan göründüyü kimi, qanunverici iş üzrə icraatın dayandırılmasını məhkəmənin diskresion səlahiyyətinə aid etmişdir. Məhkəmə isə bu səlahiyyəti həmin normanın tələblərinə uyğun həyata keçirməli, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğunu müəyyən etməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, “hazırda digər inzibati məhkəmə icraatında iddiaçının ona qaytarılmasını və yaxud əvəzində kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamın ləğv edilməsinə dair sərəncamın qanuniliyi mübahisələndirilir. Hazırki iddia tələbi isə birbaşa cavabdeh inzibati orqanın həmin torpaq sahəsi ilə bağlı qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan, iş üzrə icraat digər inzibati məhkəmə icraatında mübahisələndirilən “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işin həllindən asılıdır.” Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin predmetini 1) iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, 2) yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi və 3) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi təşkil edir. Göründüyü kimi iddiaçının hazırkı tələbi özündə bir neçə digər tələbləri ehtiva etdiyindən hazırkı mərhələdə göstərilən tələblərin digər inzibati işin nəticəsi ilə hər hansı asılılığının olubolmamasının müəyyən edilməsi qeyri- mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməli, yalnız bundan sonra dəqiqləşdirilmiş iddia tələbinin digər inzibati mübahisə üzrə nəticədən asılılığının olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar