Məhkəmə qərarları › İş №2-1(103)-1759/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1759/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1759/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçıya məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10529/2023 xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair yerləşmə cizgisi təqdim edilmədiyindən göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olubolmamasını dəqiqləşdirmək mümkün olmamışdır.

2. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamının surətindən görünür ki, Çernışevski küçəsi 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə onlara altı nəfər üzv qəbul olunması haqqında 5/7 nömrəli xx.xx.1994-cü il tarixli protokolun təsdiq edilməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir.Protokola əsasən qaraj tikintisinə icazə verilmiş “Ekologiya” kooperativinin üzvləri sırasında İddiaçı adı da qeyd edilmişdir;

3. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023- cü il tarixli X-1-159/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 399/5 №-li sərəncamının 2-ci bəndində layihəsmeta sənədlərinin tərtib edilməsi kooperativin sədrinə tapşırılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və “X11” Azərbaycan Respublikası Qanununa əsasən, 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və addan-ada dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir;

4. Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2007-ci il tarixli 11/107413.07.07 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) X6 adına qeydə alınmışdır və Cavabdeh tərəfindən tikilməsi nəzərdə tutulan qarajın yerləşdiyi sahəyə dair sxem (yerləşmə cizgisi) tərtib edilərək müvafiq qaydada təsdiq edilmişdir;

5. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 399/5 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir;

6. Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2019-cu il tarixli 04/119 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, 2511 məhəllədə yerləşən qaraj X3 adına qeydə alınmışdır;

7. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh başçısının aparatının xx.xx.2023-cü il tarixli 5-16/1-865/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır;

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cizgi yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən Nizami rayonu Çernişevski küçəsi 2511-ci məhəllədə yerləşən "Ekologiya" qaraj tikinti kooperativinə əlavə olaraq 6 nəfər üzv qəbul edilməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi X7, X8, İddiaçı, X9ma, Rəsulova T.X, X4 qaraj tikintisinə icazə verilmiş, kooperativin sədrinə 10 gün müddətində qarajların layihə-smeta sənədlərin tərtib etdirib İcra Hakimiyyətinə təqdim edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamında qeyd edilmiş qaraj 1994-cü ildən hal-hazırki vaxtadək iddiaçının sahibliyində və istifadəsindədir və qeyd olunan qarajla bağlı hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən qarajın ona məxsusluğu mübahisələndirilməmişdir. Sərəncamda adları qeyd edilmiş şəxslərdən bir neçəsi, eləcə də X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, özünə məxsus qaraja dair texniki pasport tərtib edilmişdir. Bundan əlavə, sərəncamda adları qeyd edilmiş şəxslərin bir neçəsi həmin qarajlara dair cavabdehə müraciət edərək, texniki pasportun tərtib edilməsinə nail olmuşlar. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş qaraja dair texniki pasportun tərtib edilməsini xahiş etsə də, müraciəti xx.xx.2023-cü il tarixli 3-213-30/2-X-0036- X/2023, **********17 saylı imtina məktubu ilə təmin edilməmiş və ona imtinanın əsası kimi göstərilmişdir ki, qeyri-yaşayış binasına (qaraja) dair yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əlavə edilməli olan yerləşmə cizgisini əldə etmək üçün Dövlət Arxivinin Bakı Filialına müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli BA-08258-2022 saylı məktubla bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamının arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına cizgi, yerləşmə sxemi əlavə edilməmişdir. Cavabdehnə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əlavə edilməli olan yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış evi, bağ evi, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və addan-ada dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən Nizami rayonu Çernişevski küçəsi 2511-ci məhəllədə yerləşən "Ekologiya" qaraj tikinti kooperativinə əlavə olaraq 6 nəfər üzv qəbul edilməsi haqqında vahid sərəncam mövcud olmuş, yerləşmə sxeminin tərtib edilmədiyi halda, sərəncamda adları qeyd edilən bir neçə şəxsə texniki pasportun verilməsi, onun isə bu əsasla müraciətinin təmin edilməməsi yolverilməzdir. Yerləşmə cizgisi tələb olunmadan, sərəncama əlavə edilmədən adları sərəncamda qeyd edilmiş bir neçə şəxsə texniki pasport tərtib edildiyi kimi, iddiaçının da müraciəti təmin olunaraq, ona məxsus qarajın da texniki pasportu tərtib edilməlidir.

10. Daha sonra iddiaçı “ona məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10529/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10529/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2019-cu il tarixli 04/119 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, 2511 məhəllədə yerləşən qaraj X3 adına qeydiyyata alınmasına baxmayaraq, iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır.

13. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd olaraq, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

14. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10529/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyini Rayon İcra Hakimiyyətinin üzərinə qoyarkən həmin vəzifələrin cavabdeh tərəfindən icra edilməsinin hansı qanunvericiliklə tənzimlənməsini göstərməmişdir. Belə ki, məhkəmə sözügedən qərarın əsaslandırıcı hissəsində qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsini ayıran qurum həmin torpaq sahəsinin yerləşmə planını tərtib etmədiyindən cavabdehin torpaq sahəsinə cizginin verilməsindən imtina etməsi əsaslı sayıla bilməz.

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

ç) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 43. Yerquruluşu 1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. 4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, istinad edilən normaların (Bu qərarın 20-23-cü bəndləri) tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, istər qaraj tikintisinə icazə verildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

29. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 399/5 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş qaraja dair texniki pasportun tərtib edilməsini xahiş etsə də, müraciəti xx.xx.2023-cü il tarixli 3- 213-30/2-X-0036-X/2023, **********17 saylı imtina məktubu ilə təmin edilməmiş və ona imtinanın əsası kimi göstərilmişdir ki, qeyri-yaşayış binasına (qaraja) dair yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən qarajın sərəncamda qeyd olunan qaraj olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır.

30. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus qarajın yerləşdiyi sahənin sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Belə ki, “Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə üzv götürülməsi və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamından görünür ki, Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikinti kooperativinə əlavə olaraq, altı nəfər üzv qəbul olunması haqqında 5/7 nömrəli xx.xx.1994-cü il tarixli protokolun təsdiq edilmiş və onlara kooperativə ayrılmış sahədə qaraj tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncamda Protokola əsasən qaraj tikintisinə icazə verilmiş “Ekologiya” kooperativinin üzvləri sırasında İddiaçı adı da qeyd edilmişdir.

32. Nizami rayon İca Hakimiyyətinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır.

33. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab oaraq təqdim olunmuş sənədlərə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquq subyekti X6 adına ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binası (qaraj) qeydə alınaraq, xx.xx.2007-ci il tarixli 11/107413.07.07 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərlə də müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamı ilə iddiaçıya Çernışevski küçəsindəki 2511-ci məhəllədə yerləşən “Ekologiya” qarajın tikintisinə icazə verilmişdir.

35. Məhkəmə həmçinin qeyd edir ki, sorğu əsasında Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 399/5 nömrəli Sərəncamından əlavə vətəndaş İddiaçı məxsus heç bir sənəd əlavə edilməmişdir.

36. Beləliklə, istinad edilən sərəncam əsasında qaraj tikintisinə iddiaçıya icazə verilsə də, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir.

37. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçıya naturada akt əsasında təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, qaraj tikintisinə icazə verilən zaman qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsini ayıran qurum həmin torpaq sahəsinin yerləşmə planını (vəziyyətini) tərtib etməmişidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz.

38. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1994-cü il tarixli 399/5 nömrəli sərəncamın 2-ci bəndi ilə layihə-smeta sənədlərinin tərtib edilib Rayon İcra Hakimiyyətinə təqdim edilməsi kooperativin sədrinə tapşırılmışdır. Həmin sərəncamın sözügedən bəndi icra edilmədiyindən, ərizəçinin müraciəti müsbət həllini tapmamışdır.

39. Halbuki, Sərəncamın 3-cü bəndinə əsasən sərəncamın yerinə yetirilməsinə nəzarət etmək isə İcra hakimiyyəti başçısının müavinin və rayonun baş memarına tapşırılmışdır.

40. Tətbiq edilən qanunvericilik aktlarına əsasən qaraj tikintisinə iddiaçıya icazə verildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

41. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir.İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.2-ci maddəsi)

42. Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2007-ci il tarixli 11/107413.07.07 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) X6 adına qeydə alınmışdır və Cavabdeh tərəfindən tikilməsi nəzərdə tutulan qarajın yerləşdiyi sahəyə dair sxem (yerləşmə cizgisi) tərtib edilərək müvafiq qaydada təsdiq edilmişdir.

43. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın (qeyri-yaşayış binası-qaraj) xx.xx.2019-cu il tarixli 04/119 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, 2511 məhəllədə yerləşən qaraj X3 adına qeydiyyata alınmasına baxmayaraq, iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir.

44. Belə olan halda məhkəmə Kollegiyasının qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd olaraq, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

46. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

47. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10529/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10529/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar