Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-176/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “aylıq kirayə xərcinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1986/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı kirayə tutulmuş mənzilin xərclərini xx.xx.2021-ci il tarixindən hesablanaraq hər ay ailə tərkibini nəzərə alaraq 375 (üç yüz yetmiş beş) manat ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdə hərbi xidmətə çağırılmış və 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirdikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərxəd Xidmətinə zabit olaraq xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1994-cü ildən xx.xx.2018-ci il tarixədək zabit qismində qüsursuz həqiqi hərbi xidmət keçmiş və öz arzusu ilə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 1 (Binəqədi Rayon Polis İdarəsinin inzibati binası) ünvanında qeydiyyatdadır. O, ehtiyata buraxıldıqdan sonra şəxsi yaşayış sahəsi olmadığına görə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzili notariat qaydasında təsdiq olunmuş kirayə müqaviləsinə əsasən hər ay 375 (üç yüz yetmiş beş) manat ödəməklə xx.xx.2021-ci il tarixdə kirayəyə götürmüşdür. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, ona Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil verilməsi və mənzil verilənədək kirayə xərclərini qanuna uyğun olaraq Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən ödənilməsi ilə bağlı müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 18 may 2018-ci il tarixli imtina məktubu ilə o öz arzusi ilə ehtiyata buraxıldığı üçün onu mənzil növbəsinə götürməkdən və kirayə haqlarını ödəməkdən imtina etmişdir. Daha sonra cavabdehin ona ilk imtinasından sonra ikinci dəfə onun mənzil növbəsinə götürülməsi və kirayə haqlarının ödənilməsi üçün yenidən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti onun mənzil növbəsinə uçota alınması və kirayə haqlarının ödənilməsi üçün bir sıra müvafiq sənədlərlə birlikdə ərizə ilə yenidən müraciət etməsini bildirmişdir. Həmin siyahıda tələb olunan bütün sənədləri cavabdehə təqdim etdikdən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 2021-ci il tarixli, 119 nömrəli sərəncamı ilə onun ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin sərəncamla ona mənzil verilənədək qanunvericiliyə uyğun olaraq kirayə haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan sərəncama əsaslanaraq ona Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mənzil kirayə haqqının ödənilməsi üçün o, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh öz növbəsində xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. Həmin imtina məktubunda Binəqədi Rayon İcra Hakimiyyəti “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində ’’Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsinin nəzərə tutulmadığını əsas gətirərək ona qanunsuz və əsassız olaraq kirayə haqlarını ödəməkdən imtina etmişdir. Qanunvericilikdə öz arzusu ilə ehtiyata buraxıldığı üçün kirayə haqlarının ödənilməsindən məhrum edən hər hansı bir norma yoxdur. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 119 saylı sərəncamı ilə iddiaçı ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülsə də ona müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1986/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1986/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Siz xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən ehtiyyatda olan zabit kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyinizə və mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etdiniz. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 114 saylı arayışdan məlum olmuşdur ki, siz AR DSX rəisinin SQK-nın xx.xx.2018-ci il tarixli 223 ş/h saylı əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə (öz arzunuz ilə) əsasən ehtiyata buraxılmısınız. Nəzərinizə çatdırıram ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməyiniz qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinizin müsbət həlli mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2021-ci il tarixli H-124/2-068/2-t/1 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Siz “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzunuz ilə) əsasən ehtiyata buraxılmısınız. Nəzərinizə çatdırıram ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 119 saylı sərəncamı ilə ehtiyyatda olan zabit kimi mənzil növbəsinə götürülsəniz də Sizə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 114 nömrəli arayışdan görünür ki, 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müdavim, xx.xx.1998-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX rəisinin SQKom-nın xx.xx.2018-ci il tarixli 223ş/h saylı əmrinə əsasən “HV və HXH” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində HHX-dən ehtiyata buraxılmışdır. Əsas: Şəxsi iş. Kirayəyə verən X6 ilə Kirayəçi İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirayəyə verən X6 ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı kirayəyə verməyi, Kirayəçi isə Kirayəyə verənə aylıq 375 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 119 nömrəli 16 iyun 2021-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi, İddiaçı ehtiyatda olan zabit olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli elektron arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.1998- xx.xx.2018, xx.xx.1994xx.xx.1998 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Öz arzusu ilə ehtiyata buraxılmışdır. Həmin sənədlərdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikası Tovuz rayonu Xatınlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2021-cı ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdır: arvadı - X5 (xx.xx.1985-ci il), oğlu - X4 (xx.xx.2006-cı il), qızı - X7 (xx.xx.2009-cu il). Həmin sənədlərdə olan Tovuz rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş AZ-İ seriyalı 104989 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov X1 Nüşabə Əhməd qızı ilə xx.xx.2004-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Məmmədova soyadı verilmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Naxçıvan X2 64 saylı xx.xx.2018-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixədək “Naxçıvan" X2 hərbi yaşayış şəhərciyində bina-8, mənzil 14-də müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə yaşamış, Silahlı Qüvvələrin ehtiyyatına buraxıldığı üçün xidməti mənzili təhvil vermişdir. Hal-hazırda onun adına “Naxçıvan” X3 mənzil və yaşayış sahəsi yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, İddiaçının həm hərbi xidmət müddətinin 15 ildən çox olması, həm də yerli icra hakimiyyəti orqanında ehtiyata buraxılmış zabit kimi mənzil uçotuna götürülmüş olması nəzərə alınaraq qeyd olunan normaların tələblərinə əsasən iddiaçıya mənzil növbəsinə götürüldüyü tarixdən müvəqqəti yaşayış sahəsinin kirayə haqqı ödənilməlidir. Cavabdehin iddiaçının öz arzusu ilə ehtiyata buraxıldığını əsas gətirərək qeyd olunan kirayə haqqının ödənilməsindən imtina etməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası DSX rəisinin SQKom-nın xx.xx.2018-ci il tarixli 223ş/h saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 12.10-cu maddəsinə hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən 18 iyul 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından ehtiyata və buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1986/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1986/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-176/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver