Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-176/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia tələbi ilə müraciət edərək, Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********028700 nömrəli Qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********8 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən ona əsas borc 419272,20 manat, faiz borcu 143516,87 manat olmaqla, ümumiliklə 562789,07 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan borcun nəyin əsasında yarandığını öyrənmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etdi. Bildirildi ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Qərarına əsasən vergi hesablanmışdır. Həmin qərarı əldə etmək üçün elektron poçt ünvanına baxmağı tövsiyə etdilər. Ərizə ilə müraciət edərək elektron poçtun parol, şifrə və kodunu əldə etdi və elektron poçtda hər hansı bir qərara rast gəlmədi. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yenidən müraciət edərək elektron poçtda qərar göndərilmədiyini bildirdi. Şifahi məlumata əsasən bildirdi ki, xx.xx.2019-cu il tarixdə, **********028700 nömrəli qərar qəbul edilmişdir. Qərarın tarixi və nömrəsi dəqiq olub-olmamasını bilməməyinə baxmayaraq, xx.xx.2019cu il tarixli, **********028700 nömrəli qərarla qeyd olunan hesablanmış vergilərlə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə Apellyasiya qaydasında baxılması üçün şikayət ərizəsi ilə müraciət etdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən şikayətinə baxılmasını xx.xx.2019-cu il tarixə təyin etdikləri barədə ona Departamentin baş direktoru, baş vergi xidməti müşaviri Nigar Alimova tərəfindən xx.xx.2019-cu il taixli məktub ünvanlamışdır. Departamentin baş direktoru, baş vergi xidməti müşaviri Nigar Alimovanın xx.xx.2019-cu il tarixli məktubu ilə şikayətə xx.xx.2019- cu il tarixdə saat 11:00-da baxılması üçün Vergilər Nazirliyinin inzibati binasına dəvət etdilər. Araşdırmada nümayəndəsi iştirak etmişdir. Nümayəndəsi izahat yazaraq Vergi Məcəlləsinin tələblərinin pozulduğunu bildirmişdir. Pozuntunu onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi bina tikintisi üçün icazə alıb binanı inşa etmişdir. İkincisi isə tikinti işlərinə (təməl qoyma) 2015-ci ilin 3-cü rübündə yəni xx.xx.2019-cu il tarixdə başlamışdır. Ona vergi isə 2016-cı ilin 1-ci rübü üzrə hesablanmışdır. Vergi orqanı hansı əsasla 2016-cı ilin 1-ci rübbünü tikinti-quraşdırma işlərinə başlama kimi götürmüş və vergi hesablamışdır. Əsas yoxdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30 iyun 2015-ci il tarixli, İİ-122/2 nömrəli razılaşdırma məktubuna, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının birinci müavinin 07 iyul 2015ci il tarixli H-122 nömrəli məktubuna əsasən, o cümlədən həmin tarixdə təsdiq edilmiş layihəyə əsasən başlanmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1, 38.7.2, 38.7.4 və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4 və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Göründüyü kimi bina tikintisi üçün sadələşdirilmiş vergi tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır. İddiaçı tərəfindən tikintiyə 2015-ci ilin 3-cü rübündə başlaması müddətin axımını başladır. Müddət axımı verginin hesablanmasının son müddəti, yəni 3 illik müddət 2018-ci ilin 3-cü rübü başa çatır. Vergi Məcəlləsinin 85.5- 2-ci maddəsində və nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Lakin qeyd olunan hallar da mövcud olmamışdır. Vergi Məcəlləsinin 54.0-cı maddəsinə əsasən şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması halında vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli, **********028700 nömrəli Qərar qəbul etdiyi barəbə şifahi məlumat alan kimi həmin qərardan Apellyasiya şikayəti verilmişdir. Şikayət xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq xx.xx.2019-cu ildə cavab verərək bildirirlər ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən qeyd olunan işlə əlaqədar cinayət işi başladığından "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununu tətbiq edilə bilməz. Vergi orqanının müddəti ötürməsi barədə faktını ört-bastır etmək üçün şikayətə baxılması 3 aya yaxın uzadılmışdır. 20 may 2019-cu il tarixdə Vergilər Nazirliyində izzahat yazılaraq müddətin keçməsinin tətbiq edilməsi xahiş edilmişdir. Həmin vaxt cinayət işi açılmamışdır. Sadəcə hüquqi qiymət verə bilmədiklərindən cinayət işi açmaqla əsassız təsir vasitəsi seçilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində ümumi sahəsi 6012,84 kv.m olan binanın 2016-cı ilin 1-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlanılmasına baxmayaraq, aparılmış müşahidə zamanı həmin binanın ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, tərəfindən Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********680200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2016-cı ilin 1-ci rübü üçün 419272,20 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********028700 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Həmçinin, iddiaçı barəsində Vergilər Nazirliyi yanınında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində 24 may 2019- cu il tarixli 19200153 nömrəli cinayət işi başlanmışdır. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən tikintiyə 2015-ci ilin 3-cü rübündə başlaması müddət axımını başladır. Müddət axımı verginin hesablanmasının son müddəti yəni 3 illik müddət 2018-ci ilin 3-cü rübü başa çatmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə dəqiqləşmədə Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi qanunverici 30 iş günü müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə şərtləndirmiş, lakin iddiaçı tərəfindən bugünki tarixədək vergi orqanına heç bir bəyannamə təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)4278/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının 4-ci səhifəsinin 8-ci abzasında qeyd olunmuşdur ki, işdə olan Bakı şəhəri Sabuçu İcra Hakimiyəti başçısının xx.xx.2015- ci il tarixli 122/2 saylı məktubuna hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX 641657 saylı, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Sabuçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus 0.035 torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi lahiyyənin memarlıq-planlaşdırma bölməsi Sabuçu rayon İcra Hakimiyyətinə razılaşdırmış və tikinti işləri razılaşdırımış memarlıqplanlaşdırma bölməsinə uyğun aparılması və tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi onun nəzərinə çatdırılmışdır. Həmçinin, 2- 1(82)4278/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının 5-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, iş materiallarında olan Bakı şəhəri Sabuçu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 161 saylı İddiaçı məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə sərəncamı Bakı şəhəri Sabuçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi və tikinti ilə bağlı icraata başlanılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı ilkin olaraq vergidən yayınmaq məqsədi ilə fərdi yaşayış evinin tikintisini razılaşdırmış daha sonra Sabuçu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 161 saylı sərəncamıyla Bakı şəhəri Sabuçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi və tikinti ilə bağlı icraata başlanılması qərara alınmışdır. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinir 85.4-cü maddəsinin tələbləri gözlənilərək vergilərin hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində ümumi sahəsi 6012,84 kv.m olan binanın 2016-cı ilin 1-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlanılmasına baxmayaraq, aparılmış müşahidə zamanı həmin binanın ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, tərəfindən Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yəni Sərəncama əsasən iddiaçının xx.xx.2017-ci il tarixdə fərdi yaşayış evini çoxmənzilli yaşayış sahəsinə çevirməsi ona əsas verir ki, vergilərin hesablanması üçün müddət axımı xx.xx.2017-ci il tarixindən başlanılır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri verğitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********** 680200 nömrəli AVlS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2016-cı ilin 1-ci rübü üçün 419272,20 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********028700 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-183/2021 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********028700 nömrəli Qərarının ləğv edilməsi tələbinə dair iddia geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1108/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-183/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-942/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********028700 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ləğv edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və etiraza əlavəyə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********028700 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 419.272,20 manat məbləğdə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli məktubuna əsasən: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən verilmiş Seriya RX №0641657 saylı xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sizə məxsus 0,035 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyiniz lahiyyənin memarlıq-planlaşdırma bölməsi Sabunçu rayon İcra Hakimiyyətində razılaşdırılır və nəzərinizə çatdırılır:
1. Tikinti işləri razılaşdırılmış memarlıq planlaşdırma bölməsinə uyğun aparılsın.
2. Tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilsin. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən: Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının Şəhərsalma əsaslandırması təsdiq edilsin və tikinti ilə bağlı icraata başlanılsın. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5290 rəyində gəlinən nəticəyə əsasən: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan şəxsi hesab vərəqəsi, ödəniş tapşırığı məlumatlarından göründüyü kimi hesablanmış vergi məbləği üzrə 69.000,0 manat pul vəsaiti vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Vergi ödəyicisinə aparılan hesablamaların 2016-cı ilin 1-ci rübü üzrə aparılması əsaslı hesab olduğu təqdirdə fiziki şəxs İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dövlət büdcəsinə ödəməli olduğu vergi borcu məbləği 350272,2 manat müəyyən olunur. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarında olan məlumatlardan göründüyü kimi, vergi orqanı fərdi sahibkar İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6012,84 kv.m olan binanın 2015-ci ilin 3-cü rübündə özül tavasının betonunun verilməsi işlərinə başlanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218-ci maddələrinə (vergi borcu aktı tərtib olunan dövrdə qüvvədə olan Vergi Məcəlləsi) əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi göstərilmişdir. Həmçinin qeyd edilir ki, cinayət işi materialında (cild 1, iş vərəqə 10) vergi orqanının rəyi öz əksini tapmışdır ki, həmin rəydə vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2016-cı ilin 1-ci rübü üçün 419272,20 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********028700 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilməsi göstərilmişdir. Lakin həmin rəydə binanın təməlqoyma işlərinin başlanması dövrü 2016-cı ilin 1-ci rübü göstərilmişdir. Bundan başqa qeyd edilir ki, cinayət işi materialında (cildi 1, iş vərəqlə 127) xx.xx.2019-cu il tarixli xx/xx-04974 №li məktub öz əksini tapmışdır ki, həmin maktubda tikinti təməlqoyma tarixinin 2014-cü ilin sentyabr - oktyabr aylarına təsadüf edildiyi göstərilmişdir. Lakin yuxarıda da göstərildiyi kimi, vergi orqanı fərdi sahibkar İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6012,84 kv.m olan binanın 2015-ci ilin З-сü rübündə özül tavasının betonun verilməsi işlərinə başlanmasını müəyyən etmiş və Vergi Məcəlləsinə 20 oktyabr 2015-ci il tarixində edilmiş dəyişiklik nəzərə alınmaqla 2016-cı ilin 1-ci rübü üzrə vergi hesablanmışdır. Bildirilir ki, vergi ödəyicisinə əlavə hesablamaların hansı dövrdən aparılmasına məhkəmə tərəfindən qiymət verilə bilər. Göstərilənlər məhkəmə tərəfindən nəzərə alındıqda isə 03 iyun 2021-ci il tarix İttiham Aktında öz əksini tapmış 2016-cı ilin 1-ci rübü üzrə 419272,20 manat məbləğindi BTFSVnin qanunvericiliyin tələblərinə əsasən tutulma müddəti keçmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində də aşağıdakılar göstərilmişdir: - Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanan məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanan (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 ərzində tutmaq hüququna malikdirlər. - AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırması Departamentinə ünvanlanmış 25 iyul 2019-cu il tarixli xx/xx- 04974 №-li məktubunda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində tikilmiş zirzəmili +6 mərtəbəli yaşayış binasının Şamama Həsnova tərəfindən aparılır. Tikintinin ümumi sahəsinn 4998.2 kv.metr təşkil edir. Tikintinin təməlqoyma tarixinin 2014-cü ilin sentyabr-oktyabr aylarına təsadüf edir. Obyektin eskiz layihəsi və tikinti aparmaq üçün lisenziya fiziki şəxs tərəfindən təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (əvvəlki redaksiyası): 221.5. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintiquraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (hazırkı redaksiyası): 13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı – tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı; 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü, 38.7.4-1-ci və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli **********028700 nömrəli “Vergilərin hesablanması barədə” qərarı mübahisələndirir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçı Vergi Məcəlləsinin müddəalarına əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu İcra Hakimiyəti başçısının xx.xx.2015-ci il tarixli 122/2 saylı məktubuna əsasında hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX 641657 saylı, xx.xx.2015ci il tarixli çıxarışa əsasən Sabuçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus 0.035 torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihənin memarlıqplanlaşdırma bölməsi Sabuçu Rayon İcra Hakimiyyətinə razılaşdırmış və tikinti işləri razılaşdırılmış memarlıq-planlaşdırma bölməsinə uyğun aparılması və tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi onun nəzərinə çatdırılmışdır. Həmçinin AR Vergilər Nazirliyinin Operativ vergi nəzarətin həyata keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli, **********4843 nömrəli Qərarına və xx.xx.2015-ci il tarixli 046939 saylı akta əlavəyə əsasən “İddiaçı (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 7000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən tikintiyə 2015-ci ildə başlanılmışdır. Bina tikintisi üçün sadələşdirilmiş vergi tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablanır. İddiaçının tikintiyə 2015-ci ilin 3-cü rübündə başlaması müddətin axımını başladır. Vergilərin hesablanması son müddəti Vergi Məcəlləsinin 85.4- cü maddəsinə əsasən 2018-ci ilin 3cü rübündə başa çatır. Cavabdeh qurum tərəfindən iddiaçının 2016-ci il tarixdə tikintiyə başlamasını təsdiq edən hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Vergilər Nazirliyinin Operativ vergi nəzarətin həyata keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli, **********4843 nömrəli Qərarına və xx.xx.2015-ci il tarixli 046939 saylı akta əlavəyə əsasən onu dəlalət edir ki, tikinti işləri məhz 2015-ci ildə başlanılıb. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.