Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1761/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Həşı̇ mova Elmı̇ ra Elmar qızının və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5090/2022 saylı xx.xx.2022-cüi il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdən, yəni, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə 1961-ci il təvəlüdlü iddiaçı xx.xx.1978-xx.xx.1983-cu illərdə İmişli rayonunun Bəcraca kəndində Nizami adına kalxozda işləmiş, xx.xx.1983-xx.xx.1984cü illərdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Peşə məktəbində əl qaynaqçısı və quraşdırıcı kimi təhsil almışdır. xx.xx.1984-cü il tarixdən "Bakı Dərin Özüllər” zavodunda xx.xx.1992-ci tarixədək müxtəlif ixtisaslarda işləmiş, xx.xx.1993-xx.xx.1994-cu illərdə Müdafiə Nazirliyinin tərkibində hərbi zavodda əl qaynaqçısı, xx.xx.1996-ci il tarixdən “Dərin Özüllər” Zavodunun ərazisində “Makşelf” xarici şirkətdə işə başlayaraq, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işi dəyişdirilərək əl qaynaqçısı kimi çalışmışdır. xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının aspirantların ümumi yataqxanasının idarəsində 4-cü dərəcəli əl qaynaqçısı kimi işləmiş, “X2”də əl qaynaqçısı kimi, xx.xx.1999-xx.xx.2000-ci illərdə və daha sonra xx.xx.2001xx.xx.2007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2009-xx.xx.2010-cu il tarixlərədək işləmişdir. Daha sonra, xx.xx.2011-xx.xx.2012-ci illərdə "xxxx" MMC-də əl qaynaqçısı kimi işləmişdir. xx.xx.2012-xx.xx.2017-ci illərdə "Bakı Gəmiqayırma zavodu” MMC-də əl qaynaqçısı kimi işləmişdir. xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də “quraşdırıcı köməkçisi”, xx.xx.2019-cu il tarixdən “Gəmi gövdəsi quraşdırıcısı” vəzifəsinə keçirilərək xx.xx.2021-ci il tarixədək işləmişdir. Ümumilikdə 34 il iş stajı, zərərli işə görə isə 17 il iş stajı mövcüddur. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq onun ixtisasının qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olub-olması barədə hər hansı sənəd təqdim edilmədiyini bildirmişdir. Halbuki, cavabdeh orqana zərərli işinə dair (əl ilə qaynaqçı işləməsi barədə) "xxxx" MMCdən aldığı arayış təqdim edilmişdir. Digər işlədiyi müəssələrdən bu barədə arayış alması mümkün olmasa da, əmək kitabçasında əl ilə qaynaqçı kimi işləməyi əks olunmuşdur. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına, iddiaçının əmək kitabçasına əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 24 il 11 ay 22 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının 21 avqust 2001-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasında xx.xx.1999xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Caspian Shipyard” LLC, ’’Olimp” MMC və "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Əlavə olaraq iddiaçının 2006-cı ilə olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20309,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 62055,54 manat olmaqla, cəmi pensiya kapitalı 82364,82 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5090/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam oldugu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 24 il 11 ay 22 gün təşkil edir. İddiaçının 21 avqust 2001-ci il tarixli AZE ******* No-li əmək kitabçasında xx.xx.1999-xx.xx.2017-ci illərdə “Caspians Shipyard” LLC, "xxxx" MMC və "xxxx" MMC-də işlədiyi qaynaqçı qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. 2006-cı ilə olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20309,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 62055,54 manat olmaqla, cəmi pensiya kapitalı 82364,82 manat təşkil edir. Göründüyü kimi, qanunvericiliyin tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün hesab ediilmir. Lakin məhkəmə iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olduğu halda, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaya istinad etmiş və 2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay güzəştli stajının nəzərə almışdır. Halbuki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan iddiaçıya 60 yaş tələb olunur. Beləliklə də, məhkəmə iddianı rədd etməli idi. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını və qərarın ləğv, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı isə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qeyd olunan maddi hüquq normalarına müvafiq olaraq, iddiaçının işə əlavə olunmuş hərbi biletinin 14 ma1 1979-cu il tarixli ******* No-li hərbi biletinin, AZE № 0051569, xx.xx.1983-cü il tarixli və 21 avqust 2001-ci il tarixli AZE ******* No-li əmək kitabçasına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1978-xx.xx.1979 - İmişli rayonunun Bəcraca kəndində Nizami adına kalxozda işçi - 5 ay 13 gün; xx.xx.1979- xx.xx.1981- müddətli həqiqi hərbi xidmət-2 il 11 gün; xx.xx.1981- xx.xx.1983-cü illərdə –həmin kolxozda işçi 1 il 11 ay 30 gün; xx.xx.1983-xx.xx.1984 - Peşə məktəbində əl-qaynaqçısı və quraşdırıcı ixtisasları üzrə təhsil –7 ay 22gün; xx.xx.1984-xx.xx.1989 - Bakı Dayaq hissələrinin və stasionar dərin özüllərin hazırlanması zavodunda təmir çilingəri - 5 il 7 ay 2 gün; xx.xx.1989-xx.xx.1991 həmin zavodda mexanik quraşdırma işlərində çilingər – 1 il 3 ay ; xx.xx.1991-xx.xx.1992 həmin zavodda quraşdırıcı çilingər -10 ay27 gün; xx.xx.1992- xx.xx.1993- həmin zavodun 29 saylı dirək sexində elektrik qaynaqçısı-1 il 3 ay 5 gün; xx.xx.1993- xx.xx.1994 həmin zavodda əl ilə qaynaqda elektrik qaynaqçısı – 7 ay 14 gün; xx.xx.1994-xx.xx.1994 maddi-texniki təminat şöbəsində yükvuran fəhlə- 5 ay 29 gün; xx.xx.1994-xx.xx.1995həmin zavodda mexaniki-quraşdırma sexində elektrik qaynaqçısı- 9 ay 27 gün; xx.xx.1995-xx.xx.1996 həmin zavodda mexaniki–quraşdırma sexində dördüncü dərəcəli elektrik qaynaqçısı- 1 il 2 ay; xx.xx.1996-xx.xx.1997; xx.xx.1997-xx.xx.1997-ci illərdə “Makşelf” MM-də xarici elektrik qaynaqçısı – 7 ay 1 gün + 1 ay 16 gün=8 ay 17 gün; xx.xx.1999-xx.xx.2000; xx.xx.2001-xx.xx.2007; xx.xx.2007-xx.xx.2009; xx.xx.2009xx.xx.2010 dövrlərində “X3” şirkətində qaynaqçı - 1 il 25 gün+ 5 il 4 ay 17 gün+1 il 9 ay=7 il 13ay 42; xx.xx.2011-xx.xx.2012- "xxxx" MMC-də qaynaqçı – 1 il 26 gün, xx.xx.2012-xx.xx.2017- "Bakı Gəmiqayırma zavodu” MMC-də qaynaqçı-5 il İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, 2006-cı ilə qədər ümumi stajı 25 ildən az, yəni, 23 il 3 ay 22 gün toplanır (xx.xx.2017-ci ilə kimi 32 il 3 ay 16 gün təşkil edir) 2006-cı ilə qədər qüvvədə olan pensiya qanunvericilyinin qeyd olunan tələbindən isə görünür ki, 57 yaşından güzəştli şərtlərlə pensiya təyinatı aparılması üçün AR Nazirlər Kabinetinin 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 N-li Siyahıda nəzərdə tutulan peşə və vəzifələrdə şəxs azı 25 il ümumi, 12 il 6 ay güzəştli staja malik olmalıdır. İddiaçının qeyd olunan stajından həmçinin, göründüyü kimi, 2006-cı ilə qədər onun əl ilə elektrik qaynaqçısı kimi güzşətli stajı da 12 il 6 aydan az, yəni, 10 il 1 ay 8 gün təşkil edir. Göründüü kimi, 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iddiaçının qanunla tələb olunan həm ümumi, həm də güzəştli stajı tamamlanmır. Lakin onun 2017-ci ilə kimi əmək fəaliyyəti tam hesablandıqda, 25 ildən çox ümumi, 12 il 6 aydan çox əl ilə elektrik qaynaqçısı kimi xüsusi stajı yığılır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyası Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1dən 200 manat məbləğində müəyyən olunurdu (“2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240 sözləri ilə əvəz olunmuşdur) Belə olan halda, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə 144 ay pensiya ödənişi müddəti üçün 28800 manat məbləğində pensiya kapitalı toplaması tələb olunurdu. Cavabdehin iddia ərizəsinə etirazına və apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, işlədiyi dövrlərdə cəmi 82364,82 manat pensiya kapitalı toplamışdır. Göründüyü kimi, ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyən ounan şərtlər mövcuddur İş materiallarından görünür ki, iddiaçı da məhz, ona 60 yaşdan pensiya təyin olunması üçün müraciət etmiş, ilkin müraciəti də həmin tələbinə müvafiq olmuş, lakin işə baxan birinci instansiya məhkəməsi ona İPM-in 13-cü maddəsinin tələbinə uyğun iddia tələbini dəqiqləşdirməkdə düzgün köməklik göstərməmiş, iddiaçı yanlış mövqeyə gələrək tələbini 57 yaşdan ona güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə dəyişdirmişdir. Halbuki, qeyd olunanlardan göründüyü kimi onun 2006-cı ilə qədər tələb olunan stajı toplanmır. İddiaçı hazırkı mərhələdə məhkəmənin təklifi ilə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmasını məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən həmin ərizəsi icraata qəbul edilərək tərəflərin iştrakı ilə ərizəsi müzakirə olunmuş, cavabdeh tərəfi hər bir halda iddiaçının həmin işlərdə qaynaqçı olaraq əl ilə elektrik qaynaqçısı, yoxsa, qaz qaynaqçısı kimi işlədiyinin əmək kitabçasında qeyd edilmədiyinə istinadən, iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir (İlkin 16 dekabr 2021-ci il tarixli cavab məktubunda da ümumi və xüsusi stajı ilə bağlı məsələyə irad tutulmamış, imtinaya əsas kimi, iddiaçının 1999- 2017-ci illərdə “Caspians Shipyard” LLC, "xxxx" MMC və "xxxx" MMC-də işlədiyi qaynaqçı qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmaması barədə hər hansı məlumatın qeyd edilmədiyi göstərilmişdir). Cavabdehin qeyd olunan dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Çünki, iddiaçının işlədiyi sonuncu Bakı Gəmiqayırma Zavodu” MMC-nin 26 fevral 2021-ci il tarixli 021 nömrəli güzəştli arayışından iddiaçının xx.xx.2012-ci ildən xx.xx.2017-ci il tarixinədək (5 il) həmin zavodda əl ilə qaynaqçı işlədiyi və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə (ümumi peşələr) uyğunluq təşkil etdiyi göstərilmişdir. İşdən görünür ki, birinci instansyia məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının 2012-ci ilə qədər işlədiyi digər müəsisələr üzrə arxiv məlumatları saxlanılmadığından onun əl ilə elektrik, və ya qaz qaynaqçısı olmasını müəyyəne etmək mümkün deyil. Lakin hər bir halda, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bölməsində həm əl ilə elektrik qaynaqçıları, həm də qaz qaynaqçıları, hər iki peşənin güzəştli pensiya hüququ verən peşələr olduğu təsbit olunmuşdur (Ümumiyyətlə, məhkəmə praktikasında MMC kimi özəl qürumlarda elektrik qaynaq işlərində “qaynaqçı”nın, məhz “əl ilə elektrik qaynaqçısı” olmasına dəfələrlə qiymət verilmişdir). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının məhkəməyə qədər müraciəti üzrə iddiaçıya 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının işin hallarına, maddi və prosessal hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5090/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı iləğv edilməli, iddiaçının hazırkı mərəhələdə təqdim etdiyi dəqiqləşdirilmiş iddia tələbi təmin olunmalı, ona 60 yaşının tamam oldugu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5090/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 60 yaşının tamam oldugu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1761/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1761/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver