Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1767/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in Xətai rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-2034/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsində Dövlət X5 Xətai rayon şöbəsi tərəfindən ona verilmiş rədd cavabı qanunsuz hesab edilməsi, onun hüquq və azadlığını pozan və məhdudlaşdıran hallar aradan götürülməsi, əlilliyə görə əmək pensiyasının hüququnun yarandığı gündən, xx.xx.2019-cu il tarixdən təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Tərəfindən Dövlət X5 Xətai rayon şöbəsinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət edimişdir. Dövlət X5 Xətai rayon şöbəsi tərəfindən verilmiş rədd cavabını qeyri-qanuni, əsassız hesab edir və onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş sosial təminat hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, əmək fəaliyyətinə başlanması sovet ittifaqın dövrünə düşür. 1988-ci ildə ilk dəfə işləməyə başlamışdır. Ümumi əmək stajı 15 il 09 ay təşkil edir. Tələb edilən staj 13 il 2 ay (48 yaş-15 il=33), (33 il x 0.4=13 il 2 ay). Onun fikrincə sözügedən işi araşdırarkən “Əmək pensiyaları” haqqında Qanunun 1.02, 12.1 və 21.1-ci maddələri Konstitusiyanın tələblərinə cavab vermir. Çünki sığorta edən məsul şəxsin sosial sığorta ilə bağlı öhdəliklərini vaxtında və tam icra edilməməsi onun xoşagəlməz hallarla üzləşməyinə və nəticədə əmək fəaliyyətinin müddətinin sığorta stajına daxil edilməməsinə səbəb olmuşdur. “Əmək pensiyaları” haqqında Qanunun 1.0.2, 12.1 və 21.1-ci maddələri əmək müqavilələri üzrə fəaliyyət göstərən şəxslərin əmək pensiyası ilə təmin olunması işçinin gündəlik öz üzərlərinə düşən öhdəliklərinin icrası ilə deyil, sığorta edənin (“işəgötürən”) X3rşısında sosial sığorta haqlarının vaxtında və tam ödənilməsi ilə bağlıdır ki, bu da sonunda vətəndaşların pensiya təminatı üzrə Konstitusiya hüquqlarının pozulmasına gətirib çıxarır. Bu isə öz növbəsində Azərbaycan Respublikasının 12, 16 (İ hissə), 25 (İ hissə), 38 (İ-İİİ hissə), 60 (İ hissə) və 71 (İ və İİ hissə)-ci maddələrinə uyğun gəlmir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə xx xxxxxx 2014-cü il, 04 saylı qərarın 6.1.1-ci bəndində deyilir ki, “sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığorta edənə bildiriş göndərir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2034/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-2034/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 2034/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, İddiaçı xx.xx.2019-cu ildə 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.1988-xx.xx.1988-ci il tarixdən Şaumyan rabitə qovşağında poçtalyon, xx.xx.1990-xx.xx.1991-ci il tarixdən Xətai rabitə qovşağında poçtalyon, xx.xx.1991xx.xx.1994-cü il tarixdən Yığım Sexində 2-ci, 3-cü və 4-cü dərəcəli dülgər, xx.xx.1994-xx.xx.1995ci il tarixdən Respublika Narkoloji Dispanserində sanitar, xx.xx.1995-xx.xx.1996-cı il tarixdən 2 №li şəhər klinikdə nevroloji şöbəsində xadimə, xx.xx.1996-xx.xx.2004-cü il tarixdən Respublika Gigienya və Epidomologiya Mərkəzində həkim sanitarın köməkçisi, xx.xx.2014-xx.xx.2016-cı il tarixdən “ACT Centre” işədüzəltmə agentliyində mühafizəçi, xx.xx.2017-xx.xx.2018-ci il tarixdən “xxxxx” MMC Poçtdaşıma xidmətində kuriyer vəzifələrində işləmişdir. İddiaçı pensiyanın təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiçının ərizəsi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» Qanunun 11 və 12.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya 2-ci qrup əlil kimi pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı yaranmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, əlilliyə görə pensiya təyin olunmasının hüquqi əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2019-cu il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. Ona 2-ci qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Məhkəmə araşdırılıması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 11 ildir. Məhkəməyə təqdim edilmiş əmək kitabçası ilə iddiaçının sığorta stajının 15 il 8 ay 2 gün olması müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18.800 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış kapital 10273,69 manat təşkil edir. Göründüyü kimi iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən azdır. Məhkəmə hesab edir ki, iddiaçıya 2-ci qrup əlil kimi pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı yaranmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2034/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1767/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1767/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver