Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1767/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2832/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2832/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının iddia tələbinin təmin edildiyini və bununla da tərəflər arasında mübahisənin qalmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazıki işə cavabdehin nümayəndəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 107819 ******* nömrəli apostil olunmuş diplomun təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2021-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini bitirmiş, “nəqliyyat proseslərinin texnologiyası” istiqaməti üzrə “bakalavr” dərəcəsinə yiyələnmişdir. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 107819 ******* nömrəli diploma əlavənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, diplom sahibi haqqında məlumatlar: soyad - Beydullayev, ad - Kamran, ata adı - Vurğun, doğum tarixi - xx.xx.1998; ixtisas haqqında məlumalar: dövlət imtahan komissiyasının qərarı ilə bakalavr dərəcəsi verilmişdir, 23.03.01 “nəql proseslərinin texnologiyası” əyani təhsil formasında bakalavr/mütəxəssis proqramının mənimsənilmə müddəti 4 il. Əlavə məlumatlar: təhsil təşkilatının adı 2016-cı ildə dəyişdirilmişdir. Təhsil təşkilatının əvvəlki adı: Sankt Peterburq dövlət mülki aviasiya universiteti. Təhsilin forması: qiyabi. Təhsil proqramının istiqaməti (profili)- vahid nəqliyyat sistemində idarə olunma və daşınmaların təşkili. İddiaçı diplomun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, elektron qaydada qəbul edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00002500 saylı xx.xx.2021-ci il tarixli Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarına əsasən ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış RU 53/1516 saylı xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci maddəsinə görə icraçı təhsil xidmətini təqdim etməyi, sifarişçi/təhsil alan isə 23.03.01 nəqliyyat proseslərinin texnologiyası hazırlıq istiqaməti (ixtisası), Vahid nəqliyyat sistemində daşımaların təşkili və idarə olunma profili (ixtisası) üzrə qiyabi fakultədə (dərəcəsi - bakalavr, tədris planı və icraçının təhsil proqramı ilə müvafiq federal dövlət təhsil standartları hüdudlarında distansiya tədris forması üzrə) ali təhsil proqramı üzrə tədris üçün ödənişi etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilənin imzalanması anına təhsil proqramının mənimsənilməsinin normativ müddəti (təhsil müddəti) 4,5 il təşkil edir. Fərdi tədris planı, o cümlədən sürətləndirilmiş tədris üzrə tədris müddəti fərdi tədris planı ilə müəyyən olunur. İşin apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəaları nəzərə alınmaqla Rusiya Federasiyası Sankt- Peterburq Dövlət Mülki Aviasiya Universiteti (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış RU 53/1516 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə uyğun olaraq Azərbaycan Respublikasında hansı təhsil formasına uyğunluğunun qiymətləndirilməsi və (uyğun olan təhsil formasında tanınma öhdəliyi qoyulmaqla) müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması qərara alınmışdır. Məhkəmənin elektron kabinetinə daxil olmuş NS00016306 saylı şəhadətnamədən görünür ki, İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 107819 ******* saylı xx.xx.2021-ci il tarixli diplom akademik və peşə səviyyəsində Azərbaycan Respublikasında tanınmış və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Təhsildə X1rşı “Mərkəzi Ukrayna Milli Texniki Universiteti tərəfindən verilmiş Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 107819 ******* saylı xx.xx.2021-ci il tarixli diplom üzrə ixtisasın tanınması” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1767/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1767/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver