Məhkəmə qərarları › İş №2-1(103)-1769/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1769/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1769/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-9703/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1975, 1977- 1980-ci illərdə X1 işləməyi və 1969-1974, 1980-1997-ci illərdə Ağcabədi rayonu Nizami kolxozunda işlədiyinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 20 noyabr 2020-cu il tarixli, 231 nömrəli arxiv arayışını sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-ci ildə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, 1969-cu ildən Ağcabədi rayon Şənlik kəndində Nizami adına kolxozda işləməyə başlamış və 1974cü ilin sonu, 1975-ci ilin əvvələrinədək kolxozda işləmişdir. O, 20 mart 1975-ci il tarixdən başlayaraq Mingəçevir şəhərində yerləşən Tekstil Kombinatında işləməyə başlamış, həmin ilin noyabr ayınadək orada işləmişdir. 09 noyabr 1975-ci ildə Ağcabədi rayonundan hərbi xidmətə göndərilmiş, 17 noyabr 1977-ci ildə hərbi xidmətdən tərxis olunmuş və yaşadığı Şənlik kəndinə qayıtmışdır. 1977-ci ilin dekabr ayında yenidən Mingəçevir şəhərinə gedib orada Tekstil Kombinatında işinə davam etmişdir. Bu barədə əmək kitabçasında da qeydiyyat aparılmışdır. O, 1980-ci ilin aprel ayında həmin Kombinatdan çıxmış və yaşadığı Şənlik kəndinə qayıdıb orada yenidən Nizami adına kolxozda işləməyə başlamış və fasiləsiz olaraq 1980-ci ildən 1997-ci ildə daxil olmaqla kolxozda traktorçu və başqa işlərdə işləyərək əmək haqqı almışdır. Lakin əmək kitabçasında 1969-1981-ci illərdə kolxozda işləməyi qeyd olunsa da, sonrakı illər Nizami kolxozunda işləməsinə dair qeydiyyat aparılmamışdır. Bununla bağlı o, Ağcabədi rayon Dövlət Arxivindən arxiv arayışı da almışdır. Hazırda kolxoz quruluşu ləğv edildiyindən əmək kitabçası əldə etmək mümkün deyildir. Ona göstərilən kolxozda işləməsinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən 20 noyabr 2020-ci il tarixli, 231 nömrəli verilmiş arxiv arayışında bəzi illərdə yüksək əmək haqqı almasına dair qeydiyyat aparılmış və bütün illərdə adam günü də qeyd olunmuşdur. O, kolxozda işləyərkən həmişə yüksək əmək haqqı almışdır. O, hazırda pensiya yaşına çatmışdır, pensiyaya çıxmaq istəyir, ona görə də yaşa görə əmək pensiyasının təyin edilib hesablanmasına görə cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-9703/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmə öz qərarında iddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək “MingəçevirTekstil kombinatı”nda işlədiyi dövrü 2 il 3 ay 12 gün qeyd etmişdir. Həmçinin, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 231 saylı arxiv arayışına əsaslanaraq Ağcabədi rayonu “Nizami kolxozunda işlədiyi 1980-1996-cı il dövrləri 17 il kimi nəzərə almışdır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün (03 ay 06 gün) üst-üstə düşdüyünü nəzərə almadan əlavə sosial sığorta stajı kimi hesablamışdır. İddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1975-ci İİ tarixdən xx.xx.1975-ci il tarixədək “Mingəçevir Şüşə lifi zavodu”nda işlədiyi 7 ay 2 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək “Mingəçevir Tekstil kombinatı”nda 2 il 5 gün, Ağcabədi rayonu “Nizami kolxozu”nda 1971-ci, 1973-cü və 1974cü illərdə işlədiyi dövrlərdə norma tam dolmadığı üçün (100+130-1-220=450/240=1 il 8 ay) və 1972-ci ildə 8 ay, həmin kolxozda 1980-1997-ci illərdə işlədiyi 18 il müddət və hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla onun xx.xx.2006-cı il tarixə kimi 24 il 11 ay 15 gün sosial sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının diplomuna əsasən xx.xx.1974-ci il tarixdən xx.xx.1980-cı il tarixədək (5 il 10 ay) təhsil aldığı dövr fəaliyyət dövrləri ilə üst- üstə düşdüyü üçün həmin müddətlərdən yalnız biri hesablanmışdır. Həmçinin iddiaçının əmək kitabçası ilə arxiv arayışında ziddiyyətlər vardır. Belə ki, iddiaçının əmək kitabçasında Ağcabədi rayonu “Nizami kolxozu”nda 1971-1974-cü illər işlədiyi dövrlərdə adam günü norması tam yerinə yetirildiyi halda, arxiv arayışında adam günü norması tam yerinə yetirilməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Beləliklə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 231 saylı arxiv arayışından görünür ki, Arxivdə saxlanılan Nizami kolxozu 1972-1998-ci il dövr arayış xarakterli arxiv sənədləri yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı həmin kolxozda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: 1969-cu il adam günü 85, 1970-ci il adam günü 69, 1971-ci il adam günü 100, 1972-ci il adam günü 8 ay, 1973-cü il adam günü 130, 1974-cü il adam günü 220, 1980-ci il adam günü 285, 1981ci il adam günü 316, 1982-ci il adam günü 309, 1983-cü il adam günü 307, 1984-cü il adam günü 333, 1985-ci il adam günü 326, 1986-cı il adam günü 323, 1987-ci il adam günü 338, 1988-ci il adam günü 358, 1989-cu il adam günü 323, 1990-cı il adam günü 291, 1991-ci il adam günü 338, 1992-ci il adam günü 335, 1993-cü il adam günü 288, 1994-cü il adam günü 279, 1995-ci il adam günü 300, 1996-cı il adam günü 292, 1997-ci il adam günü 215. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin xx.xx.2021-ci il tarixində daxil olmuş **********2 nömrəli xidməti məktubunuza Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixindən yaranmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək “Mingəçevir Şüşə lifi zavodu”nda işlədiyi 7 ay 2 gün, xx.xx.1977-ci il tarixindən 01.01,1980-cı il tarixinədək “Mingəçevir Tekstil kombinatı”nda işlədiyi 2 il 5 gün, Ağcabədi rayonu Nizami kolxozunda 1971-1974-cü illərdə işlədiyi dövr əmək kitabçasında qeyd edilsə də, faktiki əmək gün olmadığı üçün 2 il 4 ay, həmin kolxozda 1980-1997-ci illərdə işlədiyi 18 il müddət və hərbi biletə əsasən xx.xx.1975-ci il tarixindən 15.11,1977-ci il tarixinədək hərbi xidmətdə olduğu 2 il 6 gün müddət olmaqla onun 01.01,2006-cı il tarixinə kimi sığorta stajı 24 il 11 ay 13 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildiririk ki, sözügedən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədə (diploma) əsasən xx.xx.1974-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək (5 il 10 ay) təhsil aldığı dövr fəaliyyət dövrləri ilə üst-üstə düşdüyü üçün həmin müddətlərdən biri hesablanmışdır. Məlumat üçün bildiririk ki, sözügedən şəxsə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə 130 manat məbləğində müavinət təyin edilib və ödənilir. İş materiallarında olan İddiaçı məxsus kolxozçunun əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağcabədi rayonu Nizami kolxozunda 1969-cu ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1970-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1971-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1972-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1973-cü ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1974-cü ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1980-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1981-cu ildə il ərzində 265 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240) kolxozçu vəzifəsində işləmişdir, xx.xx.1975-ci ildə Mingəçevir şüşə lifi zavodunda həyətdə fəhlə işinə qəbul olunmuş, xx.xx.1975-ci ildə Sovet Ordu siralarına xidmətə çağırışla əlaqədar işdən azad olunmuş, xx.xx.1977-ci ildə X5 Gənclər İttifaqının 50 illiyi adına X2 Rus tələbə briqadalarına 3-cü dərəcəli dülgər kimi qəbul olunmuş, xx.xx.1980-cı ildə öz istəyi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunurmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 regional "ASAN xidmət” mərkəzindən xx.xx.2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 1969-cu il tarixində tərtib edilmiş əmək kitabçanızın surətinə əsasən Sizin xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajınız 23 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 67-ci maddəsinə əsasən kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədikdə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş (2 il 8 gün), arxiv arayışına əsasən iddiaçı Ağcabədi rayonu Nizami kolxozunda 1969-cu ildə 85 adam günü, 1970-ci il 69 adam günü, 1971-ci ildə 100 adam günü, 1972-ci ildə 8 ay, 1973-cü ildə 130 adam günü, 1974-cü ildə 220 adam günü, 1980-ci ildə 285 adam günü, 1981-ci ildə 316 adam günü, 1982-ci ildə 309 adam günü, 1983-cü il 307 adam günü, 1984-cü ildə 333 adam günü, 1985-ci ildə 326 adam günü, 1986-cı ildə 323 adam günü, 1987-ci ildə 338 adam günü, 1988-ci ildə 358 adam günü, 1989-cu ildə 323 adam günü, 1990-cı ildə 291 adam günü, 1991-ci ildə 338 adam günü, 1992-ci ildə 335 adam günü, 1993-cü ildə 288 adam günü, 1994-cü ildə 279 adam günü, 1995-ci ildə 300 adam günü, 1996-cı ildə 292 adam günü, 1997-ci ildə 215 adam günü kolxozçu vəzifəsində işləmişdir. İddiaçının 1971-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasından müəyyən edilir ki, iddiaçının kolxozda işlədiyi minimum əmək günü norması 240 gün götürülmüşdür. 1980-1996-cı illərdə iddiaçı tərəfindən əmək iştirakı tam yerinə yetirilmişdir, buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1969, 1970, 1971, 1973, 1974 və 1997-ci illərə münasibətdə tam yerinə yetirilməmişdir, yəni o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir ilə) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (85+69+100+130+220+215=819/240) 3 il 4 ay. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Mingəçevir şüşə lifi zavodunda həyətdə fəhlə (7 ay 2 gün), xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilədək X2 Rus tələbə briqadalarına 3-cü dərəcəli dülgər vəzifəsində işləmişdir (kolxozda işlədiyi 1980-ci il dövrü nəzərə aldıqda 2 il 5 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və arxiv arayışına əsasən, kolxozda işlədiyi illik normanın 240 adam günü olduğunu nəzərə alaraq 2 il 8 gün (hərbidə olduğu müddət) + 2 il 7 ay 7 gün (Mingəçevir şüşə lifi zavodunda və X1 işlədiyi müddət) + 17 il (kolxozda işlədiyi tam əmək stajı) + 3 il 4 ay + 8 ay (kolxozda faktiki işlədiyi müddət) = 26 il 3 ay 7 gün iş stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçı hərbi xidmət illəri və arxiv arayışına əsasən 26 il 3 ay 7 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-9703/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar