Məhkəmə qərarları › İş №2-1(103)-177/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-177/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-177/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynov ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-184/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSX sıralarından AR SQ-in ehtiyatına buraxıldıqdan sonra pensiya təminat xərcliyinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel N-ci il tarixli, № 109 Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən icra edilməsi barədə vəzifələrin, 15.05.N-ci il tarixindən 27.11.N-ci il tarixinədək AR MN-nin N saylı hərbi hissəsinin Ucar batalyonunun şəxsi heyəti sıralarında könüllü olaraq həqiqi hərbi xidmət keçdiyi müddətin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etdiyim döyüşdə yaralandığım ilə əlaqədar fasiləsiz olaraq müalicə aldığı müddətin, AR MN-nin MHH-nın HHK-nın xəstəliyi ilə əlaqədar ona verilmiş məzuniyyət müddətinin (ümumilkdə 6 ay 12 gün) xidmət illərinin üzərinə ikiqat ölçüdə hesablanması üzrə vəzifələrin; 17.03.2011-ci il tarixində DSX Rəisinin müvafiq əmri ilə səhhəti ilə əlaqədar olaraq, xidməti mənafe naminə az maaşlı vəzifəyə keçirildiyi 17.03.2011-ci il tarixində 20 təqvim ili xidmət etdiyini nəzərə alaraq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel N-ci il tarixli, № 109 Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin tələblərinə əsasən səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olduğunu nəzərə alaraq, xidmətdən buraxılarkən pensiyanın bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdığı vəzifə üzrə maaşdan hesablanması üzrə vəzifələrin; 07 fevral 2006-cı il tarixli, № 54-İİİQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 20-ci, 24-cü və s. maddələrinin tələblərinə səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi üçün və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olduğunu nəzərə alaraq xidmətdən buraxılanadək bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması üzrə vəzifələrin; 13.09.2011-ci il tarixinədən hazırki məhəkəmə üzrə müvafiq qərar qəbul edilən tarixədək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel N-ci il tarixli, N° 109 Azərbaycan Respublikası Qanunun 49-cu maddəsinin ikinci hissəsinin tələblərinə əsasən keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməyən hissənin ödənilməsi üzrə vəzifələrin; DSX Rəisinin 27.09.2010-cu il tarixli, 1462/şh nömrəli əmrinə əsasən DSX rəisinin sərəncamından əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi əvəzinə aşağı vəzifəyə təyin edilməsinin qanuna zidd olduğunu nəzərə alaraq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən pensiya təminat xərcliyinin hesablanmasına dair vəzifələrin; Azərbaycan Respublikasının Konstitusiyasının, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun və “Hərbi xidmətçəkmə haqqında Əsasnamə”nin müddəalarının pozulması nəticəsində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxıldığı tarixdən bu günə kimi ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üzrə vəzifələrin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.N89-cu il tarixindən 31.08.N-ci il tarixinədək Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil almış, Azərbaycan Respublikasının MN-nin N saylı hərbi hissəsinin Ucar rotasının şəxsi heyətinin sıralarına könüllü olaraq sıravi əsgər qismində həqiqi hərbi xidmətə yazılmış, N-ci ilin iyun ayının 20-dən 21-nə keçən gecə Ağdərə rayonun Matagiz kəndinin üst hissəsində (Tər-tər çayının yanında olan dağın üstündə) erməni birləşmələri ilə gedən döyüşdə ağır yaralanmışdır. Onu Tər-tər rayon xəstəxanasına gətirmişlər. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Ucar rayon xəstəxanasına gətirmişlər. 22.06.N-ci il tarixində Bakı şəhərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsinə gətirmişlər. 23.06.N-ci il tarixindən 05.08.N-ci il tarixinədək o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalda müalicə almış. Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsində müalicə başa çatdıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 60 (altımış) gün müddətində və daha sonra əlavə olaraq 30 (otuz) gün müddətində xəstəliyə görə məzuniyyət verilmiş. Müalicə ilə əlaqədar məzuniyyət müddəti bitdikdən sonra o, təhsil aldığı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin rəisinə müraciət etmiş və onun müvafiq əmri ilə təsdiq edilmiş imtahan komissiyası tərəfindən hərbi fənnlər üzrə qəbul edilmiş imtahanların nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının MN-nin müvafiq əmri ilə leytenant hərbi rütbəsi və “X12raşdıran gəmilərinin 5-ci döyüş hissə komandiri” hərbi uçot ixtisası ilə yanaşı “Gəmi energetik qurğularının istismarçısı” mülki texniki ixtisas diplomu verilmişdir. 27.11.N-ci il tarixində o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin - X4 Mühafizəsində həqiqi hərbi xidmətə çağırılmış. Xidmətdə əldə etdiyi uğurlara görə SGG briqadasının rəhbərliyi onun vəzifəsinin yüksəldilməsi qərarına gəlmiş və 08.07.N95-ci il tarixində o, SGG briqadasının elektromexanika xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir. 06.08.2001-ci il tarixində xidmət zamanı yol verdiyi bəzi səhvlərə görə DSX-nin rəhbərliyi onun aşağı vəzifəyə, yəni 205P layihəli SGG-nin 5-ci döyüş hissəsinin komandiri vəzifəsinə keçirilmişdir. Lakin bir il beş aydan sonra xidməti döyüş fəaliyyətidə əldə etdiyi müsbət nəticələri nəzə alarag DSX rəhbərliyi onu hərbi hissənin elektromexanika bölməsinin baş zabiti vəzifəsinə təyin edilməyi barədə qərar qəbul etmişdir. 18.02.2005-ci il tarixində DSXnin rəhbərliyi onun X8 Dəstəsi rəisinin elektro mexanika üzrə müavini vəzifəsinə təyin edilməsi barədə gərar qəbul etmişdir. Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanı, DSX rəisinin 16.08.2007-ci il tarixli 0116 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə 18.08.2008-ci il tarixli 0129 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə (Silahlı Qüvvələrdə 10 və 15 təgvim ili güsursuz xidmətə görə) təltif edilmişdir. 27.09.2010-cu il tarixində DSX-nin Sahil Mühafizəsində həyata keçirilmiş ştatların ixtisarı və struktur dəyişiklikləri ilə əlaqədar olaraq SGGD-si ləğv edilmiş və xidməti vəzifəsinin adı X5 X6 Elektromexanika bölməsinin rəisi kimi müəyyən edilmişdir. O, gənc yaşında vərəm xəstəliyinə tutulmuşdur. 2011-ci ilin mart ayında o, DSX-nin SM-nin rəisi cənab general leytenant İlham Mehdiyevə müraciət edərək, ondan səhhəti ilə əlaqədar olaraq, xidməti mənafe naminə aşağı vəzifəyə keçirilməyini xahiş etmişdir. 17.03.2011-ci il tarixindən 13.09.2011-ci il tarixinədək DSX-nin SM-nin X9 baş müəllimi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, öz arzusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, X3 05.09.2011-ci il tarixli, 1547/şh saylı Əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinin müddəalarına əsasən (öz arzusu ilə) 13.09.2011-ci il tarixində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, 17.03.2011-ci il tarixində (27.11.N-ci il tarixindən-17.03.2011- ci il tarixinədək) o, artıq DSX-nin SM-də 18 il, 3 ay, 20 gün gün həqiqi hərbi xidmət keçmişdir. 17.03.2011-ci il tarixində DSX- nin X5 X6 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X9 baş müəllimi vəzəfələrinə keçdiyi zaman onun artıq N il, 9 ay, 20 gün təqvim müddəti ərzində xidmət illəri (əmək stajı) mövcud idi. 23.06.N-ci il tarixindən 05.08.N-ci il tarixinədək MN-nin hərbi hospitalında müalicə aldığı müddətin Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı müddət ilə üst-üstə düşdüyü aşikardır. 05.08.N-ci il tarixindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona verilmiş 60 (altımış) gün müddətində və daha sonra əlavə olaraq 30 (otuz) gün müddətində xəstəliyə görə məzuniyyət staja qeyd edilmədiyi də aşikardır. Bu müddətin üst üstə düşdüyü hissəni nəzərə alınmasa da məzuniyyətin digər hissəsi yəni 02.09.N-ci il tarixindən 27.11.N-ci il tarixinədək olan müddəti ümumi stajınının üzərinə gəldikdə 2 ay 25 gün (və ya 2 ay 10 gün) müddəti nəzərə aldıqda məlum olur ki, 17.03.2011-ci il tarixində DSX-nin X5 X6 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X9 baş müəllimi vəzifələrinə keçirildiyi zaman 20 il, 0 ay, 15 gün stajı (və ya 20 il 00 ay, 00 gün) mövcud olmuşdur. Bu məqsəd ilə o, 2011-ci ili avqust ayında DSX SM-nin rəisinə müraciət edərək, ondan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən ona təqdim edilmiş AR MHH-nın Hərbi Həkim Komissiyasının 03.08.N-ci il tarixli, 496 saylı, və 05.10.N-ci il tarixli, 1636 saylı arayışların surətini, habelə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının arxivindən ona verilmiş 2999-N nömrəli xəstəlik tarixçisindən (epikrezdən) çıxarışın surətini təqdim edərək onun xidmət illərinin hesablanması zamanı N-ci ilin may ayından həmin ilin noyabr ayının 11-15 tarixlərinədək olan müddətində əlavə edilməsini xahiş etmişdir. Eyni zamanda DSX SM-nin rəisinin göstərişinə əsasən AR MN-nə 2-ci dərəcəli kapitan İddiaçı MN-nin N saylı hərbi hissəsində könüllü olaraq N-ci il tarixində xidmət keçməsi haqqında məlumatın verilməsi barədə müvafiq sorğu göndərilmişdi. Lakin göndərilən sorğuda məlumatın düzgün yazılmadığına görə sorğuya mənfi cavab gəlmiş. Belə ki göndərilən sorğuda 2-ci dərəcəli kapitan İddiaçı yazılmışdı. N-ci ildə o, AR MN-nin N saylı hərbi hissəsinin sıravi əsgəri idi. Arxiv sənədlərində N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində Ucar rotasının sıravi əskəri İddiaçı adı qeyd edilmişdir. O, az maaşlı vəzifəyə keçirilənədək əmək pensiyası almaq hüququna malik olmuş və səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilmişdir. Qeyd edilənlərə əsasən idida tələbinin təmin edilməsi xahiş edilmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.10.20N-cu il tarixli 2-1(81)- 2742/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli 2-1(112)-132/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı son olaraq iddia tələbinə dəqiqləşdirilmə barədə ərizə təqdim edərək, 15.05.N-ci il tarixindən 25.11.N-ci il tarixinədək AR MN-nin N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyi ümumi müddətin 2 ay 23 gününün uzun müddət xidmət illərinin üzərinə əlavə edilməsi və bunun nəticəsində 17.03.2011-ci il tarixində səhhəti ilə əlaqədər olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu səbəbindən əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması və yeni tərtib edilmiş məlumat vərəqəsinin pensiya məbləğinin yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi üzrə öhdəliyin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı, Silahlı Qüvvələrin ehtiyatında olan 2-ci dərəcəli kapitan İddiaçı Mirzəbaba oğlu iddia ərizəsində 15 may N-ci il tarixdən 27 noyabr N-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmət keçdiyini bildirsə də, onun şəxsi işində bu barədə qeydlər olmadığından DSX-nin Kadrlar Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinə 04 oktyabr 2018-ci il tarixli, 4/17-829 nömrəli müvafiq sorğu ünvanlanmışdır. Müdafiə Nazirliyindən sözügedən sorğuya daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Mirzəbaba oğlunun göstərdiyi hərbi hissədə onun N-ci ilin iyun-dekabr ayları ərzində xidmət etməsi və yaralanması barədə heç bir məlumat yoxdur, belə ki, adı qeyd olunan zabitin göstərilən tarixlərdə həqiqi hərbi xidmət keçməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında hər hansı bir qeydiyyat müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və həmin vəzifəyə keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun yarandığını göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X3 17 mart 2011-сi il tərixli 400 Ş/h saylı əmrində bu barədə qeydlər olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci bəndinin ona şamil olunması qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-184/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.N71-ci il təvəllüdlüdür, müharibə veteranıdır, “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə 13.09.2011-ci il tarixdə ehtiyata buraxılmışdır. Ona 14.09.2011-ci il tarixində “2-ci dərəcəli kapitan” rütbəsinə, “SM Tədris məkəzinə tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllim” vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 28 noyabr 2018-ci il tarixli, 9/2-N424 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; 31.10.07.10.N-ci il, səh226, sıra-28) Ucar rotasının 3cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Ucar batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və N nömrəli hərbi hissə komandirinin may-iyun N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti, yaralanmağı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən İddiaçı ünvanlanmış N mart 20N-cu il tarixli, 1015 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 14- 15.05.N-ci il tarixdən, 20.06.N-ci il tarixədək olan dövrdə N nömrəli hərbi hissənin tərkibində sıravi əsgər qismində xidmət keçibkeçməməyi barədə sənədlərin verilməsi mümkün deyil. Göstərilən tarixlər haqqında məlumatları əks etdirən sənədlər arxiv məlumatları olduğu üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mərkəzi arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31 iyul 2018-ci il tarixli, K/867/4M-950/2 saylı məktubundan görünür ki, MTN Sərhəd Qoşunları tərəfindən verilmiş 28.07.N97-ci il tarixli 0629 №-li “Müharibə Veteranı” vəsiqəsi itdiyi üçün etibarsız sayıldığından DSX-nə etdiyi əlavə müraciətinə müvafiq komissiyada baxılmış və təkrar olaraq 17.10.2016-cı il tarixdə 0452 №-li “Müharibə Veteranı” vəsiqəsi təqdim olunmuşdur. Döyüş əməliyyatlarında iştirakını və yaralanmağını təsdiq edən sənədlərin (arayış və xəstəlik şəhadətnaməsinin) surətləri ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin may-iyul N-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, N-ci il tarixli yaralananların qeydiyyatı kitablarında və may-iyul N-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində xidməti, yaralanmağı və pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Tərtər Ə.Ö.M.B komandirinin 12.11.N91-ci il tarixdən 30.09.N93-cü il tarixədək olan və N nömrəli hərbi hissə komandirinin N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 20.11.2018-ci il tarixdə 9/2-18922 №-li və 28.11.2018-ci il tarixdə 9/2-N424 №-li məktublarla ünvanına cavab göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.06.2018-ci il tarixli № 03/8P/02-494 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xətti ilə sentyabr 2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01 sentyabr 2013-cü il tarixdən təminat xərcliyi 393,25 manat təşkil edir. 20 xidmət ilinə görə təminat xərcliyinin 50 faizi məbləğində, yəni N6,63 manat pensiya düzgün hesablanmışdır və ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 05.07.2018-ci il tarixli № **********9 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən xidmət etmiş, olduğu orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində əks olunan xidmət müddətinə və təminat xərcliyinə əsasən hesablanmış pensiya hazırda 618,48 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 06.08.2018-ci il tarixli № **********3 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən pensiyası xidmət etmiş olduğu orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində əks olunan xidmət müddətinə və təminat xərcliyinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 may 20N-cu il tarixli, № 4/17-464 saylı məktubundan görünür ki, pensiya təminatının yenidən hesablanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciəti Kadrlar Baş İdarəsində aidiyyəti üzrə baxılmışdır. Müraciətə əlavə edilmiş sənədlər (arayışlar, epikriz və s.) əsasında N-ci ilin may-noyabr aylarında Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olduğuna dair məlumatların Dövlət Sərhəd Xidmətinə göndərilməsinə dair Müdafiə Nazirliyinin arxivinə dəfələrlə sorğu ünvanlansa da, həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməyi və siyahıdan çıxarılmağı barədə hərbi hissə komandirinin müvafiq əmrləri mövcud olmadığından göstərilən ayların pensiya təminatında nəzərə alınması mümkün olmamışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən pensiya üçün xidmət illərinin hesabı müvafiq qanunvericiliyin tələbləri və şəxsi işində olan məlumatlar nəzərə alınmaqla hesablanmış və tanış olmaqla imza edilmişdir. Xəstəlik vərəqinin surətindən görünür ki, 2011 saylı h/h k-n İİ r. İddiaçı DSX h/h-nin terapiya şöbəsində 13.04.11-ci il tarixdən 29.04.2011-ci il tarixinədək müalicə olunmuşdur. Diaqnoz soltərəfli kəskin ocaqlı pnevmoniya, funksiyaların cuzi dərəcədə pozulması ilə sağ əl İV-V barmaqların kontrakturalası. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xidməti məktubun təsdiq edilmiş surətindən görünür ki, 04 iyul 20N-cu il tarixli 7111 nömrəli məktuba Maliyyə Plan İdarəsində baxılmışdır. Sabiq hərbi qulluqçu 2-ci dərəcəli kapitan İddiaçı iddia ərizəsində 15 may N-ci il tarixindən 27 noyabr N-ci il tarixinədək könüllü olaraq hərbi xidmət keçdiyini bildirmişdir. Lakin onun şəxsi işində bu barədə məlumat və qeydlər olmadığından Kadrlar Baş İdarəsi tərəfindən 04.10.2018-ci il tarixdə 4/17-829 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər idarəsinə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirmişlər ki, onun xidmət etdiyi hərbi hissə komandirinin iyun-dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Belə ki, sabiq hərbi qulluqçu 2-ci dərəcəli kapitan İddiaçı iddia ərizəsi əsassızdır. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun olduğunu bildirir. İddia ərizəsinin əsassız olduğu bildirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18 maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməyi ilə bağlı DSX-nin rəisi- SQ Komandanının (17 mart 2011-ci il № 400 ş/h) əmrində bu barədə qeydlər olmadığından bu bəndin ona şamil olunması qanuna uyğun deyildir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31.07.2018-ci il tarixli K/867/4M-950/2 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatlarında iştirakı və yaralanmağını təsdiq edən sənədlər (arayış və xəstəlik şəhadətnaməsi) İdarə tərəfindən iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 03 avqust N-ci il tarixli № 496 saylı arayışın surətindən görünür ki, sıravi əsgər İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 21.06.N-ci il tarixdə yaralanmış, 23.06.N-ci il tarixdə əməliyyat keçirmişdir. SSRİ-nın MN-nin N87-ci il tarixli 260 nömrəsi ilə təsdiq edilmiş “Xəstəliklərin və fiziki çatışmamazlıqların cədvəli” nin 392-ci bəndinin İ hissəsinin tələblərinə əsasən sıravi İddiaçı xəstəliyinə görə 60 günlük müddətə məzuniyyətə ehtiyacı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 05 oktyabr N-ci il tarixli № 1636 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaraya görə sıravi İddiaçı əlavə olaraq 30 gün müddətində məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin Dövlət Sərhəd Xidmətinin rəisi-X3 sərəncamına götürülməsi haqqında 08 oktyabr 2010-cu il tarixli № 234 saylı Əmrindən çıxarışdan görünür ki, 2-ci dərəcəli kapitan İddiaçı 27 sentyabr 2010-cu il tarixdən Maddi-texniki təminat şöbəsi elektromexanika bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin rəisi-X3 sərəncamına götürülmüş hesab edilmiş. Son qərar qəbul edilənədək bütün təminat növlərində Sahil Mühafizəsində saxlanılmış. Əsas: Dövlət Sərhəd Xidmətinin rəisi - X3 27 sentyabr 2010- cu il tarixli 1462 ş/h saylı əmri. DSX rəisi–SQK sərəncamında olan 2-ci dərəcəli kapitan İddiaçı 03.02.2011-ci il tarixli raportundan görünür ki, o, tədris mərkəzində müəllim vəzifəsinə təyin olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin vəzifəyə təyin edilməsi haqqında 30 mart 2011-ci il tarixli № 70 saylı Əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin rəisi-X3 sərəncamında olan (2011 saylı h/h) 2-ci dərəcəli kapitan İddiaçı 17 mart 2011-ci il tarixdən Tədris mərkəzinə tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsinə təyin olunmuş hesab edilmiş. 2-ci dərəcəli kapitan İddiaçı sərəncamda olma müddəti 2010-cu ilin noyabr ayının 27-dən vəzifəyə təyin edilənədək uzadılmış və ona təminat xərcliyi tam həcmdə ödənilməsi barədə əmr qəbul edilmişdir. Məhkəmənin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə (dəftərxana vasitəsi ilə) təqdim edilmiş xidməti məktubun surətindən görünür ki, İddiaçı 27.11,N-ci ildən 05.09.2011-ci ilədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub və “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində döyüş əməliyyatlarında iştirakına görə keçmiş MTN tərəfindən verilmiş 26.07.N97-ci il tarixli 0629 №-li “Müharibə veteranı” vəsiqəsinin (bu vəsiqənin verilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətindən 15.01.2020-ci iİ tarixli 12/36/251 saylı məktubla Dövlət Sərhəd Xidmətinə göndərilmiş adlı siyahıda İddiaçı adı 84-cü sıradadır, surəti əlavə olunur) itirilməsi ilə bağlı “Təkrar” “Müharibə veteranı” vəsiqənin verilməsi üçün Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciəti əsasında barəsində toplanmış müvafiq arxiv sənədləri və vəsiqənin itirilməsi barədə qəzet elanı 13.10.2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin nəzdində yaradılmış “Müharibə veteranı” və “Silahlı Qüvvələr veteranı” adının və vəsiqələrinin verilməsi komissiyasına təqdim olunmuşdur. Toplanmış müvafiq sənədlər əsasında İddiaçı müracitətinə baxılmış və ona “Təkrar” “Müharibə veteranı” vəsiqəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Komissiyanın yekun qərarına uyğun olaraq vətəndaşa 17.10.2016- cı il tarixli 0452 №-li “Müharibə veteranı” vəsiqəsi təqdim edilmişdir (surətləri əlavə olunur). İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sadalanan qanunvericilik normasının təhlili göstərir ki, 20.18-ci maddənin tətbiq üçün 2 element mövcud olmalıdır: a) daha az maaşlı vəzifəyə keçirilmə səbəbi şəxsin səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə olmalı; b) keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olmalı. İlkin olaraq araşdırılmalı hal daha az maaşlı vəzifəyə keçirilmə səbəbi şəxsin səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə olmalıdır. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 81-ci maddəsinə əsasən Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. İddiaçının xidməti dəftərçəsinin surətindən görünür ki, o Dövlət Sərhəd Xidmətinin rəisi-X3 17.03.2011-ci il tarixli əmri ilə Tədris mərkəzində müəllim vəzifəsinə keçirilənədək 27.09.2010-cu il tarixdən 17.03.2011-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi-X3 sərəncamında olmuş, bütün təminat növlərində saxlanılmış, 06.10.2009-cu il tarixdən 27.09.2010-cu il tarixədək Maddi-texniki təminat şöbəsi elektromexanika bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçının aşağı maaşlı vəzifəyə yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsası iddiaçının 03.02.2011-ci il tarixli raportu olmuşdur. İddiaçı 03.02.2011-ci il tarixli raport yazaraq səhhəti ilə bağlı Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsini xahiş etmiş və Dövlət Sərhəd Xidmətinin rəisi-X3 17.03.2011-ci il tarixli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. İş üzrə digər araşdırılmalı hal iddiaçının aşağı maaşlı vəzifəyə təyin edilənədək yaşa görə əmək pensiyası hüququna malik olub-olmamasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar N- ci il tarixində qüvvəyə minmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarına əsasən Azərbaycan Ordusunda, sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidməti müddəti zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. Dövlət Sərhəd Xidmətinin rəisi-X3 17 mart 2011-ci il əmri ilə iddiaçı az maaşlı vəzifəyə keçirilənədək 18 il 3 ay 20 gün təqvim ili ilə xidmət müddətinə malik olmuşdur. НТ 763187 nömrəli diplomdan görünür ki, iddiaçı 01.09.N89-cu ildən 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar N-ci il tarixində qüvvəyə minmiş 23 noyabr N-ci il tarixli, 631 nömrəli Qərarına əsasən Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Belə olan halda, iddiaçının 5 illik təhsil müddəti 2 il 6 ay xidməti müddətinə daxil edilir. Birinci instansiya məhkəməsi iddiaçının 15.05.N-ci il tarixdən 25.11.N-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ucar batalyonunda könüllü olaraq həqiqi hərbi xidmət keçdiyi müddətin xidmət müddətinə daxil edilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 27.11.N-ci ildən əvvəlki tarixdə həqiqi hərbi xidmətdə olduğundan həmin müddət iddiaçının xidmət müddətinə daxil edilməlidir. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün 28.07.N97-ci il tarixdə müharibə veteran adı və vəsiqəsi verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən, həmçinin AR DSX Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanlanmış 31.07.2018ci il tarixli məktubundan aydın olur ki, iddiaçı DSX-də hərbi xidmətə qəbul edilməzdən öncə döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. Bunun təsdiqi kimi 2999-N nömrəli xəstəlik tarixçəsindən çıxarış (epikriz) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikninkasının 03.08.N-ci il tarixli 496 nömrəli və 05.10.N-ci il tarixli 1636 nömrəli arayışları inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçının 27.11.N-ci ildən əvvəlki dövrdə hərbi xidmətdə olmasını, döyüşlərdə iştirakını təsdiq edən digər bir fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 28.11.2018-ci il tarixli, 9/2-N424 nömrəli arxiv arayışıdır. Həmin arayışda qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi qovluğunda Ucar rotasının 3-cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçının əvvəllər döyüş əməliyyatlarında iştirakını və yaralanması faktını əsas götürərək ona müharibə veteranı adı və vəsiqəsini vermişdir. Lakin hazırki halda cavabdeh inzibati orqan iddiaçının onda xidmətə qəbul edilənədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlərin arxivdə mövcud olmadığı əsası ilə həmin dövrlərin xidmət müddətinə daxil edilməsindən əsassız olaraq imtina edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 27.11.N-ci il tarixdən əvvəlki dövrdə könüllü olaraq həqiqi hərbi xidmətdə olduğu dövr onun xidmət müddətinə əlavə edilməlidir. İddiaçının 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil müddətini nəzərə alsaq, ona 03.08.N-ci il tarixdən və 05.10.N-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaraya görə 60 günlük daha sonra 30 günlük məzuniyyətin verilməsi, həmçinin N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsinə dair oktyabr N-ci il tarixə aid qovluğda siravi əsgər İddiaçı adının olması onun 12 avqust N-ci ildən 25 noyabr N-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olduğunu təsdiqləyir. Qeyd edilən bu müddət 2 ay 13 gün xidmət müddətində nəzərə alındıqda iddiaçının az maaşlı vəzifəyə keçirilməsinədək qanunvericiliklə nəzərdə tutulmuş 20 təqvim ili tamamlanmış olur. Belə olan halda iddiaçının Dövlət Sərhəd Xidmətinin rəisi-X3 17 mart 2011-ci il əmri ilə az maaşlı vəzifəyə keçirilənədək xidmət müddəti təqvim ili ilə 20 ildən artıq olacaqdır. Göründüyü kimi, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəaları ödənilir. İddiaçı aşağı maaşlı vəzifəyə öz razılığı ilə səhhətilə əlaqədar keçirilmiş və aşağı maaşlı vəzifəyə keçirilən müddətədək ümumi xidmət illəri 20 ildən artıq olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-184/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar