Məhkəmə qərarları › İş №2-1(103)-177/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-177/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-177/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan X3rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X21 ibarət tərkibdə, X18-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X3rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2024 saylı 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı bağ sahəsinin (sənəd üzrə və faktiki sahəsi 0,12 ha) əsas döngə nöqtələrinin koordinatları: 1. X= 398837,11; Y= 4491058,22 2. X= 398831,82; Y= 4491030,61; 3. X= 398827,33; Y= 4491027,64; 4. X= 398795,36; Y= 4491029,5 olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2/16-8311 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində tikinti altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş 77 ədəd torpaq sahəsinə dəymiş ziyanla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən hesablanmış 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik) manat məbləğində kompensasiya tələb olunur. Qeyd edilən məsələ Nəzarət Orqanı (Maliyyə Nazirliyi) ilə razılaşdırılmışdır. "xxxx" ASC tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən 77 ədəd daşınmaz əmlaka görə bütün xərclər nəzərə alınaraq, cəmi 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik, əlavə xərclər nəzərə alınmaqla) manat məbləğində vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan X24 Agentliyi tərəfindən İddiaçı ünvanlanan B-3/16-6710 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, ərizəyə əlavə edilən sənəddən müəyyən olmuşdur ki, qeyd edilən torpaq sahəsi X6 və İstismarı Birliyinin onunla imzalanmış 34959 saylı müqaviləsinə əsasən 05 may 2005-ci il tarixdə 10 il müddətinə istifadəsinə verilmişdir və Azərbaycan X24 Agentliyi tərəfindən 2017-2018-ci illər ərzində “Novxanı-PirşağıSahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. İddiaçıya dövlət ehtiyacı üçün alınmış bağ sahəsi ilə bağlı hər hansı vəsait ödənilmədiyindən İddiaçı cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə ona 60000 (altmış min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2-1(81)-4919/2019 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağın 400 kv.m hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K bağ sahəsi iddiaçının mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı- Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10.000 manat dəyərində qiymətləndirmişdir. Mülkiyyətində olan bağ sahəsinin layihə əsasında çəkilmiş yolun altına düşmüş 1/2 ha hissəsinin kompensasiyasını cavabdehdən tələb etsə də, cavabdeh kompensasiya verməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, müqavilə üzrə bağ 10 il müddətinə istifadəsinə verilmişdir. 2017-2018-ci “Novxanı-Pirşağı-Sahil yolu avtombil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X6 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci tarixli 35012 sayli müqaviləyə əsasən Bakı şəhəri, Bənəqədi rayonu, Novxanı bağ massivində 1106k nömrəli 0.12 ha bağ sahəsi onun istifadəsinə verilmişdir. Alınan bağ sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün iddiaçı 2016-cı ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və həmin bağ sahəsinə xx.xx.2016-cı ildə RX № ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan X24 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus 0,12 ha torpaq sahəsindən 0.6 ha yox, cəmi 401.18 kv.m. hissəsi yolun tikinti altına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18053 manat 10 qəpik kompensasiya hesablanmışdır. Dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X4 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Bununla yanaşı qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən torpaq ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan X24 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil X19 müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətdə onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2024 saylı 11 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağ sahəsinin 0,04 ha hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh “Azərbaycan X24 Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan X24 Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Belə ki, bu tip işlərdə alan orqan qismində Azərbaycan X24 Agentliyi tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq alınmanın təsiri altına düşən torpağın kimə məxsusluğunu müəyyən etmək məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun aidiyyəti qurumuna müraciət edilir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumunda olan göstəricilər əsasında və baza məlumatlarında torpağın mövcüd mülkiyyətçisi və ya sahibi barədə məlumatlar müəyyən edilməklə alan orqana məlumat verilir. Həmin məlumatlar əsasında alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın ödənişi alan orqan tərəfindən həyata keçirilir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan Avtomobil X19 ünvanladığı məktubunda qeyd olunmuşdur ki, iddiaçının adına daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, X31 Xidmətinin 16 yanvar 2018-ci il tarixli DX- 03/03-03-48 nömrəli məktubu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bildirilmişdir ki, X31 Xidməti tərəfindən Azərbaycan Avtomobil X19 edilmiş müraciətə cavab olaraq Agentlik tərəfindən Xidmətə ünvanlanmış 11 yanvar 2018-ci il tarixli 3/16-179 nömrəli məktubdan göründüyü kimi, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus daşınmaz əmlakın tikinti sahəsinə düşməsi təsdiq olunmamışdır. İş materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının kompensasiya tələbinə görə istinad etdiyi torpaq sahəsi keçmiş X6 və İstismarı Birliyinə aid əraziyə aidiyyatı yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlət torpağıdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan X24 Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) X26 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə imtina etmişdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. Bundan narazı qalan iddiaçı iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan X3rşı tələbi “Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağın 400 kv.m hissəsinə görə ona 30000 (otuz min) manat kompensasiya ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsindən cavabdeh Azərbaycan X24 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsinin icrası nəticəsində, başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğuna, bununla da ona ziyan dəydiyinə istinad edərək həmin bağ sahəsinə görə kompensasiya tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Hazırki işdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsinin bir hissəsinin dövlət ehtiyacı üçün götürüldüyü və bununla da iddiaçıya ziyan vurulduğu mübahisəsizdir. Hazırda cavabdeh iddiaya dair yazılı etirazında da iddiaçıya ziyan vurulduğunu etiraf etmiş və tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsini gələcəkdə vəsait ayrıldığı təqdirdə həll edəcəklərini bildirir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2/16-8311 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində tikinti altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş 77 ədəd torpaq sahəsinə dəymiş ziyanla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən hesablanmış 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik) manat məbləğində kompensasiya tələb olunur. Qeyd edilən məsələ Nəzarət Orqanı (Maliyyə Nazirliyi) ilə razılaşdırılmışdır. "xxxx" ASC tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən 77 ədəd daşınmaz əmlaka görə bütün xərclər nəzərə alınaraq, cəmi 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik, əlavə xərclər nəzərə alınmaqla) manat məbləğində vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Həmçinin işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunan Azərbaycan X24 Agentliyinin 3/16-560 saylı xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan X24 Agentliyi tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində vətəndaş İddiaçı məxsus (çıxarış № **********57) 1200 kv.m torpaq sahəsindən 401,18 kv.m hissəsi yolun tikintisi altına düşmüş və 18053,10 (on səkkiz min əlli üç manat 10 qəpik) manat kompensasiya hesablanmışdır. Sözügedən layihə çərçivəsində vətəndaşlara heç bir kompensasiya ödənilməmişdir. Müvafiq kompensasiyanın ayrılması üçün Azərbaycan X24 Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Sözügedən layihə çərçivəsində yeni tikilmiş yolun keçdiyi ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan və tikinti altına düşən torpaq sahələri (Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% nəzərə alınmaqla) aşağıdakı kimi qiymətləndirilmişdir: 1. Novxanı qəsəbəsi - 1 sot - 4500 manat 2. Goradil qəsəbəsi - 1 sot – 4800 manat 3. Fatmayı qəsəbəsi - 1 sot – 4800 manat 4. Pirşağı qəsəbəsi - 1 sot – 3000 manat 5. Nəzərə alınması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq araşdırmalar aparılmışdır. Bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 01/620 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-333/2020 nömrəli müraciətinə əsasən ekspertlər tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya RX № 1521389, qeydiyyat tarixi: xx.xx.2019-cu il) əsasında, X20 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin bir sotunun bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X20 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə olan bir sotunun bazar dəyəri: 8 000 (səkkiz min) manat, Ümumilikdə (0.12 ba) bazar dəyəri: 96 000 (doxsan altı min) manat təşkil edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin X27 Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Respublika Maliyyə Nazirliyinin X27 Xidmətinə ünvanladığı 09 avqust 2017-ci il tarixli 3/16-4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərancamı ilə təsdiq olunmuş “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsinin icrası ilə bağlı keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş komissiya və müstəqil qiymətləndirici "xxxx" MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Novxanı kəndi üzrə sözügedən ərazidə 1 (bir) kv.metrə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə 45,0 manat qiymət müəyyən edildiyi göstərilmişdir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2019-ci il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X12 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanılmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. 1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019. 2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi 3. Obyektin ünvanı: ünvan 3 ölçüsü: 0,1025 ha. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trend! nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-ci il tarixinə bazar dəyəri 103000 (yüz üç min) manat təşkil edir. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Milli və X2 tələblərinə uyğun olaraq aparılmışdır. X28 və X22 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 77 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (torpaq sahəsi 0,12 ha) neçə kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla)? Mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının nümayəndəsinin iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və Ləhiş bağ sahələrinin sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin 500 kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir: Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ile təsdiq olunmuş “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla) 500 kv.m hissəsi, yolun tikintisi altına düşür. "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşən hissənin döngə nöqtələrinin koordinatları: 1. X= 398801,56; Y= 4491064,80; 2. X= 398837,11; Y= 4491058,22; 3. X= 398834,67; Y= 4491045,47; 4. X= 398799,00; Y= 4491050,24. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2019-ci il tarixli ********** nömrəli erizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. 1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019 2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi 3. Obyektin ünvanı: ünvan 4 ölçüsü: 0.0827 ha Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-ci il tarixinə bazar dəyəri 83000 (səksən üç min) manat təşkil edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq və xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş ünvan 5 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiymətinin müəyyən edilməsi barədə 117 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 5 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiyməti qiyməti – 8000 (səkkiz min) AZN müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-16-5/2-11-1087/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: 1. ünvan 6i ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin 17250 manata; (xx.xx.2021-ci il tarixli müqavilə) 2. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin 23500; (xx.xx.2023-cü il tarixli müqavilə) 3. ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin 130000 manata; (xx.xx.2022-ci il tarixli müqavilə) 4. ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 0 08 ha olan torpaq sahəsinin 34000 manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir (xx.xx.2019-cu il tarixli müqavilə). Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 6i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X10 məxsus hissəsindən tam hissə X13 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 6i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X14 məxsus hissəsindən tam hissə X5 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 6i ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X15 məxsus hissəsindən tam hissə X17 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 6i ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X7 məxsus hissəsindən 0,05 ha X8 mülkiyyətinə verilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin hazırda mübahisə predmeti olan 0,04 ha hissəsi öz mülkiyyətində saxlanılmaqla, yerdə qalan 0,08 ha olan hissəsini AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 60000 manat qiymətinə satmışdır. Odur ki, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin 0,08 ha hissəsinin hər 0,01 ha hissəsinə görə ödənilmiş alqı-satqı qiymətinin hazırki iddia üzrə 0,04 ha torpaq sahəsinin qiyməti hesablanarkən də əsas götürülməsini məqsədəuğun və ədalətli hesab edərək, avtomobil yolunun tikintisi altına düşən 0,04 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 0,01 ha torpaq sahəsinə görə 7500 manat olmaqla, cəmi 30000 manat məbləğində kompensasiyanın ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, mübahisəli torpaq sahəsinin dövlət ehtiyacları üçün alınan dövrdə bazar qiyməti ilə bağlı araşdırma aparılmalı, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular verilməli, beləliklə də mübahisəli torpaq sahəsinə görə ödənilməli olan kompensasiya məbləği düzgün müəyyən edilməlidir (Ali Məhkəmənin qəbul etdiyi 2-1(102)-1217/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Hazırki işdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət ehtiyacları üçün iddiaçıdan 2017-ci ildə alınmışdır. Bununla bağlı, məhkəmə kollegiyası tərəfindən 2016-2017-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi və həmin alqı-satqı müqavilələrində müəyyən olunmuş torpağın 1 kv.m-nin qiyməti barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə daxil olmuş sənədlərdən, o cümlədən alqı-satqı müqavilələrindən görünür ki, 2017-ci il ərzində (yuxarıda adı çəkilən layihənin icrası ilə bağlı torpaqların dövlət ehtiyacı üçün alındığı dövrdə) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahələri ilə bağlı notariat hərəkətlərinə dair məlumatlar bu şəkildə olmuşdur: 0.05 ha torpaq sahəsi 26.500 manata; 0.12 ha torpaq sahəsi 162.000 manata; 0.054 ha torpaq sahəsi 100.000 manata; 0.05 ha torpaq sahəsi 15.000 manata; 0.14 ha torpaq sahəsi 133.000 manata; 0.06 ha torpaq sahəsi 20.000 manata rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən 400 kv.m. hissəsinin (ekspert rəyinə əsasən həmin sahə 500 kv.m. olsa da, iddiaçının iddiasında 400 kv.m. göstərilmiş və məhkəmə kollegiyası işə iddia tələbi həddində baxır) dövlət ehtiyacı üçün alındığı dövrdə, yəni 2017-ci ildə qiymətinin hansı meyarla, yəni notariat idarələrində aparılmış alqı-satqı müqavilələrində müəyyən olunmuş qiymətlərlə götürülməli olduğuna münasibətdə bir daha qeyd edir ki, mövcud inzibati praktikaya və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinin qiymətinin müstəqil qiymətləndiricinin verdiyi rəy əsasında deyil, həmin dövrdə notariat idarələrində bağlanmış alqı-satqı müqavilələrindəki qiymətlər əsasında müəyyən edilməsi qəbul edilir. Bu fakt oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin qərarında sərgilənən hüquqi mövqeyi ilə də təsdiq olunur (2- 1(102)-1217/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-1(102)-2262/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar). “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin işdə olan məktublarında qeyd olunmuşdu ki, adı çəkilən layihənin icrası ilə bağlı tikinti altına düşən 77 nəfər mülkiyyətçiyə məxsus torpaq sahəsi dövlət ehtiyacı üçün alınan daşınmaz əmlak kimi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş, mülkiyyətçilərə məxsus torpaq sahələrinin qiymətləndirilməsi aparılsa da, hazıradək dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə qeyd edilən obyektlər üzrə kompensasiya ödənilməsi üçün vəsait ayrılmadığından ödənişlər həyata keçirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə daxil olmuş alqı-satqı müqavilələrində qeyd edilmiş məlumatlar üzrə orta qiyməti - 0.01 ha torpaq sahəsinin 7.500 manata rəsmiləşdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən 0,04 ha hissəsinə görə kompensasiya hesablanan zaman həmin qiymətin götürülməsi daha məqsədəmüvafiqdir. Odur ki, iddiaçının mühafizə zolağına düşən və iddiasında tələb etdiyi 400 kv.m. torpaq sahəsinə görə 30.000 manat kompensasiyanın (0,01 ha -- 7500 manat olduğu halda, 0,04 ha -- x; x = 0,04 ha x 7500 : 0,01 = 30000 manat) ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıdakı qaydada – sözügedən 0,04 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alındığı- 2017-ci ilə olan alqı-satqı müqavilələri üzrə qiymətləndirmə aparmasa da, gəldiyi nəticənin qeyd olunan qiymətləndirməyə (30000 manata) uyğun gəldiyini nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh orqanın apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olduğu üçün qəbul edilmir və həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 21/2024 saylı 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan X24 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2024 saylı 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X34 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar