Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1770/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2021 saylı 15 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onun barəsində qəbul etdiyi 29.01.2020-ci, 29.04.2020-ci və 15.05.2020ci il tarixli əmrlərin ona münasibətdə ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyirdi. Cavabdehin 29 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmri ilə onun əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Əmrin verilməsinə əsas kimi Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24.01.2020-ci il tarixli, **********066100 nömrli əmri göstərilmişdir. Cavabdehin 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmri ondan başqa 21 nəfər vergi əməkdaşı barədə olsa da, o, həmin əmrin özünə münasibətdə olan hissəsini mübahisələndirir və aşağıdakı əsaslara görə qanunsuz hesab edir. Belə ki, cavabdehin əmrdə istinad etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işə təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Qeyd edilən normaların dizpozisiyasına əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi nəzərdə tutulmuşdur. Bu xitamın əsasları isə konkret olaraq vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Cavabdeh isə həmin normalara zidd olaraq onunla əmək müqaviləsinə xitam verərək tutduğu vəzifədən azad etmişdir. Halbuki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin qeyd edilən normalarında əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Bu hal əmək qanunvericiliyinin müvafiq müddəaları ilə tənzimlənir. Bundan əlavə, cavabdeh əmrində vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyünü əsaslandırmamışdır. Həmçinin ona heç bir vəzifəyə keçirilmə təklifi də olunmamışdır ki, o, da ondan imtina etsin. Məlumat üçün bildirir ki, nə işlədiyi vəzifə, nə şöbə, nə də idarə ləğv olunmayıb ki, onun digər vəzifəyə keçirilməsi qeyri-mümkün və ya ümumiyyətlə labüd olsun. Əksinə, “Vergirlər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24.01.2020-ci il tarixli, **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılmışdır. O, qeyd edilən əmrin ona münasibətdə olan hissəsinin tam əsassız olmasına dair 12.02.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Vergilər Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, özü haqqında müəyyən məlumatları diqqətə çatdırmışdır. Belə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də, magistr pilləsini (“Vergi və vergiqoyma” ixtisasının ilk məzunu olmaqla) fərqlənmə diplomları ilə bitirməklə 21.10.2004-cü il tarixdən vergi orqanlarında çalışmışdır. İşlədiyi müddətdə heç bir inzibati tənbeh almamışdır. Qeyd edilən ərizədə onun hansı əsasla işdən azad edilməsi barədə məlumat verilməsinə və işə bərpa olunmasına köməklik göstərilməsinə göstəriş verilməsini xahiş etsə də, hazırki vaxta kimi ona heç bir cavab verilməmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsi əsasında əmək münasibətlərində olduğundan və onun 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmrində həmin əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi göstərilərkən Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməsə də, o, sözügedən əmrdə qeyd edilən 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsinin göstərilməsini mücərrəd bir hal hesab edir. Belə ki, heç kim təminat verə bilməz ki, 3 ay sərəncam müddətindən sonra vergi orqanlarında təhsilinə, ixtisasına, elmi dərəcəsinə və təcrübəsinə uyğun işlə təmin ediləcək. Həm də, bu 3 ay müddəti gözləməməklə hazırda barəsində olan əmək müüqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsinə dair əmri mübahisələndirmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş olur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılması barədə ərizəsində göstərmişdir ki, 28 yanvar 2020-ci il tarixdən 3 ay müddətə Dövlət Vergi Xidmətinin sərəncamında olmasına baxmayaraq həmin müddət bitdikdən sonra cavabdehin 29 aprel 2020-ci il tarixli, **********467600 saylı əmrilə 29 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. Buna görə də, iddia ərizəsinə əlavə verərək, 29 aprel 2020-ci il tarixli, **********467600 saylı əmrin də, ləğv edilməsini və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Bundan əlavə, cavabdeh 15 may 2020-ci il tarixli, **********477300 saylı əmrlə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən 15 may 2020- ci il tarixdən xitam verib. Cavabdehin 15 may 2020-ci il tarixli, **********477300 saylı əmri də əsassız və qanunsuzdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilib ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin, o, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallardan heç birinə yol verməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 21.10.2004-cü il tarixdən 15.05.2020-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və 15.05.2020-ci il tarixli əmrlə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsində tutduğu böyük dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinə qarşı olan iddiasına əsas olaraq Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmadığını və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu gətirmişdir. Bununla bağlı bildirirlər ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X9 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" QSC-nin (VÖEN: **********) Axtarış- Hesabat sistemindən əldə edilmiş, əvəzləşdirilmiş VHF-lar barədə excell fayllarının 2018-ci ilin may ayında, "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" ASC-nin (VÖEN: **********), fiziki şəxs X4 (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VPEN:**********), "xxxx" MMC-nin (VÖEN: **********) bəyannamə məlumatlarının, o cümlədən hüquqi şəxslərin kommersiya sirrini təşkil edən məlumatların (onların bank hesabları, təsisçilərinin adları barədə məlumatların) 2019-cu ilin fevral-may ayrlarında Whatsapp proqramı vasitəsilə R.Əlizadəyə göndərdiyi müəyyən edilmişdir. Bundan başqa, R.Əlizadə tərəfindən "xxxx" MMC (VÖEN: 2********) və "xxxx" MMC (VÖEN: **********) ilə bağlı İddiaçı etdiyi xahişləri onun yerinə yetirdiyi məlum olmuşdur. Belə ki, “Vergi borcunun olmaması barədə” arayışın "xxxx" MTK-ya (VÖEN: **********) təqdim edilməsinə dair cəmiyyətin 11.05.2018-ci il tarixli, **********7277500 nömrəli eyni məzmunlu təkrar müraciətini icra etməmək üçün İddiaçı R.Əlizadədən 15.05.2018-ci il tarixli, **********919700 nömrəli məktubu vergi orqanına göndərməsi məqsədli xahiş etdiyi və R.Əlizadə tərəfindən bu xahişin yerinə yetirildiyi müəyyən edilmişdir. Yazışmalar zamanı eyvan və lift şaxtalarının sahələrini vergi orqanına bəyan etməməklə "xxxx" MTK-nın (VÖEN:**********) bina tikintisi üzrə sadələşdirilmiş vergilərinin azaldılması üçün R.Əlizadənin İddiaçıla müzakirələr apardığı aşkarlanmışdır. İddiaçı 14.01.2020-ci il tarixli izahatında R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etmiş, lakin, həmin məlumatların hansı məqsədlə göndərilməsinə dair suallara qeyri-səmimi cavab verərək, R.Əlizadənin audit xidmətləri göstərdiyi üçün həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmişdir. Bununla bağlı ilk növbədə qeyd edirlər ki, kommersiya (vergi) sirri təşkil edən məlumatlar hər hansı formada üçüncü şəxslərə ötürülməməlidir. Əlavə olaraq qeyd olunmuşdur ki, konsaltinq və ya audit xidməti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin iş prinsipi etibarı ilə müştərilərinin bütün müvafiq məlumatlarına çıxış imkanı mövcuddur. Hər hansı əlavə məlumatların əldə olunmasına zərurət yarandığı hallarda isə onların müvafiq orqanlara rəsmi qaydada müraciət etmək səlahiyyəti vardır. Həmçinin, İddiaçı vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmaq üçün R.Əlizadəyə məsləhət vermiş, həmçinin məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Başqa sözlərlə ifadə edilsə, İddiaçı öz hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları üçüncü şəxslərə məqsədyönlü şəkildə ötürməklə ciddi qanun və intizam pozuntusuna yol vermişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.12.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, 01.08.2014-cü il tarixli, **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin və 04.07.2006-cı il tarixli **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydalar”ının 4.10-cu bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi, İddiaçı iddia ərizəsində gətirdiyi dəlillər əsassızdır. Bu isə öz növbəsində onun işə bərpa olunmasına dair iddia tələbinin rədd edilməsi üçün kifayət qədər əsasın olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qərarı əsassız və qanunsuz hesab edir. Məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquq qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və qanunu düzgün təfsir etməmişdir. Məhkəmə qərarının 8-ci vərəqinin 8-ci abzasında göstərilmişdir ki, onun "xxxx" MTK-nın, "xxxx" MMC-nin , "xxxx" MMC-nin X4, “Azros-PL" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, “Taina-VX“ MMC, Abşeron -A1 MTK-nın, "NEFTMAŞTƏMİR” ASC-nin, Ressan MTK-nın hər biri tərəfindən X3 Vergilər Nazirliyinin və digər dövlət qurumlarının strukturlarında, məhkəmələrdə onları təmsil etmək, zəruri sənədlərin qəbulu və təqdim edilməsi, imzalanması, müəssisəyə vergi, mühasibat və konsaltinq xidmətlərinin göstərilməsi, zəruri arayış və izahatların təqdim edilməsi, izahat və ifadə verilməsi barədə səlahiyyətli nümayəndə kimi etibarnamələr verilib. Lakin məhkəmə elə həmin abzasda da ziddiyyətli və anlaşılmaz şəkildə göstərmişdir ki, guya “həmin vergi ödəyiciləri tərəfindən onlara məxsus kommersiya sirlərinin vergi orqanının vəzifəli şəxsləri tərəfindən istifadə edilməsinə dair razılıq ərizələri aşkar edilməmişdir". Məhkəmə nəzərə almamışdır ki, R.Əlizadə adları sadalanan şəxslərin hər birinin səlahiyyətli nümayəndəsi olduğundan və Vergi orqanları, onların vəzifəli şəxsləri qarşısında həmin şəxsləri təmsil etdiyindən vergi orqanının işçisi kimi ondan həmin şəxslərə aid istənilən məlumatı ala bilərdi və onun R.Əlizadəyə həmin şəxslərin vergi məsələləri ilə bağlı hər hansı məlumatı verməsi kommersiya sirrini yayma hesab oluna bilməz. O, R. Əlizadəyə Vergi Məcəlləsinin 30.2-ci maddəsində sadalanmış məlumatlardan əlavə hər hansı məlumat verməmişdir. Digər tərəfdən R.Əlizadə adları sadalanan şəxslərin hər birinin etibarnamə üzrə səlahiyyətli şəxsi olduğundan həmin müəssisələrin hər biri üçün kommersiya sirrinin sahibi hesab olunur. O, adları sadalanan şəxslərin heç birinin heç bir halda kommmersiya və vergi sirrindən istifadə etməmiş və başqa şəxsə verməmişdir. Qərarın 8-ci səhifəsinin son abzasında göstərilmişdir ki, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nın 3.12.1-ci yarımbəndinə əsasən əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyaları icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalı, xidməti istifadəsindəki şıfrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir. Qeyd olunan hüquq normasında sadalanan qanunazidd hərəkətlərin heç birinə yol verməmişdir. Cavabdehin **********098100 saylı 28 yanvar 2020-ci il tarixli əmrdə istinad etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75- ci maddəsinin 3-cü hissəsinə əsasən işə təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh həmin normalara zidd olaraq onunla əmək müqaviləsinə xitam verərək onu tutduğu vəzifədən azad etmişdir. Belə ki, çalışdığı nə ştat, nə şöbə, nə də idarə ləğv olunmamış, əksinə “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında" 24.01.2020-ci il tarixli, **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılıb. Apellyasiya şikayətinin dəlillərinə etiraz Apellyasiya şikayətinin dəlillərinə etirazın məzmunu iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətində öz əməlinə haqq qazandırmaq məqsədi ilə bildirmişdir ki, məhkəmə R.Əlizadənin adları sadalan şəxslərin hər birinin səlahiyyətli nümayəndəsi olduğunu və vergi orqanları, onun vəzifəli şəxsləri qarşısında həmin şəxsləri təmsil etdiyindən vergi orqanının işçisi kimi ondan həmin şəxslərə aid istənilən məlumatı verə bilərdi və onun R.Əlizadəyə həmin şəxslərin vergi məsələləri ilə bağlı hər hansı məlumatı verməyi kommersiya (və ya vergi) sirri hesab oluna bilməz. Vəzifəli şəxsin xidməti fəaliyyəti ilə bağlı çıxış imkanının olduğu nəinki kommersiya və ya vergi sirri təşkil edən məlumatları, hətta ümumi xarakterli məlumatların qeyri-rəsmi qaydada tələb edildiyi halda təqdim etməyə ixtiyarı olmamaqla yanaşı, həm də onların ötürülməsi vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə etməsi deməkdir. İddiaçı R.Əlizadənin yuxarıda adları qeyd olunan şəxslərin səlahiyyətli nümayəndəsi olduğunu və onlar barəsində hər hansı məlumatın ona təqdim edilməsinin kommersiya (və ya vergi) sirri hesab oluna bilmədiyini bildirmişdir. Lakin iddiaçı bu dəlilini əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəmə baxışı zamanı, o cümlədən apellyasiya şikayəti verərkən məhkəməyə R.Əlizadənin həmin şəxslərin səlahiyyətli nümayəndəsi olduğunu, onun vergi orqanına rəsmi müraciətini, həmin müraciətinin cavablandırılmasını təsdiq edən hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, konsaltinq və ya audit xidməti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin iş prinsipi etibarı ilə müştərilərinin bütün müvafiq məlumatlarına çıxış imkanı mövcud olur. Hər hansı əlavə məlumatların əldə olunmasına zərurət yarandığı hallarda isə onların müvafiq orqanlara rəsmi qaydada müraciət etmək səlahiyyəti vardır. Xüsusən qeyd olunmalıdır ki, kommersiya (vergi) sirri təşkil edən məlumatlar hər hansı formada üçüncü şəxslərə ötürülməməlidir. Lakin İddiaçı apellyasiya şikayətində heç bir halda kommersiya və ya vergi sirrindən istifadə etmədiyini və başqa şəxsə vermədiyini bildirmişdir. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan biri də iddiaçının “Whatsapp” proqramı vasitəsi ilə R.Əlizadəyə göndərdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus (VÖEN: **********) dövlət reyestrindən çıxarış olmuşdur. Həmin çıxarışda Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya sirri hesab olunan Cəmiyyətin təsisçiləri barədə məlumatlar əks olunmuşdur. Nəzərə alsaq ki, hüquqi şəxslərin dövlət reyestri məlumatlarına çıxış imkanı vergi orqanının müəyyən edilmiş strukturlarının səlahiyyətli şəxslərinə verilmişdir və İddiaçı çalışdığı strukturun əməkdaşlarının isə səlahiyyət baxımından ümumiyyətlə dövlət reyestri məlumatlarına çıxış imkanı mövcud deyildir, o, həmin çıxarışı öz səlahiyətlərini aşaraq qeyri-rəsmi yollarla R.Əlizadəyə göndərmiş, bununla da kommersiya sirri təşkil edən məlumatları yaymışdır. Həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cavabdehin “Dövlət vergi orqanlarına xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin müddəalarına zidd olaraq çalışdığı struktur və ya ştat ləğv olunmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinin nəzərə alınmadığını bildirmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb olaraq vergi orqanında keçirilmiş ştat tədbirləri deyil, onun tərəfindən törədilmiş intizam pozuntusu olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı mübahisələndirdiyi əmrlərlə bağlı məhkəməyə vaxtında müraciət etmiş, onun tərəfindən iddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı tələbi “29.01.2020-ci, 29.04.2020-ci və 15.05.2020-ci il tarixli əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarına düzgün qiymət verildiyinə, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsi halının aşkar edilməməsinə, mübahisəli əmrin qanuni və əsaslı olmasının işin halları ilə sübuta yetirilməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3689 saylı 06.12.2019-cu il tarixli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən çıxarılmış 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar əsasında “X9 Tax and Consulting” MMC-də (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı müəyyən edilmişdir ki, yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin əlavə araşdırılmasına zərurət yarandığından, “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələri əsas tutularaq, “X12 Tax and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi həyata keçirilsin. Əşyaların nümunə kimi götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilsin. Qərarın icrası ilə bağlı “X9 Tax and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinə **********3686 nömrəli tələbnamə göndərilmiş, sənədlərin və nümunə kimi əşyaların götürlməsi haqqında VN seriyalı, 000253 nömrəli protokol tərtib edilmişdir. “X9 Tax and Consulting” MMC barəsində aparılan vergi nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən bir sıra vergi orqanı əməkdaşlarının, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Qeyd olunan hallar ətraflı şəkildə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən Vergilər nazininin müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Mətin Eynullayevə ünvanlanmış 13.04.2020-ci il tarixli, **********929100 nömrəli “Qanunamüvafiq tədbirlərin görülməsi barədə” xidməti məruzədə öz əksini tapmışdır. Bununla bağlı İddiaçı 14.01.2020-ci il tarixdə izahatı alınmış və bu zaman sonuncuya məlumatların hansı məqsədlə göndərilməsinə dair suallar verilmiş, o, R.Əlizadənin həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmiş, ümumiyyətlə Rahim Əlizadəyə sənədləri göndərməyinin səhv addım olduğunu etiraf etmiş, lakin bir daha bildirmiş ki, bu məlumatların yalnız vergilərin hesablanması və ödənilməsində istifadə olunacağını düşünmüş və uzun müddət tanıdığı bir dost kimi onun işində kömək olacağını fikirləşmişdir. Vergidən yayınma ilə bağlı ona heç bir köməklik göstərməmiş və belə niyyəti olmamışdır. İşlədiyi vergi orqanında çalışdığı müddətdə həmişə orqanın adını yüksək tutmuş və vəzifəsinə hörmətsizlik etməmişdir. Vergi orqanının hərəkətlərinə xələl gətirən hərəkətləri olmamışdır. Vergi orqanında uzun müddət (15 ildən artıq) işlədiyini, habelə bu sahədə elmi dərəcə almış (elmlər namizədi) şəxs olduğunun nəzərə alınmasını xahiş edərək, səhvinin bağışlanmasını xahiş etmişdir. İzahatının ona heç bir fiziki və psixoloji təzyiq göstərilmədən tərəfindən yazıldığını, izahatının doğruluğunu imzası ilə təsdiq edərək və izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İzahatına heç bir əlavəsinin olmadığını bildirmişdir. İşdə olan Vergilər nazirinin birinci müavininin **********066100 nömrəli, 24.01.2020ci il tarixli “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” əmrinin surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü bu əmrin əlavəsinə uyğun olaraq yenidən təsdiq edilməsi barədə əmr qəbul edilmişdir. Vergilər nazirinin birinci müavininin **********098100 saylı 29.01.2020-ci il tarixli “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin (bu əmrin tarixi səhvən iddiaçı tərəfindən 28.01.2020-ci il tarixli kimi göstərilmişdir) surətindən görünür ki, həmin əmrin 11ci bəndinə əsasən İddiaçı (vergi xidməti müşaviri) Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi qərara alınmışdır. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. 05 fevral 2020-ci il tarixli təhvil-təslim aktının və ona əlavə edilmiş siyahının surətindən görünür ki, Vergilər nazirinin birinci müavininin 29 yanvar 2020-ci il tarixli, **********098100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı (1 ədəd xidməti vəsiqə, 1 ədəd tanınma nişanı, 1 ədəd monitor və prosessor) bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. Sonradan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin bir neçə əməkdaşı tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verdikləri, vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatların digər şəxslərə göndərdikləri, o cümlədən vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı da müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla “X9 Tax and Consulting” MMC-nin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı və digərləri qeyd olunan pozuntulara yol verdiklərinə görə onların barəsində xidməti araşdırmanın aparılmasına başlanılmış, lakin sözügedən xidməti araşdırma aparılmasına baxmayaraq İddiaçı səhvən yuxarıda göstərilən əmrlə sərəncama götürüldüyü məlum olmuşdur. Bu səbəbdən İddiaçı barəsində qəbul edilən əmrdə müvafiq düzəliş edilməsi qərara alınmış və Vergilər nazirinin birinci müavininin **********467600 saylı 29.04.2020-ci il tarixli “Əmrə dəyişiklik edilmə və tutduğu vəzifədən müvəqqəti kənar edilmə haqqında” əmri ilə Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrinin İddiaçı aid olan 11-ci bəndinin ləğv edilməsi, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən 29.01.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Göründüyü kimi, İddiaçı vergi orqanının **********098100 saylı 29.01.2020-ci il tarixli “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmri ilə (11-ci bəndinə əsasən) onunla bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsə də, sonradan İddiaçı və başqaları ilə bağlı məlum xidməti araşdırma aparıldığına və onlar tərəfindən bəzi kobud pozuntulara yol verildiyi faktları aşkar olunduğuna görə adı çəkilən 29.01.2020-ci il tarixli əmrin İddiaçı aid olan 11-ci bəndinin ləğv edilməsi və onun 29.01.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilməsi qərara alınmışdır ki, bu da “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41ci maddəsinin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçının 29.01.2020-ci il və 29.04.2020-ci il tarixli əmrlərin ləğv edilməsi ilə bağlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı barəsində adı çəkilən **********098100 saylı 29.01.2020-ci il tarixli əmr qəbul olunsa da, o, səhvən iddia tələblərində həmin əmrin nömrəsini düzgün olaraq “**********098100 saylı”, əmrin tarixini isə səhvən 28.01.2020-ci il tarixli kimi göstərmişdir. Lakin əmrin nömrəsi və məzmunundan, araşdırılan faktlardan məlum olur ki, iddiaçının mübahisələndirdiyi əmr elə **********098100 saylı 29.01.2020-ci il tarixli əmrdir, sadəcə iddia tələblərində iddiaçı həmin əmrin tarixini texniki səhvə yol verməklə 28.01.2020-ci il tarixli qeyd etmişdir. İddiaçının mübahisələndirdiyi vergi orqanının **********477300 saylı 15.05.2020-ci il tarixli əmrinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Dövlət Vergi Xidmətinin rəis müavininin **********477300 saylı 15.05.2020-ci il tarixli “intizam tənbehi tədbiri ilə dövlət vergi orqanlarında xidmətə xitam verilməsi haqqında” əmrində göstərilmişdi ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Xəqani İsgəndərov 13.04.2020-ci il tarixli xidməti məktubla müraciət edərək, 06.12.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən “X9 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirildiyini, vergi nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən bir sıra vergi orqanı əməkdaşlarının, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyinin müəyyən edildiyini bildirmişdir. Aparılan araşdırma zamanı, İddiaçı izahatında R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etsə də, ona köməklik göstərməklə qarşılığında qazanc əldə etməsi ilə bağlı verilən sualları qeyri-səmimi cavablandırmışdır. Beləliklə, İddiaçı vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmaq üçün R.Əlizadəyə məsləhət vermiş, həmçinin məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu maddəsinin 3-cü hissəsinin, Azərbaycan Respubliaksı Vergilər Nazirliyinin 09.12.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, 01.08.2014-cü il tarixli, **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin və 04.07.2006-cı il tarixli, **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinin tələblərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.1-ci və 5.5.9-cu bəndlərini rəhbər tutaraq, İddiaçı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmirtikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi) vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən 15 may 2020-ci il tarixdən xitam verilmişdir. Əmrə əsas kimi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 13.04.2020-ci il tarixli, **********929100 nömrəli xidməti məruzəsi göstərilmişdir. İşdə olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DWD- RW formatlı diskə məhkəmə kollegiyası tərəfindən baxış keçirilərkən müəyyən olundu ki, iddiaçı “Whatsapp” proqramı vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus (VÖEN: **********) dövlət reyestrindən çıxarışı, həmçinin müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərmişdir. Belə ki, "xxxx" QSC-nin (VÖEN: **********) Axtarış-Hesabat sistemindən əldə edilmiş, əvəzləşdirilmiş VHF-lar barədə excell fayllarının 2018-ci ilin may ayında, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" ASC-nin, fiziki şəxs X4, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin bəyannamə məlumatlarının, o cümlədən hüquqi şəxslərin kommersiya sirrini təşkil edən məlumatların (onların bank hesabları, təsisçilərinin adları barədə məlumatların) 2019-cu ilin fevral-may aylarında Whatsapp proqramı vasitəsilə R.Əlizadəyə göndərdiyi məlum oldu. Apellyasiya baxışı zamanı İddiaçı 14.01.2020-ci il tarixli izahatında olduğu kimi, R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etmiş, lakin həmin məlumatların kommersiya sirri olmayıb, R.Əlizadəyə onun audit xidmətləri göstərdiyi üçün həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün göndərdiyini və belə məlumatların kommersiya (vergi) sirri hesab olunmadığı üçün onları vermək ixtiyarının olduğunu bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5. vergi ödənişləri üzrə borclar: 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDVnin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 30.0.1-ci maddəsinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin müvafiq vəzifələri vardır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən R.Əlizadəyə "xxxx" MTK , "xxxx" MMC, "xxxx" MMC, X7, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" ASC, "xxxx" MTK tərəfindən Vergilər Nazirliyinin və digər dövlət qurumlarının strukturlarında, məhkəmələrdə onları təmsil etmək, zəruri sənədlərin qəbulu və təqdim edilməsi, imzalanması, müəsissəyə vergi, mühasibat və konsaltinq xidmətlərinin göstərilməsi, zəruri arayış və izahatların təqdim edilməsi, izahat və ifadə verilməsi barədə səlahiyyətli nümayəndə kimi etibarnamələr təqdim edilmişdir. Lakin, həmin vergi ödəyicilərinin onlara məxsus kommersiya sirlərinin vergi orqanının vəzifəli şəxsləri tərəfindən istifadə edilməsinə dair razılıq verdikləri iş üzrə müəyyən olunmur. Bununla bağlı qeyd olunmalıdır ki, R.Əlizadə adları sadalan şəxslərin hər birinin səlahiyyətli nümayəndəsi olub, vergi orqanları, onun vəzifəli şəxsləri qarşısında həmin şəxsləri təmsil etməsinə baxmayaraq iddiaçının vergi orqanının işçisi kimi həmin şəxslərə aid, xüsusilə də Vergi Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulmayan istənilən məlumatı R.Əlizadəyə verməyə ixtiyarı olmamışdır. Vəzifəli şəxsin xidməti fəaliyyəti ilə bağlı çıxış imkanının olduğu nəinki kommersiya və ya vergi sirri təşkil edən məlumatları, hətta ümumi xarakterli məlumatların da qeyri-rəsmi qaydada tələb edildiyi halda onları təqdim etməyə ixtiyarı olmamışdır. Bu, qanunvericiliyin tələbi olmaqla yanaşı, iddiaçı ilə bağlanmış həm əmək müqaviləsində, həm də “Məlumatların təhlükəsizliyinin qorunması haqqında” müqavilədə nəzərdə tutulmuş və iddiaçı bu barədə xəbərdar olunmuşdur. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinə əsasən əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları orumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir. “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) vəzifələrinin icrası ilə əlaqədar vergi ödəyicilərinə dair onlara məlum olan kommersiya sirrinin məxfiliyini təmin etməlidirlər. Kommersiya sirrinin yayılması, şəxsi maraq üçün istifadə edilməsi yolverilməzdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq bağlanmış əmək müqavilələrinin “Kommersiya (vergi) sirri üzrə” adlanan 6-cı maddəsində nəzərdə tutulmuşdu ki, - işçi (vergi orqanlarında işlədiyi dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdiyi və ya ona etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludur; - İşçi kommersiya (vergi) sirrini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30-cu maddəsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, açmamağı öhdəsinə götürür; - İşçi kommersiya (vergi) sirrini təşkil edən məlumatların yayılmasına və ya belə məlumatları təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin vergi orqanlarına daxil olmuş və kommersiya (vergi) sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejiminin pozulmasına görə qüvvədə olan cinayət, mülki və əmək qanunvericiliyinin müvafiq maddələrinə əsasən cinayət, maddi və intizam məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının vergi orqanının əməkdaşı olaraq işlədiyi dövrdə və işdən çıxdıqdan sonra kommersiya (vergi) sirri hesab edilən məlumatların məxfiliyini qorumaqla bağlı öhdəliklərinin mövcudluğu və bu öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyəti iddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlanmış “Məlumatların təhlükəsizliyinin qorunması haqqında” müqavilə (saziş) də öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş 15.05.2020-ci il tarixli əmr də qanuni inzibati akt olmuş və onun ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir, əksinə, İPM-nin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının “əmrlərin ləğv edilməsi” barədə tələblərinin düzgün olaraq rədd edildiyini nəzərə alaraq hesab edir ki, onun “məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” barədə tələbi də əsas iddia tələbinə əlavə olaraq verildiyi üçün və əsas iddia tələbinin də rədd edilməsi baxımından rədd edilməlidir. İddiaçının apellyasiya şikayətində göstərdiyi “cavabdeh 29.01.2020-ci il tarixli əmrlə onun əmək müqaviləsinə xitam verərək tutduğu vəzifədən azad etsə də, çalışdığı nə ştat, nə şöbə, nə də idarə ləğv olunmamış, əksinə “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında" 24.01.2020-ci il tarixli **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılmışdır” barədə dəlilinə münasibətdə qeyd olunur ki, 29.01.2020-ci il tarixli əmrə sonradan dəyişiklik edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb vergi orqanında keçirilmiş ştat tədbirləri deyil, onun tərəfindən əmək funksiyalarının yerinə yetirilməsində kobud pozuntulara yol verilməsi olmuşdur. Odur ki, Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qəbul etmir və hesab edir ki, həmin dəlillər əsassız olmaqla yanaşı, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1770/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1770/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver