Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1770/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7378/2023 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdehin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7378/2023 saylı xx.xx.2022 saylı, xx.xx.2022-cİ il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7378/2023 saylı xx.xx.2022 saylı, xx.xx.2022-cİ il tarixli qərarından cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7378/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarını rəsmi surətdə xəbərnaməyə (iş vərəqi- 60) imza etməklə xx.xx.2022-ci il tarixdə almışdır.Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti isə apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülmədiyi halına dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuş, bunun üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin olunmuşdur.Lakin qeyd edilənlərlə bağlı hər hansı sübut və ya ərizə daxil olmamışdır. Həmçinin, məhkəmənin xx.xx.2023-cü il tarixə təyin olunmuş iclasında iştirak edən cavabdehin nümayəndəsi də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülmədiyi halına dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi hər hansı üzrlü hala istinad etmədən şikayətin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının 3-cü dəfə təxirə salınmasını xahiş etmişdir. İddiaçı şikayətin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının 3-cü dəfə təxirə salınmasına etiraz etmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7378/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verməklə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddəti üzrlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikası İPM-ə əsasən: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7378/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1770/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1770/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver