Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1772/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə 60 yaşının tamam olması ilə bağlı həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il tarixli ИT-İ ******* N-li əmək kitabçanın surətindən görünür ki, iddiaçı: xx.xx.1978-ci il tatixdən xx.xx.1981-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidinin 4 N-li şəhər ixtisaslaşdırımış texniki məktəbində oxumuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək həmin istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli ekelktrik qaz qaynaqçısı kimi əmək fəaliyyəti göstərmişdir. xx.xx.1982-ci ildən 31.05 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 3-cü, 4-cü və 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi fəaliyyət göstərmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə əmək fəaliyətində olmuşdur. xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər X1 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingər-mexanik vəzifəsində işləmişdir. xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 N-li şöbəsində qaz elektrik quraşdırıcısı vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan -M" firmasında baş elektrik vəzifəsində işləmişdir. xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik vəzifəsində işləmişdir. 60 yaş həddimə çatmasını, ümumi iş stajının 34 ildən çox olmasını və bunun 13 il 6 ay 13 gün hissəsinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə olmasını nəzərə alıb cavabdehə müraciət edib ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. xx.xx.2023cü il tarixli 3-17-l/2-k-45064/2023 N2-1İ cavab məktubunda cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkızi Filialı bildirmişdir ki, "Mərkəzi Filiala tədim etdiyiniz xx.xx.1981-ci il tarixli FİT-İ ******* N-li əmək kitabçanızda xx.xx.1990- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində kooperativ "Elekom" müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatçısında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Sığorta Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrləri ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilən hal istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü sizin güzəştli stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 10 ay 22 gün...)) təşkil edir. Qeyd olunaları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Cavabdehin qeyd olunan cavabı ilə razı deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı V.X4 təqdim etdiyi 27 iyul 1981-ci il tarixli İ/1T-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı V.Timofeyeviçin adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçı V.Timofeyeviçin güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il,xx.xx.1987-xx.xx.1987-ci il,xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı V.Timofeyeviçin güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 22 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 01 fevral 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçı V.Timofeyeviçin güzəştli iş stajının 12 il 06 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı V.Timofeyeviç Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarında olan: -НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1984cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur (02 il 20 gün); - B 816076 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş xx.xx.1981-ci ildə elektroqazqaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirmişdir (02 il 10 ay 14 gün); - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı; xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 3-cü, 4-cü və 5-ci dərəcəli elektrik qaz qaynaqçısı; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı; xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdənizgəmitəmir" X6 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı; xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı; xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər X3 5-ci dərəcəli elektrik qaz qaynaqçısı; xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingərmexanik; xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 №-li şöbəsində qaz elektrik quraşdırıcısı; xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan -M" firmasında baş elektrik; xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik vəzifəsində işləmişdir (33 il 06 ay 18 gün); Göründüyü kimi, xx.xx.2022-ci il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının umumi stajı və işlədiyi güzəştli dövrün 11 il 10 ay 22 günü mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh bildirir ki, iddiaçı V.Timofeyeviçin adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o həqiqətən: 1) xx.xx.1978-ci il tatixdən xx.xx.1981-ci il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adına istehsalat vahidinin 4 №-li şəhər ixtisaslaşdırımış texniki məktəbində oxumuşdur. 2) xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək həmin istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 3) xx.xx.1982-ci ildən 31.05 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 4) xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" İB Vano Sturua adına istehsalat vahidi zavodunun korpus sexində 3-cü, 4- cü və 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 5) xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 6) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adma istehsalat vahidi zavodunun korpus sexində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 7) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. 8) xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər Akdemiyası Geologiya institutu Geofizcihaz ixtisaslaşdırılmış konstruktor bürosunda 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 9) xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingər-mexanik işləmişdir. 10) xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 №-li şöbəsində qaz elektrik qaynaçısı işləmişdir. 11) xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan-M" firmasında baş elektrik işləmişdir. 12) xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın ********. XXİİİ. Ümumi peşələr bəndinin, 12100000- 11620 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, 12100000-19906. rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları yarımbəndlərinə, Həmin qərarla təsdiq edilmiş 2 №-li Siyahının ********. XXXİİİ. Ümumi peşələr bəndinin - 23200000-11620 qaz qaynaqçıları, 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr bəndinin: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları, - əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. V. Kutukovun ümumi iş stajı 34 il, zərərli iş stajı 13 il, 6 ay, 13 gündür. Geologiya institutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 104 №-li qərarı ilə Geologiya və Geofizika İnstitutu adlandırılmışdır. Azərbycan Respublikası Prezidentinin xx.xx.2022-ci tarixli Fərmanı ilə Geologiya və Geofizika institutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyindən çıxarılaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—11620 kodu ilə “qaz qaynaqçıları”, 23200000—19906 kodu ilə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın
35. Ümumi peşələr bölməsində - “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər həm iddiaçının əmək kitabçasındakı qeydlər ilə, həm də yuxarda qeyd edilən arayış ilə öz təsdiqini tapır. Həmin mübahisələndirilən dövrlər ilə birlikdə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq müddət edir və buda yuxarda sadalanan qanunvericilik normaları ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün əsas hesab edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Göründüyü kimi, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, “.......cavabdeh inzibati orqanın “həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və buna görə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi” dəlili ilə bağlı bildirir ki, iddiaçı işlədiyi “Elekom” müəssisəsinin cavabdeh inzibati orqanda qeydiyyatda olmaması iddiaçının təqsiri deyil, nəzərə alınsa ki, müəssislər tərəfindən MDSS-lərin ödənilməsinin təmin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın məsuliyyət sferasına aiddir. Həmçinin, müəssisənin qeydiyyatda olmaması onun tərəfindən MDSS-lərin ödənilməməsi kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, müəssisə tərəfindən MDSS-lərin ödənilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh bu halı yalnız müəssisənin qeydiyyatdan keçməməsi ilə əlaqəndirərək bu qənaətə gəlməklə sübut etməyə çalışır. Halbuki, inzibati prosessual qanunvericilikdən də göründüyü kimi tərəflər gətirdiyi əsasları mötəbər sübutlarla isbat etməlidir” Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün digər əsas şərt fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. İşin faktiki hallarından görünür ki, iddiaçının pensiya kapitalı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin iş materiallarından pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.