Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1773/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh (17.06.1951-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-3567/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 12.01.2021-ci il tarixdə Cavabdeh qarşı artıq ödənilmiş 14300.88 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən 1 avqust 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 155,60 manat olmaqla orta aylıq əmək haqqı 598,86 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehə ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 5 ay 19 gün qulluq stajına uyğun (01.01.2011- 20.06.2016-cı il tarixləri arasındakı dövr müddəti) olaraq orta aylıq əmək haqqının (598,86 manat) 45 faizi-269,49 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.08.2016- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 488,17 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4154,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavəsi 25,98 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 173,79 manat olmaqla orta aylıq əmək haqqı 664,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (598,86 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (664,77 manat) arasındakı fərq məbləğinin (65,91 manat) 18,06 faizi-11,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (269,49 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 281,39 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 574,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5272,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəni 260,69 manat olmaqla orta aylıq əmək haqqı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi-56,87 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 781,28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə 01.08.2016-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin avqust ayından etibarən əmək pensiyası 338,26 manat müəyyən edilməklə cavabdehin müvafiq kart hesabına köçürülür. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə iddiaçıya tərəflərindən 21.08.2020-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-3567/2021 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 03.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-3567/2021 nömrəli qərardadının ləğv edilməsini,iddianın mümkün sayılmasını və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında göstərilmişdir ki, “məhkəmənin qənaətinə görə iddiaçı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə 01.08.2016-28.02.2018-ci il tarixləri arasında olan dövr ərzində 4154,92 manat, 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 5272,74 manat, 01.09.2019-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4873, 22 manat – ümumilikdə 14300,88 manat artıq pul vəsaitinin ödənildiyini əsaslandırmış və həmin artıq ödənilmiş pul vəsaitinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Filiala təqdim edilməsi barədə cavabdehə 21.08.2020-ci il tarixli, **********5 nömrəli məktubla müraciət etməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərini nəzərə almamış və əsassız olaraq, iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində Filial tərəfindən cavabdehə 21.08.2020-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edildiyi göstərilsə də, iş materiallarına əlavə edilmiş məktubun nömrəsi və tarixi qeyd edilməmiş və onun cavabdehə ünvanlanmasını və onun tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd-sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində Filial tərəfindən cavabdehə 21.08.2020-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edildiyi göstərilsə də, iş materiallarına əlavə edilmiş müvafiq məktubun surətində “21.08.2020-ci il tarixində daxil olmuş ərizənizə cavab” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə ünvanlandığını qeyd etdiyi məktubun göndərilməsini və onun tərəfindən alınıbalınmamasını araşdırmalı, həmçinin artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı cavabdehin yazılı münasibətini almalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin məhkəmə iclası barədə məlumatlandırılmalarını təsdiq edən hər hansı sənəd-sübut (xəbərnamə, zərf və s.) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)- 3567/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-3567/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 14300.88 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kasassiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1773/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1773/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver