Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1775/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X51 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10 və digərləri) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10 və digərləri) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, X45, X55, X19, X46, X11, X30, X31, X20, X56, X32, X21, X12, X47, X22, X33, X23, X24, X57, X34, X90, X4, X58, X35, X36, X59, X13, X60, X61, X2, X48, X49, X6, X37, X38, X25, X39, X7, X26, X8 və X14 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-884/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz, əsassız, hüquqlarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, ünvan 2 ünvandakı fərdi yaşayış evi yalnız İddiaçı1 1/3 hissə, İddiaçı2 1/3 hissə, İddiaçı3 1/3 hissə olmaqla iddiaçıların xüsusi mülkiyyətindədir və onların adlarına daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* çıxarış verilmişdir. Asan-1 tərəfindən verilmiş ******* saylı arayışa əsasən 39 nəfər kənar tanımadıqları şəxs (İddiaçı1, İddiaçı2, İddiaçı3, X40 başqa) Balababa Məcidov 93 ünvana qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli BPQMİ-nin MAPS arayışlarına əsasən 2 nəfər şəxs - X8 və X1 Məcidov 79/83 ünvanına qeydiyyatdadırlar. Həmin kənar şəxslər onlara məxsus evdə yaşamırlar, istifadə və əmlak hüquqları yoxdur. Onların qeydiyyatı qanunsuzdur. Qeydiyyata alınması üçün mülkyyətçilərin rəsmi yazılı razılığı və məhkəmə qərarı yoxdur. Qeydiyyata almaqla Nəsimi rayon Polis İdarəsi kobud qanun pozuntusuna yol vermişdir. Onlar iddiaçıların ailə üzvü deyillər, iddiaçılarla da hər hansı qohumluğu yoxdur, vərəsə deyillər. İddiaçıların mülkiyyətində olan evin əvvəlki köhnə ünvanı Balababa Məcidov 79/83 olmuş, dəyişiklikdən sonra hal-hazırda yeni ünvan Balababa Məcidov 93-dür. Müvafiq olaraq çıxarışda dəyişiklik edilmişdir. İddiaçıların da qeydiyyatı yeni ünvana - Balababa Məcidov 93 ünvanınadır. Adları çəkilən 39 nəfər şəxsin Balababa Məcidov 93 (yeni ünvandır) və 2 nəfər şəxsin - X8 və X14 Balababa Məcidov 79/83 (indiki 93) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Nəsimi RPİ-dən xahiş etsə də sonuncu haqlı tələblərindən qanunsuz və əsassız imtina etmişdir. 41 saylı MİS-nin 60 saylı məktubuna əsasən köhnə Balababa Məcidov 93 saylı olan ünvan, DƏDRX tərəfindən Balababa Məcidov 105-107 saylı yeni ünvanla əvəzlənmişdir və 39 nəfər şəxs məhz həmin əvvəlki Balababa Məcidov 93 olan köhnə ünvanda yaşayırlar. Həmçinin məktubda Balababa Məcidov 93 (indiki 105-107) saylı ev Nəsimi rayon İcra Hakimiyyətinin balansında olduğu göstərilmişdir. Məktubdan göründüyü kimi həmin ev xüsusi mülk deyildir. 41 saylı MİS 60 saylı məktubundan görünür ki, DƏDRX tərəfindən köhnə Balababa Məcidov 79/83 ünvan yeni Balababa Məcidov 93 saylı ünvan ilə əvəzlənmişdir. İddiaçılar məhz yeni Balababa Məcidov 93 ünvanına qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Bakı şəhəri, Balababa Məcidov 93 (əvvəllər 79/83 olan) fərdi yaşayış evinin adlarına reyestrdən çıxarış olmaqla, yalnız iddiaçıların - İddiaçı1 1/3 hissə, İddiaçı2 1/3 hissə, İddiaçı3 1/3 hissə olmaqla ancaq onların xüsusi mülkiyyətində olmasını nəzərə almamışdır. Halbuki, sübut kimi çıxarışın surəti iddia ərizəsində qoşmaya əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların bir xüsusi mülkiyyətçi olaraq hüquqlarını pozan, xüsusilə mülkiyyət üzərində sərəncam vermək hüququnu məhdudlaşdıran qərar qəbul etmişdir. Belə ki, bir mülkiyyətçi olaraq iddiaçıların öz mülkiyyəti üzərində sahiblik, sərəncam, istifadə hüquqları vardır. Lakin kənar şəxslərin iddiaçılara məxsus Balababa Məcidov 93 (əvvəllər 79/83) olan ünvandakı fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır. Birinci instansiya məhkəməsi təqdim olunan sübutlara, hər birini tədqiq etmək və hüquqi qiymət verməkdən yayınmış, verdikləri izahatları, işin fakt və hallarını araşdırmadan 24 sentyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında əks olunan hüquqi mövqeyə zidd qərar qəbul etmişdir. Belə ki, iddiaçıların adlarına olan notarial təsdiqli RX ******* seriyalı Çıxarışın surətindən görünür ki, kənar şəxslərin Balababa Məcidov 93 (əvvəl 79/83 olan) evə heç bir əmlak hüquqları yoxdur. Məhkəmənin 1 saylı Bakı Ərazi İdarəsinə Balababa Məcidov 93 (əvvəl 79/83 olan) fərdi yaşayış evi üzərində adları qeyd olunan şəxslərin istifadə hüquqlarının olub-olmaması barədə sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda «adları sadalanan şəxslərin qeyd olunan fərdi yaşayış evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir» cavab məktubu kənar şəxslərin Balababa Məcidov 93 (əvvəl 79/83 olan) fərdi yaşayış evinə istifadə hüququnun olmadığını təsdiq edir. İddiaçıların kənar şəxslərlə istifadə hüququna dair hər hansı notarial qaydada təsdiqli və dövlət reyestrindən keçmiş razılaşma yoxdur. 41 saylı MİS-in xx.xx.2023-cü il tarixli 99 saylı arayışdan görünür ki, yeni ünvan Balababa Məcidov 93 saylı evdə ailə üzvləri - İddiaçı1 1977, İddiaçı2 1975, İddiaçı3 1976, X40 başqa onların hissəsində başqa heç kim qeydiyyatda yoxdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi elektron məlumatda göstərilən X55, X46, X11, X41 məxsus mənzillər köhnə ünvanla Balababa Məcidov 93 (indiki 105-107) ünvanında yerləşir, hər bir mənzil ayrı-ayrılıqda nömrələnmiş, mənzillər icra hakimiyyətinin balansındadır. Göründüyü kimi kənar şəxslər iddiaçıların xüsusi mülkiyyətində olan evdə Balababa Məcidov yeni 93 (əvvəl 79/83 olan) ünvanda yaşamırlar, əmlak və istifadə hüquqları yoxdur, ailə üzvləri deyillər, vərəsə deyillər, qeydiyyatları qeyri-qanunidir, formal xarakter daşıyır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 93 saylı evin 1/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə İddiaçı3 və 1/3 hissəsinə İddiaçı1 xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqanda arayışlardan görünür ki, üçüncü şəxslər ünvan 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciətinizdə göstərilən ünvan 7 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 16ziti təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanının yerləşdiyi nəqliyyat infrastrukturu obyektində (küçədə) yeni qaydalarla ünvan vermə işləri yekunlaşdığı dəqiqləşmə zamanı fərdi yaşayış evinə yeni qaydalarla ünvan 17ziti təyin edilmişdir. ünvan 8 ünvanının ünvan 9ədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı ŞİH MKTD ünvan 10 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Nəsimi rayonu İcra Hakimiyyətinin balansında olan B.B.Məcıdov küçəsi ev 93 DƏDRX tərəfindən yeni qaydalara uyğun olaraq B.B.Məcidov küçəsi ev 105- 107 ünvanla əvəz olunmuşdur. Aşağıda qeyd olunan sakinlər yuxarıda göstərilən ünvanda neçənci ildən qeydiyyatdadırlar və yaşayırlar: X10 - 1977-ci il, X45 - 2001-ci il. X55 -1998ci il, X19 - 2003-cü il, X46 - 1976-cı il, X11 - 2004-cü il, X30 - 1975-ci il, X31 - 1997-ci il, X20 - 1998-ci il, X56 - 2003-cü il, X32 - 2003-cü il, X12 - 2007-ci il, X47 - 2003-cü il, X22 - 1998-ci il, X23 - 2000-ci il, X15 - 2006-cı il, X57 - 2020-ci il, X34 – 2003-cü il, X90 - 2017-ci il, X58 - 1998-ci il, X35 - 2018-ci il, X36 - 2017-ci il, X59 - 2001-ci il, X13 - 2002-ci il, X60 - 1998-ci il, X61 - 2020-ci il, X49 - 1998-ci il, X6 - 2006-cı il, X37 - 2000-ci il, Quliyeva Kəmaİə Samid qızı - 1981-ci il, X25 - 2000-ci il, X39 - 2000-ci il, X7 - 2016-cı il, X26 - 2006-cı il. Eyni ilə iddiaçılar İddiaçı1 - 1977-ci il, X42 - 1975-ci il, İddiaçı3 - 1976-ci ildən B.B.Məcidov küçəsi, ev 83-də (DƏDRX tərəfindən yeni qaydalara uyğun olaraq B.B.Məcidov küçəsi, ev 93-lə əvəz olunmuşdur) qeydiyyatdırlar və yaşayırlar. Həmin ünvanda eyni zamanda X8 - 1973-cü ildən və X50 da - 1997-ci ildən qeydiyyatdadırlar və yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, X10 xx.xx.2005-ci il, X55 xx.xx.1998-ci il, X19 xx.xx.2003-cü il, X27 xx.xx.2003-cü il, X11 xx.xx.2011-ci il, X30 xx.xx.2007-ci il, X31 xx.xx.2006-cı il, X56 xx.xx.2003-cü il, X32 xx.xx.2008-ci il, X12 xx.xx.2015-ci il, X47 xx.xx.2013-cü il, X22 xx.xx.2013-cü il, X33 xx.xx.2016-cı il, X23 xx.xx.2015-ci il, X24 xx.xx.2006-cı il, X34 xx.xx.2014-cü il, X58 xx.xx.2003-cü il, X13 xx.xx.2019-cu il, X60 xx.xx.2002-ci il, X61 xx.xx.2019-cu il, X48 xx.xx.2007-ci il, X49 xx.xx.2003-cü il, X3 xx.xx.2004-cü il, X43 xx.xx.2005-ci il, X16 xx.xx.2013-cü il, X5 xx.xx.2004-cü il, X26 xx.xx.2018-ci il tarixdən ünvan 12 ünvanında qeydiyyatdadırlar. X45 xx.xx.2013-cü il tarixdən Ağdaş rayonu, Yuxarı Ləki kəndində, X17 xx.xx.2016-cı il tarixdən ünvan 13 ünvanında, X2 xx.xx.2004-cü il tarixdən ünvan 15ında qeydiyyatdadırlar. X37 xx.xx.1995-ci il tarixdən ünvan 14 ünvanında, xx.xx.2015-ci il tarixdən ünvan 15ında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia tələbindən görünür ki, iddiaçılar iddia ərizəsində 41 nəfərin onlara məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvanla iddiaçıların paylı mülkiyyətində evin ünvanı eyni olsa da, fərqli evlərdə qeydiyyatdadırlar, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvan kimi bir neçə ev vardır, üçüncü şəxslər özlərinə aid hissədə qeydiyyatdadırlar, onların iddiaçının evinə heç bir aidiyyətləri yoxdur, öz evlərində yaşayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata düşmə əsasları, onların həmin ünvanda yaşayıb-yaşamamaları, üçüncü şəxslərin iddiaçılarla qohumluq əlaqələri və bununla əlaqədar evə hüquqlarının yaranması, iddiaçıların mülkiyyətində olan ünvanla üçüncü şəxslərin qeydiyyatda olduqları ünvanların eyni olub-olmaması kimi məsələlər araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının surətlərindən görünür ki, iddiaçılarla üçüncü şəxslərdən bəziləri arasında qeyd olunan evlə bağlı məhkəmə mübahisələri olmuşdur. Lakin həmin hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq onlara qiymət verilməmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanına yeni qaydalarla ünvan 16ziti təyin edilmişdir, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanına yeni qaydalarla ünvan 17ziti təyin edilmişdir, habelə ünvan 8 ünvanının ünvan 9ədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Eyni zamanda Bakı ŞİH MKTD ünvan 10 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, B.B.Məcıdov küçəsi ev 93 DƏDRX tərəfindən yeni qaydalara uyğun olaraq B.B.Məcidov küçəsi ev 105-107 ünvanla əvəz olunmuşdur, üçüncü şəxslər də həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Lakin qeyd olunan ünvanların eyni olub-olmaması, üçüncü şəxslərin qeydiyyatlarının köhnə və ya yeni qaydalarla ünvan üzrə olması kimi hallar və bunun səbəbləri (ünvanın yeni qaydalarla dəyişməsi nəticəsində başqa ünvana qeydiyyata alınma) araşdırılaraq onlara qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar üçüncü şəxslərin hər birinə münasibətdə ayrı-ayrılıqda araşdırılaraq qiymət verilməlidir. Bu isə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasını tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1775/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1775/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver