Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1776/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4160/21 saylı iş üzrə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4160/21 saylı, 30 mart 2021-ci il tarixli qərarı ilə iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1978-ci ildən 2018-ci ilə qədərki əmək stajının dövlət qulluğu üzrə staj hesab olunaraq, ona dövlət qulluğu stajına görə əmək pensiyasına əlavələr müəyyənləşdirilməsi və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Şikayətə əlavə edilmiş AR X2 iddiaçıya ünvanladığı məktubda qeyd edilir ki, “Cənubi Xəzər balıq ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsi (Cənubxəzərbalıqçılıq) ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərmişdirsə və 7-ci, 9-cu və 11-ci müfəttişliklər həmin idarənin aparatında olmuşdursa, sizin qeyd edilən müfəttişliklərdə kiçik müfəttiş, sahə müfəttişi və müfəttiş vəzifələrindəki iş müddətiniz dövlət qulluğunda qulluq stajına daxil edilə bilər.” Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Ə-349 №li, 07.10.2020-ci il tarixli arayışına əsasən iddiaçı “Cənub Xəzərbalıq” İdarəsinin 7 və 9 saylı balıq mühafizə müfəttişliklərində, 11-ci,12- ci, 7-ci, 1-ci rayon balıq mühafizə müfəttişliklərində 22.03.1978-ci ildən 22.12.1995-ci ilə qədər, 01.03.1996-cı ildən 25.10.2001-ci ilə qədər matros, kiçik müfəttiş, sahə dövlət müfəttişi, baş dövlət müfəttişi, böyük dövlət müfəttişi, 29.05.2003-cü ildən 02.07.2007-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqartırma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi Xidmətinin Lənkəran-Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis vəzifələrində işləmiş, 02.07.2007-ci ildən Lənkaran-Astara və Salyan-Neftçala regionu üzrə aparıcı mütəxəssis keçirilmişdir. İddiaçının əmək kitabçasına əsasən İddiaçı 11.09.1972-ci ildən 27.08.1973-cü ilədək Sumqayıt Boru Prokat zavodunda elektrik çilingəri, laborant işləmişdir, Azərbaycan Xilasetmə Suları Cəmiyyətinin Xilasetmə Xidməti Sumqayıt xilasetmə stansiyasında 13.06.1974-cü ildən 01.09.1974-cü ilədək, 17.06.1975-ci ildən 01.09.1975-ci ilədək matros xilasedici, Sumqayıt şəhər Evləri İdarəsində 2 saylı Mənzil İstehsalat İstismar Trestində 27.10.1977-ci ildən 18.03.1978-ci ilədək mühəndis, 21.03.1978-ci ildən 23.06.1978-ci ilədək X4 Balıq mühafizəsi 7-ci müfəttişliyində “Molniya” gəmisində 1-ci dərəcəli matros, 23.06.1978-ci ildən 19.11.1980-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində kiçik müfəttiş,19.11.1980-ci ildən 18.10.1982-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 18.10.1982-ci ildən 05.07.1983-cü ilədək 9 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 05.07.1983-cü ildən 05.04.1991-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə müfəttişi, 05.04.1991-ci ildən 28.06.1994-cü ilədək 11ci rayon üzrə balıq mühafizə müfəttişliyində müfəttiş, 28.06.1994-cü ildən 22.12.1995-ci ilədək 12-ci rayon balıq mühafizə müfəttişliyində baş dövlət müfəttişi, 01.03.1996-cı ildən 11.04.1997- ci ilədək 7-ci rayon balıq mühafizə müfəttişliyində böyük dövlət müfəttişi, 01.10.1997-ci ildən 22.01.1999-cu ilədək “AzərBalıq” Dövlət Konserninin “Balıqartırma” İdarəsinin 11-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 22.01.1999-ci ildən 25.10.2001-ci ilədək 1-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 29.05.2003cü ildən 02.07.2007-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqtutma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərin mühafizəsi xidmətinin Lənkaran- Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis, 02.07.2007-ci ildən 02.04.2012-ci ilədək Lənkaran-Astara və Səlyan-Neftçala regionu üzrə aparıcı müfəttiş, 02.04.2012-ci ildən 07.12.2018-ci ilədək Sumqayıt-Xaçmaz regionu üzrə aparıcı müfəttiş vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22.01.2021-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, onun vaxtilə işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmədiyindən, həmçinin qanunla nəzərdə tutulmuş dövlət qulluğu stajı olmadığından iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması mümkün deyildir. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi qurumlar dövlət orqanlarının tabeliyində olsalar da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən icra hakimiyyətləri orqanlarının aparatı olmadığına görə həmin qanun iddiaçıya şamil edilmir, həm də iddiaçının işlədiyi vəzifələrin (o cümlədən müfəttiş vəzifəsi) dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Prezidentinin Fərmanları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdır ki, bu da iddiaçının dövlət qulluqçusu olmadığını təsdiq edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, dövlət qulluqçularının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.12-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun normasından da görünür ki, vətəndaşın dövlət qulluğu stajına görə əmək pensiyasına əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusunun müəyyənləşdirilməsi məsələsi “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən, bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1.maddəsinə görə, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 10.1. maddəsinə əsasən, dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 11.4. maddəsinə əsasən, dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd: 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2. maddəsinə əsasən, inzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.12.2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1. bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Qanun normasının bu göstərişinə uyğun olaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin göstərişindən aydın olur ki, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin əmək kitabçasında qeyd edilən vəzifələri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan vəzifələrin arasında göstərilməmişdir. Məhz bu səbəbdən həmin vəzifələr dövlət qulluğuna aid olan vəzifələr kimi qəbul edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, həmin Fərmanın 2-ci maddəsində göstərilir ki,”Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir”. Göründüyü kimi, qeyd edilən Fərmana əsasən iddiaçının tələbinə uyğun olaraq əmək kitabçasında qeyd edilən əmək stajının dövlət qulluğunda müvafiq vəzifələrə uyğunlaşdırılması səlahiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsin hər hansı uyğunlaşdırma apararaq iddiaçının əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyənləşdirə bilməz. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı nə işlədiyi nazirliyin ittifaq– respublika tabeliyində olan dövründə (23.06.1978-01.01.1992-ci illərdə), nə də sonradan müvafiq nazirliklərin bilavasitə mərkəzi aparatlarında deyil, onların tabeliyində olan rayon filiallarında, müfəttişliklərində çalışmışdır. Beləliklə iddiaçının iş yerləri bilavasitə dövlət orqanlarının mərkəzi aparatlarına aid olmadığından, “Dövlət qulluğu haqqında” AR Qanununun 2.2 və 2.5-ci maddələrinə əsasən, onun həmin iş yerlərində işlədiyi müddət dövlət qulluğu hesab edilə bilməz. Eyni zamanda, Kollegiya qeyd edir ki, AR İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, iddiacının sübut növü kimi məhkəməyə təqdim etdiyi məhkəmə qərarları üzrə iddiaçı proses iştirakçısı olmadığından hazırkı iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)- 4160/21 saylı iş üzrə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4160/21 saylı iş üzrə qəbul etdiyi 30 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1776/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1776/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver