Məhkəmə qərarları › İş №2-1(103)-1776/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1776/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1776/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 697/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 57 yaşının tamam olduğu 25 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 25 may 1961-ci il tarixdə doğulmuş, 20 noyabr 1978-ci il tarixdən 07 may 1980-ci il tarixinədək (1 il 5 ay 07gün) “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də quraşdırıcı peşəsində Azərbavcan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2290000a-14612) işləmiş, 13 may 1980-ci il tarixdən 12 iyun 1982-ci il tarixinədək (2 il 29 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 14 iyul 1982- ci il tarixdən 01 mart 1984-cü il tarixinədək (1 il 7 ay 17 gün) “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də quraşdırıcı (quraşdırıcı-çilingər) peşəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2290000a-14612), 19 mart 1984-cü il tarixdən 23 may 1984-cü il tarixinədək (2 ay 4 gün) Bakı X2 4 saylı texnoloji sexində texnoloji qurğu operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: ******* a-16081), 23 may 1984-cü il tarixdən 02 yanvar 1986-cı il tarixinədək (1 il 7 ay 9 gün) həmin sexdə yükləyici (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: ******* a -17531), 02 yanvar 1986-cı il tarixdən 16 yanvar 1991-ci il tarixinədək (5 il 14 gün) həmin zavodun 16 saylı sexində takelajçı, 16 yanvar 1991-ci il tarixdən 11 yanvar 1993-cü il tarixinədək (1 il 11 ay 25 gün) “Azərneftyağ” adına Bakı X2 21 saylı sexində mühəndistexnoloq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: ******* b-22177), 11 yanvar 1993cü il tarixdən 05 sentyabr 1995-ci il tarixinədək (2 il 7 ay 24 gün) həmin zavodun 5 saylı sexində mühəndis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: ******* b - 22177), 05 sentyabr 1995-ci il tarixdən 01 noyabr 1997-ci il tarixinədək (2 il 1 ay 26 gün) “Azərneftyağ” İB-nin Təmizləmə istehsalında mühəndis-texnoloq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2130301b22177), 1 noyabr 1997-ci il tarixdən 16 yanvar 1998-ci il tarixinədək (2 ay 15 gün) həmin idarənin 29 saylı qurğusunun və əmtəə bölməsinin (sahəsinin) rəisi, 16 yanvar 1998-ci il tarixdən 19 fevral 2007-ci il tarixinədək (9 il 1 ay 3 gün) “Azərneftyağ” İB-nin 19 saylı sexinin əmtəə və reagent bölməsinin (sahəsinin) rəisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-İi siyahısı üzrə kod: ******* b - 24125), 19 fevral 2007-ci il tarixdən 10 aprel 2007-ci il tarixinədək (1 ay 23 gün) “Azərneftyağ” adına Bakı X2 51 saylı sexin estakada sahəsində sahə rəisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2130301b24097), 10 aprel 2007-ci il tarixdən 01 iyun 2009-cu il tarixinədək (2 il 1 ay 21 gün) həmin zavodun 12 saylı sexində növbətçi-mühəndis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2130301b- 22177), 01 iyun 2009-cu il tarixdən 19 iyun 2015-ci il tarixinədək (6 il 18 gün) həmin zavodun idarə aparatının Dispetçer şöbəsində dispetçer vəzifəsində işləmiş, 19 iyun 2015-ci il tarixdən bu günə kimi həmin şöbənin böyük dispetçeri vəzifəsində işiəyir. Beləliklə, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 27 il 9 ay 5 gün təşkil etmiş (25 ildən artıq), həmin staj illərindən 19 il 5 ay 12 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmıış “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 25 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər- 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göstərilənləri nəzərə alaraq, iddiaçıya pensiya almaq hüququ yarandığı 25 may 2018ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və 57 yaşının tamam olduğu 20 may 2018- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, **********6 saylı etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi xx.xx.1984xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” neft emalı zavodunda işlədiyi yükləyici, takelajcı, mühəndis-texnoloq, bölmə rəisi, sahə rəisi, dispetçer vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) hissəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 697/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 697/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Nəsimi RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-cı il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər həqiqi hərbi ximdətdə olmuşdur. İddiaçıya məxsus diplomdan görünür ki, o, Bakı Dövlət Universitetində 1984-cü ildən 1990-cı il tarixə qədər təhsil almışdır. İddiaçıya məxsus ИТ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 20 noyabr 1978-ci il tarixdən (əmr № 165-K xx.xx.1978-ci il) xx.xx.1979-cu il tarixədək “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də fəhlə, xx.xx.1979-cu il tarixdən (Əmr № 76 xx.xx.1979-cu il) 07 may 1980-ci il tarixədək çilingər-montajçı peşəsində, 14 iyul 1982ci il tarixdən (Əmr № 73-k xx.xx.1982-ci il) 01 mart 1984-cü il tarixinədək “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də çilingər-montajçı peşəsində, xx.xx.1984-cü ildən (Əmr № 57/пс. xx.xx.1984-cü il) xx.xx.1984-cü ilədək “XXİİ qurultay” adına Bakı X2 4 saylı texnoloji sexində texnoloji qurğu operatoru, xx.xx.1984-cü ildən (Əmr №106/пс. xx.xx.1984-cü il) xx.xx.1986-cı ilədək 16 saylı sexində yükləyici peşəsində, xx.xx.1986-cı ildən (Əmr № 263/пс. xx.xx.1985-ci il) xx.xx.1991-ci ilədək 16 saylı sexində takelajçı peşəsində, xx.xx.1991-ci ildən (Əmr № 11/пс xx.xx.1991-ci il) xx.xx.1993-cü ilədək 21 saylı sexində mühəndis-texnoloq vəzifəsində, xx.xx.1993-cü ildən (Əmr №11/şh xx.xx.1993-cü il) xx.xx.1995-ci ilədək “Azərneftyağ” İstehsalat Birliyinin 5 saylı (İƏK) sexində mühəndis vəzifəsində, xx.xx.1995- ci ildən (Əmr №174/şh. xx.xx.1995-ci il) xx.xx.1997-ci ilədək Təmizləmə istehsalında mühəndistexnoloq vəzifəsində, xx.xx.1997-ci ildən (Əmr №233/şh. xx.xx.1997-ci il) xx.xx.1998-ci ilədək Təmizləmə istehsalının 29 saylı qurğusunun və əmtəə bölməsinin rəisi vəzifəsində, xx.xx.1998-ci ildən (Əmr № 12/şh. xx.xx.1998-ci il) xx.xx.2007-ci ilədək 19 saylı sexin əmtəə və reagent bölməsinin rəisi vəzifəsində, xx.xx.2007-ci ildən (Əmr № 85/k xx.xx.2007-ci il) xx.xx.2007-ci ilədək “Azərneftyağ” X2 51 saylı sexin estakada sahəsində sahə rəisi vəzifəsində, xx.xx.2007-ci ildən (Əmr №281/k xx.xx.2007-ci il) xx.xx.2009-cu ilədək 12 saylı sexdə növbətçi-mühəndis vəzifəsində, xx.xx.2009-cu ildən (Əmr 433/k xx.xx.2009-cu il) xx.xx.2015-ci ilədək zavodun idarəetmə aparatının dispetçer şöbəsində dispetçer vəzifəsində, xx.xx.2015-ci ildən (əmr SOCAR/15- 1700/8-04-001800 xx.xx.2015-ci il) “Heydər Əliyev” adına X2 idarəetmə aparatının İstehsalat şöbəsində böyük dispetçer vəzifəsində halhazıradək işləyir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi xx.xx.1984-xx.xx.2019 -ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” neft emalı zavodunda işlədiyi yükləyici, tekelajcı, mühəndis-texnoloq, bölmə rəisi, sahə rəisi dispetçer vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) hissəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir - “SOCAR”ın xx.xx.2021-ci il tarixli SOCAR**********30360424X00001 saylı arxiv arayışından görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışı aşağıda kimidir: xx.xx.1984-xx.xx.1984 (əmr 57/şh xx.xx.1984)- 4 N-li texnoloji sex, texnoloji qurğu operatoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi; xx.xx.1997- xx.xx.1998 (233/şh xx.xx.1997) - Təmizləmə istehsalatı, 29 N-li qurğu və əmtəə bölməsi, rəis Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi; xx.xx.2007 - xx.xx.2008 (əmr 281 /k xx.xx.2007) - 12 N-li sex, növbətçi mühəndis Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. Qeyd: Heydər Əliyev adına X2 mövcud ştat cədvəlində olan 29 N-li qurğu və əmtəə bölməsinin rəisi vəzifəsinin qurğu rəisi hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Şifrə ******* b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi ilə təsdiq edilmişdir -“SOCAR”ın xx.xx.2021-ci il tarixli SOCAR**********30360424X00001 saylı arxiv arayışından görünür ki, İddiaçı hal-hazırda Heydər Əliyev adına X2 (NEZ) 12 №-li istehsalatın növbətçi mühəndisi vəzifəsində işləyir. xx.xx.1984 - xx.xx.2008-ci il tarixlərində “Azərneftyağ” İstehsalat Birliyinin keçmiş 29 və 403 №-lı qurğularında texnoloji qurğu operatoru, mühəndis, mühəndis-texnoloq, qurğu, əmtəə və reagent bölmə rəisi, estakada rəisi vəzifələrində işləmişdir. İşlədiyi sahələrdə insan orqanizminə təsirinə görə qələvi tullantıları ГОСТ 12.1.007-76 uyğun olaraq 4-cü sinif təhlükəli maddələrə (az təhlükəli maddələr) aid edilir. Qələvi tullantıları üfunətli karbohidrogen iyi verən qəhvəyi və ya qara rəngli, toksiki xassəyə malik mayedir və nəfəs alma üçün zərərlidir. Xam naften turşuları xarakterik turşu iyi verən rəngsiz, kəhrəba və ya qəhvəyi rəngli mayedir. Turşu buxarları ilə nəfəs aldıqda zərərli təsir göstərir və İİİb sinfinə aid olan yanan mayedir. Texniki sulfat turşusu toksiki xassəyə malikdir. İnsan orqanizminə təsirinə görə sulfat turşusu ГОСТ 12.1.007-76 üzrə 2 sinif təhlükəliliyə malik maddələrə aiddir. Natrium qələvisi aşılayıcı xassəyə malik maddədir. Dəriyə düşdükdə yanıq əmələ gətirir və ГОСТ 12.1.007-76 üzrə 2 sinif təhlükəliliyə malik zərərli maddələrə aiddir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək toplamamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı müvafiq məhkəmə sorğusuna cavab olaraq SOCAR Heydər Əliyev adına X2 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə 4 №li texnoloji sexdə texnoloji qurğu operatoru peşəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsində; xx.xx.1997-xx.xx.1998-ci illərdə təmizləmə istehsalatı, 29 N-li qurğu və əmtəə bölməsi, rəis vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsində; xx.xx.1998-xx.xx.2007-ci illərdə 19 N-li sex, əmtəə və reagent bölməsi rəisi vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* b- 24091, Xİİ bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130302b-24097-də öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilədək 12 il 06 ay güzəştli iş stajı mövcud deyildir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 697/2022 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 697/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar