Məhkəmə qərarları › İş №2-1(103)-1776/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1776/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1776/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, cavavdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, zavoda qoşulmazdan əvvəl heç bir iş təcrübəsi yoxdur. Paris Kommunası SPO Kaspmorsudoremont adına istehsal bölməsi. xx.xx.1978- ci il tarixdə (əmr № 416; xx.xx.1978) alət və istilik sexinə tokar şagird kimi yazılıb. xx.xx.1979-cu il tarixdə (əmr № 15; xx.xx.1979) alət sexində ikinci kateqoriyalı tokar vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixdə (əmr № 555; xx.xx.1979-cu il) alət sexinin üçüncü kateqoriyalı tornaçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixdə (əmr 553; xx.xx.1979-cu il) Azərbaycan Respublikasının SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 3-cü (Sovet Ordusuna çağırış) ilə işdən azad edilmişdir. xx.xx.1979-xx.xx.1981-ci illərdə (Hərbi bilet H3 3990763) Ordu Şurası sıralarında xidmət etmişdir. Paris Kommunası adına Baş İstehsalat Birliyinin “Kaspmorsudoremont” SPO. xx.xx.1982-ci il tarixdə (əmr K-75 xx.xx.1982) boru kəməri sahəsinə üçüncü dərəcəli tornaçı təyin edilmişdir. xx.xx.1983cü il tarixdə (əmr K-283 xx.xx.1983) boru kəməri hissəsinin birinci dərəcəli boru kəməri ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdə (əmr EK-81 xx.xx.1984) boru kəməri hissəsinin ikinci dərəcəli boru kəməri gəmisində usta vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (əmr K-70 xx.xx.1986-cı il) enerji-mexaniki sexinə ikinci dərəcəli boru kəməri enerji-mexanika sexinə ikinci dərəcəli enerji-mexanika sexinə ikinci dərəcəli boru kəməri çilingəri kimi keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (əmr Uk-104 xx.xx.1986) elektromexaniki emalatxananın üçüncü kateqoriyalı boru ustası təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinin 3K ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə (əmr K-41 xx.xx.1989-cu il) TAİ-də əməliyyat şöbəsində imtahan verdikdən sonra tramvaya 3-cü sinifdə vəzifəyə yazılmışdır. xx.xx.1989-cu il tarixdə əlavə təcrübə keçdikdən sonra istismar şöbəsində 3-cü dərəcəli tramvayda müstəqil işə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixdə (əmr 110; xx.xx.1991) vaqon şöbəsinə 3-cü dərəcə vaqon nizamlayıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixdə (Əmr 105; xx.xx.1993) istismar şöbəsinin 3-cü dərəcə tramvay sürücüsü vəzifəsinə keçirilmişdir. xx.xx.2004cü il tarixdə Tramva parkının fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq və müvafiq işə keçirilmə imkanı olmadığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-H139538/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 14 may 2024-cü il tarixli MA-165 və MA-166 nömrəli arxiv arayışlarında 1991 -ci il, 1998-ci il və 2001-2004-cü il illər üzrə əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi göstərilib. Buna görədə həmin illər ərzində işləyib işləməməyinizi müəyyən etmək mümkün olmadı. Göstərilən səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 22 gün (xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1997-ci il, xx.xx.1999- xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı tərəfindən təqdim edilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Tramvay-Trolleybus İdarəsinin Tramvay Parkında sürücüsü, xx.xx.1989-xx.xx.2004, (kş/62 №-li vəzifədən azad edilmə əmri) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 15 il 5 ay 16 gün (il, ay, gün) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraiti zərərli və ağır olan işdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 23004000-11457 vəzifə koduna uyğundur.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilmiş MA-164 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1989-cu il tarixdən (xx.xx.1989-cu il tarixli, kş/15 №-li əmr) Tramvay- Trolleybus İdarəsinin Tramvay Parkının İstismar şöbəsinə 3cü dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/105 №-li əmr) Vaqon şöbəsindən İstismar şöbəsinə 3- cü dərəcəli tramvay sürücüsü vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdən (xx.xx.2004-cü i! tarixli, kş/62 №-li əmr) Tramvay Parkının fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan istifadə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan istifadə üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sözügedən Filial məktubunda 1991-ci il, 1998-ci il və 2001-2004-cü il üzrə işlədiyi iş yeri üzrə əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyini əsas göstərmiş, guya işləyib-işləmədiyini müəyyən etməsi mümkün olmamışdır, bu səbəbdən də qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajı 12 il 6 aydan az, yəni 7 il 10 ay 22 gün olaraq hesablamışdır. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək “Nəqliyyat Departamentinin tabeçiliyində olan Tramvay Parkının fəaliyyətinə xitam verilməsi haqqında” 2004-cü il 21 iyul tarixli 151 nömrəli Sərəncamını əldə etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi arayışda xx.xx.1989-xx.xx.2004-cü il tarixlərində işlədiyi göstərilmişdir. Məlum olduğu kimi arayışlar müvafiq əmrlər əsasında hazırlanır və aydın olur ki, işləmədiyini göstərən hər hansı əmr olsa idi, mütləq arayışda nəzərə alınacaqdır. Həmin Nazirlik maliyyə ilə bağlı arxiv arayışında qeyd etmişdir ki, göstərilən dövrlərin əməkhaqqı cədvəlləri Nazirliyin Mərkəzi arxivinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq maliyyə ilə bağlı arxiv arayışının və ya əməkhaqqı cədvəllərinin Nazirliyin Mərkəzi arxivinə təqdim edilməməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan məhrum edilməsi əsassızdır.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nəzərə alınmış və iddia tələbi “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 20 iyul 2019cu il tarixdən hesablanmaqla pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə hissə-hissə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı 24 may 2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 139538/2024 nömrəli olunan güzəştli iş stajı olmadığı üçün imtina edilmişdir. Bundan sonra İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İddiaçı tərəfindən təqdim edilmiş 14 may 2024-cü il tarixli MA-165 və MA- 166 nömrəli arxiv arayışlarına əsasən, onun 1991, 1998 və 2001-2004-cü illər üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilmədiyi üçün həmin illər ərzində iddiaçının işləyib-işləməməsi faktını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (07 il 10 ay 22 gün (xx.xx.1989xx.xx.1990; xx.xx.1993-xx.xx.1997; xx.xx.1999-xx.xx.1999; xx.xx.2000-xx.xx.2000; xx.xx.2000- xx.xx.2000)) təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 22.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 23.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 24.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

25. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1981-ci illərdə (Hərbi bilet H3 3990763) Ordu Şurası sıralarında xidmət etməsi, xx.xx.1978-xx.xx.1979-cu illər, xx.xx.1982xx.xx.1989-cu illərdə və xx.xx.1989-xx.xx.2004-cü illərdə işləməsinə dair (cəmi 25 il 9 ay 22 gün ümumi siğorta stajı) qeydlər mövcuddur.

26. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının həmin illər arasındakı dövrün onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmaması əsassızdır.

27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilmiş 3-27/21/3-xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən vətəndaş İddiaçı xx.xx.1989-xx.xx.2004 (kş/15 №-li vəzifəyə təyin edilmə əmri; kş/62 №-li vəzifədən azad edilmə əmri) tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Tramvay-Trolleybus İdarəsinin Tramvay Parkında sürücü vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 15 il 5 ay 16 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraiti zərərli və ağır olan işdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 23004000-11457 vəzifə koduna uyğundur.

28. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi stajı ən azı 25 il (25 il 9 ay 22 gün), əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (15 il 5 ay 16 gün).

29. Odur ki, iddiaçının əmək kitabçası və işəgötürən tərəfindən təqdim edilmiş arxiv arayışları ilə iddiaçının əmək fəaliyyəti dövrü təsdiq edildiyindən onun 1991, 1998 və 2001-2004-cü illər üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi əsası ilə iddiaçının həmin müəssisədə çalışdığı dövrlərin onun iş stajında daxil edilməməsi və iddiaçı ilə həmin müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

30. Eyni zamanda kollegiya iddiaçının 20 iyul 2019-cu il tarixdən əvvəlki 3 il dövr üçün pensiya fərqinin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçıya iddia tələbinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli, pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019-cu il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. Beləliklə də, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar