Məhkəmə qərarları › İş №2-1(103)-1779/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1779/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1779/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X31 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs Kərimov Kamil Sabir oğlunun prosesual hüquq varisi X23 və onun vəkili Vəkil, İddiaçı və onun nümayəndəsi X4, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Kərimov Kamil Sabir oğlu, X21, X27) çıxarışın ləğvi və çıxarış verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2223/2021 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qərarından üçüncü şəxs Kərimov Kamil Sabir oğlunun prosesual hüquq varisi X23 və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/21 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan üçüncü şəxs X23 apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsində 2-229/2001 nömrəli iş üzrə keçirilmiş məhkəmə icraatında ərizəçi Sabir Kərimovun vəsatəti əsasında şahid qismində iştirak etmiş hazırki iddiaçı X6 ifadəsi həm Sabunçu Rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsində, eləcə də həmin məhkəmə işinin iclas protokolonda öz əksini tapmışdır. Həmin ifadəsi ondan ibarətdir ki, Abdulla Mövsumov özünün mərhum mülkiyyətçi Sabir Kərimovun kirayəşini olduğunu bildirmişdir. Bununla əlaqədar həmin faktların məhkəmə iclasında tədqiq olunması məqsədilə Sabunçu Rayon Məhkəməsinin 2-229/2001 nömrəli işə bu məhkəmə iclasında baxış keçirilməsini xahiş etsə də, işə baxan hakim buna məhəl qoymamışdır. Həmçinin, məhkəmə iddiaçının iddia tələbini qismən təmin etməklə, iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddia tələbinin 1ci hissəsində - Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin “A” tikilisindən ibarət olan və yaşadığı 2 otaqlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilməsi üçün əsas olan Sabunçu Rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2- 229/2001 saylı qətnaməsinin ləğv olunduğu üçün həmin məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən 10.01.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM 013552 saylı qeydiyyat vəsiqəsinin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair hissəsinin ləğv olunmasını xahiş etmişdir. Ancaq Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2- 229/2001 saylı qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyinin cavabdehə həvalə olunmasını qərara almışdır. Halbuki, iddiaçının irəli sürdüyü iddia tələbi bundan ibarət deyildi. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli 2- 229/2001 saylı qətnaməsi ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin X35, X36, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəyə ərizəçi Kərimov Sabir Mirzə oğlunun mülkiyyət hüququnun tanınması, ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülk bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna verilməsi qət edilmişdir. Hər iki qətnamə cavabdeh orqan tərəfindən icra edilərək, dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Sonradan Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 20.09.2017-ci il tarixli qərardadı ilə ləğv edilsə də Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məkəmə aktı İdarəyə təqdim edilməmişdir. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində hüququn növü - istifadə, mülkiyyət növü - dövlət) hal-hazırda paylı mülkiyyətdə olmaqla “A” tikilisindən 2 otaq və “V” tikilisindən 1 otaq y/s - 10,3 kv.m hissəsi Kərimov Kamil Sabir oğlunun, “A” tikilisindən 2 otaq X5, “V” tikilisindən 2 otaq, y/s - 34,4 kv.m, k/s - 1,7 kv.m hissəsi X16, “Q” tikilisindən 3 otaq y/s - 31,8 kv.m, k/s - 9,2 kv.m hissəsi X19, “Q” tikilisindən 1 otaq (y/s - 15,0 kv.m), k/s - 10,5 kv.m hissəsi X13, “B” tikilisi isə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və onların paylı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, digər payçılar üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Mhkəmə araşdırması zamanı kollegiya tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisindən iki otağın mükiyyətçisi X21 və “V” tikilisindən iki otağın mülkiyyətçisi X27 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin prosesual hüquq varisi X23 və onun vəkili apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X21 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X27 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 03130067 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Rusiya Federasiyası, Dərbənd şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 567353 №-li, 19.01.2017-ci il tarixli arayışından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı, 07.08.1959-ci il təvəllüdlü X3, 21.12.1999-cü il təvəllüdlü X14 04.06.2005-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********34 №-li, 01.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsi ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin X35, X36, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəyə ərizəçi Kərimov Sabir Mirzə oğlunun mülkiyyət hüququnun tanınması, ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunaraq bununla bağlı 17.03.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna, “B” və “Q” yaşayış tikililərinin X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı 29.09.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 29.11.2001-ci il tarixdə, 14 saylı DNK-da bağlanmış bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsini (“A” və “V” tikililəri) Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bununla bağlı 10.01.2002-ci il tarixdə müvafiq əmlaka dair Kərimov Kamil Sabir oğluna adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 15.02.2002-ci il tarixdə 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “A” tikilisindən 2 otağı X9 satmışdır. Bununla bağlı 27.03.2002-ci il tarixdə müvafiq əmlaka dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 29.05.2003-cü il tarixdə 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “V” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X1. Bununla bağlı 10.07.2003-cü il tarixdə müvafiq əmlaka dair X24 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. 20.05.2014-cü il tarixdə 14 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X30 mülkiyyətində olan müvafiq evin “V” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X22 satmışdır. Bununla bağlı 18.07.2014-cü il tarixdə müvafiq əmlaka dair X16 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(103)- 9962/2017 saylı qərardadı ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə Kərimov Kamil Sabir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)- 9962/2017 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2018ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə müvafiq fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara münasibət bildirilməmişdir. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məkəmə aktı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddiası təmin edilmiş, Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin X35, X36, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəsinə ərizəçi S.M.Kərimovun mülkiyyət hüququ tanınması, ərizəçi S.M.Kərimovun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi, Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadının surətindən görünür ki, ərizəçi Kərimov Sabir Mirzə oğlunun daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizəsi üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 29 yanvar 2001ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmış, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanmasının maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etməməsi izah edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2018-ci il tarixli, 2(102)-1299/2018 nömrəli qərarının surətindən görünür ki, həmin qərara əsasən cavabdeh Kərimov Kamil Sabir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 3 saylı Bakı “” ASAN xidmət” mərkəzi notariat ofisinin 1228 №-li, 14.11.2020-ci il tarixli məktubundan görünür ki, 30.12.2019-cü il tarixdə vəfat etmiş Kərimov Kamil Sabir oğlunun vərəsələrinin dairəsi müəyyən olunaraq X15 19.06.2020-ci il tarixdə 2V/332 və 22.07.2020-ci il tarixdə 2V/409 reyestri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. - DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin **********93 №-li, 19.11.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddiası təmin edilmiş, Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin X35, X36, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəsinə ərizəçi S.M.Kərimovun mülkiyyət hüququ tanınması, ərizəçi S.M.Kərimovun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi, Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. 29.10.2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu 17.03.2001-ci ildə r.k. 180, s.8549, 30/21- li qeydiyyat vəsiqəsinə görə ona məxsus olan Bakı şəhəri, A.D.Qurbanov 49 saylı evin 1/2 hissəsi “A” və “V” tikililərini oğlu Kərimov Kamil Sabir oğluna bağışlamışdır. 16.02.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu Bakı şəhəri TİB-dən 10.01.2002-ci il tarixdə, 180 №-li r/kitabının 8549-cu səh. verdiyi q/vəsiq. əsasən ona məxsus olan ünvan 6 ünvanın 1/2 hissədə “A” tikintidən iki otağdan ibarət yaşayış evini X9 satmışdır. 29.01.2019-cu il tarixli, Seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 2 otaq və “V” tikilisindən 1 otaq y/s-10,3 kvm. Kərimov Kamil Sabir oğlunun, “A” tikilisindən 2 otaq X10, “V” tikilisindən 2 otaq y/s 34,4 kv.m., k/s 1,7 kvm. X11, “Q” tikilisindən 3 otaq y/s 31,8 kvm., k/s 9,2 kvm. X19, “Q” tikilisindən 1 otaq (y/s 15,0 kvm.), k/s 10,5 kvm. X13, “B” tikilisi X7 mülkiyyətindədir. Cavabdeh orqanın **********34 №-li, 01.10.2020-ci il tarixli müvafiq imtina cavabı əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin “A” tikilisindən ibarət olan və 58 il yaşadığı 2 otaqlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilməsi üçün əsas olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi ləğv olunduqu üçün həmin məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən 10.01.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin 58 il yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilə dair hissədə ləğv olunması, qanuni əsaslarla 58 ildən çox qeydiyyatda olaraq yaşadığı və istifadə hüququna dair hüquqmüəyyənedici sənəd olan həmin mənzildə 58 il qeydiyyatda olduğunu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2); daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3); hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4) Həmin qanunun 8.0.4-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hər iki apelyasiya şikayətində məhkəmənin cavabdeh orqana Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ümumilikdə ləğv olunması öhdəliyini həvalə etməsi mübahisələndirilmiş, məhkəmənin hazırki mülkiyyətçiləri üçüncü şəxs qismində işə cəlb etmədən qəbul etdiyi qərarla digər mülkiyyətçilərin hüquqlarını pozması ilə əsaslandırılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi İdarə tərəfindən icra olunaraq Kərimov Sabir Mirzə oğluna 17.03.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna, “B” və “Q” yaşayış tikililərinin X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı 29.09.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Daha sonra Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan daşınmaz əmlakı oğlu Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən Kərimov Sabir Mirzə oğluna 17.03.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 29 yanvar 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçı Kərimov Sabir Mirzə oğlunun A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv edilməsini əsas göstərərək həmin qeydiyyatın ləğv edilməsi üçün həm Sabunçu rayon məhkəməsinə, həmçinin cavabdeh inzibati orqana müraciət etmişdir. Birinci instansiya məhkəməsi icraya dönüşün qanunvericilikdə nəzərdə tutulmamasını, cavabdeh inzibati orqan isə dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara məhkəmə qərarlarında münasibət bildirilməməsini əsas gətirərək iddiaçının müraciətlərini təmin etməmişlər. Bundan sonra iddiaçı cavabdeh orqanın imtinası əsasında müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia tələbi qismən təmin etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə etmişdir. İş materiallarından aydındır ki, hazırda Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisindən digər iki otaq , “V” tikilisində 1 otaq Kərimov Kamil Sabir oğlunun adına dövlət reyestrində qeydiyyatdadır. İddiaçı isə istifadəsində olan həmin “A” tikilisindən 2 otağlı mənzilə dair Kərimov Kamil Sabir oğlunun adına aparılmış qeydiyyatın ləğvini tələb edir. Hazırki iddianın mahiyyəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin “A” tikilisindəki 2 otağlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına dövlət reyestrində qeydiyyata alınmasına Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrasının nəticəsində Kərimov Sabir Mirzə oğlunun adına aparılmış qeydiyyat əsas olmuşdur. Sözügedən qətnamə isə Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən ləğv edildiyindən onun hüquqi nəticəsi kimi aparılmış qeydiyyat da iddiaçıya aid hissədə ləğv edilməlidir. Bundan əlavə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi öz qərarının təsviri hissəsində həm iddia tələbinin mahiyyətini qeyd edərkən, həm də məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmiş halları sadalayarkən İddiaçı cavabdeh tərəfindən 10.01.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin onun istifadəsində olan “A” tikilisindən 2 otaqlı mənzilə dair hissədə ləğv olunmasını, onun həmin mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsini tələb etdiyini göstərmişdir. Lakin qərarın nəticə hissəsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ümumilikdə ləğv olunması öhdəliyini həvalə etmişdir. AR İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, məhkəmə dövlət reyestrində üçüncü şəxs Kərimov Kamilin adına aparılmış müvafiq qeydiyyatın tamamilə ləğv edilməsi nəticəsinə gəlməklə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Kərimov Kamil Sabir oğlunun prosessual hüquq varisi X8 vəkili məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. AR MM-nin 261-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ərizəyə əlavə edilmiş qətnamə surətindən görünür ki, hazırki iş üzrə iddiaçı AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı eyni predmet (çıxarışın ləğvi) barəsində, lakin fərqli əsasla iddia qaldırmışdır. Belə ki, İddiaçı Nəsimi rayon Məhkəməsində iddia qaldırarkən, Kərimov Sabir Mirzə oğlunun Kərimov Kamil Sabir oğluna öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” və “V” tikililərini bağışladığı bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyət hüquqlarının yaranması faktını mübahisələndirmiş, məhkəmə isə bu halın sübut olunmadığı nəticəsinə gəlmiş, iddianı əsassız hesab edərək rədd etmişdir. Hazırki iş üzrə isə iddiaçı eyni tərəfə qarşı, eyni predmet barəsində iddia qaldırmış olsa da, tələbini eyni əsasla deyil, sözügedən bağışlama müqaviləsinin bağlanmasına əsas olmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(103)- 9962/2017 nömrəli qərardadı ilə ləğv edilməsi faktı ilə əsaslandırmışdır. Sadalanan halları nəzərə alaraq, məhkəmə kollegiyası şikayətçinin bu dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/21 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qərarı ləğv olunmalıdır. İddia tələbi qismən təmin olunmalı, Kərimov Kamil Sabir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat iddiaçıya aid olan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Kərimov Kamil Sabir oğlunun prosesual hüquq varisi X8 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/21 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2- 229/2001 nömrəli, 29.01.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid olan hissədə ləğv olunması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar