Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1779/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(103)-8546/22 saylı qərardadındı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(103)-8546/22 saylı qərardadından apellyasiya şikayəti vermiş və şikayətə baxılması xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin olunmuşdur. Bundan sonra iddiaçı ona öz hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkillə təmin olunmasına dair ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2-1(103)-1779/23 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə işin baxışdan çıxarılmasına etiraz etməmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Xİ fəsli ilə müəyyən edilən qaydaları nəzərə alan məhkəmə Kollegiyası hesab edir ki, iş baxışdan çıxarılmalı və kassasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 90, 94 və 95-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İş baxışdan çıxarılsın və İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1779/23 saylı 25 aprel 2023-cü il tarixli qərardadından kassasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1779/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1779/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver