Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1779/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilərək iddiaçıya xx.xx.2007ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-1(112)-9494/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş pensiyanın dayandırılması və artıq ödəmənin olduğunu müəyyən edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və müvafiq inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsi, həmçinin xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi, həmçinin xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 iyun 2017-ci il tarixində 3 yanvar 2012-ci il tarixindən hesablanmaqla yaşa görə pensiyaya çıxmışdır. Ona 2017-ci ildə güzəştli şərtlərlə təyin olunmuş pensiya cavabdeh tərəfindən 2021-ci ilin mart ayının 1-dən etibarən ləğv edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı isə 2021-ci ilin iyulunda ona yaşa görə pensiyası ödənişinə başlanmışdır. Hər iki Filialla məhkəmə mübahisəsi onun xeyrinə yekunlaşmış və 28 mart 2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1573/2022 saylı qərarı ilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsinin dayandırıldığı 1 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi XŞTMF-yə həvalə edilmiş və SÖTMF-nin artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilmiş və ona ödənilən pensiyadan tutulmanın aparılması SÖTMF-yə qadağan edilmişdir. Müvafiq məhkəmə qərarından XŞTMF tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2-1(112)-1573/2022 saylı qərarı qüvvədə saxlanılmışdır. XŞTMF Bakı İnzibati Məhkəməsinə göndərdiyi 16 yanvar 2024-cü il tarixli məktubda məhkəmə qərarının icra olunduğunu və ona 1186.74 manat məbləğində pensiya müəyyən edildiyini bildirilmişdir. Müvafiq məhkəmə qərarında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsinin dayandırıldığı 1 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi XŞTMF-yə həvalə edilmişdir. XŞTMF isə yalnız əsas pensiya məbləğini və o da yalnız yanvar ayı üçün olmaqla bərpa etmişdi. Qanunvericiliyə uyğun olaraq hesablanmalı və ödənilməli olan 7420 manat məbləğində vəsaiti isə ümumiyyətlə ödəməmiş və müvafiq məhkəmə qərarını icra etməmişdir. 2024-cü ilin yanvar ayında bərpa edilmiş güzəştli şərtlərlə pensiya cavabdeh tərəfindən yanvar ayının sonunda yenidən qanunsuz şəkildə dayandırılmışdır. Cavabdehin 1 may 2024-cü il tarixində ona ünvanlandığı məktubda onu 30 yanvar 2024-cü il tarixinədək inzibati icraatda iştirak etməyə çağırdığını, amma onun getmədiyini bildirmişdir. Halbuki, o cavabdehdən belə bir məktub almamışdır. Eyni zamanda, aylardır pensiyanın yenidən dayandırılmağının səbəbini və bununla bağlı qəbul edilmiş inzibati aktı tələb etsə də, inzibati aktın ünvana göndəriləcəyini deyərək, iddiaçıya heç bir akt təqdim etmirlər. Burdan da aydın olur ki, bu dəfə də hər hansı inzibati akt qəbul etmədən pensiyanı qanunsuz şəkildə dayandırıblar. Məktubda cavabdeh əvvəlki məhkəmə çəkişməsi üzrə onun xeyrinə olan məhkəmə qərarlarının “inzibati icraatın düzgün aparılmaması” əsasına görə ləğv edildiyini vurğulamış və ona görə də, bu dəfə guya inzibati icraatı düzgün apardığını əsas gətirərək pensiyasının yenidən dayandırılmasına özünə haqq qazandırmağa çalışmışdır. Halbuki, Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “... Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən mübahisələndirilən illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsinə dair sübutlar iş materiallarına əlavə edilmişdir.” Burdan da aydın görünür ki, cavabdeh yuxarıdakı istinadı belə düzgün etməmişdir. Məktubda cavabdeh ona xx.xx.2012-xx.xx.2021 və xx.xx.2024-xx.xx.2024- cü il tarixləri arasında ödənilmiş pensiya məbləğinin artıq ödəmə kimi müəyyən edildiyini və həmin məbləğin pensiyasından tutulması üçün razılıq verməyini də istəmişdir. Cavabdeh bu tələbində belə qanunsuzluq etmişdir. Belə ki, hətta həmin dövrdəki məbləğlər artıq ödəmə hesab olunsaydı belə, onlar iddiaçıdan yalnız son 3 il üzrə olan məbləği tələb edə bilərdilər. Bu, birbaşa “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsində nəzərdə tutulub Göründüyü kimi, cavabdeh qanunsuz inzibati akt qəbul etməklə kifayətlənməyərək, qanunsuz tələblər də irəli sürür. Yuxarıda göstərilən ümumi hallar və cavabdehin inzibati icraatla bağlı pozuntularına əlavə olaraq qeyd etmişdir ki, 8 aprel 2024-cü il tarixində cavabdehə ünvanladığı ərizə ilə ona xx.xx.2007-ci il tarixindən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmin ərizəyə cavab olaraq yazdığı məktubda xx.xx.2007-ci il tarixindən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. 43 illik iş stajının 27 il 5 ayını neftin hasilatı sahəsində işləmişdir. Bu müddətin də 17 il 7 aylıq bir hissəsini birbaşa dənizdə fəaliyyət göstərmişdir. Beləliklə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “a” və “b” yarımbəndlərinə uyğun olaraq, onun xx.xx.2006-cı il tarixinədək 11 il 3 ay 4 gün güzəştli şərtlərlə (zərərli şəraitdə) iş stajı və 30 il 24 gün isə ümumi iş stajı olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etiraz və ona əlavə ilə məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan (5 il 8 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1981xx.xx.1983-cü il və xx.xx.1997-01,06.2000-ci il tarixləri arasındakı dövrlər)) az təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar iddiaçının pensiya ödənişi 1 mart 2021- ci il tarixindən dayandırılmışdır. Eyni zamanda, iddiaçı əmək pensiyası yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1 (102)-1788/2023 saylı qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, cari ilin yanvar ayında yenidən hesablanaraq 1186,74 manat məbləğində bərpa edilib, həmçinin, ötən dövr üzrə iddiaçıya ödənilməli olan 7420 manat pul vəsaiti hesablanmışdır. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfindən ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, iddiaçı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının pensiya işinə aid sənədlər tərəfindən xx.xx.2024-cü il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində ona ödənilmiş pul vəsaitləri artıq ödəmə məbləği kimi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 7420 manat pul vəsaitinin hissə-hissə ödəniləcəyi təqdirdə ona artıq ödənilmiş vəsait də hər ay hissə-hissə artacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndinin fəhlələr (a) yarımbəndində 1100000b— 24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 5 aprel 2024-cü il tarixli 43 nömrəli vətəndaşa dair arayışında xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə növbə rəisi və xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə növbətçi mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi növbə rəisi və növbətçi mühəndis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 8 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, adıçəkilən şəxsə 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 1 mart 2021-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq, İddiaçı əmək pensiyası yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)1788/2023 saylı qərarı ilə iddia pensiya dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, cari ilin yanvar ayında adıçəkilən şəxsin pensiyası 1186,74 manat məbləğində bərpa edilmiş, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 7420 manat pul vəsaiti hesablanmışdır. Hazırda İddiaçı başqa səbəbdən ötən dövr üzrə hesablanmış pul vəsaiti ödənilir. Həmin pul vəsaitinin ödənilib başa çatması sentyabr ayında tamamlandığından, sözügedən 7420 manatın cari ilin oktyabr ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə ona ödənilməsi nəzərdə tutulur. Daha sonra adıçəkilən şəxsə dair məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün İddiaçı qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 19 yanvar 2024-cü il tarixində məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin adıçəkilən şəxs Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişi 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində 39239,37 manat artıqödəmə məbləği müəyyən edilmişdir. Müvafiq məhkəmə qərarına əsasən müəyyən edilmiş vəsaitin adıçəkilən şəxsə hissəhissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Həmin vəsaitin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 46659,37 manat təşkil edəcəkdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-102322/2024 nömrəli məktubda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə təqdim edilməsi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün, İddiaçı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya işinə aid sənədlər tərəflərindən xx.xx.2024-cü il tarixində aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9494/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilib iddiaçıya xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9494/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan (5 il 8 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1997xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) az təşkil etdiyi müəyyən edilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar iddiaçının pensiya ödənişi 1 mart 2021-ci il tarixindən dayandırılıb. İddiaçı əmək pensiyası yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-1788/2023 nömrəli qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin yanvar ayında yenidən hesablanaraq 1186,74 manat məbləğində bərpa edilib, həmçinin, ötən dövr üzrə iddiaçıya ödənilməli olan 7420,00 manat pul vəsaiti hesablanıb. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində ona ödənilmiş pul vəsaitləri artıqödəmə məbləği kimi müəyyən edilib. Göstərilənlərə uyğun olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9494/2024 saylı qərarının ləğv edilib, idda tələbinin təmin edilməməsi barədə yeni qərara qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, iddiaçı müəssisədə müvafiq olaraq növbə rəisi və növbətçi mühəndis vəzifələrində işləmişdir. Belə ki, adi sex rəisi vəzifəsi güzəştli şəstlərlə əmək pensiyası təyinatından kənarda qalır. Operativ istehsalat xidmətlərinin rəisi vəzifəsinə münasiətdə isə məsələ dəyişir və həmin vəzifənin adı siyahıda olduğuna görə mübahisələndirilə bilməz. Çünki sexlərin operativ istehsalat xidmətlərinin rəisi vəzifəsi siyahıda konkret olaraq nəzərdə tutulur. Neft və Qazçıxarma İdarəsi tərəfindən analoji işlərlə bağlı arayışlar təqdim edilmişdir. Həmin arayışlara nəzər saldıqda sex rəisi vəzifəsi şəxsə güzəşli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün əsas hesab edilmir. Lakin sonradan iddiaçı tərəfindən tam fəqli məzmun kəsb edən arayış təqdim edilir. Birinci instansiya məhkəməsinin yanaşmasında isə ikili fərqli mövqe mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 2012-ci il tarixindən, yəni 57 yaşından əmək pensiyasının təyin olunması bildirilir. Lakin məhkəmə tərəfindən iddiaçının stajı ilə bağlı araşdırma aparılarkən onun güzəştli iş stajının 2006-cı ilədək 12 il 3 ay 8 gündən ibarət olması müəyyənləşdirilmişdir. Yəni iddiaçının güzəştli iş stajının 10 ildən çox olması bildirilir. Lakin 2 nömrəli Siyahı üzrə əmək pensiyası təyin edilmiş iddiaçıya münasiətdə 10 illik güzəştli iş stajı tələbi nəzərdə tutulmur. İddiaçıya münasibətdə 25 il ümumi iş stajı, 12 il 6 ay isə güzəştli iş stajı tələbi nəzərdə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilən ümumi 4 arayışdan iddiaçının həmin müəssisədə işləmiş olduğu dövrə münasibətdə hansı illər üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu göstərilir. Qarşı tərəfin mübahisələndirdiyi əsas dövr 1 iyun 2000-ci il tarixindən 1 yanvar 2006-ci ilədək olan, ümumilikdə, 5 il 7 ay dövrə münasibətdədir. Həmin dövrdə iddiaçı növbə rəisi və növbətçi mühəndis vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 avqust 2021-ci il tarixli analoji tələbi nəzərdə tutan Qərarında da sözügedən vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün uyğun olan vəzifə hesab edilərək tələb təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hər hansı maddi və ya prosessual hüquq norması mövcud deyil. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA51111567 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. - Г-İ seriyalı 018982 №-li diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildən 1977ci ilədək Azərbaycan Neft və Kimya İnstutunda ali təhsil almışdır. - İddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator - 2 ay 4 gün; xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək “Vostokneft” Birliyində mühəndis-texnoloq - 9 ay 4 gün; xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexində sex rəisinin müavini - 8 ay 6 gün; xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexinə baş texnoloq - 1 il 8 ay 12 gün; xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator - 2 il 7 ay 11 gün; xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə usta - 2 ay 25 gün; xx.xx.1984-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Naxçıvan MSSR-in Meliorasiya və Su Təsərrüfatı Nazirliyində böyük mühəndis, aparıcı mütəxəssis və şöbə rəisi - 10 il 7 ay 28 gün; xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində usta - 2 il 7 ay 25 gün; 10.xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində növbə rəisi - 3 il 26 gün; xx.xx.2003-cü ildən xx.xx.2008-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (növbətçi) - 5 il 4 gün; xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis - 2 il 6 ay 13 gün; xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisinin müavini - 1 il 2 ay 22 gün; xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisi - 3 ay 26gün; xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək ARDNŞ X4 N.Nərimanov adına NQÇİ-nin X2 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis müavini - 5 ay 23 gün; xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək ARDNŞ X4 N.Nərimanov adına NQÇİ-nin X2 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (3 il 10 ay); xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək X4 N.Nərimanov adına NQÇİ-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis - 2 il 2 ay 7 gün. - “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 40 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı Neft və qazçıxarma sexində sex rəisinin müavini və sex rəisi vəzifəsində işləmişdir. xx.xx.2011-cü il tarixindən - xx.xx.2012-cü il tarixə qədər – sex rəisinin müavini əmr 06/k xx.xx.2011-ci il: xx.xx.2012-ci il tarixdən - xx.xx.2012-ci il tarixə qədər – sex rəisi əmr 66/k xx.xx.2012. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 01 il 06 ay 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Qazılması və mənimsənilməsi başa çatmış quyuların istismara verilməsi üzrə işlərin yerinə yetirilməsinə nəzarət edilmək; Təmirə hazırlığın aparılmasına nəzarət və mürəkkəb məsələlərin həllini təşkil etmək; Neft və qaz çıxarma briqadaları ilə əsaslı təmir (və ya digər) briqadaların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək;Yığım nəql sisteminin işini tənzimləmək, istehsalatda yaranmış qəza və dayanmaların qısa müddətdə araşdırılıb aradan qaldırılmasını təmin etmək, sahənin imkanları məhdud olduqda rəhbərlik qarşısında yardımçı sahələrin (digər xidmət sahələri) cəlb olunması məsələsini qaldırmaq və buna nail olmaq. Neft və kondensatın separasiyasını və ilkin hazırlanmasını, hazır məhsulun əmtəə çənləri parkına nəqlinitəhvilini təmin etmək; Xüsusi texnikaya olan tələbatı təmin etmək, daşımaların, yükləməboşaltma işlərinin və digər texniki əməliyyatların vaxtında yerinə yetirilməsi üçün işçi heyətin və mütəxəssislərin cəlb olunmasını təşkil etmək;Sahədə aparılan əsaslı təmir, quraşdırma, demontaj, korroziyzya qarşı və digər texniki işləri nəzarətdə saxlamaq, yerli vasitələrlə işlərin sürətləndirilməsinə köməklik göstərmək; Çökdürücülərdə yığılmış mexaniki qarışığın, lay sularının və tullantıların utilizasiyasını təmin etmək. Sərf olunan elektrik enerjisinin, yanacaq və sürtkü materiallarının, qazın, reagentlərin və s. eləcə də texnoloji itkilərin hesabatının hazırlanmasını təmin etmək, normativ sənədlərə uyğun olmayan sərfiyyatın və itkilərin əsaslandırılmasının təşkili; Mexanika, avtomatika və digər növ avadanlıqların düzgün texniki istismarının təmin edilməsiMüvafiq neft-mədən avadanlıqlarının və cihazlarının konservasiyaya buraxılması və kalibrlənməsinin təmin edilməsi.Neft və qazçıxarrna texnologiyasının təkmilləşdirilməsinin təşkil edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10.2.b bəndində şifrə 1100000b-24125 vəzifə koduna uyğundur. - “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 1 və 2 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta vəzifəsində vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixindənxx.xx.1983 -cü il tarixə qədər əmr 100/k xx.xx.1983-cü il, xx.xx.1997-ci il tarixdən - 01,06.2000-ci il tarixə qədər əmr 373 xx.xx.1997. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 02 il 10 ay 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Neft və qazçıxarma üzrə briqadanın istehsal fəaliyyətinə və vahid naryad üzrə işləyən əlaqəli briqadalara rəhbərliyi həyata keçirir. Əmək məhsuldarlığının yüksəldilməsi, neft və azçıxarma üzrə plan tapşırıqlarının yerinə etirilməsini təmin edir. Obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onlara nəzarət edir, kənarlaşmaların səbəblərini operativ surətdə aşkar edir və onları aradan qaldırır. Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir.Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görür. Quyuları təmirə verən zaman onlarda hazırlıq işləri görür və quyuların qəbul və təhvil aktlarını rəsmiləşdirir. Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirir. Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak edir. İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir və onları, həmçinin materialların, yanacağın, elektrik enerjisinin istifadəsi üzrə göstəriciləri və onlara qənaət edilməsinə görə mükafatların məbləğlərini briqadalara və ayrı-ayrı fəhlələrə çatdırır. Neft və qazçıxarma briqadası və vahid naryad üzrə işləyən əlaqəli briqadaların üzvlərinin yerinə yetirdikləri işlərin keyfiyyətinə, elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10.2.b bəndj şifr4100000b-23187 vəzifə koduna uyğundur. - “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 42 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N. Nərimanov NQÇİ-də 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. xx.xx.1981-ci il tarixindənxx.xx.1983-cı il tarixləri arasındakı dövr ərzində işləmişdir, əmr 01 /k xx.xx.1981. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 02 il 07 ay 11 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və sair neft-mədən avadanlığının fasiləsiz işinin təmin edilməsi. Boru kəmərlərinin, texnoloji avadanlığın kipliyə yoxlanması, quyuların sınanmasında və qoyulmuş rejimə çıxarılmasında iştirak etmək. Qurğuların, mexanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının qurulması, sökülməsi, texniki təminatı və təmiri.Mədən kommunikasiyalarında hidrat birləşmələrinə, parafin, qətran, duz çökməsinə qarşı profilaktik tədbirlərin aparılması və bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi reagentlərin hesablanıb müəyyən edilməsi. Quyuların işinin parametrlərinin çıxarılması və verilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli,320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifr 1 ЮООООа-15824 uyğundur. - “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 43 nömrəli arayışdan görünür ki, İddiaçı Abulla oğlunun N.Nərimanov adına NQÇİ-də xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və həmin vəzifənin adının dəyişdirilməsi nəticəsində xx.xx.2003-xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b— 24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Belə ki, növbə rəisi vəzifəsi və mühəndis (növbətçi) vəzifəsi istehsalatın (istehsalat xidmətlərinin) növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi və mühəndis (növbətçi) istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi və mühəndis (növbətçi) öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin və mühəndisin (növbətçi) istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar. İddiaçı xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin və xx.xx.2003- xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifələrdə çalışdığı müddət ərzində əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 4 faiz əlavə hesablanaraq ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və xx.xx.2003-xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b—24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olduğu üçün həmin əmək stajı illərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınması məqsədəuyğundur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-592/2024 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası inzibati icraat aparılmaqla pensiya bərpa edilmiş və yenidən hesablanmış və 1186.74 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2205/2025 saylı “əmək pensiyasının dəyişdirilməsi haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası inzibati icraat aparılmaqla dayandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı inzibati iş çərçivəsində mübahisələndirilən məqam – iddiaçının güzəştli iş stajıdır və məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh iddiaçının güzəştli iş stajının ödənilmədiyi qənaətinə gəlsə də, cavabdehin imtinasının dəlilləri əsassız olmuşdur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi arqumentlərə əsasən, iddiaçının xx.xx.2000–xx.xx.2003-cü il tarixləri arasında “Azneft” X3 və Qazçıxarma İdarəsində növbə rəisi və xx.xx.2003– xx.xx.2008-ci il tarixləri arasında növbətçi mühəndis vəzifələrində işləməsi, 1 №-li Siyahıda 1100000b-24125 kodu altında qeyd edilən, neft, qaz və qaz kondensatı hasilatı üzrə sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə tam uyğun olmadığı kimi qiymətləndirilmişdir. Lakin, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi rəsmi arayışlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının tutduğu vəzifələrin funksional xüsusiyyətləri ilə 1 №-li Siyahıda göstərilən vəzifələr arasında əhəmiyyətli dərəcədə oxşarlıq mövcuddur. Müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları məzmunca Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrin funksiyaları ilə eyni və ya oxşardır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından identikliyi, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Göstərilənlərə əsasən, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9494/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-1(103)-1779/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1779/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver