Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-178/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-860/2023 saylı 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının ona əlillik təyin edilməsi ilə bağlı müraciətinə 5 saylı Şəhər Poliklinikasının 30 may 2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 19 may 2014-cü il tarixli göndərişi əsasında iddiaçının təkrar müraciətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağıj => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip 2. Şəkərli diabet tip 2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip2. Şəkərli diabet tip2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 5 nömrəli Şəhər Poliklinikasının 27 may 2015-ci il tarixli göndərişi əsasında iddiaçının təkrar müraciətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. ÜÇ tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra elektron təyinatla 3 iyun 2016-cı il tarixli göndəriş əsasında iddiaçının təkrar müraciətinə baxılmış və “Səbəb Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı siste~ xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] - İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. üç tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospas: krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 27 iyul 2021-ci il tarixli göndərişi əsasında iddiaçının təkrar əlilliklə bağlı müraciətinə baxılmış və “X2: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.0 - Durğunluq ürək çatmamazlığı; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S, Trieoidektomiyadan s/v (2019) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Trieoidektomiyadan s/v (2019) Durğunluq ürək çatmamazlığı, ÜÇ İ F/S; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması - Səbəb: Köməkçi diaqnostik və laborator müayinə, QDÇ 2-ci dərəcəni təsdiqləmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2766003AAD0C nömrəli göndərişi əsasında 2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. O, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xəstəlikləri olsa da, ona əlilliyinin müddətinin artırılmasından əsassız olaraq imtina verilmişdir. Onun ürək xəstəliyi, arrteriya, hipertoniya, ostroxandroz, qara ciyərdə bərkimə kimi xəstəlikləri var. Təzyiqlidir, ağır şəkərli diabet (280 – 300 dərəcədə, insulin iynəsi qəbul edir), orqanlarında keyimələr var və s. X1 tam yoxlanılmamış, bilərəkdən “zəif” sözləri yazılmışdır. Ona uzun illər əlillik təyin edilmişdir. Diaqnozu: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. ÜÇ tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S, Trieoidektomiyadan s/v (2019) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Trieoidektomiyadan s/v (2019) Durğunluq ürək çatmamazlığı, ÜÇ İ F/S. Qeyd olunanlara əsasən ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının 30 may 2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 19 may 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağıj => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip2. Şəkərli diabet tip2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip2. Şəkərli diabet tip2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 27 may 2015-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. ÜÇ tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 3 iyun 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəb Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı siste~ xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] - İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. üç tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospas: krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 17 iyul 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.0 - Durğunluq ürək çatmamazlığı; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S, Trieoidektomiyadan s/v (2019) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Trieoidektomiyadan s/v (2019) Durğunluq ürək çatmamazlığı, ÜÇ İ F/S; Mərkəzə göndərilmənin/İmtina edilməni- səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Köməkçi diaqnostik və laborator müayinə, QDÇ 2-ci dərəcəni təsdiqləmir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-860/2023 saylı 20 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının və “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Qanunun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə dair verilmiş yazılı etirazda qeyd edilmişdir ki, o xəstədir, ona İİ dərəcə əlillik təyin olunmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. İşə birinci instansiya qaydasında baxmış məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə dair rəydə iddiaçıda aşkar olunan patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyininə əsas vermədiyi bildirilsə də, iddiaçıda tibb müəssisəsinin göndərişində qeyd olunan həmin xəstəliklərin mövcudluğu inkar olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, ümumilikdə 20 fevral 2023-cü il tarixli T-83/2023 saylı həmin ekspert rəyində İddiaçı ikinci dərəcə əlilliyn təyinatının mümkün olmadığı vurğulansa da, rəyi tərtib etmiş vəzifəli şəxsdən (iki şəxsdən) biri hazırkı cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspertidir. Belə olan halda, 20 fevral 2023-cü il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. Bununla da birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hərəkətlərinə işdə olan sübutlar və tərəflərin dəlilləri məcmusunda qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı müayinəsi zamanı onun sağlamlıq vəziyyətində ikinci dərəcə əlillik təyinatına əas verən xəstəliklərin mövcudluğu məhkəmə icraatında təsdiqini tapdığından, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik təyin edilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İşdə olan TSEK müayinələri qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixdək- şəkərli diabet ağır forma, düyünlü zobhipotireoz dioqnozu ilə 1 illlik, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixdək stabil gərginlik tenodardiyası tip3, hipertoniya tip2, şəkərli diabet tip2, düyünlü diffuz zob, hipotireoz dioqnozu ilə 1 illlik, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək stabil gərginlik stenokardiyası tip3, koranorokardiosklero, üç tip2, şəkərli diabet tip2, şoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, diabetik polineyropastita, hipentoniya tip2 dioqnozu ilə 1 illlik, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək stabil gərginlik stenokardiyası tip3, koranorokardioskleroz, üç tip2, şəkərli diabet tip2, şoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, diabetik polineyropastiya, hipentoniya tip2 dioqnozu ilə 5 illlik olmaqla İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli müayinəsi zamanı “dioqnozun öz təsdiqini tapmaması, köməkçi diaqnostik və laborator müayinə, QDÇ 2-ci dərəcəni təsdiqləmir” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin T 83/2023 saylı 20 fevral 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: - (1.2) Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün adına 5 saylı Şəhər Poliklinikasında tərtib edilmiş 2766003AADOC saylı göndəriş tam doldurulmuş və qeyd edilən əsas diaqnoz və ağırlaşmaları “Qan dövranı sistemi xəstəlikləri – İ30-İ52 – Ürəyin digər xəstəlikləri – İ50- Ürək çatışmazlığı – İ50.0 - Durğunluq ürək çatışmazlığı . . . Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s, ÜCİ f/s” hazırda da onda müəyyən edilir. Lakin “ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s ÜÇİ f/s, Durğunluq ürək çatışmazlığı ÜÇ, İ f/s” köməkçi müayinələrlə öz təsdiqini tapmır. Buna görə də qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müaynəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün istər AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin, istərsə də 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na dair “əlavə”də müəyyən olunmuş maddələrin hər hansı birinə aid etmək mümkün olmadı; - (3) Sağlamlıq vəziyyətinə görə İddiaçı hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən müalicəyə cəlb oluna bilər. Hazırki işə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 83/2023 saylı 03 mart 2023-cü tarixli ekspert rəyini imzalayan şəxslərdən biri hazırki iş üzrə cavabdeh qurumun tibbi sosial eksperti S.K.Fərzəliyeva olduğu üçün məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmiş və onu qərəzli, birtərəfli hesab etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iş materiallarında olan sənədləri ilə araşdırma apararaq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə 11 oktyabr 2023- cü il tarixli qərardadla iddiaçının əyani müayinəsi aparılmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), iş üzrə məhkəmə-tibbi ekspertizasının cavabdeh qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsini məqsədəuyğun hesab etmişdir. Həmin qərardadın icrası ilə bağlı 12 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MəhkəməTibbi Ekspertiza və X6” X8 T825/2023 saylı 01 dekabr 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddiaçının müayinəsi ilə əlaqədar ona qoyulmuş əsas diaqnoz və ağırlaşmaları: “Qan dövranı sistemi xəstəlikləri – İ30-İ52 – Ürəyin digər xəstəlikləri – İ50- Durğunluq ürək çatışmazlığı; Diaqnozun mətni: İ20.8. Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s, ÜÇ İ f/s”. Z98.8- Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Trieoidektomiyadan s/v (2019). İ50.0- Durğunluq ürək çatışmazlığı. ÜÇ-İf/s. Qeyd olunan diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə onu istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əlavədə müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçıda mövcud olan xəstəliklərlə bağlı diaqnoz və ağırlaşmaları onun adına tərtib olunan sonuncu göndərişdə (i.v. 65-67) də öz əksini tapsa da, məhkəmə icraatı dövründə verilmiş ekspert rəyində onun əyani müayinəsi ilə bağlı onda mövcud olan bütün xəstəliklər və ağırlaşmalar dəyərləndirilməmişdir. Belə ki, ekspert rəyində iddiaçıda olan yalnız ürək müayinəsi ilə bağlı aşkar olunan xəstəliklər sadalanmışdır. Halbuki iş materiallarında olan iddiaçıya aid əlillik alt sistemindən çıxarış və iddiaçı barəsində tərtib olunan göndərişlərin (həmçinin sonuncu göndərişin (i.v. 65-67)) məzmunundan görünür ki, iddiaçının illərlə əziyyət çəkdiyi xəstəliklər sırasında nəinki “Qan dövranı sistemi xəstəlikləri – 11.0. Durğunluq ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hipertoniya); İ20.8. Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s, ÜÇ İ f/s”. Trieoidektomiyadan s/v (2019); həmçinin iddiaçıda digər- E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, H36.0. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü, 3 işarəsi ilə), VisOD=0,8VisOS=0,8; G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) xəstəliyi də mövcuddur. Göründüyü kimi, cavabdeh qurum tərəfindən iddiaçı barəsində tərtib olunmuş göndərişdəki bütün məlumatlar, o cümlədən xəstəliklər və ağırlaşmalar tam olaraq nəzərə alınmamış və nəticədə müvafiq əlilliyin təyin olunmasının mümkünlüyü formal yoxlanılaraq inzibati orqan tərəfindən öz səlahiyyətlərindən irəli gələn vəzifələr lazımi qaydada icra edilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2021-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. Buna görə də həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı barəsində göndərilmiş sonuncu xx.xx.2021-ci il tarixli göndərişdə göstərilən və hazırda da onda mövcud olan xəstəliklərə görə qoyulmuş diaqnoz və ağırlaşmalar: “Qan dövranı sistemi xəstəlikləri – 11.0. Durğunluq ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hipertoniya); İ20.8. Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s, ÜÇ İ f/s”. Trieoidektomiyadan s/v (2019) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); həmçinin E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, H36.0. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü, 3 işarəsi ilə), VisOD=0,8VisOS=0,8; G63.2 Diabetik polineyropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) Əsasnamədə 3.1.45. daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet,...), (E00-E04, E05, E10, E20-E21.3, E23.3, E24, E25, E27-E27.2, E66); olaraq nəzərdə tutulmuşdu. Eyni zamanda iddiaçıda mövcud olan həmin xəstəliklərlə bağlı qoyulmuş diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2-ci bəndində “Ürəyin işemik xəstəliyi” İ120-İ25; Ürək çatışmazlığı İ50 və 20 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasında 2.2.1. Stenokardiya İ20; Əsasnamənin 11.2.1ci bəndində -insulindən asılı olmayan şəkərli diabet E11, 11.2.5-ci bəndində - şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) E10-E14; diabetik polineyropatiya G63.2. olaraq öz əksini tapmışdır. Nəzərə adınmalıdır ki, İddiaçı əvvəllər də onda mövcud olan xəstəliklərlə bağlı əvvəlcə hər dəfə 1 il müddətinə, daha sonra isə 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 860/2023 saylı 20 aprel 2023-cü il tarixli qərarı “iddiaçıya ikinci dərəcə əlilliyin sonuncu göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-860/2023 saylı 20 aprel 2023-cü il tarixli qərarı “iddiaçıya ikinci dərəcə əlilliyin sonuncu göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov