Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1780/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Mərkəzi Bankına qarşı (üçüncü şəxs: "xxxx" ASC) kompensasiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2021 saylı iş üzrə qəbul etdiyi 17 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-267/2021 saylı iş üzrə qəbul etdiyi 17 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmiş, İddiaçı cavabdeh AR Mərkəzi Bankına qarşı (üçüncü şəxs: "xxxx" ASC) kompensasiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir . İddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, 06.07.2018-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-454/2018 nömrəli əmri ilə 4946,53 ABŞ dolları və 20 manat dövlət rüsumunun ondan alınaraq "xxxx"ASC-yə ödənilməsi qərarlaşdırılmış, Hacıqabul royon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı Hacıqabul Rayon Məhkəməsinin 2(071)-454/2018 nömrəli əmrinə etiraz etmiş, əmr ləğv olunaraq iddia icraatına keçirilmişdir. Müqavilənin etibarsız hesab olunması ilə bağlı məhkəmə prosesləri davam etdiyindən Hacıqabul Rayon Məhkəməsində olan iddia icraatı baxılmamış saxlanıldı. İddiaçı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya komisiyasınm #21386 nömrəli Qərarı ilə razılaşmayaraq 1 saylı Bakı İnzabati-İqtisadi Məhkəməsinə müracət emişdir. "xxxx"ASC Maliyyə Bazarlarına Nəzarət Palatasına sənədləri göndərərkən Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 454/2018 nömrəli əmrini qanuni qüvvəyə minmiş Məhkəmə Əmri kimi əsas götürmüş, buna görə də onunla bağlı hesablanma səhv aparılmışdır. Bakı İnzibati Məhkəməsində 17.03.2021-ci il tarixli 2-1(112)-267/2021 saylı Qərar qəbul edilərkən iddia ərizəsində göstərilənlər (ödənişlərin əsas borca deyil faiz borcuna yönəldilməsi) əsas gətirilərək idda təmin edilməmiş, vəsatətdə göstərilənlər (Hacıqabul Rayon Məhkəməsinin 2(0711- 454/2018 nömrəli əmri ləğv olunsa da bu əmr qanuni qüvvəyə minmiş əmr kimi əsas götürülmüş və buna uyğun olaraq hesablanma aparılmışdır) nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: - İddiaçı ilə "xxxx" ASC arasında 17.02.2015-ci il tarixində 4.331,00 ABŞ dolları dəyərində kredit müqaviləsi bağlanmışdır; - Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında 17.02.2015-ci il tarixində bağlanmış 4.331,00 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə qalıq qalan 4.331,00 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 1.082,75 manat kompensasiya məbləği və 21.12.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3.913,45 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq 2.348,07 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixinə) həmin müqavilə üzrə 3.825,40 ABŞ dolları (6.503,18 manat) əsas kredit borcu qaldığından və yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 3.072,36 manat əsas borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. İddiaçı ona ayrılmış kompensasiya məbləği ilə razılaşmayaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində Apelyasiya şurasına müraciət etmiş, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının #21386 nömrəli, 05.08.2019-cu il tarixli qərarı ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Fərmanı çərçivəsində kompensasiya məbləğləri və restrukturizasiya olunacaq borclar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. - Azərbaycan Respublikası Mərkəzi Bankının 05.02.2021-ci tarixli, 16-00297-2021 saylı məhkəməyə ünvanladığı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında 17.02.2015-ci il tarixində bağlanmış 4.331,00 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə qalıq qalan 4.331,00 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 1.082,75 manat kompensasiya məbləği və 21.12.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3.913,45 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2ci bəndinə uyğun olaraq 2.348,07 manat kompensasiya hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixinə) həmin müqavilə üzrə 3.825,40 ABŞ dolları (6.503,18 manat) əsas kredit borcu qaldığından və yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 3.072,36 manat əsas borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5-ci hissəsinə görə restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə 2019-cu il martın 1-nə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göstərilən tarixə qədər həyata keçirilmiş ödənişlərin yalnış olaraq əsas borca deyil, faiz borcuna yönəldilməsinə gəlincə isə, bu hissədə mübahisə vətəndaşla "xxxx" ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Ayrılmış kompensasiya məbləğilə razılaşmayan iddiaçı Bakı İnzibati Məhkəməsinə AR Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsilə müraciət edərək, ona 1356,1 manat kompensasiya ödənilməsi vəzifəsinin AR Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında 17.02.2015-ci il tarixində bağlanmış 4.331,00 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə qalıq qalan 4.331,00 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 1.082,75 manat kompensasiya məbləği və 21.12.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3.913,45 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq 2.348,07 manat kompensasiya hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixinə) həmin müqavilə üzrə 3.825,40 ABŞ dolları (6.503,18 manat) əsas kredit borcu qaldığından və yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 3.072,36 manat əsas borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5-ci hissəsinə görə restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə 2019-cu il martın 1-nə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göstərilən tarixə qədər həyata keçirilmiş ödənişlərin yalnış olaraq əsas borca deyil, faiz borcuna yönəldilməsinə gəlincə isə, bu hissədə mübahisə vətəndaşla "xxxx" ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə işin faktiki halllarına düzgün qiymət verərək qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28.02.2019-cu il tarixli Fərmanın - 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır;
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. 6.6. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. 6.7. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. 6.8. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. 6.9. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. 6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 2019-cu il 28 noyabr 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının qanunlarına maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İşin hallarından müəyyən edilir ki, 28.02.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında göstərilən məlumatlara uyğun olaraq 17.02.2015-ci il tarixli 50-15-11-004369 nömrəli kredit müqaviləsi ilə iddiaçıya bank tərəfindən 4.331 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının kredit borcunun qalıq məbləği 21.02.2015ci il tarixinə 4.331 ABŞ dolları, 21.12.2015-ci il tarixə 3.913,45 ABŞ dolları və 28.02.2019cu il tarixə isə 3.825,40 ABŞ dolları təşkil etmişdir. devalvasiyaların baş verdiyi tarixlərə iddiaçının krediti üzrə MKR məlumat bazasında 21.02.2015-ci il tarixə 1.082,75 manat (4.331 ABŞ dolları x 0,025), 21.12.2015-ci il tarixə 2.348,07 manat (3.913,45 ABŞ dolları x 0,60) ümumi 3.430,82 manat kompensasiya hesablanmışdır və həmin məbləğ bütünlüklə iddiaçının göstərilən bankda olan borc yükünün azaldılmasına yönəldilmişdir. Kredit üzrə əsas borc məbləği 28.02.2019-cu il tarixinə isə 3.825,40 ABŞ dolları (6503,18 manat ekvivalentində) təşkil etdiyi və kredit borcunun 1228 gün gecikdirilmişdir. Bu səbəbdən iddiaçının bankda Fərmanın 8.6-cı bəndi və Qaydanın 6.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcunun milli valyutada 17.000 manatdan çox olmadığı nəzərə alınaraq hesablanmış kompensasiya çıxıldıqdan sonra 3072,36 manat qalan əsas kredit borcu restrukturizasiya siyahısına daxil edilmişdir. Həmçinin, götürülən kredit müqabilində bank tərəfindən müqavilənin 3.1-ci bəndinə uyğun olaraq kredit məbləğinin 10%-i (faiz) miqdarında xidmət haqqı tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5-ci hissəsinə görə restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə 2019-cu il martın 1-nə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göstərilən tarixə qədər həyata keçirilmiş ödənişlərin yalnış olaraq əsas borca deyil, faiz borcuna yönəldilməsinə gəlincə isə, bu hissədə mübahisə vətəndaşla "xxxx" ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2021 saylı iş üzrə qəbul etdiyi 17 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə
Hakimlər: Cəmilova Xəyalə
Azər Hüseynov