Məhkəmə qərarları › İş №2-1(103)-1780/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1780/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1780/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Elmi-İstehsalat Müəssisəsi) “mənzilin qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4777/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilə nisbətdə ləğv edilməsi və mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə nisbətdə ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 84 saylı mənzilin qeydiyyatının ləğv edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Elmi-İstehsalat Müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1661/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili ərizə təqdim edərək iddia ərizəsinin geri qaytanlmasını va iddianın baxılmamış saxlanması baradə qarardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi geri götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar