Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1781/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, cavabdehin nümayənədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2022 tarixli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-2018-ci ildə təhsil aldığı V.N.Karazin adına Xarkov Milli Universitetində 3-cü kurs dönəmində göstərdiyi üzrlu səbəblərdən dolayı iştirak edə bilməməyinin nəzərə alınmasını və ona məxsus olan B18 № 188549 saylı Ali Təhsil diplomu səviyyəsində yiyələndiyi Geologiya ixtisasının ölkə ərazisində tanınması üçün qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, N.Karazin adına Xarkov Milli Universitetinin “Geologiya” ixtisası üzrə xx.xx.2018-ci il tarixdə ona verilmiş B12 № 188549 saylı bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati 2-1(112)- 5945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Muxtarova apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin materialları ilə müəyyən edilir ki; - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. -Ukrayna “V.N.Karazin adına Xarkov Milli Universitet” tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli B18 № 188549 saylı “Bakalavr” diplomunun surətindən (tərcümə) müəyyən olunur ki, Qulamlı X4 ixtisası üzrə bakalavr dərəcəsini almışdır. -Ukrayna “V.N.Karazin adına Xarkov Milli Universitet” tərəfindən xx.xx.2018-ci ildə № A- 57336-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Ukrayna Elm və Təhsil Nazirliyi Karazin adına Xarkov Dövlət Universiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm Fakultəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 1465/1701 saylı arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən 2014-cü ildən 2018-ci il tarixədək V.N.Karazin adına Xarkov Dövlət Universitetində təhsil almış və Geologiya ixtisası üzrə B18 No 188549 nömrəli bakalavr diplomunu almışdır. İddiaçı, İİİ kursda oxuduğu müddətdə (2016-2017-ci tədris ili) ailə vəziyyətinə (ailə üzvünün xəstəliyi) görə dərslərdə tam iştirak etməmiş, lakin sonradan buraxılmış dərsləri tamamlayaraq buraxılmış fənlərdən imtahanları müvəffəqiyyətlə vermişdir. İddiaçı, özünü çətin vaxtlarda müstəqil işləməyi bacaran çalışqan tələbə kimi göstərmişdir. Xarkov Dövlət Universitetinin nizamnaməsi və daxili qaydaları buraxılış dərsləri sonradan imtahan və testlərdən keçməklə işləmək imkanı verir. Yekun olaraq qeyd olunmuşdur ki, tələbə İddiaçı 2018-ci ildə “Geologiya” ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vuraraq, heç bir kreditin itirmədən diplomunu müdafiə etmişdir. Sərhədkeçmə məlumatlarının sorğulanmasının surətindən müəyyən olunur ki, İddiaçı (xarici pasport: P5182119) xx.xx.2014-cü il tarixdə Biləsuvar nəzarət məntəqəsindən çıxmış, xx.xx.2014-cü il tarixdə Biləsuvar nəzarət məntəqəsindən daxil olmuşdur (5 gün); xx.xx.2014cü ildə Yalama D/Y nəzarət məntəqəsindən BakıXarkov üzrə çıxmış, xx.xx.2014-cü il tarixdə Şıxlı nəzarət məntəqəsindən daxil olmuşdur (143 gün); xx.xx.2015-ci ildə Şıxlı nəzarət məntəqəsindən çıxmış, xx.xx.2015-ci il tarixdə Yalama D/Y Xarkov Bakı istiqaməti üzrə daxil olmuşdur (112 gün); xx.xx.2015-ci ildə Yalama D/Y Bakı-Xarkov istiqaməti üzrə çıxmış, xx.xx.2016-cı il tarixdə Xarkov Bakı istiqaməti üzrə daxil olmuşdur (333 gün); xx.xx.2016-cı il tarixdə Bakı aeroportu Kiyev istiqaməti üzrə çıxmış, xx.xx.2017-ci il tarixdə Bakı aeroportu Kiyev istiqamətindən daxil olmuşdur (31 gün); xx.xx.2017-ci il tarixində Bakı aeroportundan Kiyev istiqamətinə çıxış etmiş, xx.xx.2017-ci il tarixdə Bakı aeroportundan Kiyev istiqamətindən daxil olmuşdur (29 gün); xx.xx.2017-ci il tarixdə Yalama D/Y nəzarət məntəqəsindən Xarkov istiqamətinə çıxış etmiş, xx.xx.2018-ci il tarixdə Yalama D/Y nəzarət məntəqəsindən Kiyev istiqamətindən daxil olmuşdur (291 gün); xx.xx.2018-ci il tarixində Böyük-kəsik nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2018-ci il tarixində Yalama D/Y nəzarət məntəqəsindən Kiyev istiqamətindən daxil olmuşdur (133 gün); xx.xx.2019-cu il tarixində Şıxlı nəzarət məntəqəsindən çıxmış, xx.xx.2019-cu il tarixində Şıxlı nzarət məntəqəsindən daxil olmuşdur ( 1 gün); xx.xx.2019-cu il tarixində Yalama D/Y nəzarət məntəqəsindən çıxmş, xx.xx.2020-ci il tarixində Bakı aeropotundan Xarkov istiqaməti üzrə giriş etmişdir (297 gün); xx.xx.2020-ci il tarixində Şıxlı nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2020-ci il tarixində Şıxlı məntəqəsindən daxil olmuşdur. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, Ukrayna “V.N.Karazin adına Xarkov Milli Universitet”nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78889C5e978596 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, 1-ci instansiya məhkəməsi iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsini, əsas götürərək, cavabdehin imtinasını əsaslı hesab etmiş, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı l il 7 ay 23 gün, ll il 9 ay, lll il 2 ay, lV il 9 olmaqla əyani təhsil aldığı müddətdə daim dərslərdə iştirak etmiş, yalnız lll kursda ailə üzvlərindən biri – İİ qrup ömürlük əlil olan anasında baş verən xəstəliklə əlaqədar müəyyən müddət dərslərdə iştirak edə bilməmişdir. Ancaq daha sonra həmin dərslər üzrə kredit öhdəliklərini icra etmiş, müvafiq imtahanlardan keçmiş və diplom ala bilmişdir. X5 və Təhsil Nazirliyi Karazin adına Xarkov Dövlət Universiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm Fakultəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1465/1701 saylı arayışda da təsdiq edir. Belə ki, arayışa əsasən iddiaçı 2014-cü ildın 2018-ci il tarixinədək V,N,Karazin adına Xarkov Dövlət Universitetində təhsil almış və Geologiya ixtisası üzrə B18No188549 nömrəli bakalavr diplomunu almışdır. İddiaçı lll kursda oxuduğu müddətdə (2016-2017-ci tədrsi ili) ailə üzvünün xəstəliyinə görə dərslərdə iştirak edə bilməmiş, lakin sonradan buraxılmış dərsləri tamamlayaraq buraxılmış fənlərdən imtahanları müvəfəqiyyətlə vermişdir. Xarkov Dövlət Universitetinin nizamnaməsi və daxili qaydaları buraxılış dərsləri sonradan imtahan və testlərdən keçməklə işləmək imkanı verir. İddiaçı 2018-ci ildə “ Geologiya” ixtisası üzrə təhsilini müvəfəqiyyətlə başa vuraraq, heç bir kreditini itirmədən doplomunu müdafiə etmişdir. Göründüyü kimi iddiaçının təhsil aldığı universitet iştirak olunmamanı üzrlü hesab etmiş, həmin dərslərin daha sonra imtahan verilərək tamamlandığını bildirmişdir. Bunları nəzərə alan kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. AR xx.xx.1997-ci tarixli 367- İQ nömrəli Qanunu ilə “ Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 5.1-ci bəndə əsasən, "Hər bir Tərəf digər Tərəfdə ali təhsil proqramı çərçivəsində tamamlanmış təhsil müddətlərini tanıyacaqdır.” Konvensiyanən 5.3-cü bəndinə əsasən, Xüsusilə, hər bir Tərəf aşağıdakı hallarda dəflərinin tanınmasına kömək edəcək: a) ali təhsil müəssisəsi və ya müvafiq təhsil müddətinə cavabdeh olan səlahiyyətli orqanla digər tərəfin ali təhsil müəssisəsi və ya səlahiyyətli tanınma orqanı arasında daha əvvəlki razılaşma olubsa b) təhsil müddətini başa vurduğu ali təhsil müəssisəsi tələbənin qeyd olunan təhsil çün nəzərdə tutulmuş tələbləri müvəffəqiyyətlə yerinə yetirdiyini təsdiq edən mə və ya akademik qeydlər haqqında arayış təqdim etdikdə. Qeyd olunmalıdır ki, Azərbaycan və Ukrayna arasında tanınma ilə bağlı saziş mövcuddur. Belə ki, 00-ci il tarixli, Nıı 919-İQ qanunla Azərbaycan Respublikası Hökuməti və Ukrayna Cabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və liyi haqqında 2000ci il martın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq İkinci halda isə artıq qeyd olunduğu kimi iddiaçıya Ukrayna Elm və Təhsil Nazirliyi dma Xarkov Dövlət Universiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm ərəfindən 11 noyabr 2021-ci il tarixli 1465/1701 saylı arayış verilmiş və təhsil müddəti üçün nəzərdə tutulmuş tələbləri müvəffəqiyyətlə yerinə yetirdiyi bildirilmişdir. Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, “3.6-cı östərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici ili təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan asında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların in doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ ); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.” Göründüyü kimi qanunvericilik təhsil müddəti üçün konkret tələb müəyyən etmiş, yalnız 1 il və daha artıq müddətə çatışmazlıq olarsa, bu halda mənfi rəyin verilməsi müəyyən olunmuşdur. Bu halda isə şəxs İİİ kursda 2 ay tədrisdə iştirak etmiş, qalan müddət olan iştirak edə bilməmişdir. Buna görə də 7 aylıq çatışmayan müddət üçün mənfi rəyin verilməsi bunun əsasında tanınmadan imtina olunması əsassızdır. Cavabdeh inzibati orqan yalnız 1 əsas üzrə - təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün tanınmadan imtina olunmuşdur, şəxsin dil və ixtisas bilikləri ilə bağlı keçirilmiş müsahibə isə müsbət nəticələnmiş, bu barədə cavabdeh hər hansı etiraz irəli sürməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti isə təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1781/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1781/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver