Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1781/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X26 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “məxsusluq barədə arayışın (çıxarışın) verilməsi” haqqında iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-692/2023 saylı qərarından iddiaçıların nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X19 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3352” saylı bağ sahəsinə dair ölmüş babası X11 mülkiyyət hüququnun tanınmasına dair arayışın verilməsi və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X19 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmiş, məhkəmənin 2-1(112)- 5666/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X29 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 18130 №-li müqaviləyə əsasən X11 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 3352 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X15 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, X27 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış və hal-hazırda arxivdə mövcud olan xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqaviləyə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 3352 saylı bağ sahəsi icarəyə verilmişdir. Cavabdeh orqana müraciət edərək, bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsi həmişə mərhum babasının və daha sonra ailələrinin faktiki sahiblik və istifadəsində olmuşdur. Göstərilənlərə əsasən lazımi sənədlər cavabdeh orqana təqdim edilmişdir. Onlara verilmiş imtina qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin 2-1(112)-692/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X1 Sabir Fuad oğlunun etibarnamə üzrə nümayəndəsi kimi mərhum X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3352” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmişdir. İddiaçı2 tərəfindən göstərilən bağ sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 3351 saylı bağ sahəsi kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixli müraciəti zamanı fərqli sahə göstərilmişdir. Belə ki, göstərilən sahə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 A saylı bağ sahəsi kimi X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, döviət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-692/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçıların nümayəndəsi X7 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozub və düzgün tətbiq etməyib. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb, qərarda onlara qiymət verilməyib. O cümlədən, nəzərə alınmayıb ki, 3352 sayh bağ sahəsi, onunla bağlı müvafiq icarə müqaviləsinə heç zaman xitam verilmədiyi, həmin sahədən icarəçi və onun vəfatından sonra vərəsələri 33 il istifadə etdikləri halda, heç cür yoxa çıxa bilməzdi. Məhkəmə ona da tənqidi yanaşmayıb ki, guya 3351 saylı bağ sahəsinin mülkiyyətçisi S.B.Mahmudov xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsi verərək həmin sahənin ölçüsünün 12 sotdan 4 sota azaldılmasına razılıq verib. Sual olunur, qalan 8 sot torpaq sahəsi buxarlanıb? Məhkəmə burada korrupsiya xarakterli hərəkətlər, qərarların mövcudluğu ehtimalı yüksək olduğundan xüsusi qərardad da çıxarmayıb. Məhkəmə ona da diqqət yetirməyib ki, cavabdeh orqanın özünün **********89 №-li xx.xx.2021-ci il tarixli məktubu ilə göndərdiyi cizgidən görünür ki, 3352 saylı bağ sahəsinin ölçüsü əvvəl 25 sot olub, sonradan o, ortadan (diametr üzrə) iki yerə bölünüb: yola baxan hissə 3352 saylı bağ sahəsi kimi rəsmiləşdirilərək Ş.Novruzova verilib, 12 sot 3352 a kimi qeydiyyata alınaraq Zeynalov Akifə verilib; 3352 nömrəli sahədən yola çıxış kimi ölçüsü təxminən 1 sot olan zolaq 3352 a sahəsi üçün verilib. 3352 nömrəli sahənin qonşuluğunda 3351 və 3353 nömrəli sahə olub. Yəni 3351, 3352, 3352 a sahələrinin müxtəlif bağ sahələri olması, bir-birinə aid olmaması məhkəmədə faktiki müəyyən edilib. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar - məhkəmə iddiaçılara məxsus 3352 saylı bağ sahəsini 3352 a saylı bağ sahəsi ilə eyniləşdirərək, faktiki o nəticəyə gəlib ki, iddiaçıların ailəsinin 1989-cu ildən istifadə etdikləri sahə ümumiyyətlə olmayıb. Hətta sübut etmə vəzifəsinin cavabdeh orqanın üzərinə düşməsinə dair imperativ norma da nəzərə alınmayıb. Birinci instansiya məhkəməsinin qərarda göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir - o cümlədən iddiaçıların 3352 saylı bağ sahəsinin mövcud olmaması, onun 3352 a saylı bağ sahəsi ilə eyniləşdirilməsi, 3352 saylı bağ sahəsinə dair icarə müqaviləsinə heç zaman xitam verilməməsi və s. nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə iclasına yanlış və ziddiyyətli rəy vermiş mütəxəssis belə dəvət edilib dindirilməyib. İddiaçıların nümayəndəsi X7 apellyasiya şikayətinə əlavə verərək iddianın tam təmin edilməsi, X17 adına verilmiş xx.xx.2020-ci il tarixli **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli X30 ilə X5 arasında bağlanmış müqavilənin, həmçinin xx.xx.2021-ci il tarixdə X5 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0.1084 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 saylı bağ sahəsinə dair mərhum X16 adına torpaq sahəsinin planı verilmişdir. Məhkəmənin qeyd etdiyi bu xüsusat iş materiallarında mövcud olmasına baxmayaraq, məhkəmə həmin “fakta” istinad etmişdir. Halbuki, iş materiallarından görünür ki, Zeynalov Akifin adına yalnız 3352A saylı bağ sahəsinə çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş çertyojda görünür ki, 3352 saylı torpaq sahəsi ərazisində qondarma 0.043 ha 3351 saylı ikinci torpaq sahəsi ayrılmışdır. İş materiallarında xx.xx.2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin qərarı mövcuddur. Həmin qərarda göstərilir ki, “iddiaçı X9 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qismən, yəni iddianın “aktın və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, torpaq sahəsində istifadə hüququnun bərpa edilməsi barədə“ hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X9 cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, X20 və 3-cü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddiası qismən - “aktın və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, torpaq sahəsində istifadə hüququnun bərpa edilməsi barədə“ hissəsində təmin edilsin. Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin, Maştağa Bələdiyyəsinin sədrinin və X14 Ləhiş ərazisi üzrə mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli Akt Bakı şəhəri, Sabunçu rayonu. X35 yerləşən 3351 nömrəli bağ sahəsinə dair hissədə etibarsız hesab edilsin və həmin bağ sahəsinə iddiaçı X9 hüququ bərpa edilsin. Həmin bağ torpaq sahəsi üzrə xx.xx.2005-ci il tarixli aktın doğurduğu nəticələr — Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən (yeni təşkil olunmuş) 3351 nömrəli bağ sahəsinin X17 icarəsinə verilməsinə dair onunla keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi arasında bağlanmış 28500 nömrəli xx.xx.2006-cı il tarixli icarə müqaviləsi, habelə həmin bağ sahəsinin X17 mülkiyyyətinə verilməsi barədə AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” (əvvəlki, hazırda mübahisəli) 3351 nömrəli bağın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Qətnamə qalan hissədə, yəni iddianın Bakı şəhər Sabunçu rayonu X35 yerləşən (əvvəlki, hazırda mübahisəli) 3351 nömrəli bağ sahəsinə iddiaçı X9 mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasının hissəsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın”. Qeyd olunanlardan görünür ki, məhkəmə tərəfindən X17 adına verilmiş müqavilə və çıxarış tam ləğv olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə X30 adına **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən həmin 3351(?) saylı 0.043 ha bağ sahəsinə təkrar çıxarış verilmişdir. Beləliklə, iş üzrə materiallardan görünür ki, 3351 sayı ilə iki nəfərə torpaq üzərindən mülkiyyət çıxarışı verilmişdir. Məhkəmədə həmin sənədlərin tələb edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, təəssüflər olsun ki, vəsatətləri təmin edilməmişdir. X17 adına verilmiş qanunsuz çıxarış əsasında da xx.xx.2021-ci ildə X5 ilə alqı-satqı müqaviləsi bağlanmışdır. X30 ilə X5 arasında qanunsuz bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində X2 adına çıxarış verilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi X21 tərəfindən verilmiş mütəxəssis rəyinin şübhəli olmasına, həmin mühəndisin məhkəməyə dəvət edilib dindirilməsini xahiş etmələrinə baxmayaraq, məhkəmə bu vəsatətlərini də əsassız olaraq təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-692/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023cü il tarixli, 2-1(112)-692/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs S.X.Zeynalova məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdən görünür ki, xx.xx.2000-ci ildə ölmüş X11 qanun üzrə vərəsələri xx.xx.1993-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2dur. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə doğulmuş İddiaçı1 Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Bakı şəhəri Yasamal rayonu ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon X10 Qeydiyyatı şöbəsinin XV İİЖГ seriyalı, 425193 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı1 28 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuşudur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1993-cü ilin noyabr ayının 2-ci günündə 2984 № ilə qeydə alınmışdır. Atası qismində X22, anası qismində isə X31 qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2018-ci ildə verilmiş AZ-İV seriyalı 151169 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2000-ci ilin aprel ayının 11-ci günündə 581 № ilə qeyd edilmişdir. Atası qismində X7, anası qismində X31 qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 121750 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X27 xx.xx.2000-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 01 ayının 18 günündə 51 № ilə qeyd edilmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 476 №-li 14 aprel 2022-ci il tarixli məktubda xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 vərəsələri olaraq xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət etmiş və müraciətinə əsasən onların adına xx.xx.2012-ci il və xx.xx.2012-ci tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırki torpaq sahəsi üzərində məhkəmə mübahisəsi olduğuna görə mübahisə bitənədək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış **********89 saylı xx.xx.2021-ci il tarixli məktubda onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3352 saylı bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair xx.xx.2021-ci il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxıldığı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 3352 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı idarəsi ilə X27 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqavilənin idarənin arxivində mövcud olduğu, sorğu ilə əlaqədar olaraq xx.xx.1989-cu il tarixli, 18130 nömrəli müqavilənin və cizginin təsdiq edilmiş surətinin ona göndərildiyi qeyd olunmuşdur. Bağ sahəsinin icarəyə verilməsinə dair 18130 №-li xx.xx.1989-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər X25 1969-cu il tarixli 13 №-li protokoluna əsasən Ləhiş bağ ərazisində 0,12 ha torpaq sahəsində yerləşən 3352 saylı bağ sahəsi X11 istifadəsinə ayrılmışdır. Müqaviləyə əlavə olunmuş cizgidə bağ sahəsinə qonşu bağlar 3638/3351; 3794/3493 və 3640/3353 saylı bağlar qeyd olunmuşdur. İddiaçıların müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********88 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, mərhum X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3352 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizələrinə tərəflərindən baxılmışdır. Göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olmuş mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1519,0 kv. metr təşkil edir (üzərində tikili yoxdur). Göstərilən ümumi torpaq sahəsinin 390,0 kv. metr hissəsi digər fiziki şəxs tərəfindən bir sıra mişar daşı düzülərək ayrılıb. Torpaq sahəsi mübahisəlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən 1519,0 kv. metr hissədə iki torpaq sahəsi **********24 (X4 məxsus 3351 saylı bağ sahəsi 430,0 kv.m) və **********2 (X23 məxsus 3352A saylı bağ sahəsi 1084,0 kv.m) reyestr nömrələri ilə qeydiyyata alınıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X20 Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 1114 saylı protokoluna əsasən Sabunçu rayonu Ləhiş qəsəbəsində 3351 saylı bağ evi tikintisi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair plan və ölçü hazırlanmışdır. Bu barədə Dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 202 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 3351 saylı bağ sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəsi ilə X17 adına qeydə alınmışdır. ünvan 4 ünvanında qeydiyyatda olan X30 tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada verilmiş ərizənin surətindən müyyən olunur ki, Sabunçu rayonu Ləhiş bağı 3351 saylı bağ sahəsinin 0,0430 ha qeyd olunmasına etiraz etmir, yazılanlar öz sözlərinə əsasən yazılmışdır və yazılanları öz imzası ilə təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə sənəd üzrə sahəsi 0.043 ha, faktiki sahəsi 0.043 ha olan ünvan 5nə dair X17 adına torpaq sahəsinin planı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində sahəsi 0,043 ha olan 3351 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr nömrəsi **********24) Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində X17 adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X5 tərəfindən ünvan 5 ünvanında yerləşən ümumi 0.043 olan torpaq sahəsi X12 dəyəri ödənilməklə satın alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində sahəsi 0,043 ha olan 3351 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr nömrəsi **********24) Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 10552 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 241 №-li xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, X13 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisində X5 tərəfindən müraciət olmuşdur. X16 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə X2 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 3352a saylı bağa X16 adına çıxarış verilməsi xahiş olunur. ünvan 8 ünvanında qeydiyyatda olan X5 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci ildə vəfat etmiş X16 faktiki istifadəsində olmuş ünvan 9 ünvanda yerləşən sənəd üzrə 1200 kv.m torpaq sahəsinin azalmasına və faktiki 1084 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bağ sahəsinin icarəyə verilməsinə dair 26518 №-li xx.xx.1989-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər X25 xx.xx.1989-cu il tarixli 9/333 saylı protokoluna əsasən Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 3352a saylı bağ sahəsi X16 istifadəsinə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0.1084 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 saylı bağ sahəsinə dair mərhum X16 adına torpaq sahəsinin planı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi (0,1084 ha) 3352A saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə (Reyestr № **********02) Daşınmaz əmlakın dövlət reyestrində 1041 nömrəli reyestr kitabının 103416 nömrəli vərəqində X16 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçıların mübahisəli torpaq sahəsinə dair mərhum babalarına məxsus olması barədə arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinin iddiaçıların faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən isə iddiaçılar tərəfindən faktiki göstərilən sahənin xüsusi mülkiyyət hüququ ilə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mütəxəssis rəyinin alınması üçün (müvafiq ekspertizanın keçirilməsi məqsədilə) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, İdarənin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımadığından bağ sahəsinin faktiki koordinatlarını və ölçülərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçıların nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-692/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1781/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1781/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver