Məhkəmə qərarları › İş №2-1(103)-1782/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1782/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1782/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzrərinə öhdəliyin qoyulması”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzrərinə öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardım ilə bağlı əmək haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi məqsədilə İddiaçı1 adına 1440 manat, İddiaçı2 adına 7068 manat, İddiaçı3 adına 210 manat, İddiaçı4 adına 942 manat və İddiaçı5 adına cəmi 31.688 manat (9.144+22.544 manat) vəsait ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsinə dair Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 DGK İstintaq İdarəsi müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli, Yasamal rayon Polis İstintaq Şöbəsinin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli, Yasamal rayon Polis İstintaq Şöbəsinin müstəntiqlərinin xx xxxxxx 2019-cu il tarixli qərarları ilə ibtidai istintaq zamanı ayrı-ayrı dörd iş üzrə təqsirləndirilən şəxslərə, cəmi 240 saat hüquqi yardım göstərmiş, göstərilən hüquqi yardımın əmək haqqı 1440 manat təşkil etmişdir. İddiaçı2 DGK İstintaq İdarəsi, Yasamal RP İstintaq Şöbəsi və digər icra hakimiyyəti orqanları istintaq idarəsi müstəntiqlərinin 30 sayda qərarları üzrə təqsirləndirilən şəxslərə cəmi 1178 saat hüquqi yardım göstərmiş, göstərilən hüquqi yardımın əmək haqqı 7068 manat təşkil etmişdir. Əliyev X1 rayon Polis İstintaq Şöbəsi müstəntiqinin 1 sayda qərarı üzrə təqsirləndirilən şəxsə, cəmi olaraq 35 saat hüquqi yardım göstərmiş, göstərilən hüquqi yardımın əmək haqqı 210 manat təşkil etmişdir. İddiaçı4 DGK İstintaq İdarəsi, Yasamal rayon Polis İstintaq Şöbəsi və digər icra hakimiyyəti orqanları istintaq idarəsi müstəntiqlərinin 3 sayda qərarları üzrə təqsirləndirilən şəxslərə cəmi 157 saat hüquqi yardım göstərmiş, göstərilən hüquqi yardımın əmək haqqı 942 manat təşkil etmişdir. İddiaçı5 Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi, Yasamal rayon Polis İstintaq Şöbəsi və digər icra hakimiyyəti orqanları istintaq idarəsi müstəntiqlərinin 23 sayda qərarları üzrə təqsirləndirilən şəxslərə, hüquqi yardım göstərmiş, göstərilən hüquqi yardımın əmək haqqı 9144 manat təşkil etmişdir. Bundan başqa 2017- 2019-cu illər 48 sayda qərar Cavabdehnə təqdim olunmuş, həmin qərarlar üzrə göstərilən hüquqi yardımın əmək haqqı 22.544 manat təşkil etmişdir. Lakin həmin qərarlar Cavabdehndə yoxa çıxdığından həmin qərarları məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli Qərarına müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda mövcud dövr üçün hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qərarlar həmişəki kimi icra edilməsindən ötrü Cavabdehnə təqdim olunsa da, icra edilməmiş vəziyyətdə saxlanılmış, yekunda əmək haqqları dövlət hesabına ödənilməsi təmin olunmadan geri qaytarılmışdır. Qərarlar icra edilməsindən ötrü 2019-cu ildə təqdim edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən imtina barədə rəsmi cavab 2020-ci ilin aprel ayında poçt vasitəsilə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, qərardad əsassız və qanunsuzdur. Cavabdeh Başçısının 371/D saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda 2019-cu il üçün əmək haqqının ödənilməsinə dair qərarların icra edilməsindən əsassız olaraq imtina edilmişdir. Məktubun məzmunundan görünür ki, yalnız 2020-ci ilin yanvar ayından etibarən vəkillərin əmək haqqının Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Yanvar 2020-ci ilə qədər olan qərarlar isə birmənalı olaraq İcra Hakimiyyəti tərəfindən ödənilməli olduğu halda bu vəzifənin icra edilməsi, başqa sözlə əmək haqqı kimi qərarlarda göstərilən məbləğin təyinatı üzrə köçürülməsi öhdəliyi, məhkəmə qərarının icra edilməsi öhdəliyi, vəzifə olaraq Cavabdeh üzərinə qoyulmalı, bu barədə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməli idi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı2 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında digər iddiaçılar və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin işitrakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər iddiaçılar və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olaraq ibtidai istintaq dövründə ayrı-ayrı təqsirləndirilən şəxslərə 2017-2019-cu illər üzrə müdafiəçi qismində göstərdikləri hüquqi yardıma görə onlara ödənilməli olan məbləğin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını tələb edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə iddiaçılar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olaraq ibtidai istintaq dövründə ayrı-ayrı təqsirləndirilən şəxslərə 2017-2019-cu illər üzrə müdafiəçi qismində göstərdikləri hüquqi yardımla bağlı müvafiq sənədləri, o cümlədən İstintaq və Təhqiqat İdarəsinin təqsirləndirilən şəxsə hüquqi yardım üçün haqqın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi haqda qərarlarını cavabdeh inzibati orqana təqdim edərək onlara ödənilməli olan məbləğin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini tələb etmişlər. İş üzrə birinci instansiya məhkəməsi ona istinad etmişdi ki, iş materiallarında olan sənədlər əsasında iddiaçılar tərəfindən hüquqi yardıma görə vəsaitin ödənilməsi ilə bağlı hesabatla məhkəməyə müraciət olunaraq, bununla bağlı əsaslandırılmış qərarların mövcud olması müəyyən edilməmişdir. Həmin qərarlar cavabdehə təqdim edilmədiyindən cavabdehin hər hansı öhdəliyi yaranmamışdır. Belə olan halda məhkəmə iddianın qeyrimümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçıların iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir Həmin Məcəllənin 193.3-cü maddəsinə əsasən məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmçinin tərəflər arasında inzibati hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli qərarının 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar iddia etdikləri dövrlər üzrə dövlət hesabına göstərdikləri hüquqi yardıma görə vəsaitin tələb edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən həmin müraciətə İstintaq və Təhqiqat İdarəsinin təqsirləndirilən şəxsə hüquqi yardım üçün haqqın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi haqda qəbul etdiyi qərarları da əlavə etmişlər. Qeyd olunan qərarların məzmunundan iddiaçıların təqsirləndirilən şəxslərə hüquqi yardım üçün neçə saat vaxt sərf etmələri və buna görə hesablanan əmək haqqının miqdarı aydın şəkildə görünür. Lakin birinci instansiya məhkəməsi əsaslandırılmış qərarların cavabdehə təqdim olunmadığına istinad edərək iddianın qeyri-mümkünlüyü nəticəsinə gəlmişdir. Cavabdeh inzibati orqan 371/d saylı xx.xx.2020-ci tarixli məktubla tələbin təmin olunmasından imtina edərkən ona əsaslanmışdı ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan xidmət haqları Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ödənilir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edilməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, iddiaçıların müraciətinə münasibətdə cavabdehin imtinası qanunda göstərilən və təqdim edilməsi zəruri olan sənədlərin təqdim olunmamasına görə deyil, sadəcə həmin müraciətlə bağlı verilməli olan xidmət haqqının müvafiq ərazi qurumu tərəfindən deyil, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən həyata keçirilməsi ilə bağlı olmuşdur. Lakin qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Buna görə də məhkəmə kollegiyası hazırki iddianın “əsaslandırılmış məhkəmə qərarlarının olmaması və cavabdehə təqdim edilməməsi ilə bağlı” mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılartərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar