Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1782/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi tələbinə dair 2-1(112)-11353/2021 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-11353/2021 saylı qərardadı ləğv olunaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalar məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətləri tənzimləyən yeganə normativ aktdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, işğal zamanı və işğaldan sonra doğulmuş uşaqlardan yalnız valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. İddiaçı atası X3 tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 158913Ns-li məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olsa da, xx.xx.2015-ci il tarixindən hal-hazıradək Abşeron rayonu, Xırdalan şəhəri. N.Əliyev prospekti. RPŞ- də qeydiyyatda olduğundan, Qaydaların 4.1.6-cı bəndinin tələbinə uyğun olaraq, iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. İddiaçı yetkinlik yaşına çatanadək valideyni Qanuni nümayəndə himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması halı belə, onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Vətəndaşlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2013- cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. Qaydaların 4.1.6-cı bəndi isə işğal zamanı və işğaldan sonra doğulmuş uşaqlardan yalnız valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsini şərtləndirir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar qüvvəyə minənədək, məcburi köçkünlərə "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətləri tənzimləmiş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Kollegiyasının 2004-cü il 16 iyul tarixli qərarında da valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulduğundan, qüvvədə olan Qaydaların 4.1.6-cı maddəsinin sonradan qəbul edildiyinin və həmçinin iddiaçının vəziyyətini ağırlaşdırdığının bildirilərək ona münasibətdə geriyə tətbiq edilə bilməməsinin qeyd olunması tamamilə yolverilməzdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü ildə doğulmuşdur. - 30.10.2004-cü ildə Sabunçu rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 539712 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2004cü ildə doğulmuş İddiaçı atası X21, anası isə X7r. - AZE seriyalı 15177935 №li və AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Xankəndi şəhərində doğulmuş X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, RPŞ ünvanında, xx.xx.1975-ci ildə Füzuli şəhərində doğulmuş Qanuni nümayəndə Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanında qeydiyyatdadır. - X15 məxsus SX seriyalı ******* №-li Hərbi biletin surətindən müəyyən olunur ki, AR SHXÇDXnin Bakı şəhəri Qardağ rayon şöbəsi tərəfindən ona xx.xx.2015-ci il tarixdə təkrar hərbi bilet verilmişdir. X10 xx.xx.2009-cu il tarixdə Qaradağ idarəsində qeydə alındığı, xx.xx.2015-ci il tarixdən Qaradağ idarəsindən qeydiyyatdan çıxarıldığı, xx.xx.2015-ci il tarixdə isə Abşeron rayon şöbəsində hərbi qeydiyyata alındığı hərbi biletdə qeyd olunmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 158913 №li məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1974-cü il təvəllüdlü X19 1988-ci ildən Xankəndi şəhərindən, xx.xx.2018-ci il tarixdə verilmiş 402925 №li məcburi köçkün vəsiqəsindən (notarial qaydada təsdiq olunmuş surətindən) isə müəyyən olunur ki, 1975-ci il təvəllüdlü Qanuni nümayəndə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1378/2005 saylı qətnaməsi ilə X19 və X11 arasında 910 nömrə ilə qeyd edilmiş 01 noyabr 2003-cü il tarixdə bağlanmış nikahın pozulması, Azyaşlı İddiaçı anası X5 himəyəsinə verilməsi, X8 hər ay sabit məbləğdə uşağın saxlanmasına görə 30 manat aylıq qazancı müəyyən edilərsə onun ¼ hissəsində aliment tutulması qət edilmişdir. - Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 201990 №li nikah nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 ilə X11 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2008-ci ilin avqust ayının 29 günündə 153 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Zeynalova soyadı verilmişdir. - Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Azrbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 160 nömrəli məktuda (surətində) qeyd olunmuşdur ki, X17 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Hal-hazırda Bakı şəhər Səbail rayonunda yaşayır. Nazirlər Kabinetinin xx.xx.2017-ci il 11 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinəti almır. Əri X1 şəhərindən məcburi köçkün düşüb, xx.xx.1998-ci ildə vəfat edib. X9 hal-hazırda Bakı şəhər Qaradağ rayonunda qeydiyyatda olan övladı X10 Xankəndi şəhərinin işğalı zamanı 18 yaşı tamam olmadığına görə pasport qeydiyyatı olmamışdır. Odur ki, X10 övladı İddiaçı məcburi köçkün vəsiqəsi almasına köməklik göstərilməsi xahiş edilir. Əsas: Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 151 saylı arayışı. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsi tərəfindən verilmiş 0xx/xx-2113 nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X19 xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1B, mənzil 31; xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Neftçilər prospekti, 129-da; xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 7-də qeydiyyatda olmuş; xx.xx.2015-ci il tarixdən halhazıradək Abşeron rayonu, Xırdalan şəhəri, N.Əliyev prospekti, RPŞ-də qeydiyyatdadır. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli 82 saylı arayışdan müəyyən olunur ki, 2004-cü ildə doğulmuş İddiaçı Nazım qızı həqiqətən Füzuli şəhəri PMK-15 qəsəbəsində daimi qeydiyyatdadır. Məcburi köçkündür və hal-hazırda köçkün kimi müvəqqəti olaraq Nərimanov rayonu, Koroğlu Rəhimov 824-cü, 835-ci məhəllə 6 saylı xəstəxana yataqxanada məskunlaşıb. İddiaçı 33 manat aylıq müavinət aldığı qeyd olunmuşdur Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 02/652 №li 18 mart 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə X15 AA № 158913 seriya və nömrəli vəsiqəyə əsasən məcburi köçkün statusu verilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli 01/5626 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərlə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə görə,valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Kollegiya qeyd edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin lll hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdehin apellyasiya şikayətinə münaisbətdə kollegiya qeyd edir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik müxtəlif cinslərlə bağlı fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə tərkibi hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçıların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”. Məhkəmə kolegiyası onu da nəzərə alır ki, iddiaçının valideynləri boşanmışlar, iddiaçı atasından ayrı, ana ilə birgə yaşayır, atadan yalnız 30 manat aliment alır, atasının evi yoxdur, O, rayon polis şöbəsində qeydiyyata düşmüşdür. Bu cür vəziyyətdə, habelə ana tənha ana olduğundan atanın qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması uşağa məcburi köçkün statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1782/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1782/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver