Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1783/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə 2-1(112)-2093/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbin dəqiqləşdirilməsi dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə mərhum X2na ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 160 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinin bağların sxematik xəritəsinə uyğunlaşdırmaqla, mərhum X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı daha sonra yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 1/144 saylı qərarına əsasən 27 mart 1990- cı il tarixli 5 saylı orderlə mərhum X2na ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinə dair mərhum X4 adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X6ı və istismarı Birliyi tərəfindən verilmiş 05 nömrəli 27 mart 1990-cı il tarixli orderə əsasən X2na Bakı şəhər icraiyyə Komitəsinin 1/44 qərarına əsasən 0.12 ha torpaq sahəsi olan 5581 nömrəli bağ ayrılmışdır. X2 21 yanvar 2000-ci ildə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin yanvar ayının 25 günündə 78 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 29 aprel 2021-ci il tarixli 503 nömrəli məktubla müraciət olunmuş, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə xx.xx.2000-ci ildə vəfat etmiş X4 vərəsəsi İddiaçı tərəfindən müraciət olunmuş, X4 xx.xx.2000-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********78 nömrəli 17 may 2021 -ci il tarixli bağ sahəsinə dair məlumatın və sənədin surətinin verilməsi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin idarənin arxivində mövcud olan siyahısında X4 adı göstərilmiş, lakin X4 adına 160 saylı BTK nəzdində Ləhiş bağ massivində 0.12 hektar torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin ərizə ilə təqdim edilən order) İdarənin arxivində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5581” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə **********61 nömrəli 05 iyul 2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, koordinatlarla göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Bundan əlavə təqdim edilmiş 27 mart 1990-cı il tarixli, 1/144 saylı orderin arxiv arayışı ilə həmin orderin surətində qeyd olunan tarix arasında uyğunsuzluq vardır. Eyni zamanda vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan daxil olmuş məktubda mərhumun ad, soyad və ata adı ilə vərəsənin ad, soyad və ata adı eyni qeyd olunduğu üçün mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi məqsədə uyğundur. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********38 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən yerli baxış aparılan zaman müəyyən olmuşdur ki, iddiaçı tərəfindən koordinatlarla göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən bağ sahəsi “5580” nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Bundan əlavə təqdim etdilmiş 27 mart 1990-cı il tarixli, 1/144 saylı orderin arxiv arayışında qeyd olunan tarixi ilə həmin orderin surətində əks olunan tarix arasında uyğunsuzluq vardır. xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı isə iddiaçı tərəfindən fərqli torpaq sahəsi göstərilmiş, həmin şərti olaraq göstərilən sahə digər fiziki şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********61 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, **********73 nömrəli və xx.xx.2021-ci il tarixli **********86 məktublar ünvanlanmışdır. ünvan 2ixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin 1/144 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə İddiaçı babası - mərhum X5 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinə dair mərhum X4 adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (arayış) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində sübutlar aşağıdakı ardıcıllıqla araşdırılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X6ı və istismar birliyinin 27 mart 1990cı il tarixli 5 nömrəli orderinin surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin 1/44 saylı qərarına əsasən 160 nömrəli BTK nəzdində X1 0,12 ha olan 5581 saylı bağ ayrılmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-02420-2021 saylı məktubu ilə təqdim olunmuş Bakı şəhər X16 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarından arxiv çıxarışının surətindən müəyyən olunur ki, 160 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin Siyahısında Azərbaycan SSR xalq artisti İddiaçı adı qeyd olunmuşdur. - Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ seriyalı 031011 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 5 saylı Notariat ofisi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 503 nömrəli məktubda qeyd olunmuşdur ki, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə xx.xx.2011-ci ildə vəfat etmiş X4 vərəsəsi X11 tərəfindən müraciət olunmuşdur. X4 xx.xx.2000-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********78 saylı məktubda qeyd olunmuşdur ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 5581 saylı bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair müraciətinə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin İdarənin arxivində mövcud olan siyahısında X4 adı göstərilməmişdir. Lakin, X4 adına 160 saylı BTK nəzdində Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********34 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mövcud vəziyyətdə kənardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Giriş qapısı bağlı olduğundan bağ sahəsinə daxil olmaq mümkün olmamışdır (x-410960; y4492803). Bu sahə elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağlar massivi üzrə 5578 saylı bağ sahəsi olaraq digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********52 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mövcud vəziyyətdə kənardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Giriş qapısı bağlı olduğundan bağ sahəsinə daxil olmaq mümkün olmamışdır (x-410960; y4492803). Bu sahə elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağlar massivi üzrə 5578 saylı bağ sahəsi olaraq digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İdarənin arxiv məlumatlarına əsasən 160 nömrəli BTK nəzdində Ləhiş bağlar massivində 0.12 ha torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) aşkar edilməmişdir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan məktubu ilə keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritənin bir hissəsinin ksero surəti birinci instansiya məhkəməsin təqdim edilmişdir. Məhkəmə baxışı zamanı həmin sxematik xəritəyə tərəflərin birgə iştirakı ilə baxış keçirilərkən 160 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 və 5580 saylı bağ sahələrinin yan-yana yerləşməklə, həmin xəritədə əks olunduğu müəyyən olunmuşdur. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********85 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən 160 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 və 5580 saylı bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********1 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Kordinatlarla götərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən bağ sahəsi 5580 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Bundan əlavə təqdim edilmiş 27 mart 1990-cı il tarixli 1/144 saylı orderin arxiv arayışı ilə həmin orderin surətində qeyd olunan tarix arasında uyğunsuzluq var. Eyni zamanda vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan daxil olmuş məktubda mərhumun ad, soyad və ata adı ilə vərəsənin ad, soyad və ata adı eyni qeyd olunduğu üçün mərhumun ölüm haqqında şəhadətnamənin təqdim edilməsi məqsədəuyğundur. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********73 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli təkrar müraciətinə baxılmışdır. Qeyd edilən məsələ ilə bağlı mmüraciətinə xx.xx.2021-ci il tarixli **********61 nömrəli məktubda cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********86 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Şərti olaraq göstərilən sahə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə iddiaçının mərhum X2na Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 160 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsi ayrılmış və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində olan keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 160 nömrəli BTK nəzdində 5580 saylı bağ sahəsi ilə yanaşı 5581 saylı bağ sahəsinin də əks olunduğu və cavabdeh İdarənin mütəxəssisləri tərəfindən həmin ərazidə həyata keçirilmiş müayinə zamanı qeyd bağ sahələrinin faktiki cəhətdən də mövcudluğunun müəyyən edildiyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, birinci intansiya məhkəməsinin iddianı təmin etməklə Bakı şəhər İcraiyyə Komitəsinin 1/144 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə İddiaçı babası - mərhum X5 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinə dair mərhum X4 adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (arayış) verilməsinə dair gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə iddiaçının mərhum X2na Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 160 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsi ayrılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində olan keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 160 nömrəli BTK nəzdində 5580 saylı bağ sahəsi ilə yanaşı 5581 saylı bağ sahəsinin də əks olunduğu və cavabdeh İdarənin mütəxəssisləri tərəfindən həmin ərazidə həyata keçirilmiş müayinə zamanı qeyd bağ sahələrinin faktiki cəhətdən də mövcudluğunun müəyyən edildiyi sübuta yetirilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının (mərhum babasının) qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində olan keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 160 nömrəli BTK nəzdində 5580 saylı bağ sahəsi ilə yanaşı 5581 saylı bağ sahəsinin də əks olunduğu və cavabdeh İdarənin mütəxəssisləri tərəfindən həmin ərazidə həyata keçirilmiş müayinə zamanı qeyd bağ sahələrinin faktiki cəhətdən də mövcudluğunun müəyyən edildiyi sübuta yetirildiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə ünvan 2ixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1783/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1783/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver