Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1785/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(112)-208/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və iddiaçının adına reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X2 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati mübahisə olduğunu bildirərək və bununla əlaqədar iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(112)-208/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi tələbinə dair inzibati mübahisəyə dair 2-1(112)-208/2021 saylı inzibati iş üzrə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi barədə 2-1(112)-125/2021 saylı inzibati iş üzrə mübahisə həll edilənə kimi dayandırılmışdır. İddiaçı apellyasiya şikayəti verərək, hazırkı halda iki tələb arasında hər hansı bir asılılığın olmadığını bildirərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan təqdim edilmiş iddia ərizəsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X2 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi hazırda 2- 1(112)- 125/2021 saylı nömrə ilə Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin icraatındadır, iş üzrə məhkəmə iclası təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-125/2021 saylı iş ilə əlaqəli olduğundan hazırki işə baxılması Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-125/2021 saylı inzibati iş üzrə mübahisə həll edildikdən sonra mümkündür. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı inzibati işin dayandırılmasına əsas olmuş iş üzrə mübahisəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi ilə bağlı mübahisə üzrə məsələ həll edilməyənə qədər, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə texniki pasportun tərtib edilməsi və reyestrindən çıxarışın verilməsi tələbinə qiymət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qərardadı dəyişdirilmədən saxlanmalı və apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(112)-208/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1785/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1785/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver