Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1785/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus EZ seriyalı ******* saylı 14.10.2020-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 09.08.1999-20.05.2020-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 20.05.2020 il tarixli 0363 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi ximətdən ehtiyata buraxılmışdır. 23 noyabr 2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsindən) görünür ki, X13 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 5, 70 saylı mənzil İddiaçı kirayəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən kirayə müddəti 23.11.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, kirayə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 22.05.2009-cu il tarixli, AZ-İ № 386093 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 15.05.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15.05.2009-cu ildə 08 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/665 saylı məktubunda qeyd olunmuşdur ki, Nizami Bələdiyyəsinin avtomatlaşdırılmış məlumat sistemində olan məlumata əsasən İddiaçı Nizami Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/1281 saylı 16.12.2021-ci il tarixli arayışında ünvan 3 ünvanında müvəqqəti yaşayan X3 ondan ötəri ki, Nizami Bələdiyyəsi tərəfindən, torpaq sahəsinin ayrılması Bələdiyyənin avtomatlaşdırılmış məlumat sistemində qeydə alınmaması qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən 16.12.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı, X6, X2 və X7 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 827 saylı 17.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatda olan 1982-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı 09.08.1999-cu il tarixdən 25.07.2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant vəzifəsində həqiqi hərbi xidmət, 25.07.2003-cü il tarixdən 20.05.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit heyətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 20.05.2020-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 21.06.2021-ci il tarixli, 3191 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan İddiaçı hərbi qulluq keçdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış X-17-068 saylı 07.05.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. Diqqətinizə çatdırılır ki, 20.05.2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0363 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığınıza görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar sizə şamil edilə bilməz. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ilin iyul ayında BABKM-a qəbul olunmuşdur. 2003-cü ilin iyun ayında BABKM-da təhsilini başa vurmuşdur. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikasının MN-də leytenant rütbəsində xidmətə qəbul olunmuşdur. 2020-ci ilin may ayının 20-ə qədər Azərbaycan Respublikasının MN-də hərbi xidmətdə olmuşdur. 2020-ci ilin may ayının 20-də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ”j” bəndinə (öz arzusuna görə) mayor rütbəsində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq 20 təqvim ilindən çox hərbi xidmət illəri olduğuna görə pensiya alır. Hal-hazırda Azərbaycan Respublikasının MN-nin ehtiyatındadır. Xidməti dövr ərzində evlə (mənzillə) təmin edilməmişdir, evi yoxdur, hal-hazırda ünvan 3 ünvanında kirayədə yaşayır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. Nəzərinizə çatdırılır ki, 20.05.2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0363 №-li əmri ilə “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar İddiaçı şamil edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və 2 uşağı) mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən onun xidmət müddətinin 15 ildən çox olmasını nəzərə almamışdır. Məhkəmə yalnız cavabdeh orqanın cavab məktubundakı hallara istinad etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında, şəxsin məhkəmədən kənar İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürüldüyü təqdirdə ona kirayə pulunun ödənilməsinin təmin edilməsi ilə bağlı təcrübənin olduğunu bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən iddia tələbinin təmin edilmədiyi hissədən verildiyi üçün məhkəmənin qərarı məhz həmin hissədə yoxlanılır. Belə ki, qərar iddia tələbinin təmin edildiyi hissədə cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçının inzibati orqana qarşı müraciəti onun mənzil növbəsinə alınması ilə bağlı olsa da, məhkəmə icraatı dövründə o, həm də mənzillə təmin olunana qədər ona kirayə haqqının verilməsini də tələb etmiş və cavabdeh inzibati orqan həmin tələbin də təmin olunmasından imtina etmişdir. Beləliklə, iddiaçının hər iki tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən münasibət bildirildiyi (imtina olunduğu) üçün hər iki tələblə bağlı iddia mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının öz arzusu ilə ehtiyyata buraxılmasına və ehtiyata buraxılarkən son yaş həddi çatmamasına istinad edərək iddia tələbinin “ona kirayə haqqının ödənilməsi” hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin iddianın rədd edildiyi hissədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin bəndin 4-cü abzasına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndində üçüncü abazasında müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Həmçinin qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd edilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Hazırki işdən görünür ki, cavabdeh inzibati orqanın iddiaçının tələblərinin təmin olunmasından imtina etməsinin əsasını İddiaçı öz arzusu ilə ehtiyata buraxılması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Sadalanan maddi hüquq normaların məzmunundan görünür ki, cavabdeh inzibati orqanın istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 7-ci bəndi iddiaçının öz arzusu ilə ehtiyata buraxılarkən onun qanunla nəzərdə tutulan hüquqlarından istifadə etmək hüquqlarına təsir etmir. Belə olan halda iddiaçının həmin əsasla qanunla nəzərdə tutulan hüquqlarından istifadəsi məhdudlaşdırıla bilməz. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə təsdiq olunur ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi hallar- iddiaçının öz arzusu ilə ehtiyata buraxılması onun qanunla nəzərdə tutulan hüquqlarından, o cümlədən mənzillə təmin olunana qəbər kirayə haqqı ilə təmin olunma hüququnu məhdudlaşdıra və həmin tələbinin məhkəmə qaydasında rədd edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələbi əsaslıdır. Bununla yanaşı, işdə olan 23.11.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçının 3 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 5, mənzil 70 ünvanda yerləşən evdə aylıq 400 manat ödəməklə kirayədə qalması nəzərə alınaraq, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1-ci bəndinə əsasən ailə tərkibi nəzərə alınmaqla kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin də mövqeyi qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-945/2020 saylı 23.06.2020-ci il tarixli qərarı). O ki qaldı birinci instansiya məhkəməsinin qərarında göstərilən- iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılarkən hərbi xidmətdə olmanın son yaş həddinə çatmamasına görə onun kirayə xərclərinin ödənilməsi hissəsində iddia tələbinin təmin oluna bilməməsinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 nömrəli qərarında müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilən şəxslər dairəsinə təkcə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlar deyil, normanın özündə də göstərildiyi kimi- habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da aid edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hazırki işdə iddiaçının məhz 15 təqvim ilindən çox xidmət etmiş hərbi xidmət hərbi qulluqçusu olduğunu nəzərə alaraq hesab edir ki, ona münasibətdə hərbi xidmətdə olmanın son yaş həddinə çatması şərti tələb oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı qismən- iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı qismən, “iddiaçının mənzillə təmin olunanadək ona kirayə haqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı mənzillə təmin olunanadək ona kirayə haqının ailə tərkibi nəzərə alınmaqla ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1785/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1785/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver