Məhkəmə qərarları › İş №2-1(103)-1785/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1785/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1785/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli qərarla fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat, xx.xx.2021-ci il tarixli, **********720100 nömrəli qərarla avqust 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 1395,89 manat, xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli qərarla sentyabr 2019cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 3760,27 manat, xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli qərarla noyabr 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 15831,97 manat və xx.xx.2021-ci il tarixli, **********329400 nömrəli qərar əsasında dekabr 2018-ci il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 5069 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, avqust 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********720100 nömrəli, sentyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli, noyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli, dekabr 2018 hesabat dövrü üzrə 08.10. 2021-ci il tarixli, **********329400 nömrəli, fevral 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir.Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzlq məktublarına cavablar təqdim edilməsinə baxmayaraq, vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Cavabdeh yuxarıda qeyd olunan qərarları Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

Cavabdehin etirazları:

4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 938779,49 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat göstərilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat, xx.xx.2020-ci il tarixdə 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904728,05 manat göstərilmişdir. Lakin dövriyyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir.Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 5069 manat, 2019-cu ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üzrə 1395,89 manat, 2019-cu ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 3760,27 manat və 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 15831,97 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********329400, xx.xx.2021-ci il tarixli **********720100 və **********771300, xx.xx.2021-ci il tarixli **********658900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir.Vergi ödəyicisinə 2018-ci ilin dekabr, 2019-cu ilin avqust, sentyabr və noyabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalara yenidən baxılması, eyni zamanda minimum dövriyyəsinin dəqiqləşdirilməsi məqsədilə ƏDV qeydiyyatının qüvvəyə minmə (xx.xx.2017-ci il) tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üçün nəzarət kassa aparatlarının “Z” çıxarışları, banklarda açılmış manat və valyuta hesablarından, o cümlədən biznes kart hesablarından bank tərəfindən rəsmi (möhürlü, imzalı) təsdiq edilmiş çıxarışlar, kassa mədaxil-məxaric sənədləri və zəruri hesab etdiyi digər sənədlərin araşdırmaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********764100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən bununla əlaqədar heç bir sənəd təqdim edilməmişdir. 8. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı ƏDV üzrə təqdim edilmiş bəyannamə ilə bağlı cavabdeh tərəfindən uyğunsuzluq aşkar edilmiş və bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********137600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV üzrə 237,97 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********413600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir.Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalma ilə bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 2019-cu ilin fevral ayı ƏDV üzrə 307,55 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh inzibati orqanın qəbul etdiyi “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı inzibati aktların qanuniliyi formal hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Sözügedən qərarlar maddi hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, avqust, sentyabr və noyabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr ilə bağlı uyğunsuzluq aşkar edilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən bəyannamələr təqdim edilsə də uyğunsuzluq aradan qaldırılmadığından qəbul edilmiş qərarlar ləğv edilməklə yuxarıda qeyd edilən dövrlər üzrə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilən qərarlar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********329400 saylı və “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarları ləğv edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir.

11. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********329400 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, dekabr 2018-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 5.069,00 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən HW seriyalı 727515 nömrəli vergi-hesab fakturası üzrə (**********)-a 216.72 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu vergihesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır.

12. **********658900 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, noyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.831,97 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********5847 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin nömrəsi düzgün deyil.

13. **********771300 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, sentyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 3.760,27 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, ƏDV bəyannaməsi 308-ci sətrinin C2, B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 4.488.99 manat, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (Əldə edilmiş hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumatlar) göstərilmiş 308-ci sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0.00 manat ƏDV məbləğinə bərabər olmadığına görə. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır.**********720100 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, avqust 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.395,89 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 308ci, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 5.549,37 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsində əldə edilmiş elektron vergi hesabfakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlarda göstərilmiş 308-ci sətir kodlu e-VHF-lərin ödənilmiş ƏDV məbləğlərinin cəmi 0,00 manat ƏDV məbləği göstərildiyi üçün kənarlaşma yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə məxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda, təqdim edilmiş bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilməmişdir.

14. **********433100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, fevral 2019cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarına görə 1 saylı “fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “0” nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə məxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda, təqdim etdiyi bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilməmişdir.

15. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı barəsində cavabdeh orqanın kameral vergi yoxlaması qaydasında qəbul etdiyi qərarların qəbul edilməsi üçün əsas olmuş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” (uyğunsuzluq) məktublarının məzmununda qeyd olunanlarla bağlı hər hansı sənəd, sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi zəruri araşdırmanı aparmadan, mübahisələndirilən inzibati aktların qəbulu üçün zəruri şərtlərin mövcudluğunu aydınlaşdırmadan iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarlarının qəbul edilməsi üçün əsas olan sənədlər cavabdeh inzibati orqanın nümayəndəsindən tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, kameral yoxlama nəticəsində iddiaçıya əlavə vergilərin hesablandığı dövrlər üzrə vergi ödəyicisi tərəfindən bir neçə dəfə əlavə dəyər vergisinin bəyannamələri (dəqiqləşdirilmiş) təqdim olunmuşdur. Bu fakt cavabdeh orqanın təqdim etdiyi elektron sistemdən çıxarışlarla da öz təsdiqini tapır.

17. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral vergi yoxlaması qaydasında əlavə vergilərin hesablanmasına əsas vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannamələrində müvafiq dövrlər üzrə dövriyyənin az göstərilməsi olmuşdur. Bu halı təsdiq edən sübut qismində məhkəməyə təqdim olunan həm vergi ödəyicisinin ƏDV bəyannamələri, həm də vergi orqanın həmin dövrlər üzrə kameral bəyannamələri araşdırılarkən məlum olmuşdur ki, vergi orqanı tərəfindən müvafiq vergilər iddiaçıya hesablanarkən vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin fevral ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019- cu ilin avqust ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə və 2019-cu ilin noyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiy dəqiqləşdirilmiş vergi bəyannamələrinin məlumatları əsas götürülmüşdür. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicisinin müvafiq dövrlər üzrə xx.xx.2021-ci il tarixdən əlavə, başqa tarixlərdə də həmin dövrlərlə bağlı dəqiqləşdirilmiş qaydada verdiyi bəyannamələr mövcud olmuşdur. İddiaçı iddia edir ki, cavabdehin istinad etdiyi dəqiqləşdirilmiş bəyannamələr onun qeyd olunan dövrlər üzrə verdiyi yeganə bəyannamələr olmamış, vergi orqanının əsas götürdüyü bəyannamə məlumatları vergi ödəyicisi tərəfindən hüququndan istifadə edilməklə vaxtında verdiyi dəqiqləşdirilmiş bəyannamələrin məlumatlarından biri olmuşdur. Belə olan halda, məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsinə dəfələrlə iddiaçı barəsində hesablanmış əlavə vergi məbləğlərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin nümayəndə tərəfindən yalnız yuxarıda qeyd olunan dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur ki, həmin bəyannamələrin də vergi ödəyicisi tərəfindən təqdim olunan sonuncu dəqiqləşdirilmiş bəyannamələr olmadığı müəyyən olunur. Beləliklə, vergi orqanı qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2528/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

20. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.Həmçinin, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “noyabr 2019” hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********658900 saylı və “ fevral 2019” hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraza əlavə daxil olmuşdur. Yazılı etiraza Əlavə onunla əsaslandırılmışdır ki, VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə üzrə ödənilmiş vergi məbləğindən əvəzləşdirilən dövriyyənin 14.778,61 manat (ƏDV-2.660,15manat) olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində əvəzləşdirilən dövriyyə azaldılaraq 13.070,0 manat (ƏDV- 2.352,60 manat) (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə xx.xx.2018-ci il tarixli HT seriyalı 589107 nömrəli EQF üzrə əvəzləşdirmə yanvar ayında baş tutmuşdur (əvəzləşdirilən ƏDV-306,58 elektron qaimə təqdim edən-"ŞURATAZ LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ). Lakin müəssisə eyni qaimə üzrə yanvar ayı ərzində əvəzləşdirdiyi məbləği fevral ayı üzrə də əvəzləşdirmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə eyni qaimə üzrə ikinci dəfə əvəzləşdirilən məbləğ nəzərə alınmamışdır).Müəssisənin 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Hesablama ilixx.xx.2019 -31.11.201; Dövriyyə 18 faiz-904.728,05; ƏDV 18 faiz-162.851,05; Cəmi əvəzləşən dövriyyə-215.371,56; Cəmi əvəzləşən ƏDV-38.766,88; Büdcəyə ödəmə- 124.084,17.Müəssisə tərəfindən 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992.683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904.728,05 manat (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə daha əvvəl təqdim edilən bəyannamə məlumatlarında işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə əldə etdiyi 87.955,38 manat məbləğ bəyannamənin müvafiq sətrində qeyd edilmişdir. Lakin sonradan hüquqi şəxs tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək həmin məbləğ heç bir əsas olmadan silinmişdir) göstərilmişdir.Bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********496900 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir.

ə) Proses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ...... 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:

........ 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

25. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır;24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

30. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.

31. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir:”...37. Eyni zamanda, iddiaçı tərəfindən 2019-cu ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində elektron-qaimə üzrə ödənilmiş vergi məbləğindən əvəzləşdirilən dövriyyənin 14778,61 manat (ƏDV 2660,15 manat) olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində əvəzləşdirilən dövriyyə azaldılaraq 13070 manat (ƏDV 2352,60 manat) göstərilmişdir. Vergi ödəyicisi tərəfindən dövr üzrə xx.xx.2018-ci il tarixli HT seriyalı 589107 nömrəli EQF üzrə əvəzləşdirmə yanvar ayında baş tutmuşdur. Lakin müəssisə eyni qaimə üzrə yanvar ayı ərzində əvəzləşdirdiyi məbləği fevral ayı üzrə də əvəzləşdirmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə eyni qaimə üzrə ikinci dəfə əvəzləşdirilən məbləğ nəzərə alınmamışdır. 38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı istər iddiaya qarşı etirazında, istərsə də apellyasiya şikayətinə etirazında göstərmişdir ki, qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərini vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən hesablamışdır. 39. Eyni zamanda, cavabdeh vergi orqanının mübahisələndirilən qərarları qəbul etməsinə səbəb olan hal və iddia tələbinə etirazının hüquqi əsası, yəni vergi ödəyicisinin hansı səbəbdən qeyd olunan dövrlər üzrə sonrakı tarixlərdə azalmış bəyannamə təqdim etməsi məsələsi araşdırılmamış, habelə dövriyyəsinin az göstərilməsinə səbəb olan sənədlər iddiaçıdan tələb edilməmişdir.”

33. Yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “noyabr 2019” hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********658900 saylı və “ fevral 2019” hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmiş araşdırma baxımından tələb olunsa da, iddiaçının vəkili və nümayəndəsi iddiaçının dövriyyəsinin az göstərilməsinə səbəb olan sənədləri təqdim edə bilməmişdir.

35. Halbuki, iş üzrə məlum olduğu kimi iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, avqust, sentyabr və noyabr ayları üzrə ƏDV vergisinin bəyannaməsi üzrə Vergi Məcəlləsinin müddəalarına əsasən kameral vergi yoxlaması həyata keçirilmişdir.Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrə dəqiqləşmələr verilərək dövriyyə məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən əvvəlki dövr üzrə təqdim edilən bəyannamələr nəzərə alınaraq məbləğlər kameral bərpa edilmişdir.

36. Daha sonra Baş İdarənin xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən yoxlama dövrləri oktyabr 2019 sentyabr 2022 üzrə müəyyən edilmişdir.Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərarlar 2019-cu ilin fevral və noyabr ayları üzrə ƏDV hesablamaları ilə bağlı səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. İddiaçı yoxlamanın nəticəsi ilə razılaşmış və qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********177149 saylı qərar iddiaçı tərəfindən mübahisələndiliməmişdir.

37. Həmçinin məlum olduğu kimi, müəssisənin 2019-cu ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:Hesablama ilixx.xx.2019; Dövriyyə 18 faiz-313.635,90; ƏDV 18 faiz-56.454,46; Cəmi əvəzləşən dövriyyə-107.953,83; Cəmi əvəzləşən ƏDV-19.431,69; ƏDV geri al geri qaytarılan- 1.322,03; Büdcəyə ödəmə-36.784,80.

38. VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə üzrə ödənilmiş vergi məbləğindən əvəzləşdirilən dövriyyənin 14.778,61 manat (ƏDV-2.660,15manat) olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində əvəzləşdirilən dövriyyə azaldılaraq 13.070,0 manat (ƏDV-2.352,60 manat) (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə xx.xx.2018-ci il tarixli HT seriyalı 589107 nömrəli EQF üzrə əvəzləşdirmə yanvar ayında baş tutmuşdur (əvəzləşdirilən ƏDV-306,58 elektron qaimə təqdim edən- "ŞURATAZ LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ). Lakin müəssisə eyni qaimə üzrə yanvar ayı ərzində əvəzləşdirdiyi məbləği fevral ayı üzrə də əvəzləşdirmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə eyni qaimə üzrə ikinci dəfə əvəzləşdirilən məbləğ nəzərə alınmamışdır).

39. Müəssisənin 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Hesablama ili-xx.xx.2019 -31.11.201; Dövriyyə 18 faiz-904.728,05; ƏDV 18 faiz-162.851,05; Cəmi əvəzləşən dövriyyə-215.371,56; Cəmi əvəzləşən ƏDV-38.766,88; Büdcəyə ödəmə-124.084,17.

40. İşin hallarından aydın olur ki, Müəssisə tərəfindən 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992.683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904.728,05 manat (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə daha əvvəl təqdim edilən bəyannamə məlumatlarında işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə əldə etdiyi 87.955,38 manat məbləğ bəyannamənin müvafiq sətrində qeyd edilmişdir. Lakin sonradan hüquqi şəxs tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək həmin məbləğ heç bir əsas olmadan silinmişdir) göstərilmişdir.Bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********496900 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir.

41. Göründüyü kimi, dövriyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir. Vergi orqanı tərəfindən hüquqi şəxsin əvvəl təqdim etdiyi bəyannamə məlumatları əsas götürülərək kameral vergi yoxlaması ilə 15.831,97 ((992.683,43- 904.728,05)x18%) manat əlavə vergi məbləği hesablanmışdır.

42. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalmayla bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021- ci il tarixli qərar qəbul edərək iddiaçının 2019cu ilin noyabr ayı ƏDV üzrə 15831,97 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir.Göründüyü kimi, cavabdeh hazırda mübahisələndirilən qərarı iddiaçının xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək qəbul etmişdir.

43. Beləliklə, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

44. Yuxarıda eyd edilənləri və iddiaçının yeni apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi dəqiqləşdirilmiş tələbini nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar