Məhkəmə qərarları › İş №2-1(103)-1786/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1786/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1786/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddia tələbinə dair iş üzrə Bak İnzibati Məhkəməsinin MXMT(112)-6658/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 18 may 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 161 №li xx.xx.2019-cu il tarixli sərəncamının tam və ya qismən (Təbriz küçəsi 34 ünvanına aid hissədə) ləğv edilməsi, Bakı şəhəri Cavabdeh Başçısının ona qarşı mülkiyyət hüququnu pozan münasibətinə hüquqi qiymət verilməklə, məsuliyyətə cəlb edilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Təbriz 34 ünvanında söküntü, dağıntı, qazıntı-inşaat işlərinin aparmasının qeyri-qanuni hesab edilməsi və dərhal dayandırılması, vurulmuş maddi və mənəvi ziyana görə rayon icra hakimiyyətindən və məhdud məsuliyyətli cəmiyyətdən hər birinin üzərinə ona 1.000.000 (bir milyon) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı və hüquqi sahibi olduğu ünvan 2 ünvanlı fərdi yaşayış evi 1966-cı ildən 6 nəfər payçının mülkiyyətlərində olmaqla 591,49 kv metrlik həyətyanı torpaq sahəsi üzərində yerləşir. Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinə dair xx.xx.2001tarizinədək tərtib olunmuş 1961-ci il və 1986-cı il tarixli texni pasportların (hər ikisinin) 1-ci səhifələrində həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd (həyətyanı sahə 552,8 kv metr) vardır ki, bu da Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinin 3 tikilisindən ibarətdir: “A” tikilisi-111,5 kv. metr, “B” tikilisi 118,4 kv. metr, “V” tikilisi 13,2 kv. metr, tikililərin qanunihüquqi sahibləri olaraq, onlara (6 nəfər payçılara) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilərək, adlarına Daşınmaz əmlakın Dövlət reyestrindəqeydə alınmaqla, bu barədə ƏMDX DƏDRX-yə və payçılar Hümbətov və Həşimovaya qarşı, öncə payların düzgün bölüşdürülməsi, sonra payın naturada ayılması və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət Reyesrində qeydə alınması barədə mülki iddia tələbləri ilə noyabr 2015-ci il tarixdən hazırki vaxtadək, ayrı-ayrı məhkəmə instansiyalarına müraciətlər etmişlər. 2016-cı ildən mütamadi olaraq Nərimanov RİH-nə müraciətlər etməsinə baxmayaraq, Nərimanov RİHB-nın xx.xx.2017-ci il tarixli sərəncamı ilə 0,884 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış, daha sonra xx.xx.2019-cu il tarixli sərəncamla torpaq sahəsinin bina inşa olunması üçün "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair vəsatətlə (iddia ərizəsində qeyd olunmuşdur) məhkəməyə müraciət edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ünvan 3 ünvanında ona məxsus “B” (118,4 kv.metr) tikilisinin ətrafında qonşularla sərhəd hasarının yaxın ətrafında söküntü-dağıntı, qazıntı, inşaat, tikinti işlərinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, Cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına istinad edərək, "xxxx" adlı cəmiyyət ünvan 3 ünvanında ona məxsus “B” tikilisinin yaxınlığında söküntü, dağıntı, qazıntı, inşaat, tikinti işlərini davam etdirməklə, ona məxsus “B” tikilisinin altında iki mərtəbəli yeraltı dayanacaq və üstündə on üç mərtəbəli bina inşa etməkdədir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddiası da mümkün sayılmamışdır. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi haqqında qərardaddan apellyasiya şikayəti vermiş, vəsatətə uygun əsaslandıraraq qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-nin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Sadalanan prossessual hüquq normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəssi məqsədi iləə məhkəməyə müraciət etmə müddəti olub, aktivv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia ilə mübahisələndirdiyi qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edərkən qanunla nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən otürmüşdür. Məhz bu səbəbən də Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddiası da mümkün sayılmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və sair tələblərə dair iddiası mümkün sayılmadığından həmin iddia ilə bağlı olaraq verilmiş iddiaçıya məxsus evin ətrafında söküntü-dağıntı, qazıntı, inşaat və tikinti işlərinin aparılmasının 3-cü şəxs "xxxx" MMC-yə qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi haqqında ərizəsi də mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 35.3,40,43 və 80 81-ci maddəllərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin MXMT(112)-6658/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar