Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1786/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X64 və X21 ibarət tərkibdə,Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X80 iştirakı ilə, İddiaçı Nümayəndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vergi məsuliyyətinə cəlb edilməyi haqqında xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fəaliyyət göstərdiyi X99 ona qarşı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə İdarə tərəfindən 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Vergi məsuliyyətinə cəlb edilməyi haqqında xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarda Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsas götürülərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İdarənin bu qərarını qanunsuz hesab edir. Məsuliyyətə cəlb olunmağı üçün heç bir əsas yoxdur. Belə ki, qərarda bildirilən 31 nəfər xidmət müqaviləsi əsasında fəaliyyət göstərir. Belə olduğu halda cavabdeh orqanın onu, işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmək adı ilə maliyyə sanksiyası tətbiq etməyi əsassızdır və qanunsuzdur. Belə ki, onun hər hansı bir sənəd təqdim etmədiyi və yoxlama materiallarına baxışda iştirak etmədiyi halda, əsas da 31 nəfər işçinin xidmət müqaviləsi ilə işlədiyi təqdirdə müvafiq inzibati orqanın ətraflı və hərtərəfli araşdırma aparmadan haqqında belə qərar verməyi qanunsuzdur. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilləriini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X117 üzrə Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********9175 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) məxsus olan AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X81, X127, X114, X82, X51, X38, X65, X83, X84, X52, X85, X101 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 23 iyul 2021-ci il tarixli, KY211592607 №-li çıxarışın surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) məxsus olan AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yoxlayıcı şəxslər X81, X127, X114, X82, X51, X38, X65, X83, X84, X52, X85, X101 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdək əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd edilmişdir - Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli, **********9177 nömrəli tələbnamənin surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) operativ vergi nəzarətinin aparılması üçün “Nəzarət kitabçası”nın, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin, bütün elektron daşıyıcıları və elektron daşıyıcı vasitələrdəki bütün zəruri sənədlərin, məlumatları və digər zəruri sənədlərin İ iş günü müddətində vergi orqanının operativ nəzarəti həyata keçirən vəzifəli şəxslərinə və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X117 üzrə Baş İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. - Bakı şəhəri X117 üzrə Baş İdarənin vergi əməkdaşları Y.V.Novruzov, R.A.Əsədov, A.A.Hüseynov, K.X.Həşimov, S.Z.Babayev, O.F.Abdullayev, M.G.Əliyev, N.M.Paşayev, C.S.Əhmədov, V.F.Hacıyev, A.S.Məmmədov, V.E.Qəniyev tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli, seriya DVX 004760 №-li aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri KSİBİ-nin xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən fiziki şəxs Nümayəndə (VÖEN **********) məxsus ünvan 2 ünvanında yerləşən “Nilufər” şadlıq evində sahibkar Nümayəndə iştirakı olmadan xx.xx.2021-ci il tarixdə, saat 18:10-da əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri və digər sənədlərə əsasən şadlıq evləri tərəfindən toy şənliklərinin təşkili və ictimai iaşə xidmətlərinin yerinə yetirilməsinə 45 fiziki şəxsdən 31 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqailəsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 31 (otuz bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar Nümayəndə (VÖEN **********) Vergi Məcəlləsinin 58.10-cu məddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün əlavə tədbirlərin görülməsi təklif olunmuş, müəyyən edilmiş qaydada əmək müqaviləsinin bağlanılması və ƏƏSMN-nin elektron məlumat kabinetinə daxil edilməsi vergi ödəyicisinə işçilərlə əmək müqaviləsi bağladıqdan sonra işə cəlb edilməsi təklif edilmişdir. Fərdi sahibkar Nümayəndə hər hansı əsaslı səbəb göstərmədən obyektə gəlməməsi (obyektdə olmaması) səbəbindən tərtib edilmiş aktla onu tanış etdirmək, akta imza etdirmək və aktın bir nüsxəsini əlavələri ilə birlikdə ona təqdim etmək mümkün olmadı. - xx.xx.2021-ci il tarixli, 004760 saylı akta əlavədən görünür ki, 23 iyul 2021-ci il tarixdə fərdi sahibkar Nümayəndə (VÖEN **********) məxsus “Nilufər” şadlıq evində aparılmış opertiv vergi nəzarəti nəticəsində X22, X23, X11, X16, X53, X66, X24, X4, X25, Minbaşıyev Tariyel Əli oğlunun, X2, X26, X5, X39, X12, X40, X13, X17, X6, X27, X7, X41, X67, X54, X42, X18, X19, İbragimov Elgünun (Gürcüstan Respublikası vətəndaşı), X28 (Gürcüstan Respublikası vətəndaşı), X29 (Gürcüstan Respublikası vətəndaşı), X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər - Bakı şəhəri X117 üzrə Baş İdarənin vergi əməkdaşları tərəfindən Y.V.Novruzov, R.A.Əsədov, A.A.Hüseynov, K.X.Həşimov, S.Z.Babayev, O.F.Abdullayev, M.G.Əliyev, N.M.Paşayev, C.S.Əhmədov, V.F.Hacıyev, A.S.Məmmədov, V.E.Qəniyev tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında fərdi sahibkar Nümayəndə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanda yerləşən “Nilufər” şadlıq evində tərəflərindən həyata keçirilən operativ vergi nəzarəti zamanı fərdi sahibkar Nümayəndə obyektdə olmaması səbəbindən onu B.İ-nin xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, KY211592607 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış etdirmək, eyni zamanda ona xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla onu tanış etdirmək və xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli tələbnamə ilə onu tanış etdirmək və bir nüsxəsini ona təqdim etmək mümkün olmadı. Həmçinin tərəflərindən həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004760 nömrəli Aktla tanış etdirmək, akta imza etdirmək bir nüsxəsini əlavələri ilə birlikdə ona təqdim etmək və onun yazılı izahatını almaq mümkün olmadı. Həmçinin fərdi sahibkar Nümayəndə obyektə dəvət edilməsi, onun operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş aktla onu tanış etdirmək, onun yazılı izahatını almaq məqsədilə onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanıldı, lakin o öz növbəsinə subyektiv səbəblər gətirməklə obyektə gələ bilməyəcəyini bildirdi. Eyni zamanda şadlıq evində işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş X86, X115 və X102 hər hansı əsaslı səbəb göstərmədən (gətirmədən) yazılı izahat verməkdən imtina etdilər. Faktiki olaraq “Nilufər” şadlıq evində inzibatçı işləyən F.Q.Edilov yazılı izahat təqdim etməsə də bunu fərdi sahibkar Nümayəndə tapşırığı əsasında etdiyini, yəni yazılı izahat təqdim etmədiyini şifahi qaydada bildirdi. Sərbəst akt 2 səhifədən ibarət olmaqla hal şahidləri X103 və X9 iştirakı ilə tərtib edildi. Aktın doğruluğunu imzalamaqla təsdiq edirlər. - X22 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, X99 çalışır. 12 gün əvvəl Nümayəndə tərəfindən anbardar vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 09:00-dan axşam 23:00-dək təşkil edir. Əmək haqqı gündəlik 20 AZN təşkil edir. Əmək haqqı nağd şəkildə Nümayəndə alır. Özündən başqa obyektdə çalışan Eltonu tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X23 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov ŞTQ Ərəblinski 1A ünvanda yerləşən sahibkar Nümayəndə məxsus X138 ofisiant vəzifəsində çalışır. İşəgötürənlə aralarında əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 10:00-dan axşam 23:00-dək təşkil edir. Əmək haqqı gündəlik 15 AZN nağd şəkildə Bəhruz müəllim tərəfindən ödənilir. Özündən başqa obyektdə çalışan Əhməd, Məhəmməd, Asifi tanıyır. Vergi orqanında qeydiyyatı olmayıb, VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X11 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, bir gündür ki, Nümayəndə tərəfindən xadiməçi vəzifəsinə işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidməti müqaviləsi yoxdur. Saat 18:00- dan 23:00-dək işləyir. Gündəlik əmək haqqını nəğd şəkildə 10 AZN olmaqla müdiriyyətdən almışdır. Almaz və Xuramanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X16 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gündür ki, Nümayəndə tərəfindən xadiməçi vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarına əmək və xidməti müqavilə yoxdur. Saat 18:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nəğd şəkildə 10 AZN olmaqla müdiriyyətdən alır. Xuraman və Sədəfi tanıyır. Vergi orqanlarında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X53 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidmət müqaviləsi yoxdur. Gündəlik olaraq saat 10:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Sadiq, Alişanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X66 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov ŞTQ Ərəblinski 1A ünvanında yerləşən sahibkar Nümayəndə məxsus X99 ofisant vəzifəsində işləyir. İşəgötürən onunla əmək müqaviləsi və ya xidməti müqavilə bağlamayıb. İş saatı 10:00-dan 23:00-a kimidir. Əmək haqqı gündəlik 15 AZN sahibkar tərəfindən nağd şəkildə ödənilir. Məhəmmədi, Elşəni, Teymuru işçi kimi tanıyır. Vergi orqanında qeydiyyatda olmayıb, VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X24 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidmət müqaviləsi yoxdur. Gündəlik olaraq saat 11:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Kənan və Asifi tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X4 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və bir nüsxəsi ona verilməmişdir. Saat 15:00-dan 23:00-dək, gündəlik əmək haqqı 15 manat təşkil edir və nağd qaydada ödənilir. Tərlan, Elşən onunla işləyirlər. Vergi orqanında qeydiyyatda deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X25 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsinə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və nüsxəsi verilməmişdir. Saat 15:00-dan 23:00-dək, gündəlik əmək haqqı 15 manat təşkil edir və nağd qaydada ödənilir. Əhmədi tanıyır, digər şəxsləri tanımır. Vergi orqanında qeydiyyatda deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - Minbaşıyev Tariyel Əli oğlunun xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsinə işə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və bir nüsxəsi ona verilməmişdir. Saat 10:00-dan 23:00-dək, gündəlik əmək haqqı məbləği 25 manat təşkil edir və nağd qaydada ödənilir. Elton, Elşən onunla işləyirlər. Vergidə qeydiyyata alınmamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X3 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən Nümayəndə tərəfindən təmizliyə nəzarət vəzifəsində işləyir. İşəgötürənlə aralarında əmək müqaviləsi bağlanmamışdır. İş qrafiki gündəlik olaraq saat 17:00-23:00 kimi təşkil edir. Əmək haqqını gündəlik olaraq administrator Anar bəydən 10 AZN alır. Bu obyektdə işləyən aşbaz Qəndab, xolodnı Cənnəti tanıyır. Hal-hazırda vergi orqanında qeydiyyatda deyildir. Sabir qəbz ödəniş etmir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X26 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant köməkçisi işləyir. Sahibkarla aralarında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı saat 10:00-dan 24:00-dək. Gündəlik əmək haqqı 12 AZN nağd şəkildə alır. Turalı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir, sabit qəbz üzrə ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X5 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən sahibkar Nümayəndə tərəfindən X138 ofisiant köməkçisi kimi işə başlamışdır. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 18:00-dan 23:00-dək təşkil edir. Əmək haqqı günün sonunda gördüyü işə görə 10 manat nəğd şəkildə alır. Famil və Teymuru tanıyır. VÖEN yoxdur, sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X43 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən sahibkar Nümayəndə X138 rejisor işinə qəbul olunmuşdur. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 18:00-dan 23:00-dək təşkil edir. Əmək haqqı günün sonunda nəğd şəkildə 10 AZN alır. Famil və Mansuru tanıyır. VÖEN yoxdur, sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X12 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 2 gün əvvəl Nümayəndə tərəfindən fotoqraf köməkçisi vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 17:00-dan 21:00- dək müəyyən edilib. Əmək haqqı gündəlik 5 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa fotorqaf vəzifəsində çalışan Vüsalı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X40 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün olar ki, Nümayəndə tərəfindən fotoqraf vəzifəsində işə götürülmüşdür. Sahibkarla arasında əmək və xidməti müqavilə yoxdur. Saat 18:00-24:00 bu vaxtadək işləyir. Əmək haqqını nağd şəkildə 15 AZN olmaqla müdriyyətdən alır. Anarı tanıyır. VÖEN-ni yoxdur və sabit qəbz ödənişi etmir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X13 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən X138 qabyuyan kimi işə başlamışdır. Onunla sahibkar arasında heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş saatı 17:00-dan axşam 23:00-a qədər işləyir. Əmək haqqı günün sonunda müdir tərəfindən 10 manat alır. Qəndaf, Cənnət onunla birlikdə işləyir. VÖEN yoxdur, sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X17 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan Nümayəndə tərəfindən X138 ofisiant işinə qəbul olunmuşdur. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 13:00-dan axşam saat 23:00-dək müəyyən edilmişdir. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə tərəfindən alır. Özündən başqa ofisiant vəzifəsində işləyən Bəhram, Peyman və Eyvaz tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X6 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 16 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 10:00-dan axşam saat 23:00-dək müəyyən olunmuşdur. Əmək haqqı gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Nicatı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X27 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürənlə aralarında əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 15:00-dan 23:00-dək təşkil edir. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Eyvazı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X7 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 6 gün əvvəl Nümayəndə tərəfindən X138 ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş saatı səhər saat 10:00-dan axşam 23:00-dək müəyyən edilib. Əmək haqqını gündəlik 12 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Eyvaz və Asifi tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X41 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidməti müqavilə yoxdur. Saat 10:00- dan 23:00-a kimi işləyir. Əmək haqqını gündəlik olaraq nəğd şəkildə 15 AZN olmaqla müdriyyətdən alır. Elşən və Peymanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X20 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da işə başlamışdır. Sahibkar Nümayəndə məxsus X138 işə gəlmişdir. İşə günəmuzd gəldiyi üçün onunla sahibkar arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. İş saatı 11:00 axşam saat 19:00 işləmişdir. Gördüyü işə görə günün sonunda 15 AZN əmək haqqını rəhbərlik tərəfindən alır. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Heç kimi tanımır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz ödəyicisi deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X19 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov STQ Ərəblinski 1A ünvanında yerləşən sahibkar Nümayəndə məxsus X99 ofisiant köməkçisi vəzifəsində işləyir. İşəgötürən onunla əmək müqaviləsi və yaxud xidməti müqavilə bağlanmayıb. İş saatı 10:00-dan 23:00-a kimidir. Əmək haqqını gündəlik 12 AZN nağd şəkildə Bəhruz müəllim tərəfindən ödənilir. Asif, Elşən, Coşqunu işçi kimi tanıyır. Vergi orqanında qeydiyyatı olmayıb. VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X14 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşdür. İşəgötürənlə aralarında əmək və xidməti müqavilə yoxdur. İş qrafiki gündəlik olaraq saat 10:00-23:00-a kimi təşkil edir. Əmək haqqını gündəlik olaraq Nümayəndə tərəfindən 13 AZN olaraq alır. Bu obyektdə işləyən ofisant Eyvazı, Turalı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir. Sabit qəbz üzrə ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X28 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən Nümayəndə tərəfindən xadiməçi vəzifəsinə işə götürülmüşdür. Sahibkarla arasında əmək və xidməti müqavilə yoxdur. Saat 09:00-dan 21:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Cənnət və Zərgülü tanıyır. Vergi orqanlarında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X30 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində sahibkar Nümayəndə tərəfindən Nilufər sarayında ofisiant kimi qəbul olunmuşdur. Onunla sahibkar arasında heç bir əmək və xidməti müqavilə bağlanmamışdır. Saat 10:00-dan axşam saat 23:00dək işləyir. Əmək haqqını günün sonunda nağd şəkildə alır. Kənanı, Bəhramı və Elşəni tanıyır. VÖEN almamışdır. Sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X10 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 2 gün əvvəl Nümayəndə tərəfindən X138 ofisiant vəzifəsinə daxil olmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 16:00-da gəlir, 23:00-da gedir. Əmək haqqı gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. İsmayılov Eyvazı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz ödəyicisi deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7821 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli nömrəsiz müqavilələrdən görünür ki, həmin müqavilələr müvafiq olaraq sifarişçi Nümayəndə ilə icraçılar Minbaşıyev Tariyel Əli oğlu, X104, X31, X115, X102, X15, X68, X55, X44, X69, X70, X116, X87, X71, X105, X56, X72 arasında X99 müvafiq xidmətlərin görülməsi ilə bağlı müqavilələr bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********534600 №-li məktuba əlavə edilmiş 22200123 nömrəli materail üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 may 2022-ci il tarixli qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 31 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar Nümayəndə barəsində cinayət işinin başlanmasının bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3cü maddəsinə əsasən rədd edilməsi qərara alınmış, vətəndaş X68, X69, X45, X57, X104, X116, X73, X32, X72, Minbaşıyev Tariyel Əli oğlu, X15, X74, X33, X88, X46, X87, X47, X56, X115, X102, X34, X89, X35, X31, X75, X90, X58, X59, İbrahimov Elgun, X76 və X36 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 604,50 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Dövlət Sosial Müdafiə Fondunda, 46,50 manat manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılmışdır. Həmin qərardan həmçinin görünür ki, fərdi sahibkar Nümayəndə məxsus “Nilufər” şadlıq evində X68, X69, X45, X60, X104, X116, X73, X32, X72, Minbaşıyev Tariyel Əli oğlu, X15, X74, X33, X88, X46, X87, X47, X56, X115, X106, X34, X89, X35, X31, X75, X90, X58, X59, İbrahimov Elgun, X76 və X77, yəni cəmi 31 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Təhqiqat zamanı fərdi sahibkar Nümayəndə izahat verərək, əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini göstərərək, 31 nəfərdən 27 nəfər ilə əmək müqaviləsi bağlayaraq müvafiq qaydada qeydiyyatdan keçirdiyini, 1 nəfər, yəni X75 işdən könüllü çıxdığına görə onun əvəzinə X48, 3 nəfər, yəni İbrahimov Elgun, X76 və X1 Respublikası vətəndaşları olduqları və iş icazələri olmadığı üçün onların əvəzinə digər şəxslərlə yəni, X78, X49 və X91 ilə əmək müqavilələri bağladığını və müvafiq qaydada qeydiyyatdan keçirdiyini göstərərək, bunu təsdiq edən bildirişlərin sürətini araşdırmaya təqdim etmişdir. Həmin qərardan həmçinin görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(008)-3577/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan Gürcüstan Respublikasının vətəndaşları İbrahimov Elgun, X76 və X50 əmək fəaliyyətinə cəlb etdiyinə görə Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. -3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. -3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. -7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. -49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Nümayəndə ********** VÖEN-ə malik olan fərdi sahibkardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X117 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən iddiaçı Nümayəndə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, seriya DVX 004760 №-li akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə, saat 18:10-da operativ vergi nəzarəti həyata keçirilərkən 31 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqailəsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7821 nömrəli qərarına əsasən Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki, iş materiallarına əsasən cavabdeh xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərar ilə iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62 000 manat məbləğində maliyyə sanksiyası tətbiq etsə də, həmin qərarda adları qeyd edilmiş - X42, X67 və X54 yazılı izahatları iş materiallarına əlavə edilməmiş, həmin şəxslərin qeyd edilən “Nilufər” şadlıq evində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləməsi faktı cavabdeh inzibati orqan tərəfindən hər hansı sənəd-sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; - 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanın nümayəndələri həmin üç nəfər şəxsin əmək münasibətlərinin olmadığını müəyyən etdiklərini bildirsələr də, yazılı izahatları inzibati icraat materiallarında mövcud deyil. Odur ki, qeyd edilən şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Vergi Məcəlləsinə əsasən: - 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. - 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilərək, “Vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarı X61, X92 və X79 münasibətdə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********7821 №-li qərarı - X61, X92 və X79 münasibətdə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1786/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1786/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver