Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1786/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6, iddiaçının nümayəndələri X4 və vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq təkrar texniki pasportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2-1(112)- 2009/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, mənzilin ümumi sahəsinin 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m göstərilməsi və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə" qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehə ********** saylı 21 may 2021-ci il tarixli ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X5 adına qeydiyyata alınmış və ondan miras qalmış, ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, İnqilab (hazırda X10) küçəsi, ev 30 ünvanda yerləşən 2 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmişdir. “ “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq həmin ərizəyə notariusun şəhadətnaməsini və köhnə texniki pasportu əlavə etmişdir. Lakin cavabdeh həmin ərizəni tam təmin etməyib, mülkiyyət hüququnu qeydiyyata alarkən ünvan 4 ünvanda yerləşən 2 saylı mənzilin sahəsini cəmi 38 kv.m. göstərib, texniki pasport isə verməmiş və bunu onunla izah edib ki, yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğu açılıb, otaqlar arasındakı arakəsmələr götürülərək mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Mənzildən həyətə qapı açılması və mənzilin qeyriyaşayış sahəsi kimi istifadə olunması ona həyat yoldaşından miras qalan mənzilin sahəsinin az göstərilməsinə və texniki pasport verməkdən imtinaya əsas ola bilməz. Belə ki, Köhnə texniki pasportda mənzilin ümumi sahəsi 120,4 kv.m., o cümlədən yaşayış sahəsi 38 kv.m., köməkçi sahə isə 80,4 kv.m. göstərilib. Köməkçi sahəyə 6 kv.m, mətbəx, 35,6 kv.m və 21 kv.m ön giriş, 4 kv.m vanna, 16,9 kv.m anbar daxildir. Mənzilin faktik sahəsi də hazırda 120,4 kv.m təşkil edir. Cavabdehin məntiqindən belə çıxır ki, mənzil yalnız 2 otaqdan ibarətdir, köməkçi sahə (mətbəx, ayaqyolu, giriş, anbar) isə mövcud deyil. Mənzil ayaqyolusuz və mətbəxsizdir. İddiaçı həyat yoldaşından miras qalan 120,4 kv.m. ikiotaqlı mənzili qanuni vərəsə olaraq qəbul etmişdir. Buna görə də 06 iyul 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həyat yoldaşı X3 miras qalmış, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmiş, cavabdeh 09 iyul 2021-ci il tarixdə həmin ərizəni alsa da, ərizəyə heç bir cavab verməyib...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışıdır: “...sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, mənzilə texniki baxış keçirilən zaman yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğunun açıldığı və mənzilin daxilində arakəsmələr götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Bu barədə vətəndaşa **********80 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2-1(112)-2009/2022 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşaığıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, mənzilin sahəsi həqiqətən 121,5 kv.m.-dir, həmin mənzilə iddiaçının mərhum ərinin mülkiyyət hüququ tanınıb, lakin arakəsmələr söküldüyündən iddiaçının miras əmlak kimi həmin mənzilə mülkiyyət hüququ tanına bilməz. Lakin məhkəmə nəzərə almayıb ki, iddiaçı həyat yoldaşından miras qalan 121,5kv.m. ikiotaqlı mənzili qanun üzrə vərəsə olaraq qəbul edib. Cavabdehin özbaşına miras əmlakın sahəsini azaltması və texniki pasport verməkdən imtinası qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almayıb ki, iddiaçının öz yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək niyyəti yoxdur. İddiaçının mərhum həyat yoldaşının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvəqqəti olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etməsi də iddiaçının miras əmlakı qəbul etməsindən imtina üçün əsas ola bilməz. Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin məhkəmə qanunun həmin normasını nəzərə almayıb və hesab edib ki, arakəsmələr söküldüyündən iddiaçının miras əmlaka mülkiyyət hüququ tanına bilməz Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları sadalanıb. Məhkəmə nəzərə almayıb ki, iddiaçının miras qəbul etdiyi əmlakla bağlı qeyd olunan normada sadalanmış imtina hallarının heş biri mövcud deyil. Həmin Qanunun 15.2-ci maddəsinin tələbinə görə hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Lakin məhkəmə nəzərə almayıb ki, cavabdeh iddiaçıya əsaslandırılmış imtina barədə hər hansı bildiriş göndərməyib...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-654/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2844/2023 saylı xx.xx.2023-cü il iltarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “... iddiaçının təqdim etdiyi texniki pasport tərtib edilməyə başlansa da (həmin sənəddə Bakı ŞİH BA TİMHQ idarəsinin sənədi tərtib edən iki vəzifəli şəxsinin adları, imzaları və xx.xx.1995-ci il tarixi qeyd olunmuş, sənədə üzərində TİMHQİ-nin adı olan üçkünc və dördkünc ştamplar vurulmuşdur), prosesin niyə yekunlaşmadığı, texniki pasportun layihəsində göstərilən mənzilin ümumi sahəsinin cəmi 120,4 kv.m. və digər göstəricilərin həqiqəti əks etdirib-etdirmədiyi də məhkəmə təqdiqatının predmetui olmamışdır. Nəzərə alınsa ki, Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyində mənzilin sahəsi 121,5 kv.m. göstərilmişdir, o halda bu rəqəmlər dəqiqləşdirilməli idi. Həmçinin, adıçəkilən ekspert rəyində mənzildə 121,5 kv.m-dən başqa hər hansı əlavə tikilinin olmadığı qeyd edilmişdir ki, bu hal da mübahisəli mənzilin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 5-ci bəndinin (§22) təsiri altına düşüb-düşməməsi məsələsinə işə yenidən baxarkən hüquqi qiymət verilməsini zəruri edir...” (b.b.32-33) İşin təkrar apellyasiya mərhələsində iddiaçı, Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi çərçivəsində iddia tələbinin dəqiqləşdirilməsi barədə əriəzə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzrəinə mərhum həyat yoldaşından miras qalmış, ümumi sahəsi 120,4 kv.m təşkil edən Bakı şəhəri, X10 küçəsi, ev 30 ünvanında yerləşən 2 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və təkrar texniki pasport verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş xahiş etmişdir. İşə təkrar baxılması üzrə məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə onlarla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsasları müəyyən olunmuşdur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ...; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı iilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport ... İş materiallarına əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir: -Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il 78/56 No-li sərəncamana əsasən Bakı şəhəri, İnqilab küçəsi, 30No-li evin 2-ci mənzili əvəzsiz olaraq nömrəli mənzilin X11 xx.xx.1994-cü il tarixldə həmin mənzil oğlunun şəxsi mülkiyyətnə verilmiş; -xx.xx.1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən Ə.B.İnsanovun adına reyestrdə qeyiyyata alınmış; - xx.xx.1995-ci il tarixdə həmin İdarə tərəfindən onun adına şəsi mülkiyyətində olan - Bakı şəhəri, İnqilab küçəsi,ndə yerləşən 30 saylı evin 2 nömrəli mənzilinin Texniki pasportu tərtib olunmuşdur. Mənzilin işə əlavə olunmuş həmin Texniki pasportu tədqiq olunduqda müəyyən edilir ki, ümumi sahəsi 120,4 kv m təşkil edir. Lakin vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzilin yeni mülkiyyətçisi olan hazırkı iddiaçının adına olan xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata aparılıb ona reyestrdən verilmiş çıxarış verilərkən , həmin çıxarışda mənzilin ümumi sahəsi - 38,0 kv.m təşkil edir. Halbukt həmin mənzilin yaşayış sahəsinin göstəricisidir (İşə əlavə olunmuş ölm şəhadətnaməsinə əsasən iddiaçının ataı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Halbuki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, ekspert tədqiqatı zamanı da mənzilin ümumi sahəsinin ilkin texniki pasportun göstəricilərinə uyğun uyğun olmuşdur: ümumi sahəsi 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m. Koneret halda da məhz, iddiaçı tərəfindən mübahisələndirilən məsələ ondan ibarətdir ki, iddiaçı cavabdehdən xx.xx.1995-ci il tarixdə tərtib olunmuş Texniki pasportun göstəricilərinə uyğun ölçülərdə, o cümlədən, ümumi sahəsi 120,4 kv m əks etdirilməklə ona yeni çıxarış və texniki pasport tərtib ounaraq ona verilsin. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 16.-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Lakin qeyd edildiyi kimi, işin hallarından isə göründüyü kimi, cavabdeh orqan qanunvericiliyi sözügedən tələbləinə zidd olaraq mübahisəli mənzilə dair ilkin texniki pasporta uyğun sahə ölçülərinə müvafiq texniki pasportun tərtib ounmasından və reyestrdə yeni qeydiyyat aparıb çıxarışın verilməsindən imtina etmişdir. Halbuki, tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən dövlət qeydiyyatı barədə cavabdeh orqan müraciət olunan hüquq Qanuna qeyd olunan tələblərinə müvafiq olaraq qeydiyyat aparmaq öhdəliyini daşıyır. Həmin Qanunun 15.1.1-ci maddəsi isə o halda, dövlət qeydiyyatından imtina olunmanı nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildir. Birinci instansiya məhkəməsinin qərarından isə işin yuxarıda qeyd olunan halları nəzərə alınmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd olunması barədə gəldiyi nəticə işin hallarına maddi və prosessual hıquq normalarına uyğun olmamşdır. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə glir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2-1(112)- 2009/2022 saylı qərarı ləğv edilməli və iddiaçının dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, Bakı şəhəri, X10 küçəsi, ev 30 ünvanında yerləşən 2 saylı mənzil ümumi sahəsi 120,4 kv.m göstərilməklə, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınıb, reyestrdən çıxarış verilməsi və texniki pasport tərtib olunub ona təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2009/2022 saylı 29 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı adına Bakı şəhəri, X10 küçəsi, ev 30 ünvanında yerləşən 2 saylı mənzilin, ümumi sahəsi 120,4 kv.m göstərilməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınıb reyestrdən çıxarış verilməsi və texniki pasport tərtib olunub ona təqdim olunması vəzifəsi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1786/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1786/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver