Məhkəmə qərarları › İş №2-1(103)-1786/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1786/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1786/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. xx.xx.1997-ci il tarixli, 038321 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən 85 nömrəli, 2 otaqlı ev X8 tərəfindən İddiaçı satılmışdır.

2. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997ci il tarixli, MH seriyalı 109277 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən 85 nömrəli yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir;

3. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 132 saylı sərəncamına əsasən ünvan 1 ünvanında İddiaçı məxsus fərdi evdə təqdim olunmuş layihə əsasında əlavə tikintinin aparılmasına icazə verilməsi, fərdi ev sahəsi 456 kv.m adına rəsmiləşdirilməsi qərara alınmışdır;

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 324146 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd İddiaçı barəsində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997-ci il tarixli, MH seriyalı 109277 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, T.Əliyev küçəsində 85 saylı fərdi yaşayış evi tikintisi üçün 455,61 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir;

5. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 3 ünvan rekviziti təyin edilmişdir;

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Namiq Məlikov küçəsi, ev 85 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı Nümayəndə (eyni zamanda İddiaçı nümayəndəsi) xx.xx.2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi və iddiaçının əvəz edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edərək Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, giriş 199, M1, m1 ünvanında yerləşən mənzilin olduğu 455,61 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir.

10. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, giriş 199, M1, m1 ünvanında yerləşən mənzilin fərdi yaşayış evinə keçirilməklə, yerləşdiyi 455,61 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il taixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

12. İddiaçı bildirir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarını pozmuşdur.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sözügedən ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqların qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

18. Məhkəmədə iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinə verilmiş dəqiqləşmə hissəsində təmin edilməsi haqqında birinci instansiya məhkləməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir.

19. Eyni zamanda iddiaçının nümyəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianı 455,61 kv.m torpaq sahəsinə münasibətdə müdafiə etdiyini və həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət reyestrdində qeydiyyata alınmaqla çıxarışın verilməsini xahiş etmişdir.

20. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin torpaq sahəsi ilə bağlı mövqeyi ilə razılaşsada, verilmiş dəqiləşmə tələbinə uyğun olaraq (və ya səbəbindən) yeni qərar qəbul edilməsi qənaətinə gəlmişdir.

28. Belə ki, hazırkı işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsində dəqiqləşdirmə ərizəsi verilənə qədər İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, giriş 199, M1, m1 ünvanında yerləşən mənzilin fərdi yaşayış evinə keçirilməklə, yerləşdiyi 455,61 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələb edirdi.

29. Nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan mənzili aldıqdan sonra həmin evdə rekonstruksiya işləri apararaq yaşayış sahəsinin ərazisini genişləndirmişdir. Həmin işlərin Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş icazəyə uyğun həyata keçirilməsi və ya yeni tikililər həyata keçirilərkən tələb edilən standartlara riayət edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırmasının predmeti olmamışdır.

30. Cavabdeh orqan mənzilin yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqların qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

31. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, 038321 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən 85 nömrəli, 2 otaqlı ev X8 tərəfindən İddiaçı satılmışdır.

32. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 132 saylı sərəncamına əsasən ünvan 1 ünvanında İddiaçı məxsus fərdi evdə təqdim olunmuş layihə əsasında əlavə tikintinin aparılmasına icazə verilməsi, fərdi ev sahəsi 456 kv.m adına rəsmiləşdirilməsi qərara alınmışdır.

33. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 324146 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd İddiaçı barəsində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997-ci il tarixli, MH seriyalı 109277 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, T.Əliyev küçəsində 85 saylı fərdi yaşayış evi tikintisi üçün 455,61 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur. Əgər 1999-cu il tarixdə fərdi yaşayış evinə əlavə tikintiyə icazə verilmişdirsə, deməli onun altındakı fərdi yaşayış evinin altındakı torpaq sahəsinə istifadə də qanuni olmuşdur.

35. Belə ki, qanuni istifadədə olan fərdi yaşayış evlərinin altındakı torpaq sahəsi dövlət mülkiyyətində olsa da islahat çərçivəsində mülkiyyət hüququ kimi vətəndaşlarına güzəşt edilmişdir.

36. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

37. Göründüyü kimi qanunvericiliyin tələbi konkretdir qanuni istifadədə olan fərdi yaşayış evlərinin, altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

38. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə olan mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da alıcıya əvəlki mülkiyyətçiyə məxsus olan həcmdə və torpaq sahəsinən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan Məcəllənin müvafiq maddəsindən məlum olur ki, X2 07 may 1997-ci ildə iki otaqlı fərdi yaşayış evini X5 alarkən həmin fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinədə mülkiyyət hüququ Gülüzar Hüseynovaya keçmiş olur. Təsadüfi deyil ki, fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilərkən plan və ölçü sənədinin tərtib edilməsi üçün əsas olaraq Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997-ci il tarixli MH seriyalı 109277 saylı Qeydiyyat vəsiqəsinin olması göstərilmişdir. Bu isə bir daha oan dəlalət edir ki, zaman etibarı ilə səlahiyyətli qurumlar fərdi yaşayış evlərinə mülkiyyət hüququna dair çıxarış verərəkən onun həyatyanı sahəsi barədə həmin çıxarışda hər hansı qeyd aparmırdı.

39. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, bələdiyyələr təsis edilənə qədər yerli icra hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyətləri var idi. Belə ki, Hüseynova X1 rayon İcra Hakimiyyətinə müraciət edərək, evinin ətrafında olan torpaq sahəsinin onun adına sənədləşdirilməsini və təqdim edilmiş lahiyyə əsasında əlavə tikili aparılmasını xahiş etmişdir. Nərimanov rayon icra Hakimiyyəti İddiaçı xahişini təmin etmiş və 18 yanvar 1999-cu il tarixli 132 saylı sərəncam əsasında X2 mülkiyyətində olan T.Əliyev küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evini sahəsinin artırılmasına icazə vermiş və sahəsi 456 kv.m həyatyanı sahəsinin onun adına ayrılmasına razılıq vermişdir. Bu isə bir daha ona dəlalət edir ki, 456 kv.m torpaq sahəsi qanuni əsaslarla iddiaçının sahibliyinə verilmişdir.

40. Odur ki, cavabdeh təşkilat qeyd olunan mənzilin yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqların qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı gətirdiyi arqumentləri əsassızdır.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli və torpaq sahəsi ilə bağlı iddia tələbi təmin edilməlidir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianın torpaq sahəsi ilə bağlı düzgün qənaətə gəlsə də, sonradan fərdi yaşayış evi ilə bağlı tələb aradan qaldırıldığına görə iş üzrə yeni qərar qəbul edilməlidir.

42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək, iddiaçı tərəfindən verilmiş yeni iddia tələbi təmin edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Namiq Məlikov küçəsi, ev 85 (Yeni qaydalarla:Məmməd Araz küçəsi, giriş 199, M1, m1) ünvanında yerləşən 455,61 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar