Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1787/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq, ünvan 2, mənzil 40 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona qulluq illərinə görə pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim S.Həsənov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı yaşayış yeri ünvan 2, mənzil 40 ünvanında faktiki olaraq 20 ildən artıq yaşadığını və Yardımlı rayonunda qeydiyyatda qalması formal olduğu üçün iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4407/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” barədə iddia tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı inzibati mübahisə müvafiq inzibati orqanla dövlət qulluqçusu (dövlət qulluğunun xüsusi növü üzrə) arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, onun ərazi aidiyyəti İPM-in 8.1.3-cü maddəsinin təsiri altına düşür. Lakin məhkəmənin qənaətinə görə İddiaçı xidməti yaşayış sahəsi olmadığından (bu, işin mübahisələndirilməyən halıdır), hazırkı mübahisəyə onun yaşayış yeri kimi qeydiyyatda olduğu yer üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İPM-nin 16.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin dinlənilmə hüququnun təmin edilməsi məqsədilə, iddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, iddiaçı və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı işin Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 işə Bakı İnzibati Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarında olan: - AZE № 19114797 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq, ünvan 2, mənzil 40 ünvanında yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 038-10443-1219 №-li, xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx xxxx 1993-cü il tarixdən (DİN-in Mühafizə İdarəsinin xx xxxx 1993-cü il tarixli 308ş/h saylı əmri) xx xxxxxx 1998-ci il tarixədək (Baş Mühafizə İdarəsinin xx xxxxxx 1998-ci il tarixli 93ş/h saylı əmri) daxili işlər orqanlarında xidmət etmiş və xx xxxxxx 1998-ci il tarixdən öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir. Həmin müddətə təqvimi hesablama 06 il, 11 ay, 00 gün, imtiyazlı hesablama ilə 11 il, 00 ay, 16 gün müəyyən edilmişdir. Arayış Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə təqdim etmək üçün verilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 038-33212- 1219 №-li, xx.xx.2019-cu il tarixli məktubda “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən sabiq polis əməkdaşı İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1988-xx.xx.1993- cü il tarixlər polis nəfəri stajına aid olmadığı üçün həmin günlərin daxili işlər orqanlarında xidmət illərinə hesablanılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə iddiaçının iddia tələbini “iddiaçıya pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi İPM-nin 8.1.4-cü maddəsinin əhatə dairəsinə düşdüyündən hazırkı işə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99A olduğundan hazırkı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 8, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ona qulluq illərinə görə pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi filialına) göndərilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1787/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1787/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver