Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1787/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenitnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 80 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı Bakı "xxxx" İstehsalat Birliyində (“İB”) işləyərkən mənzil növbəsində olmuşdur. Lakin işlədiyi Birlik orada işləyən mənzil növbəsində olan fəhlə və qulluqçular mənzillə təmin edə bilməyinə görə Birliyin S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda yaşamış fəhlə və qulluqçulara yaşadıqları otaqlara dair yeni mənzil nömrələri verilməklə, onlara zəbt olunmuş mənzillərə dair order verilməsi və pasport qeydiyyatına salınması, zəbt olunmuş həmin mənzillər boşaldıqdan sonra isə mənzillərin faktiki olaraq verilməsi qərara alınmışdır. Daha sonra, X5 Komitəsi ilə X4 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan yataqxanaların hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq, order əsasında birliyin fəhlə və qulluqçularına verilməsi qərara alınmışdır. Göstərilən qərar əsasında ona da mənzil növbəsi əvəzi olaraq Cavanşir küçəsi 4 saylı yataqxananın 80 saylı mənzilinə onun adına order verilmişdir. Lakin bütün yataqxanadakı mənzillərdə, uzun illər məskunlaşmış məcburi köçkünlərə görə o, istifadəsin verilmiş məhəmin bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmiş, daha sonra yataqxana xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş X14 ilə Birliyin yataqxanaları Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Yataqxanalarda məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra isə o, mənzilinə köçmüş, bundan sonra həmin mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etirazda göstərilən əsaslara görə ünvan 3 yataqxana binasının 80 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X10 məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra iddiaçı, "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodunun xx.xx.2006-cı il tarixli 0229 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 80 saylı otağın onun istifadəsinə verilməsinə, xx.xx.2005-ci il tarixdə qeydiyyata alındığına və ona həmin ünvan üzrə şəxsiyyət vəsiqəsinin verildiyinə istinad edərək həmin otağı tutmuşdur. Bakı şəhər İH MKTD tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi, "xxxx" zavodu MMC-yə müraciət edilərək, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş olunmuş, həmin MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə isə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Beləliklə, məcburi köçkün ailəsinin məskunlaşdığı, yəni, yataqxananın boş olmayan 80 saylı otağına dair iddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli 0229 saylı orderin hüquqi əsası olmamış, bununla bağlı zavodun arxivində heç bir sənəd də aşkar olunmamışdır. Odur ki, "xxxx" zavodu MMC tərəfindən iddiaçının adına orderin verilməsi təsdiq olunmadığından, iddiaçının həmin otağa dair orderi mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2194/2019 saylı 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan - iddiaçı Bakı şəhər İH MKTD-nin cavabdeh İddiaçı qarşı “Cavanşir küçəsi 4 saylı yataqxananın 80 saylı mənzilinə dair orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi haqqında” iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin iş üzrə iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5858/2019 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13725/2020 nömrəli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2529/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, beləliklə də birinci instansiya məhkəməsinin qeyd olunan iddianın rədd olunmaası barədə qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1290/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Bundan sonra da, yenidən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat Xətai rayon İəhkəməsində baxılan – iddiaçı Bakı şəhər İH MKTD-nin cavabdeh "Üfüq" İstehsalat Birliyi, "xxxx" zavoduna qarşı “Cavanşir küçəsi 4 saylı yataqxana 80 saylı mənzilə dair iddiaçıya verilmiş orderin etibarsız hesab olunması iddia tələbinə dair” 2(011)-6075/2020 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Həmin iş üzrə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı MKTD-nin iddia tələbi rədd edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8572/2021 №li xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardan isə kassasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Daha sonra, hazırkı işə mahiyyyyəti üzrə baxılması davam etdirilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır və mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, qərəzli olaraq qəbul edilmişdir. Belə ki, İPM-nin əsaslarına görə məhkəmə haqlı olaraq 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etsə də, yanlış olaraq həmin Məcəllənin 108-ci maddəsinin tətbiq olunması qənaətinə gəlmiş, başqa sözlə, hesab etmişdir ki, mənzil əvəzinə ona verilmiş yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmalıdır. İş materialları uzun müddət məhkəmənin icraatında olmasına baxmayaraq məhkəmə müəyyən edə bilməmişdir ki, o, köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid deyildir. Həmin maddənin tələblərinə görə mövsümi və müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, təhsil dövründə yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh Departamentini ona qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Mənzil Məcəlləsinin (48, 107-ci maddəsinin) tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığı, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəməsinin qərarı olduğu halda, birinci instansiya məhkəməsinin “digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı” əsası ilə iddianı təmin etməməsi absurddur. Onun faktiki istifadəsində olan mənzilə dair 0229 saylı order ona Radioquraşdırma İB tərəfindən xx.xx.2006-cı il tarixində verilmişdir. 2007-ci ildə həmin birlik “üfüq” İB-yə çevrilərək Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir. Belə olan halda orderin Üfüq İB tərəfindən verilməməsi hansı səbəbə görə iddianın rəddi üçün əsas olmalıdır. Məhkəmənin bu mövqeyi heç bir məntiqə sığmır. Bundan əlavə, faktiki istifadə etdiyi həmin mənzilə dair hüquqlar 2009-cu il oktyabr ayının 1-dək, yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından müdahisə, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanununla tənzimlənməlidir. İddiaçı həmin Qanunun 1, 2 və 6-cı maddələrinə əistinadən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bayramov apellyasiya şikayətinə etirazında göstərilənlərə uyğun izahat verərək, eyni zamanda, qeyd etmişdir ki, Departamentin iddiaçıya qarşı “orderin etibarsız sayılması ilə bağlı iddiası əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığına görə, "Üfüq" İstehsalat Birliyi, "xxxx" zavoduna qarşı eyni tələbi isə iddia müddəti ötürüldüyünə görə rədd edilmişdir. Bundan əlavə, iddiaçının ailəsi Xətai rayonu Məshəti küçəsi, 3a saylı evdə ailə yataqxanasında 2 otaqlı 25 saylı mənzildə yaşayır və həmin mənzilə dair iddiaçının həyat yoldaşının adına xx.xx.2006-cı il tarixində 0146 saylı order də verilmişdir. Odur ki, həmin orderin surətini və 133 saylı MKİS-in Forma 2 arayışını məhkəməyə təqdim edərək məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasıı xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qərarın 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı, “Həmkarlar İttifaqı Komitəsi ilə Radioquraşdırma” X1 X9 və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə həmin Birliyə məxsus Cavanşir küçəsi 4 saylı yataqxananın 80 saylı mənzilə dair onun adına 0229 saylı order verildiyinə və həmin orderə əsasən və həmin ünvana pasport qeydiyyatına alındığına əsaslanaraq, cavabdehin üzərinə onunla kirayə müqaviləsi bağlamaq öhdəliyini qoyulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə portalından çıxarılmış məlumat”a əsasən həqiqətən də müəyyən olunur ki, o, Bakı “Asan xidmət-2” tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinə əsasən - ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İşdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən, ünvan 3 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının mənzil kirayə müqaviləsi bağlanmasının tələb tələb etdiyi, mübahisəli mənzil hazırda xüsusi təyinatlı mənzil fonduna aid olan yaşayış sahəsidir. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunan məqsədi və istəyindən isə görünür ki, onun məqsədi mənzilə dair onunla kirayə müqaviləsi bağlandıqdan sonra həmin mənzili özəlləşdirməkdir. xx.xx.2009-cu il tarixdən qüvvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinin tələbəinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmin Məcəllənin 10.0.7-ci maddəsinin tələbinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsmi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. Həmn Mcəllənin 91.1.2-ci maddəsi isə nəzərdə tutur ki, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələrinə aiddir. Həmin Qanunun 91.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məcəllənin qeyd olunan tələbi baxımından, xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan, başqa sözlə xüsusi təyinatlı xidməti mənzillər sırasından çıxarılması dövlət mənzil fonduna idarəetməsini həyata keçirən dövlət orqanın qərarı əsasında həyata keçirilə bilər. Odur ki, konkret halda, yataqxanada yerləşən mübahisəli mənzil xüsusi təyinatlı mənzil fonduna aid edildiyi halda, cavabdehin həmin mənzilə dair kirayə müqaviləsi bağlanılması üçün müvafiq sərəncam vermək öhədliyi daşıması istisna edilir və belə mənzillərin özəlləşdirilməsinə də yol verilmir. Qeyd olunmalıdır ki, oxşar qaydalarda 1 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil qanunvericiliyində də nəzərdə tutulmuşdur və həmin qanunvericiliklə müəyyən olunan qaydalar heç də hazırkı mübahisənin iddiaçının xeyrinə həllini istisna edir. Belə ki, həmin Məcəllənin 106-cı maddəsinin: 1-ci hissəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 2-ci hissəsinə əsasən yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir...; Həmin Məcəllənin 107-ci maddənin: 1-ci hissəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. 2-ci hissəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. 4-cü hissəsinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Həmin Məcəllənin 108-ci maddəsinin: 1-ci hissəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. 1 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin qeyd olunan tələblərindən göründüyü kimi, o cümlədən əmək müqaviləsi ilə işləyən şəxslərə müvəqqəti yaşamaq üçün iş və ya təhsil dövründə yaşamaq üçün yer verilir və həmin şəxslər, oradan getdikdə yataqxanadan çıxarılırlar. “ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 6cı maddəsi isə nəzərədə tutur ki, “Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər” İddiaçıya da, məhz, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxanada verilən yer, yəni 80 saylı otaq daimi əsaslarla ona verilmiş hesab olunaraq, həmin yaşayış sahəsinə onunla kirayə müqaviləsi bağlanması üçün əsas ola bilməz . Çünki, hər bir halda, həmin yataqxana dövlət mülkiyyətinə verilsə də, xüsusi təyinatlı mənzillər kateqoriyasın aid olması və yataqxana tipli bina kimi qalması, iddiaçının həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanılması üçün cavabdeh Departament üçün öhdəlik yaratmır. Başqa sözlə, mübahisəli yataqxana xüsusi təyinatlı bina statusundan çıxarılmadığı halda,cavabdeh orqanın qanunla üzərinə düşən belə bir öhdəliyi mövcud ola bilməz. Beləliklə də cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsinin əsaslı olduğu sübuta yetirilir. Odur ki, bu imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilməsi istisna olunur. Bu mənada İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçının cavabdehdən 4 saylı yataqxanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanılmasını (bu barədə müvafiq sərəncam verilməsini) tələb etməkdə haqlı hesab oluna bilməz. Onu da qeyd etmək lazımdır ki, iş materialları üzrə xx.xx.2006-cı il tarixində 0146 saylı orderə və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı MKİS-in Forma-2 arayışına əsasən müəyyən olunur ki, Bakı "xxxx" İB və HİK qərarına əsasən iddiaçının həyat yoldaşına (X3) əri və uşaqları ilə birlikdə 4 nəfər ailə tərkibində zavodun ünvan 4 ünvanında yerləşən ailə yataqxanasında 2 otaqlı mənzil də istifadəsinə verilmiş və onlar həmin mənzildə yaşayırlar. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2022 saylı xx.xx.2022-ci il qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Azad İmanov Fuad Talışınski
Məhkəmə qərarları › İş №2-1(103)-1787/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1787/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver