Məhkəmə qərarları › İş №2-1(103)-1788/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1788/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1788/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1618/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1618/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1618/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-xx.xx.1973-cü illərdə PMK-6 nömrəli Trestin “Qlavazmeliovodstroy” idarəsində, xx.xx.1999-xx.xx.2002-ci illərdə Dövlət Elm və Texnika Komitəsinin “Tətbiq” X2 işlədiyini qeyd edib. İdarə tərəfindən aparılan araşdırma zamanı müvafiq müəssisələrin qeyd olunan dövrlərdə mövcud olması və iddiaçının həmin dövrlərdə müvafiq müəssisələrdə işləməsi faktı şübhə yaratmışdır. Bu səbəbdən həmin müəssisələrin qeyd olunan dövrlərdə mövcud olub-olmaması barədə məlumat əldə emək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya ünvanlanan cavab məktublarında PMK-6 nömrəli Trestin “Qlavazmeliovodstroy” idarəsi və eləcə də Dövlət Elm və Texnika Komitəsinin “Tətbiq” X3 aşkar edilmədiyi qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1973-cü il tarixdə PMK-6 idarəsinin 6 saylı trestində çilingər(slesar) kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1973-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1998-ci ildək Bakı Soyuducular Zavodunda, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək Bakı şəhəri Statistika İdarəsində, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Dövlət Elm və Texnika Komitəsinin «Tətbiq» X2 işləmişdir, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 225s saylı xx.xx.2002-ci il tarixli sərəncamına əsasən müəssisə ləğv olunduğuna görə tutduğu vəzifədən azad olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 7, 21.2-ci maddələrini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 146-cı maddələrini, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2, 67 və 69-cu maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır.Cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsasında iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az olması durur. Halbuki iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən çox olması həm əmək kitabçası, həm hərbi bileti, həmçinin, təqdim olunmuş arayışlar ilə təsdiqlənir. Həmçinin, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanaraq xx.xx.1973-xx.xx.1973-ci illər ərzində PMK-6 nömrəli trestin “Qlavazmeliovodstroy” idarəsinin və xx.xx.1999-xx.xx.2002-ci illər ərzində Dövlət Elm və Texnika komitəsinin “Tətbiq” müəssisəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti sorğuya cavab verərək bildirmişdir ki, PMK-6 nömrəli Trestin “Qlavazmeliovodstroy” idarəsi ilə bağlı dövlət əmlakının Registrində məlumat qeydə alınmamış, Dövlət Elm və Texnika komitəsinin “Tətbiq” X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.01.2001-ci il tarixli, 4S nömrəli sərəncamı ilə ləğv edilmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1618/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar